Bad (Quba)

BadAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.

Bad
41°15′ şm. e. 48°34′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 482 (2009) nəfər
Xəritəni göstər/gizlə
Bad xəritədə
Bad
Bad

Bad oyk, sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Dağ ətəyindədir. Tam adı Bad Qalagah olan bu kəndin ərazisi Rustov kəndinin keçmiş məhəllələrindən birinin adıdır. Ərazidə Qala Suvarun və Qala Ələmun adlı qala xarabalıqları var. Bu qalalar bad adlanan kərpicdən hörüldüyü üçün kənd Bad Qalagah adını almışdır. Sonralar toponimin ikinci komponenti düşmüşdür. Azərbaycan ərazisində çox əlverişli, qışda və yayda tikilinin daxilində mülayim temperaturun saxlanmasında əsas rol oynayan belə kərpiclərdən evlərin tikilməsində indi də istifadə olunur. Azərb. dilinin dialekt və şivələrində, qədim abidələrin dilində bad "tərkibinə keçi qılı qatılmış sarı torpaqdan hazırlanmış palçıq, bu palçıqdan qurulan təndir və ya kəsilən kərpic, saxsı qab"; "su arxının kənarı"; "ağac qabığı" mənalarında işlənir.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629