ƏBLƏH

sif. [ ər. ]
1. Axmaq, səfeh, gic, sarsaq, başıboş.
Əbləh köpək qaysavadan pay umar. (Məsəl).

// İs. mənasında.
Nola bir evdə qoyaydız qaravaş; Verməyəydiz məni bu əbləhə, kaş! M.Ə.Sabir.

2. Söyüş kimi işlədilir.
[Xanım:] Əbləhin qızı, əbləh, … gör kimə oxşayır? Qantəmir.
[Zaman:] Əbləhin qızı, elə bu saat itilərsən gözümün qabağından. Ə.Haqverdiyev.
Əbləhin biri Kərbəlayı Qubad; İstəyir gələ xanıma kələk. Ü.Hacıbəyov.

Синонимы

  • ƏBLƏH əbləh bax səfeh
  • ƏBLƏH axmaq — səfeh — gic — sarsaq — başıboş

Антонимы

  • ƏBLƏH ƏBLƏH – AĞILLI Bu zarafatın o əbləhə neçəyə oturacağını göstərirəm (S.Vəliyev); Sözdə hünərdən dəm vurmaq asandır, ancaq ağıllı adamlar quru sözə inan

Этимология

  • ƏBLƏH Ərəb mənşəlidir, idiot, kütbeyin, bacarıqsız, axmaq mənalarını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ƏBİR
ƏBLƏHCƏSİNƏ

Значение слова в других словарях

впа́иваться вы́казаться вы́плыть наче́сться присно... ро́бостно роско́шничать сдезерти́ровать ухищре́ние астрологи́ческий заштампова́ть како́й ни по сю по́ру ссы́льный ублажи́ть биль affection Cosa Nostra depend forecastle deck laryngitis shag back безбрачный задвинуться мошенник