Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müzəffər
Müzəffər — təxəllüs və kişi adı. Müzəffər Hüseyn Mirzə — Sultan Hüseynin ikinci oğlu. Müzəffər Aləm — İranın Xarici İşlər vəziri. Müzəffər Abutalıbov — bitki fiziologiyası sahəsində Azərbaycanın ilk elmlər doktoru (1944), professor (1950) Müzəffər Əli xan Qızılbaş — Pakistanın maliyyə naziri. Müzəffər xan — Manqıtlar sülaləsindən Buxara əmirliyinin hökmdarı. Müzəffər Ağazadə — Müzəffər Səfərov — Bu təxəllüsü olan tanınmış şəxslər Kəmalə Müzəffər — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti. Abdul Müzəffər Nur Əhməd — Mirzə Müzəffər — Digər Ali-Müzəffər — Fars və İraq əyalətlərində hakimiyyəti ələ almış bir sülalənin adı.
Kəmalə Müzəffər
Kəmalə Hüseynova (tam adı: Kəmalə Müzəffər qızı Hüseynova; 29 may 1967, Nuxa) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2011). == Həyatı == Kəmalə Müzəffər qızı Hüseynova 29 may 1967-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1986–1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində ali təhsil almışdır. İnstitutda oxuduğu illərdə filmlərə çəkilməyə başlamışdır. Artıq dördüncü kursda Kəmalə Hüseynova Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuşdur. O zaman birbaşa baş rolda, Əli Əmirlinin "Ərizə" tamaşasındakı Reyhan rolunda çıxış etmişdir. 1 avqust 1990-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 dekabr 2018-ci il tarixində Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Munis Müzəffər
Əbülhəsən Munis Kuşuri (ərəb. ابوالحسن مؤنس ابوالحسن‎; 844 – 933, Bağdad), həmçinin Müzəffər (ərəb. المظفر‎) və Xədim (ərəb. ﺍﻟﺨﺎﺩﻡ‎) soyadları ilə də bilinir — 908-ci ildən 933-cü ildə ölümünə qədər Abbasilər xilafətinin ordusunun baş komandanı, 928-ci ildən xilafətin faktiki diktatoru. Əslən bizanslı yunan xədim və kölə olan Munis 880-ci illərdə gələcək xəlifə Mötəzid yanında hərbi xidmətə girmişdir. Yüksək rütbələr əldə edən Munis 901-ci ildə məhkəmə intriqalarında iştirakının nəticəsi olaraq qəfil rüsvay olmuşdur. O, növbəti yeddi ili Məkkə valisi kimi faktiki sürgündə keçirmiş, lakin 908-ci ildə xəlifə Müqtədir tərəfindən geri çağırılmışdır. Munis xəlifə Müqtədiri 908-ci ilin dekabrında baş tutan saray çevrilişində xilas etməklə fərqlənmişdir. O, xəlifə və xəlifənin anası Şəğəbin dəstəyi ilə xəlifə ordusunun baş komandanı olmuş və bu rolda Bizans imperiyasına qarşı bir neçə ekspedisiyada xidmət etmiş, 927-ci ildə Bağdadı qərmətilərdən xilas etmiş, 915-ci və 920-ci illərdə Fatimilər xilafətinin Misirdən iki yürüşünü dəf etmişdir. Bianquis, Thierry (1998).
Müzəffər Abutalıbov
Abutalıbov Müzəffər Heydər oğlu (14 dekabr 1908, Ordubad, Naxçıvan qəzası – 8 noyabr 1984, Bakı) — bitki fiziologiyası sahəsində Azərbaycanın ilk elmlər doktoru (1944), professor (1950), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1968). Abutalıbov Müzəffər Heydər oğlu 1908-ci il dekabrın 14-də Ordubad şəhərində anadan olmuşdur. Müzəffər Abutalıbov Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakultəsini bitirmişdir (1930). Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun və Azərbaycan Dövlət Universitetinin dosenti, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun baş elmi işçisi, SSRİ EA Azərbaycan Filialı Botanika İnstitutunun şöbə müdiri və direktor müavini (1935-1947), Azərbaycan Dövlət Universiteti bitki fiziologiyası kafedrasının müdiri (1949-1959), Azərbaycan Milli EA Genetika və Seleksiya İnstitutunun (1960-1962), Botanika İnstitutunun (1947-1950; 1962-1978) direktoru vəzifələrində çalışmış, 1978-1984-cü illərdə Botanika İnstitutunda özünün yaratdığı bitki fiziologiyası şöbəsinə rəhbərlik etmişdir. Tədqiqatları, əsasən pambıq, kartof və digər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına, onların mikroelementlərlə qidalandırılmasının nəzəri və əməli problemlərinin öyrənilməsinə, o cümlədən mikroelementlərin azotobakterin inkişafına və torpağın azotmənimsəyən mikroorqanizmlərinin fəaliyyətinə təsirinə, mineral maddələrin bitkilərə daxil olmasına, orqanizmdə hərəkətinə və hüceyrələrdə paylanmasına və s. həsr olunmuşdur. 0, 300-dən çox elmi məqalənin, 5 monoqrafiyanın və Azərbaycan dilində ilk ikicildlik "Bitki fiziologi­yası" dərsliyinin, "Bitkilərin mineral maddələrlə qidalanması” (1962) dərs vəsaitinin müəllifidir.Elmi məclislərdə, o cümlədən beynəlxalq biokimya (1961), botanika (1969), biofizika (1973) konqreslərində məruzələr etmişdir. M.Abutalıbov elmi tədqiqat işləri ilə yanaşı, pedaqoji sahədə də fəaliyyət gös­tərmiş və Azərbaycanda yüksək ixtisaslı bioloqların hazırlanmasında əhəmiyyətli rol oynamışdır. Onun rəhbərliyi altında 55 fəlsəfə doktoru və elmlər doktoru hazır­lanmışdır. 0, SSRİ Elmlər Akademiyasının Bitki fiziologiyası və biokimyası, Fotosintez Problem Şuralarının və Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasının üzvü, SSRİ "Fiziologiya və biokimya” və "Fotosintez problemləri” üzrə Koordinasiya Sove­tinin üzvü, Azərbaycan üzrə həmin Problem Şurasının və SSRİ Botanika cəmiy­yətinin Azərbaycan bölməsinin sədri olmuşdur.
Müzəffər Alanquş
Müzəffər Alanquş (1 yanvar 1898, Ərzurum ili – 17 dekabr 1972, İstanbul) — Türk əsgər və siyasətçi. Müzəffər Alanquş 1898-ci ildə Ərzurumda anadan olub. 1914-cü ildə Kuleli Hərbi Liseyində oxuyarkən orduya girdi. 1915-ci ildə leytenant rütbəsi aldı. Müxtəlif bölmələrdə Komanda Komandiri və Bölmə Komandiri vəzifələrində çalışıb. 7-ci Diviziya Əməliyyatlara əlavə edilərkən əsir götürüldü. 1 oktyabr 1918–30 dekabr 1920-ci illər arasında Misirdə əsirlikdə qaldı. 28 aprel 1921-ci ildə Anadoluya getdi və Milli Orduya qoşuldu. Müxtəlif hissələrdə xidmət etdikdən sonra 1925–1926-cı illərdə Hərbi Akademiyada kapitan rütbəsi ilə təhsilini başa vurdu. 1926-cı ildə Hərbi Akademiyanı bitirib, 1929-cu ildə heyət üzvü oldu.
Müzəffər Aləm
Müzəffər Aləm (d.1882-ö.1973) — İranın Xarici İşlər vəziri. Müzəffər Aləm 1882-ci ildə Osmanlı imperiyasının Trabzon şəhərində anadan olmuşdu. Atası Mirzə Əliəkbar xan Mötamədəlvüzəra Qəzvini Bakı, İstanbul, Dəməşq, Bağdad şəhərlərində konsul işləmişdi. Növbəti xidməti yerində Müzəffər xan dünyaya gəldi. İlk təhsilini Bakıda, sonra Tehranda aldı. İstanbulda Osmanlı Hərbiyyə məktəbində oxudu. Sonra Fransaya Sen-Sir (Saint Sier) Artileriya məktəbində təhsilini davam etdirdi. Müzəffər xan vətənə döndükdən sonra İran Xarici İşlər vəzarətində işə düzəldi. Dəməşq şəhərində konsul kimi xidmət etdi. Müzəffər xan 1910-cu ildə Xarici İşlər vəzarətindən istefa etdi.
Müzəffər Ağaliyev
Müzəffər Ağamalızadə
Müzəffər Məhəmməd İbrahim oğlu Ağamalızadə (23 yanvar 1940, Bakı) — Azərbaycanın görkəmli fleyta ifaçısı, professor, Azərbaycan Respublikasının xalq artisti (2005). Müzəffər Ağamalızadə Məhəmməd İbrahim oğlu 23 yanvar 1940-cı ildə Bakıda fəhlə ailəsində dünyaya gözlərini açmışdır. O, Azərbaycan Dövlət Konservatoriyası nəznində olan 10 illik musiqi məktəbində (1953-1958) P.N.Zilbermanın sinfini bitirmiştir. Daha sonra, 1958–1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet simfonik orkestrində ifaçılıq fəaliyyətinə başlamış, bu dövr ərzində Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə (1959) iştirak etmişdir. 1959-64-cü illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fleyta sinfinə (Ə.İsgəndərovun sinfi) daxil olub, Solist, orkestra Solisti, müəllim ixtisaslarını qazanmışdır. 1960-62-ci illər arasında isə Azərbaycanda keçirilən müsabiqə və yarışmalarda birincilik diplomlarını almışdır. 1963-cü ildə isə Leninqrad şəhərində keçirilən müsabiqədə iştirak etmişdir. 1961-72-ci illər ərzində Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Solisti olmuş, 1970-ci ildən nəfəs alətləri kvintetinin ifaçısı kimi fəaliyyət göstərmişdir. 1965-ci ildən etibarən Asəf Zeynallı adına musiqi texnikumunda müəllim kimi çalışmış, 1972-75-ci illərdə isə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrində işləmişdir. Müzəffər Ağamalızadə 1975–1978-ci illərdə Sovetlər birliyi Mədəniyyət Nazirliyi tərəfindən Əlcəzair Bələdiyyə (Dövlət) Konservatoriyasına ezam edilərək, burada həm dərs demiş, həm də konservatoriyanın orkestrində solist olaraq fəaliyyətinə davam etmişdir.
Müzəffər Ağazadə
Müzəffər Abusət oğlu Ağazadə — Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Ali Məhkəmənin elmi-məsləhət şurasının üzvüdür. Ağazadə Müzəffər Abusət oğlu 1939-cu ildə Masallı rayonunun Müsaküçə kəndində anadan olmuşdur. 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Masallı rayon məhkəməsində katib işləməyə başlayan M. Ağazadənin əmək fəaliyyətinin sonrakı dövrü yalnız məhkəmə orqanları ilə bağlı olmuşdur. 1961-ci ildə, indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, həmin təhsil müəssisəsini 1967-ci ildə bitirmişdir. Bir oğlu , üç qızı və səkkiz nəvəsi var. 1964–1968 — Bakı şəhəri, Oktyabr rayon xalq məhkəməsində iclas katibi, 1968–1969 — Azərbaycan SSR Nazirlər Soveti Hüquq Komissiyasının Məhkəmə Ekspertizası İnstitutunda baş elmi işçi olaraq çalışmışdır . Bundan sonra, Bakı şəhəri, Yasamal rayon məhkəməsində iclas katibi vəzifəsində işləmiş M. Ağazadə Universiteti bitirdikdən sonra, Azərbaycan SSRİ Nazirlər Soveti Hüquq Komissiyasının Elmi –Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu və Azərbaycan Respublikası Ali Məhkəməsinin nəzarət şöbəsində baş məsləhətçi vəzifələrində işləmişdir. M. Ağazadə 1970–1976-cı illərdə Daşkəsən rayon məhkəməsində hakim,1976–1987-ci illərdə Bərdə rayon məhkəməsinin sədri, 1987–1990-cı illərdə isə Ağdam rayon məhkəməsinin sədri vəzifələrində çalışmışdır. 1990-cı ildən Azərbaycan Respublikası Ali Məhkəməsinə hakim seçilən M. Ağazadə 2000-ci ildə yenidən həmin vəzifəyə təyin edilmişdir. 2010-cu ildə təqaüdə çıxmışdır.
Müzəffər Həsənov
Müzəffər Nərimanov
Nərimanov Müzəffər Əliəkbər oğlu (28 iyul 1897, Tiflis – 21 aprel 1938, Moskva) — Azərbaycan SSR dövlət xadimi, Nəriman Nərimanovun əmisi nəvəsi. Nərimanov Müzəffər ilk təhsilini rus-tatar məktəbində almışdır. Bakı realni məktəbində oxuyarkən inqilabi hərəkata qoşulmuşdur. Fevral-burjua demokratik inqilabından (1917) sonra Bakı quberniya ərzaq komitəsinin müvəkkili, Azərbaycanda Sovet hakimiyəti qurulduqdan sonra isə Nuxa qəza və Zaqatala mahal fövqəladə komissarının müavini olmuşdur. 1921-ci ildə AK (b) P Fabrik və Zavod Rayon Komitəsinin katibi seçilmişdir. 1925-ci ildə G.V.Plexanov ad. Xalq Təsərrüfatı İnstitutunu bitirmiş, AK (b) P MK təşkilat şöbəsinin müdiri (1925-1927), Azərbaycan SSR Xalq FKM komissarını müavini (1927-1928), ÜİK (b) P Sverdlovsk Dairə Komitəsinin katibi (1929-1930), AK (b) P MK katibi, Ural Vil.İstehlak İttifaqının sədr müavini (1930-1933), AK (b) P MK kütləvi təşkilat şöbəsinin müdiri, Orconikidze Rayon Komitəsinin katibi, Bakı Komitəsinin katibi, sonra II katibi (1933-1937) vəzifələrində çalışmışdır. ÜİK (b) P-nın 16 və 17-ci qurultaylarının, AKP və Zaqafqaziya kommunist təşkilatlarının bir sıra qurultaylarının nümayəndəsi olmuşdur. Dəfələrlə AK (b) P MK, ÜİK (b) P Zaqafqaziya Ölkəvə Sverdlovsk Vil.Komitələrinə, Azərbaycan SSR MİK və SSR MİK-nə üzv seçilmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.
Müzəffər Nəsirli
Müzəffər Nəsirli (şair, 1902)
Müzəffər Səfərov
Müzəffər Tuğsavul
Muzaffer Tuğsavul (1894, Benqazi – 15 may 1952, İzmir) — Türk əsgəri. Müzəffər Tuğsavul 1894-cü ildə Benqazidə anadan olmuşdur. 1914-cü ildə Quru Qoşunları Hərbi Məktəbindən, 1925-ci ildə Hərbi Akademiyadan məzun oldu. Birinci Dünya Müharibəsində və Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak etmişdir. 1920-ci ildə Böyük hücuma, mayor rütbəsi ilə 14-cü Ordu ilə qatıldı. Süvari Diviziyasının Baş Qərargah rəisi vəzifəsində çalışdı. 1939-cu ildə briqadir rütbəsinə yüksəldi. Tuğgeneral rütbəsində Çanaqqala Topçu Komandanlığı və möhkəmləndirilmiş Sahə Komandiri vəzifələrini icra etdi. 1941-ci ildə general-mayor rütbəsinə yüksəldi. General-mayor rütbəsi ilə 69-cu.
Müzəffər Yusifli
Müzəffər xan
Seyid Müzəffərəddin Bahadur xan (1834 — 31 oktyabr 1885) — Manqıtlar sülaləsindən Buxara əmirliyinin hökmdarı. Müzəffər xan Nəsrulla xan (1806—1860) oğlu 1834-cü ildə Buxara şəhərində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi almışdı.Tarixçi Əhməd Danişə görə atası onu vəliəhd olaraq görmürdü. Əvəzinə nəvəsini xanlıq taxtına layiq bilirdi. Müzəffər xan 1860-cı ildə atasının vəfatından sonra xanlıq taxtına əyləşdi. Müzəffər xan 31 oktyabr 1885-ci ildə vəfat etdi. Müzəffər xan taxta əyləşəndən sonra vəzir və digər məmurları dəyişdirdi.Onların mal-mükünü müsadirə edib, əvəzlərinə öz adamlarını yerləşdirdi. Мирза Абдалазим Сами «Тарих-и салатин-и мангитийа» дар ас-салтана-и Бухараи шариф. Перевод Л. М. Епифановой. М.,1962.
Müzəffər Özdağ
Müzəffər Özdağ (15 aprel 1933, Pınarbaşı, Kayseri ili – 6 fevral 2002, Ankara) — əslən Dağıstan qumuqlarından olan türkiyəli siyasətçi və hərbçi. Hərb Məktəbini, Hərb Akademiyasını və Ankara Universitetinin hüquq fakültəsini bitirmişdir. 27 may 1960-cı il hərbi çevrilişində zabit olaraq iştirak etmişdir. 13 noyabr 1960-cı ildə Milli Birlik Komitəsinin parçalanmasından sonra 14-lərdən biri olaraq Tokioya sürgünə göndərildi. Respublikaçı Kəndli Partiyasından siyasətə qatılmış və TBMM XIII çağırış Afyon millət vəkili seçilmişdir. 1971-ci ildən sonra siyasətdən ayrılmışdır. 2002-ci ilin 6 fevralında Ankarada vəfat etmişdir. Məşhur türk siyasətçisi və millətçisi Ümid Özdağın atasıdır.
Müzəffər Şərif
Muzaffer Şerif (29 iyul, 1906, İzmir, Türkiyə – 16 oktyabr, 1988, Alyaska, ABŞ) türk əsilli ABŞ sosial psixoloqu idi (en. Muzafer Sherif). Muzaffer Şerifin tədqiqatları qrupdaxili prosesləri və qruplar arası münasibətləri əhatə edirdi. Onun qrup dinamikasını öyrənən Quldurlar mağarası eksperimenti daha çox tanınır. M. Şerif 1927-ci ildə İzmirdə Amerika Beynəlxalq Kollecini bitirərək bakalavr dərəcəsini, 1929-cu ildə İstanbul Universitetini bitirərək master dərəcəsini qazandı. Bundan sonra o Amerikaya getdi və Harvard Universitetində təhsilini davam etdirərək 1932-ci ildə ikinci dəfə master dərəcəsini aldı. Şerif doktorluq dərəcəsini 1935-ci ildə Kolumbiya Universitetində qazandı. Karyerası boyunca M. Şerif Yale Universitetində, Oklahoma, Texas, Vaşinqton, Pensilvaniya Universitetlərində psixologiya, sosiologiya, psixiatriya sahələri üzrə aparıcı mütəxəssis kimi çalışmışdır. 1936-cı ildə Şerif konformluğun öyrənilməsində görkəmli yer tutan bir təcrübə apardı. Avtokinetik effekt əsasında qurulmuş bu təcrübə ilə Şerif göstərdi ki, qrupda konvergensiya prosesi necə gedir və qrup normaları necə yaranır.
Müzəffər Hüseyn Mirzə
Müzəffər Hüseyn Mirzə Səfəvi — Sultan Hüseynin ikinci oğlu. 1562-ci ildə, Qəndəharda doğulmuşdu. Xüsusi təhsil almışdı. 1578-1595-ci illərdə Qəndəhar hakimi olmuş, 1594-cü ildə Qəndəharı I Əkbərə təslim etmişdi. Buna görə də Əkbər şah tərəfindən "Fərzənd" (Oğul) titulu və mənsəbdarlıq verilmişdi. 5000 zat və 4000 səvarı vardı. 1599-cu ildə istefaya çıxaraq Dehliyə köçdü və ömrünün axırınacan orada yaşadı. 1603-cü ilin oktyabrı elə orada vəfat etdi və basdırıldı. Molla Heydər Xisali kimi şairlərə hamilik etmişdi. Sambhal şəhəri onun irsi mülkü idi.
Müzəffər Həsənov (şəhid)
Müzəffər Nəsirli (şair)
Müzəffər Nəsirli (şair, 1902)
Ali-Müzəffər
Ali-Müzəffər — Fars və İraq əyalətlərində hakimiyyəti ələ almış bir sülalənin adı. Əmir Mübarizəddin tərəfindən təsis edilmiş bu dövlət 1318-ci ildən 1392-ci ilədək davam etmişdir. Dövlətin paytaxtı Şiraz şəhəri olmuşdur.
Müzəffər Əsgərov
Müzəffər Əsgərov — (tam adı: Müzəffər Rza oğlu Əsgərov 1971-ci ildə fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonun Keçili kəndində anadan olub). 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti, 2017-ci ildə isə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülüb. Naxçıvan MR Dövlət Televiziya və Radio Verlişləri Komitəsinin baş redaktoru. 1971-ci ildə fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonun Keçili (Şahbuz) kəndində anadan olub. Kənddəki on illik orta məktəbi bitirib. 1989-1991-ci illərdə Orenburq vilayətinin Orsk şəhərində hərbi xidmətdə olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinn Mədəni-maarif fakültəsinin Teatr kollektivinin rejissoru fakültəsinə qəbul olub. 1997-ci ildə həmin universiteti bitirib, təyinatla Naxçıvana göndərilib. 1998-ci ildən 2001-ci ilə qədər Naxçıvan şəhərində fəaliyyət göstərən Zabitlər evində hərbi işlər üzrə təlimatçı işləyib. İşlədiyi müddətdə zabitlər evinin kollektivi ilə bir neçə tamaşaya quruluş verib.
Müzəffər Qasımov
Müzəffər Mədət oğlu Qasımov (23 fevral 1941, Tovuz – 20 iyul 2021) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş sovet futbolçusu və məşqçisi. SSRİ idman ustası. Azərbaycan Respublikasının əməkdar məşqçisi. Gəncə şəhərinin fəxri sakini. Müzəffər Qasımov 23 fevral 1941-ci ildə Tovuz şəhərində anadan olmuşdur. İlk futbol məşqçisi Təvəkkül Hüseynovdur. Məktəbdə 6-cı sinifdə oxuyarkən Tovuz yığmasına cəlb olunub. 1952-ci ildə Tovuz şəhərindəki 2 saylı orta məktəbi bitirmişdir. 1959-cu ilin iyun ayında Kirovabad şəhərinin ustalardan ibarət "Tekstilşik" futbol komandasına dəvət olunub. 1974-cü ilədək bu komandanın əsas heyətində çıxış etmişdir.
Müzəffər Əli xan Qızılbaş
Müzəffər Əli xan Fateh Əli xan oğlu Qızılbaş — Pakistanın maliyyə naziri. Müzəffər Əli xan Fateh Əli xan oğlu Qızılbaş 1908-ci ildə Pəncab əyalətində anadan olmuşdu. 1958-ci ildə Qərbi Pakistanın baş naziri olmuşdu. Müzəffər Əli xan 1969–1971-ci illərdə Pakistanın maliyyə naziri olub.
Kənan Müzəffərli
Kənan Müzəffərli (əsgər)
Meydan-i Müzəffərxan (Bicar)
Meydan-i Müzəffərxan (fars. ميدان مظفرخان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 217 nəfər yaşayır (55 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Müzənfər Aliyev
Muzaffer Şerif
Muzaffer Şerif (29 iyul, 1906, İzmir, Türkiyə – 16 oktyabr, 1988, Alyaska, ABŞ) türk əsilli ABŞ sosial psixoloqu idi (en. Muzafer Sherif). Muzaffer Şerifin tədqiqatları qrupdaxili prosesləri və qruplar arası münasibətləri əhatə edirdi. Onun qrup dinamikasını öyrənən Quldurlar mağarası eksperimenti daha çox tanınır. M. Şerif 1927-ci ildə İzmirdə Amerika Beynəlxalq Kollecini bitirərək bakalavr dərəcəsini, 1929-cu ildə İstanbul Universitetini bitirərək master dərəcəsini qazandı. Bundan sonra o Amerikaya getdi və Harvard Universitetində təhsilini davam etdirərək 1932-ci ildə ikinci dəfə master dərəcəsini aldı. Şerif doktorluq dərəcəsini 1935-ci ildə Kolumbiya Universitetində qazandı. Karyerası boyunca M. Şerif Yale Universitetində, Oklahoma, Texas, Vaşinqton, Pensilvaniya Universitetlərində psixologiya, sosiologiya, psixiatriya sahələri üzrə aparıcı mütəxəssis kimi çalışmışdır. 1936-cı ildə Şerif konformluğun öyrənilməsində görkəmli yer tutan bir təcrübə apardı. Avtokinetik effekt əsasında qurulmuş bu təcrübə ilə Şerif göstərdi ki, qrupda konvergensiya prosesi necə gedir və qrup normaları necə yaranır.
Muzaffər Şəkər
Muzaffər Şəkər (1961, İzmir) — türk akademik. Türkiyə Elmlər Akademiyasının prezidenti. 1961-ci ildə İzmirdə anadan olub. Konyada qeydiyyatda olan Muzaffər Şəkər 1986-cı ildə Bursa Uludağ Universitetində baytarlıq fakültəsini bitirib.1995-ci ildə İngiltərənin Leicester Tibb Universitetində İnsan Anatomiyası üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. Ailəlidir, üç övladı var. Səlcuq Universiteti Məram Tibb Fakültəsinin Anatomiya kafedrasının müdiri idi. Eksperimental Təbabət Tədqiqat və Tətbiq Mərkəzinin direktor müavini vəzifəsində çalışıb. 2000-ci il Səlcuq Universitetində dosent oldu. Həmin universitetdə 2006-cı ildə professor elmi adını almışdır. Türkiyə Anatomiya və Klinik Anatomiya Dərnəyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Muzaffer Kılıç
Ahmet Muzaffer Kılıç (1895, İstanbul - 14 iyul 1959) — türk əsgəri və siyasətçisidir. O, 1918-ci il avqustun 7-dən noyabırın 13-nə kimi 4 ay, ikinci dəfə 16 may 1919-cu il - 1 iyul 1927-ci il tarixləri arasında 8 il, ümumilikdə 8 il 4 ay olmaqla iki dəfə Mustafa Kamal Atatürkün müvəkkili kimi xidmət etmişdir. O, İstanbulun Silivrikapı məhəlləsində, Qafqaz əsilli Topqapı sarayı Nizamiyə Batalyonunun komandiri mayor Əli Rıza bəyin oğlu olaraq dünyaya gəlib. 1911-ci ildə Kuleli Hərbi Liseyinə daxil olmuş və həmin vaxt sonuncu kursda oxuyarkən 28 iyul 1914-cü ildə I Dünya Müharibəsi başlamışdır. 1914-cü il oktyabrın 29-da Osmanlı İmperiyasının da müharibəyə qaşılması ilə orduda yeni birliklər yaradıldığı üçün böyük sayda zabitə ehtiyac yaranıb. Artan zabit ehtiyacını ödəmək üçün daha əvvəl bağlanmış Pangaltıdakı Hərbi Akademiyada tələbələr üçün açılan qısamüddətli zabit hazırlığı kursuna qatılıb. Təxminən 10 aya yaxın davam edən təlimdən sonra 14 iyul 1915-ci ildə 1330 (1914)-N.35 qeydiyyat nömrəsi ilə 1-ci Ordu Komandanlığına zabit müavini (ikinci leytenant) rütbəsində təyin edilmiş və artilleriya alayında akkumulyator komandiri vəzifəsinə təyin edilmişdir. O, Artilleriya Məktəbində imtahan vermiş və zabit olmaq üçün kafi olduğu üçün məzun edildikdən sonra leytenant rütbəsinə qəbul olunmuşdur. Sərəncamında olan artilleriya batareyası ilə Mərmərə dənizindən İstanbul Sarayburnuya qədər irəliləyərək limandakı nəqliyyat gəmilərini bombalamaq istəyən düşmən sualtı qayıqlarının qarşısını almaq tapşırılmışdı. Qeydiyyat nömrəsinin ortasındakı “N” hərfi onun Kuleli Hərbi Liseyini zabit namizədi kimi bitirdiyini və hazırlıq kursunda iştirak etdiyini göstərir.