Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yumru Sürümçək
Yumru Sürümçək — yaşayış yeri Sirab kəndinin şimal-qərbində, Şorsu çayının sahilində yerləşir. Aşkar edilən keramika məmulatı saman qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş kasa və küpə tipli qablardan ibarətdir. Keramika məmulatının əksəriyyəti forma verməyən parçalardan ibarətdir.
Yumru Sürümçək yaşayış yeri
Yumru Sürümçək — yaşayış yeri Sirab kəndinin şimal-qərbində, Şorsu çayının sahilində yerləşir. Aşkar edilən keramika məmulatı saman qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş kasa və küpə tipli qablardan ibarətdir. Keramika məmulatının əksəriyyəti forma verməyən parçalardan ibarətdir.
Sürünən
Sürünənlər (lat. Reptilia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. == Xarakteristikası == Sürünənlər onurğalıların əsl quru həyatı keçirən ilk sinfidir. Bədən temperaturu dəyişkəndir. Mayalanma daxilidir. == Bədən forması və hərəkəti == Hərəkət qaydalarının xeyli mürəkkəb və müxtəlif olması ilə əlaqədar sürünənlərin də bədən formaları müxtəlifdir. Bədəni yığcamdır, boyun hissə gövdədən yaxşı fərqlənir, quyruq nazikdir, ətraflar daha güclüdür, ətrafları vasitəsilə gövdəni yerdən qaldıraraq hərəkət etdirirlər. Sürünənlərin ağacda yaşayan formaları da vardır. Belə sürünənlərin arxa ətrafları daha uzun olur, gövdənin yanında dəri çıxıntıları əmələ gəlir ki, bunun sayəsində süzmə hərəkəti edərək ağacdan-ağaca düşürlər. Sürünənlərdə hərəkətin təkamülü manevretmənin güclənməsi istiqamətində getmişdir ki, bu, yemlənmə, yırtıcıdan qorunma və optimal sığınacaq şəraiti tapmaq imkanlarını genişləndirir.
Sürütmə
Sürütmə — ən qədim yükdaşıma qaydalarından biri. == Ümumi məlumat == Sürünən nəqliyyat vasitəsinin ən bəsit numunəsi olan əl surutməsindən istifadə edilməsi irəliyə doğru mühüm addım olmuşdur. Mütəxəssislər qoşqu heyvanı vasitəsilə sürütmədən istifadə edilıməsi tarixini Eneolit dövrünə aid edirlər. Əsasən Azərbaycanı dağlıq bolgələri ucun xarakterik olan Sürütməni duzəltmək ucun bir neçə iri budağın yoğun başlarını birbirinə bağlayıb, ustunə muxtəlif yüklər (ot, odun, dərz, cırpı) yığırdılar. Sonra sürütməyə bağlanmış zəncirin və ya kağanın digər ucunu öküz qoşulmuş boyunduruğa bağlayırdılar. Öküz sürütməni istənilən yerə dartıb aparırdı. Arabaya çətin qaldırılan və ona yerləşməyən tikinti materiallarını da (kərən, dirək) bu üsulla daşımaq sərfəli olurdu. Yükü ağırlığından asılı olaraq boyunduruğa bəzən 2–5 cütə qədər öküz qoşurdular. Sürütmə qədim qoşqu nəqliyyatını elə növüdür ki, ondan Azərbaycanın dağlıq və meşəətrafı rayonlarında indi də istifadə olunur.
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Sümək
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Sürmə
Sürmə — hansısa bir mebelə aid olan girib-çıxan yeşik. Ən çox evlərdə və ofislərdə işlənilir, balaca əşyaların mühafizəsi və gizliliyi üçündür. Bəzi sürmələr açarla bağlanır. "Sürmə" sözü "sürmək" (sürümək) feilindən yaranıb.
Qırmızıya sürüşmə
Qırmızıya sürüşmə — elektromaqnit şüalanmasının tezliyinin azalması, Dopler effektinin təzahür formalarından biri. Spektrin görünən hissəsindəki xətlərin spektrin qırmızı ucuna doğru sürüşməsi. Başqa tezlikli, məsələn radiotezlikli şüalanmalarda da müşahidə olunur. Qırmızıya sürüşmə termini kosmoloji qırmızıya sürüşmə və qravitasiya qırmızıya sürüşməsi mənasında işlədilir. Kosmoloji qırmızıya sürüşmə bizdən çox uzaq olan mənbələrin (qalaktikalar, kvazarlar və s.) şüalanma tezliyinin azalmasıdır. İlk dəfə 1914-cü ildə müşahidə edilmişdir. Qırmızıya sürüşmə bir neçə qalaktika istisna olmaqla (bunlarda şüalanmanın tezliyi artır, mavi və ya bənovşəyi yerdəyişmə baş verir) bütün qalaktikalarda müşahidə olunur və onun qiyməti bütün tezliklər üçün qalaktikanın müşahidə edildiyi istiqamətdən asılı deyil. Qırmızıya sürüşmə spektr xəttinin tezliyinin nisbi dəyişməsi (z) ilə xarakterizə olunur və qalaktikaya qədər məsafə ilə düz mütənasibidir: Δz=Δλ / λ =Hr / c (Habbl qanunu). Burada, r – qalaktikaya qədər məsafə, c – işıq sürəti, H – Habbl sabitidir (kainatın genişlənmə sürətini xarakterizə edir, ilk yaxınlaşmada istiqamətdən asılı deyil). Qalaktikanın spektrindəki qırmızıya sürüşməni ölçərək Habbl qanununa əsasən həmin qalaktikaya qədər məsafəni təyin etmək olur.
Sürünən ayrıqotu
Elymus repens (lat. Elymus repens) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin elymus cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Kökləri uzun, üfqi uzanan, sapabənzər olub 5–15 sm dərinliyə qədər gedir. Gövdədinin hündürlüyü 40–150 sm olur. Bitkinin dibindən çixan və gövdədən 2–8,5 mm hündürlükdə olan yarpaqları uzunluğu 15–40 sm, eni 3–10 mm çılpaq düz xət şəklində olur. Çiçəyin formulu: ↑ P 2 A 3 G ( 2 ) _ {\displaystyle \uparrow P_{2}\;A_{3}\;G_{\underline {(2)}}} . == Yayılması == Bitkinin vətəni Avropa, Şimali Afrika və Asiyadır olsa da, demək olar ki, hər yerə yayılmışdır və əksər yerlərdə alaq otu hesab edilir. Bostan şəraitində bu bitkiləri təmizləmək üçün torpağı çevirir və kökləri əllə çıxarılıb atılır. Torpaqdan kənarda tez quruyur və məhv olur. Düzənliklərdə və dağlarda bitir.
Sürünən dirçək
Sürünən dirçək (lat. Ajuga reptans) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Ajuga vulgaris Rouy Ajuga vulgaris subsp. reptans (L.) Rouy Bugula reptans (L.) Crantz Teucrium reptans (L.) Salisb.
Sürünən kəklikotu
Sürünən kəklikotu (lat. Thymus serpyllum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Həmişəyaşil, budaqlanan, kiçik yarımkol bitkisidir. Gövdəsi nazik oduncaqdır. Çiçəkli gövdəsi düzqalxan və ya azca qalxmış olub, hündürlüyü 2-15sm-ə qədər olub, gövdənin üzəri çiçəklərlə örtülmüşdür. Yarpaqları qarşı-qarşıya, qısa saplaqlı, ellipsşəkilli, kənarları orta ölçülü kirpiciklidir. Orta gövdələrində yarpaqların uzunluğu 5-10 mm, eni isə 1,5-3,5 mm-ə bərabərdir. Başcıq çiçək qrupuna malik olub, kompaktdır. Çiçəkləri ensiz, zəngşəkilli, ikidodaqlı olub, kasacığı tükcüklüdür. Qarışıq nazik budaqcıqları, yarpaq və çiçəkləri vardır.
Sürünən kəkrə
Sürünən kəkrə (lat. Acroptilon repens) - kəkrə cinsinə aid bitki növü. == Sinonimləri == Acroptilon angustifolium Cass. Acroptilon australe Iljin Acroptilon obtusifolium Cass. Acroptilon picris (Pall. ex Willd.) C.A. Mey. Acroptilon serratum Cass. Acroptilon subdentatum Cass. Centaurea picris Pall. ex Willd.
Sürünən mahoniya
Sürünən mahoniya (lat. Mahonia repens) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada, Britaniyadan Yeni Meksika və Kaliforniyaya qədər yayılmışdır. == Botaniki təsviri == Sərilmiş budaqlara malik, hündürlüyü 0,25-0,5 m-ə qədər olan koldur. Yarpaqları 3-7 ədəd enli yumurtavari, 3-6 sm uzunluğunda, tutqun göyümsov yaşıl, dərivari, kənarları iti dişli yarpaqcıqdan ibarətdir. Çiçək saplaqları 2-3 sm uzunluğundadır. Çiçək salxımları uclarda yerləşib, 3-7 sm uzunluqdadır. Meyvələri qara, zəif tüklüdür, avqustun ortaları yetişir. Mahoniya toxumlarla, yarım-oduncaqlaşmış qələmlərlə, yarpaq tumurcuğu və kök zoğları ilə çoxalır. == Ekologiyası == Quraqlığa davamlıdır.
Sürünən qarağac
Sürünən qarağac (lat. Ulmus pumila) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Təbii yayılması == Çinin şimal-qərbi və şimal-şərqində, Qazaxıstan, Qərbi Sibir, Monqoliya, Tibet, Hindistan, Koreya, Cənubi Avropa və Şimali Amerikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü təxminən 25 m, gövdəsinin diametri 1m olan ağacdır. Zoğların qabığı hamar, bozumtul — qonur, tünd boz və ya parlaq boz rəngli, kobud, bəzi yerlərdə çatlayır bilər. Budaqları açıq sarımtıl-boz, açıq boz-qonur rəngli, hamar və ya tükcüklü, pulcuqludur. Qış tumurcuqları yumurtavari və şarşəkilli formadadır. Yarpaqları ellipsvari-oval, ellipsvari-lansetvari və ya yumurtavari-lansetvari formalı, uzunluğu 2–8 sm, eni 1,2–3,5 sm, ucu biz və simmetrik bünövrəlidir. == Ekologiyası == Öz arealında quraqlı rayonlarında kol kimi bitir. == Azərbaycanda yayılması == Respublikamızda yaşıllaşdırmada bir çox rayonlarda mədəni şəraitdə becərilir.
Sürünən qaymaqçiçəyi
Sürünən qaymaqçiçəyi (lat. Ranunculus repens) — qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü. Hündürlüyü 15-40 sm olan çoxillik bitkidir. Avropa, Asiya və Şimal-Qərbi Afrikada rast gəlinir. Rütübətli və kölgəlik yerlərdə, su ilə gətirilmiş torpaqlarda – çayların sahilində, rütubətli çəmənliklərdə, kolluqların arasında, meşə bataqlıqlarında, sahələrdə və bostanlarda bitir.
Sürünən qaytarma
Sürünən qaytarma (lat. Potentilla reptans) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Gövdəsi çox uzun, sürünən, kök bağlayan və tüklü çoxillik ot bitkisidir. Kökümsovu qalındır. Kökətrafı yarpaqları uzun saplaqdadır, yarpaqcıqları 5-7 ədəd olub, barmaqvaridir. Gövdə yarpaqları daha qısa saplaqda yerləşmişdir; yarpaqcıqlar əksinəyumurtaşəkilli və ya uzanmış yumurtaşəkillidir, qaidəsi pazşəkilli, yuxarı hissədə dəyirmi dişli, üst tərəfdən çılpaq, alt tərəfdən qismən tüklüdür. Çiçəkləri tək və ya 2 ədəddir, diametri 2 sm-dir. Çiçək saplağı qoltuqda yerləşib, uzundur, uzunluğuna görə yarpaqları keçir və ya onlara bərabərdir. Ləçəklərinin uzunluğu 8–10 mm olub, qızılı-sarı rəngdədir, əksinəürəkşəkillidir, kasa yarpağından uzundur. Meyvələri qırışlıdır, təpə sütuncuğu uzunluğuna görə meyvə ilə eynidir.
Sürüşmə (1991)
== Məzmun == Film leninçi-bolşevik S.M.Kirovun Bakının ən uca yerində-Dağüstü parkda ucaldılmış möhtəşəm heykəlinin götürülməsi hadisəsi fonunda tarixi yaddaşımızın ağ ləkələrindən bəhs edir. == Film haqqında == Filmdə Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən və kino-foto sənədlərdən istifadə edilmişdir.
Sürüşən daşlar
Sürüşən daşlar, həmçinin yelkənli daşlar, yeriyən daşlar, yuvarlanan daşlar adı ilə də bilinən bu hadisə daşların heçbir insan və ya heyvan müdaxiləsi olmadan yumuşaq torpağın üzəri ilə sürüşməsi kimi qeydə alınmış hadisədir. Qaya hərəkətləri ən müxtəlif yerlərdə qeydə alınsa da bunlar içindən ən çox nəzərə çarpanı (hərəkət məsafəsinə görə) Kaliforniyanın Ölüm Dərəsi Milli Parkındakı sürüşmələrdir. == Əfsanələr == Yerli xalq arasında bəzən bu yer lənətli yer kimi də sayılırdı. Bəzi əfsanələrə görə isə hətta bu daşların şəkil dəyiştirə bilən məxluqlar olduğu və ya yad planetlilər tərəfindən kosmosdan buraya yerləştirildiyi deyilirdi. == Təsfiri == Qayaların yerləştiyi ərazi köhnə bir göl yatağıdır və bu qayalar bəzən 200 metrə qədər hərələt edə bilir. İlk əvvəllər qayaların küləyin gücü ilə hərəkətə gəldiyi iddiası irəli sürülsə də sonralar 350 kiloqrama qədər çatan bu qayaların torpağın da quru və çat olmasına görə bu cür hərəkət edə bilməsi iddiası yalanlandı. İçin ən maraqlı yanı isə o idi ki, bu qayaların indiyə kimi hərəkət etdiklərini hələ heç kəs görməmişdi. Qayalar bir gecənin içində yerlərini dəyişərək səhər torpaqda iz salırdılar. Bu izlər əksərən düz olsa da bəzən ixtiyari formada ola bilərdi. == Qayaların sirri == Hərəkət edən bu qayalar haqqında ilk araşdırmalar 1915-ci ildən başladı.2013-cü ildə GPS üzərindən daha dəqiq elmi araşdırmalar ilə qayaların sirri ortaya çıxdı.
Sürüşən vektorlar
Sürüşən vektorlar — başlanğıc nöqtəsi düz xətt üzərində ixtiyari götürülə bilən vektordur. Deməli, sürüşən vektoru yerləşdiyi düz xətt üzərində istənilən qaydada sürüşdürmək olar. Bu zaman vektorun istiqaməti dəyişməməlidir. Sərbəst vektorlardan fərqli olaraq, sürüşən vektorlar bir düz xətdən başqa düz xəttə köçürülə bilməz. Bərk cismə tətbiq olunan qüvvə Sərbəst vektora nümunədir. Sərbəst vektor anlayışı fizikada tətbiq olunur. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2.
Sürüşmə gərginliyi
Sürüşmə gərginliyi və ya kəsmə gərginliyi: Ümumi simvol: τ BS-də vahidi: paskal Digər kəmiyyətlərdən alınması: τ =F/A Kəsmə gərginliyi (çox vaxt τ ( yunanca : tau ) ilə işarələnir) material kəsiyi ilə paralel gərginliyin tərkib hissəsidir. O, materialın kəsişməsinə paralel qüvvə vektorunun komponenti olan kəsmə qüvvəsindən yaranır. Normal gərginlik, əksinə, təsir etdiyi materialın kəsişməsinə perpendikulyar olan qüvvə vektor komponentindən yaranır. == Ümumi kəsmə gərginliyi == Orta kəsmə gərginliyini τ və ya vahid sahəyə düşən qüvvəni hesablamaq üçün düstur: τ =F/A burada: F = tətbiq olunan qüvvə;A = en kəsiyi sahəsi. İştirak edilən sahə, tətbiq olunan qüvvə vektoruna paralel olan maddi üzə, yəni qüvvəyə perpendikulyar səthin normal vektoru ilə uyğun gəlir.
Ağ çürümə
Ağ çürümə – bitkilərin göbələk xəstəliyi. Törədicisi Sclerotinia libertiana göbələyidir. İnfeksiya mənbəyi səpin və əkin materialı, torpaq , bitki qalıqlarıdır. Xiyar, kələm, qabaq, sarımsaq, yerkökü, günəbaxan, tütün, çətənə, paxla, tərəvəz və s. bitkilərə yoluxur. Əsasən, vegetasiya dövründə və saxlanma zamanı baş verir. Meyvə köklü bitkilərin toxumluqlarına böyük zərər verir. Zədələnən orqanlar üzərində əmələ gələn sulu, qonur ləkələr qara sklerosili pambıgabənzər ağ kiflə örtülür. === Mübarizə tədbirləri: === Düzgün növbəli əkinə riayət etmək, məhsulu vaxtında yığmaq və düzgün rejimdə saxlamaq; istixananın havasını rütubətləndirmək. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Sintetik hürümə
Sintetik hürmə İnsan səsini sintez edən cihazlar çoxdan məlumdur. Məsələn, telefon vasitəsilə "danışan saatlarda" saatı məhz sintezator səsləndirir. Hal-hazırda isə Böyük Britaniyanın Şeffil universitetindən olan Rojer Mur it səsinin sintezatorunu yaratmışdır. Bu cihazda heyvanın ağ ciyərləri, boğazı və səs telləri proqramlı şəkildə modelləşdirilmişdir. Belə ki, itin ölçülərindən və əhvalı-ruhiyyəsindən (həyəcanlı, şən və ya ac olmasından) asılı olaraq səslər dəyişir. Cihaz yeni it - robotlar modellərində tətbiq olunacaqdır. R.Mur hesab edir ki, onun cihazı hər-hansı bir məməlinin səsini də oxşada bilər.
Sürüşmə (film, 1991)
== Məzmun == Film leninçi-bolşevik S.M.Kirovun Bakının ən uca yerində-Dağüstü parkda ucaldılmış möhtəşəm heykəlinin götürülməsi hadisəsi fonunda tarixi yaddaşımızın ağ ləkələrindən bəhs edir. == Film haqqında == Filmdə Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən və kino-foto sənədlərdən istifadə edilmişdir.
Surməq
Surməq-İranın Fars ostanının Abadə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,116 nəfər və 917 ailədən ibarət idi.
Sürtmə (emal növü)
Sürtmə - yağ içərisində narın abrazivlər vasitəsilə çox nazik metal qatı götürnəklə aparılan tamamlama əməliyyatıdır. Emal olunan səth və sürtücü alət kontur boyu bir-biri üzrə hərəkət etdirilir. Bu zaman sürtücü və səth arasında yerləşən abraziv dənəciklər diyirlənərək verilmiş istiqamətdə yönəlirlər. Dənəciklər sürtmə aralığında pəstah və alət gövdəsi arasındakı nisbi hərəkətə uyğun olaraq diyirlənirlər. Hərəkət eyni zamanda yağlayıcı mayenini təsrindən daha da güclənir. Dənəciklərin diyirlənməsi zamanı emal alət və pəstah arasında bir çox deformasiya, ayrılma, kəsmə prosesləri ilə müşayiət olunur. Burada uyğun abarziv material seçimi ilə material kəsilməsini minimallaşdırmaq olur. Sürtmədə tətbq olunan abarziv materialın dənəvərliyi çox kiçik olduğundan sürtkü qatışığında (pasta) vahid həcmə düşən dənəciklərin sayı həddən çox olur. Nəticədə kiçik bir səth çoxlu sayda dənəcik təsirinə məruz qalır. Dənəciyin təsirinin belə yüksək tezliyində səth bərkiyir və onun deformasiyaya qarşı müqaviməti artır.
Surək
Surək — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Miyandürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,817 nəfər və 2,377 ailədən ibarət idi.
Şürük
Şürük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Lənkəran rayonunun Şürük kəndi Səpnəkəran kənd ərazi vahidindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şürük kənd ərazi vahidi yaradılmışdır. == Əhalisi == Əhalisi 1302 nəfərdir. === Tanınmış şəxsləri === Soltanağa Bayramov — Azərbaycanın Milli Qəhrəmanı. == İqtisadiyyatı == Kənd əhalisi əsasən meyvəçiliklə məşğul olur. Kənd ərazisində hallabonq bağları salınmışdır. == Din == Kənddə Şürük kənd məscidi dini icması fəaliyyət göstərir.
Şütürək Maxurin
Şütürək Maxurin (fars. شترک‌ماخورین‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,578 nəfər yaşayır (493 ailə).
Levçay sürmə yatağı