Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xələc
== Digər == Xələc dili — Türk dillərinin Arqu qrupuna daxil olan dil. Xələclər — İranda, Əfqanıstanda, Pakistanda və digər ölkələrdə məskunlaşmış türkköklü xalq. Xələc yaşayış yeri — Şərur rayonunda arxeoloji abidə. Xələclər sülaləsi — 1290-cı ildən 1320-ci ilədək Dehlidə hökmüranlıq etmiş türk xanədanıdır. Xələc etrapı — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. == Qəsəbələr == Xələc — Türkmənistan Respublikasının Lebap vilayətində şəhər tipli qəsəbə, Xələc etrapının inzibati mərkəzi. == Kəndlər == === Azərbaycan kəndləri === Xələc (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Xələc (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Xələc (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Xələc (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd.
Xəlil
Xəlil — kişi adı. Xəlil Rza Ulutürk — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi. Xəlil bəy Xasməmmədov — Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi və dövlət xadimi. Xəlil Məmmədov — Azərbaycan-sovet hərbi və dövlət xadimi, Sovet İttifaqı Qəhrəmanı (1945). Xəlil Məliki — İranlı sosialist, intellektual və siyasi xadim.
Hacı Xəlil
Hacı Xəlil (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında kənd. Hacıxəlil (Miyanə) — Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Hacıxəlil (Adıyaman) — Türkiyədə kənd. Hacıxəlil (Qars) — Türkiyədə kənd.
Parça Xələc
Parça Xələc — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Patron Xəlil
Patrona Xəlil (türk. Patrona Halil; 1690 – 25 noyabr 1730, İstanbul) — 23-cü Osmanlı sultanı III Əhmədin taxtdan endirilməsinə səbəb olan üsyanın rəhbəri. == Haqqında == Əslən albandır və təqribən 1690-cı ildə Bitolada dünyaya gəlmişdir. Gənclik illərində Yeniçəri ocağının 17-ci bölüyünə yazılmış, ocağa bağlı olduğu illərdə Niş və Vidin qalalarında Osmanlı hakimiyyətinə qarşı hazırlanan ayaqlanmalarda iştirak etmişdir. Daha sonra burdan qaçaraq İstanbula gəlmiş, bir müddət kaptan-ı dəryanın kəndxudasının Patrona adlanan gəmisində ləvənd olaraq çalışmışdır. Bu səbəblə bir çox qaynaqlarda Patrona Xəlil olaraq anılır. Bu illər ərzində işlədiyi cinayətlər səbəbilə 2 dəfə ölüm hökmü ilə cəzalandırılsa da, xilas edilmişdir. Sonuncu dəfə isə kaptan-ı dərya Qaymaq Mustafa Paşa tərəfindən xilas edilmiş, bunun qarşılığında isə onun əmriylə məşhur Patrona Xəlil üsyanını başlatmışdır. O günlərdə İstanbulun və imperiyanın vəziyyəti ağırlaşmışdı. Belə ki, ağırlaşdırılan vergilər, rüşvətin və israfçılığın artması azmış kimi, heç bir səbəb olmadan Səfəvilər üzərinə müharibə elan edilmiş, cəbhədən ard-arda məğlubiyyət xəbərləri gəlməkdə idi.
Patrona Xəlil
Patrona Xəlil (türk. Patrona Halil; 1690 – 25 noyabr 1730, İstanbul) — 23-cü Osmanlı sultanı III Əhmədin taxtdan endirilməsinə səbəb olan üsyanın rəhbəri. == Haqqında == Əslən albandır və təqribən 1690-cı ildə Bitolada dünyaya gəlmişdir. Gənclik illərində Yeniçəri ocağının 17-ci bölüyünə yazılmış, ocağa bağlı olduğu illərdə Niş və Vidin qalalarında Osmanlı hakimiyyətinə qarşı hazırlanan ayaqlanmalarda iştirak etmişdir. Daha sonra burdan qaçaraq İstanbula gəlmiş, bir müddət kaptan-ı dəryanın kəndxudasının Patrona adlanan gəmisində ləvənd olaraq çalışmışdır. Bu səbəblə bir çox qaynaqlarda Patrona Xəlil olaraq anılır. Bu illər ərzində işlədiyi cinayətlər səbəbilə 2 dəfə ölüm hökmü ilə cəzalandırılsa da, xilas edilmişdir. Sonuncu dəfə isə kaptan-ı dərya Qaymaq Mustafa Paşa tərəfindən xilas edilmiş, bunun qarşılığında isə onun əmriylə məşhur Patrona Xəlil üsyanını başlatmışdır. O günlərdə İstanbulun və imperiyanın vəziyyəti ağırlaşmışdı. Belə ki, ağırlaşdırılan vergilər, rüşvətin və israfçılığın artması azmış kimi, heç bir səbəb olmadan Səfəvilər üzərinə müharibə elan edilmiş, cəbhədən ard-arda məğlubiyyət xəbərləri gəlməkdə idi.
Qəlic (Bükan)
Qəlic (fars. قليج‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 57 nəfər yaşayır (9 ailə).
Sufi Xəlil
Sufi Xəlil Bektaş (v. 1492 və ya 1491, Təbriz) — Mosullu tayfasından olan, məşhur Ağqoyunlu sərkərdəsi və siyasi xadim. Sufi Xəlil bu tayfanın sərkərdələrindən olan Əmir bəyin qardaşı idi. == Həyatı == 1451-ci ildə Uzun Həsənin müdafiə etmiş başlıca qüvvələr Sufi Xəlilin içərisindən çıxdığı Mosullu və Pörnək tayfaları olmuşdur olmuşdur. Uzun Həsənin Teymuri hökmdarı Əbu Səid üzərindəki qələbəsində Mosullu Əmir bəy qardaşı və Sufi Xəlil mühüm rol oynamışlar. 1467-ci ildə Uzun Həsəinin Bağdada yürüşündə və Həsənəli mirzə ilə Xoy döyüşündə iştirak etmişdir. 1473-cü ildə Ağqoyunlular və Osmanlılar arasında baş vermiş Otluqbeli döyüşündə Sufi Xəlil ordunun sağ cinahına rəhbərlik etmişdir. Döyüşdən əvvəl digər sərkərdələr kimi Sufi Xəlil də döyüşə girməyin yaxşı fikir olmadığını Uzun Həsənə bildirmişdi. Mənbələrdə onun bu sözləri qeydə alınmışdır, "vuruşmaq məsləhət deyildir və qeyblərin ən yaxşı bilicisindən (Allahdan) başqa heç kim vəziyyətin necə olacağını bilmir" Uzun Həsənin ölümündən sonra Gürcüstanda vəziyyət gərginləşdi. Çünki, Ağqoyunlu hökmdarı Tiflisə təyin etdiyi Sufi Xəlil vasitəsi ilə Gürcüstanı itaət altına almağı bacarmışdı.
Sultan Xəlil
Əbülfəth Sultan Xəlil — Ağqoyunlu hökmdarı. Uzun Həsənin oğlu idi. Hakimiyyətə gəlməzdən öncə Fars vilayətinin valisi idi. Cəlaləddin Dəvani öz Ərznaməsini 1476-cı ildə, məhz onun dövründə yazmışdır. Yay iqamətgahı Minbulaqda, daha sonra isə Persepolisdə olmuşdur. Şiraz ədəbiyyatının hamisi olmuşdur. Hakimiyyətə atasından sonra gəlmiş, lakin qardaşları ilə müharibəyə başlamışdır. Qardaşı Maqsudu öldürmüş, digər qardaşları Yaqub və Yusifi isə sürgünə göndərmişdi. Həmin il əmisi Murad bəy Bayanduru da məğlub edərək hakimiyyəti mərkəzləşdirmə siyasəti güdür. Mərkəzləşdirmə siyasətini bəyənməyən türkman əmirləri bundan narazılıq etdilər.
Səlahəddin Xəlil
əl-Məlikül-Əşrəf Səlahuddin Xəlil ibn Kalavun əl-Əlfi əs-Salihi (1262–1293) — Məmlük sultanı (1290–1293). == Həyatı == Xəlil ibn Kalavun 1262-ci ildə doğulmuşdu. Məmlük sultanı əl-Məlikül-Mənsur Seyfəddin Kalavunun oğludur. Böyük qardaşı əl-Məliküs-Salih Əlaəddin Əlinin ölümü üzərinə (1288) vəliəhd oldu. Əslında Sultan Kalavun əxlaq və davranışlarından xoşnud olmadığı üçün Xəlili vəliahd təyin etmək istəmirdi. Qazı Fəthuddin İbn Əbdüzzəhir, Xəlilin vəliahd təyiniylə ilgili bəlgəni imza etməsi üçün ona arz etdiyi zaman onu müsəlmanların idarəsini üstlənəcək vasıfdə görmədiyini söyləyərək imzalamamışdı. Niyəti kiçik oğlu Məhəmmədi vəliahd təyin etməkdi. Başda naib-i saltanat Hüsaməddin Torumtay olmaqla, əmirlər də Xəlili sevmir və böyük qardaşı Əlaəddini onun zəhərlədiyini iddia edirdilar. Ancaq Kalavun bu işi Xəlildən daha yaxşı yapacak başqa bir oğlu olmadığından onun vəliahd olmasına razı olmuş, Trablusşam səfərinə çıxarkən də Misirdə onu naib olaraq buraxmışdı (1289). əl-Məlikül-Əşrəf Xəlil, Kalavunun Aqqa səfəri sırasında xəstələnməsi və qısa bir müddət sonra ölümü üzərinə Məmlük taxtına keçdi (11 noyabr 1290).
Xəlil Ağamirov
Xəlil Ağamir oğlu Ağamirov (1897, Qaxbaş, Zaqatala dairəsi – 1940) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi. Türküstan və Azərbaycanda inqilabi fəaliyyət göstərmiş, Azərbaycan SSR xalq meşə sənayesi komissarı (1936–1937), Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri (1932–1934), Azərbaycan SSR xalq təchizat komissarı (1931–1932) kimi vəzifələrdə çalışmış, Zaqatala qəzasının rəhbərlərindən olmuşdur. Siyasi repressiyaya uğramışdır. == Həyatı == Xəlil Ağamir oğlu Ağamirov 1897-ci ildə Zaqatala dairəsinin (hazırda Qax rayonu) Qaxbaş kəndində, kəndli ailəsində anadan olmuşdur. İbtidai təhsilini ikisinifli məktəbdə almış, 8 yaşından muzdurluq etmişdir. 1910-cu ildə Bakıya gələrək "Kaspi" mətbəəsində işə girmiş, 1912-ci ilədək burada mürəttiblik etmiş, inqilabi ədəbiyyat yaymaqla məşğul olmuşdur. 1912-ci il Xəlil Ağamirov Daşkəndə köçərək Türküstan hökumət mətbəəsində işləmiş və inqilabi işi davam etdirmişdir. 1917-ci ildə polis tərəfindən izlənərək həbs edilsə də, bir aydan sonra həbsxanadan qaçmış və həmin ildə bolşeviklər partiyası üzvlüyünə qəbul edilmişdir. Türküstan Qızıl qvardiyasına könüllü yazılmış, Kolçak, Dutov və Biçeraxov tərəfdarlarına qarşı, Fərqanə müvəqqəti hökumətinə qarşı döyüşlərdə və Daşkənd eserlərinin üsyanı yatırmaqda iştirak etmişdir. 1919-cu ildə Kolçak ordusuna qarşı döyüşlər zamanı ağır yaralanaraq ordudan tərxis edilmişdir.
Xəlil Ağayev
Xəlil Fəhimi
Xəlil Mirzə Mahmud xan oğlu Fəhimi (1876–1953) — Cənubi Azərbaycanın valisi. == Həyatı == Xəlil Mirzə Mahmud xan oğlu 1876-cı ildə Tehran şəhərində doğulmuşdu. Fəhimülmülk ləqəbini daşıyırdı. O, Kirman vəziri Mirzə İsmayıl xanın nəvəsidir. Xəlil Fəhimi 1936-cı ildən 1939-cu ilədək İranın Ankarada səfiri vəzifəsində çalışmışdı. Yeni hökumətin ilk addımı sentyabr ayının 21-də, 1941-ci ildə köhnə aristokrat ailəsindən olan, vaxtilə bir sıra nazir postlarında çalışmış, Ankarada səfir işləmiş Fəhimini (Fəhim-ol-Mülkü) Azərbaycana vali təyin etmək oldu. Bu təyinat elan olunan gün — sentyabrın 21-də Əziz Əliyеv artıq Təbrizdə, onun başçılıq etdiyi qrup Güney Azərbaycanda işə başlamışdı. Güney Azərbaycanda normal həyatın yaradılmasında İran hakimiyyət orqanlarının maraqlı olmadığına diqtəti cəlb edərək Ə. Əliyev yazırdı: "Təbriz valisi Fəhimi özü qarışıqlıq salanları himayə edir. O, yaxşı bilir ki, bir çox sənaye obyektləri işləmir, iri tacirlər Tehrana və ingilis işğal zonasına gedirlər. Belə vəziyyətdə vali heç bir iş görmür və bizim iqtisadi-təsərrüfat həyatını normallaşdırmaqla bağlı bütün tələblərimizdən yayınır.
Xəlil Hüseynov
Xəlil Hüseynov (tam adı: Xəlil Hacı Mahmud oğlu Hüseynov; 1890, Bakı – 1943, Bakı) — Azərbaycan teatr aktyoru və rejissoru, inzibatçı kimi milli səhnə sənətimizin ilkin təşkilatçısı və təbliğatçılarından sayılır. == Həyatı == Xəlil Hacı Mahmud oğlu Hüseynov (Hüseynzadə) 1890-cı ildə Bakıda doğulub. Məktəbə on yaşında gedib və əski üsulla fəaliyyət göstərən məktəbdə oxuyub. Daxilən enerjili olan, yorulmaq bilməyən Xəlil Hüseynov "Nəşri-maarif"in nəzdində Mirzağa Əliyevin yaratdığı "Həmiyyət" truppasına üzv olmuşdur. Hüseyn Ərəblinskinin bu şəhərlərə 1908-ci il səfərləri, eləcə də sonrakı illərdə dəfələrlə buralara, Aşqabada, Krasnovodska, Həştərxana, Dərbəndə, Mahaçqalaya, Məkərəyə (Nijni Novqorod), Orenburqa səfərləri çox uğurlu keçmişdir. Bütün bu səfərlərdə Xəlil Hüseynov dəstənin qastrollarına məsul müdir, hazırlanan tamaşalarda isə ikinci rejissor və ya rejissor müavini olmuşdur. 1909-cu ilin mayında Hüseyn Ərəblinskinin başçılığı ilə 10 nəfərlik dəstə İrəvana gəlmişdi. O truppaya Cəlil Bağdadbəyov, Yusif bəy Ağayev, İsmayıl Fani, Xəlil Hüseynov, Süleyman Səlimbəyov, Ruhulla Axundov, qadın rollarını ifa edən, azərbaycanca yaxşı bilən xanım Məlik-Şahnəzəryan və digərləri daxildi. Azərbaycan peşəkar teatr tarixində ilk bacarıqlı truppa müdiri kimi tanınıb. Bu peşəni işlədiyi bütün teatr dəstələrində bacarıqla icra edib.
Xəlil Həsənov
Xəlil Kut
Xəlil Paşa, Xəlil Kut (1882 və ya 1881, İstanbul – 20 avqust 1957, İstanbul) — Türkiyə hərbi xadimi, general. == Həyatı == Türkiyənin Mosulda yerləşən 6-cı ordusunun, sonralar isə Şərq Ordular qrupunun komandanı olmuşdur. Azərbaycanda yaradılmış Qafqaz İslam Ordusunun təminat və təchizat işlərinə başçılıq etmişdir (1918). Bir müddət türk milliyyətçilərinin qeyri-rəsmi nümayəndəsi kimi Moskvada fəaliyyət göstərmişdir. Dönəmin hərbi naziri Ənvər Paşanın və qardaşı Qafqaz İslam Ordusunun başçısı Nuru Paşanın əmisi olmuşdur. Xəlil Paşanın komandanlığı altında Səlmanu-Pak döyüşündə qələbə qazanan Osmanlı ordusu üçün Kut-ül-Amarəyə gedən yol açılmışdır. Sonrakı dövrdə isə Xəlil Paşanın rəhbərliyi ilə Bağdad cəbhəsində Osmanlı ordusunun əks həmlələri başlamışdır. Kut qəsəbəsinin azadlığı uğrunda mübarizə tarixi qələbə ilə başa çatmışdır. Qəsəbə kiçik olsa da strateji əhəmiyyəti çox böyük olmuşdur. Kut məğlubiyyəti 300 illik ingilis kibirinin qırılması demək idi.
Xəlil Köçərli
Xəlil Kələntər
Xəlil Kələntər — İran azərbaycanlılarından olan elektronika mühəndisi. == Həyatı == Elektronika mühəndisliyini oxumuşdur. == Yaponiyada == 1981-ci ildə Yaponiyaya gəlib. Burada on il Naqoya Universitetində çalışıb, sonra Tokioya köçüb. Həm Naqoya, həm də Tohoku universitetlərində doktorluq dərəcəsi alıb. Yalnız Yaponiyada deyil, Amerika, Asiya və Avropada elektronika, yeni nəsil displey ekranlar sahəsində böyük mütəxəssis kimi tanınır. Həmin sahədə uzun müddət çalışdığına görə Xəlil Kələntərə müvafiq beynəlxalq konfranslarda Yaponiyanı təmsil etmək hüququ verilmişdir. Xəlil Kələntər LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin — maye kristal displeyin arxa fon işıqlarının yaradıcısıdır. Xəlil Kələntər fəza 2-ölçülü optik koherent təsvirlərin pilləli optik-liflərdə və addımlı optik-liflərdə ötürülməsi, opto-eletronik sensorlar və ölçü cihazları, optik-makrostrukturlu funksional cihazlar və displey optikası məsələləri üzərində işləmişdir. 1995-ci ildən bəri LCD blokları üçün optik cihazlar və modullar üzərində çalışır.
Xəlil Mirzə
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist == Həyatı == Xəlil Mirzəmməd oğlu Xəlilov 1958-ci il noyabr ayının 12-də Sabirabad rayonunun Kovlar kəndində anadan olub. 1965—1973-cü illərdə kənd səkkizillik məktəbində, 1973—1975-ci illərdə M.Ə.Sabir adına 1 saylı orta məktəbdə orta təhsil alıb. Ədəbiyyata marağı uşaq yaşlarından başlayıb. Kənd məktəbində oxuyarkən divar qəzetlərinin, radio qovşağının redaktoru olub, həmin illər rayonda çıxan “Muğan” (indiki “Suqovuşan”) qəzeti ilə əməkdaşlıq edib. Qəzet janrının demək olar ki, bütün növlərində qələmini sınayıb və hələ gənc yaşlarında oxucuların rəğbətini qazanıb. 1976-cı ildə Ç.İldırım adına Az.Pİ-nin avtonəqliyyat fakultəsinə daxil olub. 1977—1979-cu illərdə hərbi xidmətdə olub. Hərbi xidmət illərində belə “Muğan” qəzeti ilə əməkdaşlığını davam etdirib. 1979-cu ildə Bakı Şin Zavodunda işə düzəlib və axşam şöbəsində ali təhsilini davam etdirib. 1985-ci ildə təhsilini başa vurmaqla mühəndis-mexanik ixtisasına yiyələnib.
Xəlil Mirzəyev
Xəlil Mirzəyev biologiya elmləri namizədi. Tibb universitetinin dosenti === Fəaliyyəti === Xəlil Mirzəyev 1963-cü ildə Əyyublu kənd orta məktəbini əla qiymətlərlə bitirib, həmin ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Instituna daxil olmuş, 1968-ci ildə İnstitutun əczaçılıq fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1968-ci ildə Institutun Elmi Şurasının qərarı ilə Xəlil Mirzəyev Farmakologiya kafedrasının aspiranturasına daxil olmuş, 1971-ci ildə həmin aspiranturanı bitirərək , "Qaraçöhrə bitkisinin kimyəvi və toksiki-farmakoloji tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi adını almışdır.. Dünyanın bir sıra şəhərlərində (Moskva, Kiyev, Riqa ,Fərqanə) beynəlxalq elmi konfranslarda istirak etmisdir.. 1971-ci ildən indiyə kimi Tibb Universitetinin Farmakologiya kafedrasında dosent vəzifəsində çalışmışdır.
Xəlil Musayev
Musayev Xəlil İsrafil oğlu (1896[…], Çox, Qunib dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası – 1949[…], Betlehem[d], Konnektikut, ABŞ) — avar əsilli Dağıstan boyakarı, karikaturaçı, mənzərə rəssamı. == Haqqında == Musayev Xəlil İsrafil oğlu 1896-cı ildə Dağıstanın Çox aulunda anadan olmuşdur. Avarların Manijal nəslinə mənsub atası İsrafil bəy Musayev çarın şəxsi qvardiyasında xidmət etmiş, sonra isə mahal naibi olmuşdu. X.Musayev Tiflis Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq Məktəbində, Münhen Rəssamlıq Akademiyasında təhsil almışdır. 1913-cü ildən Tiflisdə "Molla Nəsrəddin" jurnalında rəssamın "Xəlil Mussayev", "Mussayev Çoxski", "X.M." imzaları ilə (müəllif öz rəsmlərini həm kiril, həm də ərəb hərfləri ilə imzalayırdı) 20-yə yaxın karikaturası ("Molla Nəsrəddin"in dostları və düşmənləri","Müsəlman ziyalısı", "Rus və müsəlman qadını teatrda", "Culfada əvvəlinci parlamanın üzvü", "Tiryəkxanada" ("Maarifin mərkəzi olan Tiflis şəhərində müsəlmanların gecə-gündüz məşğuliyyəti"), "Rəşt şəriətmədarı və rus konsulu", "Qəribə tərəzi", "Bizim əyləncəmiz", "Şamaxıda məktəb barəsində şura", "Qoymaram oğlumu məktəbə aparasan" və s.) çap olunmuşdur. Onun karikaturaları "Molla Nəsrəddin"lə yanaşı Bakıdakı "Kəlniyyət" (naşir Seyid Hüseyn, redaktor H.İ.Qasımov) və rusdilli "Baraban" (naşir İ.Aşurbəyli və B.Şahtaxtinski, redaktor Ə.Əzimzadə) satirik məcmuələrində də çap olunmuşdu. Bu karikaturalar yalnız mövzunun aktuallığı ilə deyil, həm də rəsm texnikasının yetkinliyi və koloritliliyi ilə seçilirdi. Milliyyətcə avardır. 1916-cı ildə xaricə, Avropaya mühacirət etmişdir. Münhendən qayıtdıqdan sonra Temirxanşurada (indiki Buynaksk) yaşayan Xəlil Musayev tədricən yaradıcılığında portret janrına daha böyük üstünlük verməyə başlamışdı.
Xəlil Mutlu
Xəlil Mutlu (türk. Halil Mutlu, əvvəlki adı — Xалил Алиев; 14 iyul 1973, , Postnik, Bolqarıstan) — Türkiyə ağır atleti, üçqat Olimpiya (1996, 2000, 2004), beşqat dünya və doqquzqat Avropa çempionu.
Xəlil Məliki
Xəlil Məliki (1903, Təbriz – 1969, Tehran) — İranlı sosialist, intellektual və siyasi xadim. Erkən 1940-cı illərdə Məliki Rza Şah tərəfindən həbs edilmiş 53 solçu ziyalılardan biri olmuşdur. Azad olandan sonra Tudə Partiyası (yəni kütlələrinin partiyası)nın orijinal yaradıcılarından biri olmuşdur. == Mənbə == Siavoshi, Sussan, Liberal Nationalism in Iran: The Failure of a Movement, Westview Press, March 1990.
Xəlil Məmmədov
Məmmədov Xəlil Məmməd oğlu (5 may 1916, Şuşa – 21 fevral 1989, Bakı) — Azərbaycan-sovet hərbi və dövlət xadimi, Sovet İttifaqı Qəhrəmanı (1945), Azərbaycan SSR daxili işlər (1960–1965) və ictimai asayişi mühafizə naziri (1962–1965). == Həyatı == Xəlil Məmmədov 1916-cı ildə Şuşa şəhərində anadan olmuşdur. 1938-ci ildə Şuşa RHK-dan orduya çağırılmışdır. Müharibədə rütbəsi mayor olub. Krım, Donbas, Ukrayna uğrunda aparılan döyüşlərdə iştirak etmişdir. Rumın şəhərciyi Merqura hücum zamanı hitlerçilər tərəfindən güclü müdafiə sistemi yaradılmışdı. Məmmədovun batalyonuna müdafiəni yararaq, şəhərin digər başında yerləşən körpünü düşmən keçə bilməsin deyə partlatmaq əmri verilmişdir. Gecə həmləsi zamanı mayorun tankları beton pilləkənlərdən ibarət maneə ilə qarşılaşdı. Belə bir maneəni keçib getmək qeyri mümkün idi. Tankçılar dəmir troslarla maneəni yox edərək, mina meydançasını keçdilər və şəhərə daxil oldular.
Xəlil Paşa
Xəlil Paşa (türk. Halil Paşa; 1857, İstanbul – 1939, İstanbul) — Türkiyə rəssaml. == Həyatı == Xəlil Paşa 1857-ci ildə İstanbulda Bəylərbəyində ,Rodos əsilli bir ailədə dünyaya göz açmışdır. Atası Səlim Paşa Məktəb-i Hərbiyənin əsasını qoyan hərbiçilərdən biri olmuşdur. Mühendishane-i Berrî-i Hümâyûnu (bugünkü İstanbul Texnik Universiteti) bitirdi. Məzun olar-olmaz saraya dəvət edildi və liseylərdə rəsm müəllimi kimi fəaliyyətə başladı. Uzun müddət davam edən təkid və xahişlərdən sonra atası onu rəsm təhsili almaq üçün Parisə göndərdi. Səkkiz il qaldığı Parisdə məşhur rəssam Jean-Léon Gérômenin emalatxanasında çalışdı. 1889-cu ildə Paris Beynəlxalq sərgisində sərgilənən bir rəsmi ilə medal qazandı. Vətənə geri döndükdən sonra məktəblərdə rəsm müəllimi olaraq çalışdı.
Xalid bin Vəlid
Xalid ibn Vəlid (ərəb. أبو سليمان خالد بن الوليد بن المغيرة المخزومي القرشي‎) (592, Məkkə – 19 avqust 642, Mədinə və ya Homs) — Hüdeybiyyə müqaviləsindən sonra İslamı qəbul edənə qədər Qureyşin sıralarında döyüşmüş, İslamı qəbul etdikdən sonra isə İslam dövlətinin komandanlığı altında girmişdir. O, Uhud döyüşündə Qüreyşin qalibiyyətində əsas rol oynamış, tabeliyində olan süvariləri manevr edərək müsəlmanların məğlubiyyətini təmin etmişdir. Müsəlman olduqdan sonra Bizans və Sasanilərə qarşı qələbələr qazanmışdır. Bunlardan ən diqqət çəkəni Yərmuq döyüşündə Bizans ordusunu məğlub etməsidir. İslam mənbələrinə görə, o, yüzdən artıq döyüşdə məğlub olmayan nadir sərkərdələrdəndir. O, üç il kimi qısa müddətdə İraq və İranı İslam dövlətinə bağlamış, onun fəthləri Anadoluda Qəhrəmanmaraş qədər uzanmışdır. 638-ci ildə Ömər bin Xəttab tərəfindən ordu komandanlığından uzaqlaşdırılaraq inzibati vəzifəyə gətirilmişdir. O, bir il sonra bu vəzifədən istefa verir və 642-ci ildə vəfat edir. 1666.
Xalid ibn Vəlid
Xalid ibn Vəlid (ərəb. أبو سليمان خالد بن الوليد بن المغيرة المخزومي القرشي‎) (592, Məkkə – 19 avqust 642, Mədinə və ya Homs) — Hüdeybiyyə müqaviləsindən sonra İslamı qəbul edənə qədər Qureyşin sıralarında döyüşmüş, İslamı qəbul etdikdən sonra isə İslam dövlətinin komandanlığı altında girmişdir. O, Uhud döyüşündə Qüreyşin qalibiyyətində əsas rol oynamış, tabeliyində olan süvariləri manevr edərək müsəlmanların məğlubiyyətini təmin etmişdir. Müsəlman olduqdan sonra Bizans və Sasanilərə qarşı qələbələr qazanmışdır. Bunlardan ən diqqət çəkəni Yərmuq döyüşündə Bizans ordusunu məğlub etməsidir. İslam mənbələrinə görə, o, yüzdən artıq döyüşdə məğlub olmayan nadir sərkərdələrdəndir. O, üç il kimi qısa müddətdə İraq və İranı İslam dövlətinə bağlamış, onun fəthləri Anadoluda Qəhrəmanmaraş qədər uzanmışdır. 638-ci ildə Ömər bin Xəttab tərəfindən ordu komandanlığından uzaqlaşdırılaraq inzibati vəzifəyə gətirilmişdir. O, bir il sonra bu vəzifədən istefa verir və 642-ci ildə vəfat edir. 1666.
Xalid ibni Vəlid
Xalid ibn Vəlid (ərəb. أبو سليمان خالد بن الوليد بن المغيرة المخزومي القرشي‎) (592, Məkkə – 19 avqust 642, Mədinə və ya Homs) — Hüdeybiyyə müqaviləsindən sonra İslamı qəbul edənə qədər Qureyşin sıralarında döyüşmüş, İslamı qəbul etdikdən sonra isə İslam dövlətinin komandanlığı altında girmişdir. O, Uhud döyüşündə Qüreyşin qalibiyyətində əsas rol oynamış, tabeliyində olan süvariləri manevr edərək müsəlmanların məğlubiyyətini təmin etmişdir. Müsəlman olduqdan sonra Bizans və Sasanilərə qarşı qələbələr qazanmışdır. Bunlardan ən diqqət çəkəni Yərmuq döyüşündə Bizans ordusunu məğlub etməsidir. İslam mənbələrinə görə, o, yüzdən artıq döyüşdə məğlub olmayan nadir sərkərdələrdəndir. O, üç il kimi qısa müddətdə İraq və İranı İslam dövlətinə bağlamış, onun fəthləri Anadoluda Qəhrəmanmaraş qədər uzanmışdır. 638-ci ildə Ömər bin Xəttab tərəfindən ordu komandanlığından uzaqlaşdırılaraq inzibati vəzifəyə gətirilmişdir. O, bir il sonra bu vəzifədən istefa verir və 642-ci ildə vəfat edir. 1666.