XƏLİFƏ
XƏLİLULLAH
OBASTAN VİKİ
Amil Xəlil
Amil Xəlil (tam adı: Amil Bəhlul oğlu Xəlil; 13 noyabr 1991; Bakı, Azərbaycan) — azərbaycanlı araşdırmaçı jurnalist və aparıcı. == Həyatı == Amil Bəhlul oğlu Xəlil 13 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olub. Lakin sənədlərdə doğum tarixi 18 yanvar 1992-ci il qeyd edilib. 1998-ci ildə Biləcəridə yerləşən 284 saylı məktəbdə orta təhsil almağa başlayıb. Bir il sonra orta təhsilini həmin qəsəbədə yerləşən 45 saylı orta məktəbdə davam etdirib. Orta məktəb illərindən tarixə həvəsi olub. İrəvan və Kərkük xəritələrinin yeni versiyalarının hazırlanmasında iştirak edib. Hələ uşaq yaşlarından həvəskar şəkildə virtual olaraq aparıcılıq və müxbirlik edib. Sinif yoldaşlarından müsahibələr alıb məktəb jurnallarında çap etdirib. Taxtadan hazırladığı mikrafonlar hələ də qalmaqdadır.
Ağaverdi Xəlil
Ağaverdi Sərxan oğlu Xəlil — filologiya üzrə fəlsəfə doktoru, dosent == Həyatı == 1962-ci il avqust ayının 30-da Kürdəmir rayonunun Həmzəli kəndində anadan olmuşdur. 1979-cu ildə Bakıda orta məktəbi fərqlənmə ilə qurtarmış, 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. "Mahmud Kaşqarlının "Türk dillərinin divanı kitabı"nda paremioloji vahidlərin struktur-semantik təhlili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, "Oğuz eposunda ritual və janrın struktur tipologiyası" mövzusunda doktorluq dissertasiyası yazmışdır. 2001-2002-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda "İntellekt-nəzəri eksperimental laboratoriyası"nın, 2003-2006-cı illərdə AMEA Folklor İnstitutunda "Folklor laboratoriyası"nın, 2007-2011-ci illərdə "Folklor nəzəriyyəsi" şöbəsinin müdiri olmuşdur. 2012-ci ildən "Mərasim folkloru" şöbəsinə rəhbərlik edir. "Mahmud Kaşqarlının "Türk dillərinin divanı kitabı"nda ədəbi mətnlər" (2001), "Əski türk savlarının semiotikası" (2006), "Folklor terminləri" (2010), "Türk xalqlarının yaz bayramları və Novruz" (2012) kitablarının, bir sıra tərcümə, toplama və tərtib işlərinin, dərs proqramlarının, 100-dən çox elmi məqalənin müəllifidir. Əksəriyyəti xarici ölkələrdə olmaqla, 60-dan çox Beynəlxalq elmi konfrnsda türk xalqlarının dili, folkloru və ədəbiyyatının müxtəlif problemlərinə həsr olunmuş məruzələr etmişdir. Əsərləri Azərbaycan və bir sıra türk dilləri ilə yanaşı, rus və ingilis dillərində nəşr olunmuşdur. "İnternet-İntellekt" toplusunu (2001) və "Struktur-semiotik araşdırmalar" (2002) dərgisini nəşrə hazırlamışdır. Türkiyədə çıxan "Motif Akademi" folklor jurnalının Azərbaycan üzrə təmsilçisi və Azərbaycana həsr olunmuş xüsusi saylarının (2011/1;2) redaktorudur.
Hacı Xəlil
Hacı Xəlil (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında kənd. Hacıxəlil (Miyanə) — Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Hacıxəlil (Adıyaman) — Türkiyədə kənd. Hacıxəlil (Qars) — Türkiyədə kənd.
Patron Xəlil
Patrona Xəlil (türk. Patrona Halil; 1690 – 25 noyabr 1730, Konstantinopol) — 23-cü Osmanlı sultanı III Əhmədin taxtdan endirilməsinə səbəb olan üsyanın rəhbəri. == Haqqında == Əslən albandır və təqribən 1690-cı ildə Bitolada dünyaya gəlmişdir. Gənclik illərində Yeniçəri ocağının 17-ci bölüyünə yazılmış, ocağa bağlı olduğu illərdə Niş və Vidin qalalarında Osmanlı hakimiyyətinə qarşı hazırlanan ayaqlanmalarda iştirak etmişdir. Daha sonra burdan qaçaraq İstanbula gəlmiş, bir müddət kaptan-ı dəryanın kəndxudasının Patrona adlanan gəmisində ləvənd olaraq çalışmışdır. Bu səbəblə bir çox qaynaqlarda Patrona Xəlil olaraq anılır. Bu illər ərzində işlədiyi cinayətlər səbəbilə 2 dəfə ölüm hökmü ilə cəzalandırılsa da, xilas edilmişdir. Sonuncu dəfə isə kaptan-ı dərya Qaymaq Mustafa Paşa tərəfindən xilas edilmiş, bunun qarşılığında isə onun əmriylə məşhur Patrona Xəlil üsyanını başlatmışdır. O günlərdə İstanbulun və imperiyanın vəziyyəti ağırlaşmışdı. Belə ki, ağırlaşdırılan vergilər, rüşvətin və israfçılığın artması azmış kimi, heç bir səbəb olmadan Səfəvilər üzərinə müharibə elan edilmiş, cəbhədən ard-arda məğlubiyyət xəbərləri gəlməkdə idi.
Patrona Xəlil
Patrona Xəlil (türk. Patrona Halil; 1690 – 25 noyabr 1730, Konstantinopol) — 23-cü Osmanlı sultanı III Əhmədin taxtdan endirilməsinə səbəb olan üsyanın rəhbəri. == Haqqında == Əslən albandır və təqribən 1690-cı ildə Bitolada dünyaya gəlmişdir. Gənclik illərində Yeniçəri ocağının 17-ci bölüyünə yazılmış, ocağa bağlı olduğu illərdə Niş və Vidin qalalarında Osmanlı hakimiyyətinə qarşı hazırlanan ayaqlanmalarda iştirak etmişdir. Daha sonra burdan qaçaraq İstanbula gəlmiş, bir müddət kaptan-ı dəryanın kəndxudasının Patrona adlanan gəmisində ləvənd olaraq çalışmışdır. Bu səbəblə bir çox qaynaqlarda Patrona Xəlil olaraq anılır. Bu illər ərzində işlədiyi cinayətlər səbəbilə 2 dəfə ölüm hökmü ilə cəzalandırılsa da, xilas edilmişdir. Sonuncu dəfə isə kaptan-ı dərya Qaymaq Mustafa Paşa tərəfindən xilas edilmiş, bunun qarşılığında isə onun əmriylə məşhur Patrona Xəlil üsyanını başlatmışdır. O günlərdə İstanbulun və imperiyanın vəziyyəti ağırlaşmışdı. Belə ki, ağırlaşdırılan vergilər, rüşvətin və israfçılığın artması azmış kimi, heç bir səbəb olmadan Səfəvilər üzərinə müharibə elan edilmiş, cəbhədən ard-arda məğlubiyyət xəbərləri gəlməkdə idi.
Sufi Xəlil
Sufi Xəlil Bektaş (v. 1492 və ya 1491, Təbriz) — Mosullu tayfasından olan, məşhur Ağqoyunlu sərkərdəsi və siyasi xadim. Sufi Xəlil bu tayfanın sərkərdələrindən olan Əmir bəyin qardaşı idi. == Həyatı == 1451-ci ildə Uzun Həsənin müdafiə etmiş başlıca qüvvələr Sufi Xəlilin içərisindən çıxdığı Mosullu və Pörnək tayfaları olmuşdur olmuşdur. Uzun Həsənin Teymuri hökmdarı Əbu Səid üzərindəki qələbəsində Mosullu Əmir bəy qardaşı və Sufi Xəlil mühüm rol oynamışlar. 1467-ci ildə Uzun Həsəinin Bağdada yürüşündə və Həsənəli mirzə ilə Xoy döyüşündə iştirak etmişdir.1473-cü ildə Ağqoyunlular və Osmanlılar arasında baş vermiş Otluqbeli döyüşündə Sufi Xəlil ordunun sağ cinahına rəhbərlik etmişdir. Döyüşdən əvvəl digər sərkərdələr kimi Sufi Xəlil də döyüşə girməyin yaxşı fikir olmadığını Uzun Həsənə bildirmişdi. Mənbələrdə onun bu sözləri qeydə alınmışdır, "vuruşmaq məsləhət deyildir və qeyblərin ən yaxşı bilicisindən (Allahdan) başqa heç kim vəziyyətin necə olacağını bilmir" Uzun Həsənin ölümündən sonra Gürcüstanda vəziyyət gərginləşdi. Çünki, Ağqoyunlu hökmdarı Tiflisə təyin etdiyi Sufi Xəlil vasitəsi ilə Gürcüstanı itaət altına almağı bacarmışdı. Lakin 1478-ci il yanvarın 5-də Uzun Həsənin ölümü ilə Ağqoyunlu taxtı uğrunda mübarizə başladı.
Sultan Xəlil
Əbülfəth Sultan Xəlil — Ağqoyunlu hökmdarı. == Həyatı == Uzun Həsənin oğlu idi. Hakimiyyətə gəlməzdən öncə Fars vilayətinin valisi idi. Cəlaləddin Dəvani öz Ərznaməsini 1476-cı ildə, məhz onun dövründə yazmışdır. Yay iqamətgahı Minbulaqda, daha sonra isə Persepolisdə olmuşdur. Şiraz ədəbiyyatının hamisi olmuşdur. == Hakimiyyəti == Hakimiyyətə atasından sonra gəlmiş, lakin qardaşları ilə müharibəyə başlamışdır. Qardaşı Maqsudu öldürmüş, digər qardaşları Yaqub və Yusifi isə sürgünə göndərmişdi. Həmin il əmisi Murad bəy Bayanduru da məğlub edərək hakimiyyəti mərkəzləşdirmə siyasəti güdür. Mərkəzləşdirmə siyasətini bəyənməyən türkman əmirləri bundan narazılıq etdilər.
Səlahəddin Xəlil
əl-Məlikül-Əşrəf Səlahuddin Xəlil ibn Kalavun əl-Əlfi əs-Salihi (1262–1293) — Məmlük sultanı (1290–1293). == Həyatı == Xəlil ibn Kalavun 1262-ci ildə doğulmuşdu. Məmlük sultanı əl-Məlikül-Mənsur Seyfəddin Kalavunun oğludur. Böyük qardaşı əl-Məliküs-Salih Əlaəddin Əlinin ölümü üzərinə (1288) vəliəhd oldu. Əslında Sultan Kalavun əxlaq və davranışlarından xoşnud olmadığı üçün Xəlili vəliahd təyin etmək istəmirdi. Qazı Fəthuddin İbn Əbdüzzəhir, Xəlilin vəliahd təyiniylə ilgili bəlgəni imza etməsi üçün ona arz etdiyi zaman onu müsəlmanların idarəsini üstlənəcək vasıfdə görmədiyini söyləyərək imzalamamışdı. Niyəti kiçik oğlu Məhəmmədi vəliahd təyin etməkdi. Başda naib-i saltanat Hüsaməddin Torumtay olmaqla, əmirlər də Xəlili sevmir və böyük qardaşı Əlaəddini onun zəhərlədiyini iddia edirdilar. Ancaq Kalavun bu işi Xəlildən daha yaxşı yapacak başqa bir oğlu olmadığından onun vəliahd olmasına razı olmuş, Trablusşam səfərinə çıxarkən də Misirdə onu naib olaraq buraxmışdı (1289). əl-Məlikül-Əşrəf Xəlil, Kalavunun Aqqa səfəri sırasında xəstələnməsi və qısa bir müddət sonra ölümü üzərinə Məmlük taxtına keçdi (11 noyabr 1290).
Xəlil Mirzə
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist == Həyatı == Xəlil Mirzəmməd oğlu Xəlilov 1958-ci il noyabr ayının 12-də Sabirabad rayonunun Kovlar kəndində anadan olub. 1965—1973-cü illərdə kənd səkkizillik məktəbində, 1973—1975-ci illərdə M.Ə.Sabir adına 1 saylı orta məktəbdə orta təhsil alıb. Ədəbiyyata marağı uşaq yaşlarından başlayıb. Kənd məktəbində oxuyarkən divar qəzetlərinin, radio qovşağının redaktoru olub, həmin illər rayonda çıxan “Muğan” (indiki “Suqovuşan”) qəzeti ilə əməkdaşlıq edib. Qəzet janrının demək olar ki, bütün növlərində qələmini sınayıb və hələ gənc yaşlarında oxucuların rəğbətini qazanıb. 1976-cı ildə Ç.İldırım adına Az.Pİ-nin avtonəqliyyat fakultəsinə daxil olub. 1977—1979-cu illərdə hərbi xidmətdə olub. Hərbi xidmət illərində belə “Muğan” qəzeti ilə əməkdaşlığını davam etdirib. 1979-cu ildə Bakı Şin Zavodunda işə düzəlib və axşam şöbəsində ali təhsilini davam etdirib. 1985-ci ildə təhsilini başa vurmaqla mühəndis-mexanik ixtisasına yiyələnib.
Xəlil Mirzəyev
Xəlil Mirzəyev biologiya elmləri namizədi. Tibb universitetinin dosenti === Fəaliyyəti === Xəlil Mirzəyev 1963-cü ildə Əyyublu kənd orta məktəbini əla qiymətlərlə bitirib, həmin ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Instituna daxil olmuş, 1968-ci ildə İnstitutun əczaçılıq fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1968-ci ildə Institutun Elmi Şurasının qərarı ilə Xəlil Mirzəyev Farmakologiya kafedrasının aspiranturasına daxil olmuş, 1971-ci ildə həmin aspiranturanı bitirərək , "Qaraçöhrə bitkisinin kimyəvi və toksiki-farmakoloji tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi adını almışdır.. Dünyanın bir sıra şəhərlərində (Moskva, Kiyev, Riqa ,Fərqanə) beynəlxalq elmi konfranslarda istirak etmisdir.. 1971-ci ildən indiyə kimi Tibb Universitetinin Farmakologiya kafedrasında dosent vəzifəsində çalışmışdır.
Xəlil Musayev
Musayev Xəlil İsrafil oğlu (1896[…], Çox, Qunib dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası – 1949[…], Betlehem[d], Konnektikut, ABŞ) — avar əsilli Dağıstan boyakarı, karikaturaçı, mənzərə rəssamı. == Haqqında == Musayev Xəlil İsrafil oğlu 1896-cı ildə Dağıstanın Çox aulunda anadan olmuşdur. Avarların Manijal nəslinə mənsub atası İsrafil bəy Musayev çarın şəxsi qvardiyasında xidmət etmiş, sonra isə mahal naibi olmuşdu. X.Musayev Tiflis Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq Məktəbində, Münhen Rəssamlıq Akademiyasında təhsil almışdır. 1913-cü ildən Tiflisdə "Molla Nəsrəddin" jurnalında rəssamın "Xəlil Mussayev", "Mussayev Çoxski", "X.M." imzaları ilə (müəllif öz rəsmlərini həm kiril, həm də ərəb hərfləri ilə imzalayırdı) 20-yə yaxın karikaturası ("Molla Nəsrəddin"in dostları və düşmənləri","Müsəlman ziyalısı", "Rus və müsəlman qadını teatrda", "Culfada əvvəlinci parlamanın üzvü", "Tiryəkxanada" ("Maarifin mərkəzi olan Tiflis şəhərində müsəlmanların gecə-gündüz məşğuliyyəti"), "Rəşt şəriətmədarı və rus konsulu", "Qəribə tərəzi", "Bizim əyləncəmiz", "Şamaxıda məktəb barəsində şura", "Qoymaram oğlumu məktəbə aparasan" və s.) çap olunmuşdur. Onun karikaturaları "Molla Nəsrəddin"lə yanaşı Bakıdakı "Kəlniyyət" (naşir Seyid Hüseyn, redaktor H.İ.Qasımov) və rusdilli "Baraban" (naşir İ.Aşurbəyli və B.Şahtaxtinski, redaktor Ə.Əzimzadə) satirik məcmuələrində də çap olunmuşdu. Bu karikaturalar yalnız mövzunun aktuallığı ilə deyil, həm də rəsm texnikasının yetkinliyi və koloritliliyi ilə seçilirdi. Milliyyətcə avardır. 1916-cı ildə xaricə, Avropaya mühacirət etmişdir. Münhendən qayıtdıqdan sonra Temirxanşurada (indiki Buynaksk) yaşayan Xəlil Musayev tədricən yaradıcılığında portret janrına daha böyük üstünlük verməyə başlamışdı.
Xəlil Mutlu
Xəlil Mutlu (türk. Halil Mutlu, əvvəlki adı — Xалил Алиев; 14 iyul 1973, , Postnik, Bolqarıstan) — Türkiyə ağır atleti, üçqat Olimpiya (1996, 2000, 2004), beşqat dünya və doqquzqat Avropa çempionu.
Xəlil Məliki
Xəlil Məliki (1903, Təbriz - iyul 1969) — İranlı sosialist, intellektual və siyasi xadim. Erkən 1940-cı illərdə Məliki Rza Şah tərəfindən həbs edilmiş 53 solçu ziyalılardan biri olmuşdur.Azad olandan sonra Tudə Partiyası (yəni kütlələrinin partiyası)nın orijinal yaradıcılarından biri olmuşdur. == Mənbə == Siavoshi, Sussan, Liberal Nationalism in Iran: The Failure of a Movement, Westview Press, March 1990.
Xəlil Məmmədov
Məmmədov Xəlil Məmməd oğlu (5 may 1916, Şuşa – 21 fevral 1989, Bakı) — Azərbaycan-sovet hərbi və dövlət xadimi, Sovet İttifaqı Qəhrəmanı (1945), Azərbaycan SSR daxili işlər (1960–1965) və ictimai asayişi mühafizə naziri (1962–1965). == Həyatı == Xəlil Məmmədov 1916-cı ildə Şuşa şəhərində anadan olmuşdur. 1938-ci ildə Şuşa RHK-dan orduya çağırılmışdır. Müharibədə rütbəsi mayor olub. Krım, Donbas, Ukrayna uğrunda aparılan döyüşlərdə iştirak etmişdir. Rumın şəhərciyi Merqura hücum zamanı hitlerçilər tərəfindən güclü müdafiə sistemi yaradılmışdı. Məmmədovun batalyonuna müdafiəni yararaq, şəhərin digər başında yerləşən körpünü düşmən keçə bilməsin deyə partlatmaq əmri verilmişdir. Gecə həmləsi zamanı mayorun tankları beton pilləkənlərdən ibarət maneə ilə qarşılaşdı. Belə bir maneəni keçib getmək qeyri mümkün idi. Tankçılar dəmir troslarla maneəni yox edərək, mina meydançasını keçdilər və şəhərə daxil oldular.
Xəlil Paşa
Xəlil Paşa (türk. Halil Paşa; 1857, Konstantinopol – 1939, İstanbul) — Türkiyə rəssaml. == Həyatı == Xəlil Paşa 1857-ci ildə İstanbulda Bəylərbəyində ,Rodos əsilli bir ailədə dünyaya göz açmışdır. Atası Səlim Paşa Məktəb-i Hərbiyənin əsasını qoyan hərbiçilərdən biri olmuşdur. Mühendishane-i Berrî-i Hümâyûnu (bugünkü İstanbul Texnik Universiteti) bitirdi. Məzun olar-olmaz saraya dəvət edildi və liseylərdə rəsm müəllimi kimi fəaliyyətə başladı. Uzun müddət davam edən təkid və xahişlərdən sonra atası onu rəsm təhsili almaq üçün Parisə göndərdi. Səkkiz il qaldığı Parisdə məşhur rəssam Jean-Léon Gérômenin emalatxanasında çalışdı. 1889-cu ildə Paris Beynəlxalq sərgisində sərgilənən bir rəsmi ilə medal qazandı. Vətənə geri döndükdən sonra məktəblərdə rəsm müəllimi olaraq çalışdı.
Xəlil Qasımov
Xəlil Məmmədəli oğlu Qasımov (28 fevral 1942, Bakı – 24 oktyabr 2021, Bakı) — Biologiya elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Xəlil Qasımov 28 fevral 1942-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetində ali təhsil alıb. Uzun illər Bakı Dövlət Universitetində, Azərbayca Tibb Universitetində və Azərbayca Dövlət Bədən Tərbiyəsi Akademiyasında Biofizika və Biokimya ixtisası üzrə mühazirələr oxuyub. Xəlil Qasımovun 150 elmi əsəri çapdan çıxıb, onların 110-u xaricdə nəşr olunub. Elmi fəaliyyətinə görə bir sıra mükafatlara, o cümlədən AMEA Rəyasət Heyətinin Fəxri fərmanına layiq görülüb. Vəfat edənədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tibbi-bioloji elmlər kafedrasının rəhbəri vəzifəsində çalışırdı. Eyni zamanda Hüceyrə membranlarının fiziki-kimyəvi xassələri laboratoriyasının baş elmi işçisi idi. == Təltif və mükafatları == AMEA Rəyasət Heyətinin Fəxri fərmanı — 2002 == Elmi əsərləri == 1. Костенко Г.А., Касумов Х.М. Литинская Л.Л., Эйдус Л.Х. 1971.
Xəlil Raxmatulin
Xəlil Raxmatulin (rus. Халил Ахмедович Рахматулин; d. 23 aprel 1909, Tokmak — 10 yanvar 1988, Moskva) — SSRİ mexaniki, Özbəkistan SSR Elmlər Akademiyasının akademiki, professor. Fizika-riyaziyyat elmləri doktoru, Sosialist Əməyi Qəhrəmanı (24.04.1979). == Həyatı == Xəlil Raxmatulin 23 aprel 1909-cu ildə anadan olmuşdur.10 yanvar 1988-ci ildə Moskva şəhərində vəfat etmişdir.
Xəlil Rza
Xəlil Rza Ulutürk (21 oktyabr 1932, Pirəbbə, Salyan rayonu – 22 iyun 1994, Bakı) — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), Azərbaycanın əməkdar incəsənət xadimi (1986), M. F. Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikasının xalq şairi (1992). Ölümündən sonra "İstiqlal" ordeni ilə təltif olunub. Xəlil Rza Ulutürk Azərbaycan ədəbiyyatı tarixinə azadlıq carçısı kimi daxil olub. Azərbaycanın sevimli şairinə çevrilən Xəlil Rza Ulutürk hələ məktəb illərindən öz çalışqanlığı, fərasəti va davranışı ilə müəllimlərin, vali- deynlərin rəğbətini qazanmışdı. Şair orta məktəbdə oxuduğu illərdə ədəbiyyata sonsuz həvəs göstərib, bütün əsərlərində xalqı düşmənlərə qarşı mübarizəyə səsləmişdir. Yaradıcılığı boyu əsərlərində Vətən məhəbbəti, torpaq sevgisi, sülh, əmin-amanlıq, azadlıq kimi dəyərlər tərənnüm olunmuşdur. Azərbaycanı sevən, onun müstəqil dövlət olması arzusu ilə yaşıyan va çarpışan Xəlil Rza Ulutürkün bütün zəncirləri yox etmək, zülmün qarşısına sədd çəkmək istəyi onu azadlıq şairinə çevirdi. Xəlil Rza Ulutürk ədəbiyyatımızın inkişafına böyük töhfələr verən sənətkarlardandır. == Həyatı == Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Salyanda anadan olmuşdur. 2 saylı şəhər orta məktəbində təhsil almışdır.
Xəlil Sultan
Xəlil Sultan bin Miranşah (14 sentyabr 1384, Herat – 4 noyabr 1411, Rey) — Əmir Teymurun böyük oğlu Miranşahın oğludur və Teymurilər dövlətinin ikinci hökmdarıdır. 1405–1409 arası Teymurilər Sultanı olmuşdur. Əmir Teymurun ölümündən sonra xələf olaraq ordunun dəstəyi ilə Səmərqənddə taxta çıxdı. Lakin eyni zamanda Teymurun oğlu Heratda taxta çıxmışdı. 1409-cu ildə Şahrux Mirzə Səmərqəndə yürüş etdi və Xəlil Sultanın arvadını əsir götürdü. Bundan sonra Xəlil Sultan təslim oldu və taxtdan endirildi. Taxtdan endirilən Xəlil Sultan Şahrux Mirzə tərəfindən Rey qubernatoru təyin olundu . Həyatını Rey qubernatoru olaraq 1411-ci ildə itirdi və ölümündən sonra arvadı da intihar etdi.
Xəlil Təhmasibi
Xəlil Təhmasibi (14 fevral 1924 – 21 yanvar 1955) — İslam fədailəri təşkilatının üzvü. == Həyatı == Şəhid Nəvvab Səfəvi şah rejiminə qarşı mübarizə meydanında tək dayansa belə elə cürət və qətiyyətlə danışardı ki, sanki arxasında böyük bir ordu dayanmışdı. Baş nazir Hacı Əli Rəzmaranın qətlindən sonra elan etdi ki, Xəlil Təhmasibi öz şəri vəzifəsinə əməl edib və onun başından bir tük əskik olsa şah sarayının sütunlarını aşırarıq. Fars İnformasiya Agentliyinin Mübarizə və Müqavimət bölməsi xəbər verir ki, şəmsi 1329-cu ilin ən səs-küylü hadisəsi İslam Fədailəri qrupundan olan Xəlil Təhmasibinin dövrün baş naziri Rəzmaranı qətlə yetirməsi oldu. Rəzmara Britaniya hökuməti ilə əl-ələ verərək İran xalqının əleyhinə böyük cinayətlər törətmiş bir şəxs idi. O da Pəhləvi rejiminin digər nümayəndələri kimi neftin milliləşdirilməsinə qarşı çıxırdı. İslam Fədailəri neftin milliləşməsinə qarşı hər hansı hərəkəti İran xalqının ziddinə addım kimi dəyərləndirərək qərar çıxarırdılar və bu qərarlardan biri də baş nazir Rəzmaranın qətli idi. Xəlil Təhmasibi dövrünün ən şücaətli insanlarından biri kimi yadda qalıb. O, istintaq materialları və məhkəmə qərarına əsaasən 1329-cu il isfənd ayının 16-da (7 mart 1951-ci il) o Rəzmaranı qətlə yetirdi. İslam Fədailəri Ayətullah Kaşaninin himayəsi ilə bu qətli öz üzərlərinə götürdülər və rejimə üç günlük ultimatum verildi ki, Xəlil azad edilsin.
Xəlil Xasməmmədov
Xəlil bəy Xasməmmədov (tam adı: Xəlil bəy Hacıbaba oğlu Xasməmmədov, mühacirətdə: Halil Has Mehmet Gürgören; 25 oktyabr 1873, Yelizavetpol – 11 avqust 1945, İstanbul) — Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi və dövlət xadimi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə və daxili işlər naziri. == Həyatı == Xəlil bəy Xasməmmədov 1873-cü ildə Gəncədə anadan olmuşdur. Gəncə klassik gimnaziyasında orta təhsil almışdır O, Moskva Universitetinin hüquq fakültəsini (1895) bitirib müstəntiq işləmişdir. == Fəaliyyəti == Yekaterinodar (indiki Krasnodar) və Yelizavetpol (Gəncə) dairə məhkəmələrində işləmişdir. Yelizavetpol quberniyasından 2-ci Dövlət dumasına deputat seçilmişdir (1907). Xəlil bəy Xasməmmədov Fətəli xan Xoyski ilə birlikdə Dumanın milli-dini bərabərlik komissiyasının, Dumanın ikinci şöbəsinin və beş komissiyasının üzvü olmuş, xalq azadlığı partiyasını təmsil etmişdir. Özlərini "solların gənc tatar partiyasına" aid edən Xoyski və Xasməmmədov fraksiyanın proqramını "Varlılar və zadəganlar üçün" nəzərdə tutulduğundan, tam şəkildə qəbul etmirdilər. Xasməmmədov Dumanın müsəlman fraksiyasının iclasında amnistiya məsələsini qaldırmış və onun qanunvericilik yolu ilə keçirilməsini təklif etmişdi. "İttifaqi-müslimin" təşkilatının din və hüquq komissiyalarının üzvü olmuşdur.3-cü Dövlət dumasında (1907–1912) Xasməmmədov Azərbaycanı təmsil edən yeganə deputat idi.
Xəlil Yusifli
Xəlil Həmid oğlu Yusifli (1935, Qazax – 15 sentyabr 2022) — Azərbaycan alimi, filologiya üzrə elmlər doktoru, Gəncə Dövlət Universitetinin professoru, Nizami Gəncəvi ədəbi irsinin davamçısı. Əməkdar elm xadimi == Həyatı == Xəlil Yusifli 1935-ci ildə Qazax rayonunun Əli Bayramlı (indiki Aslanbəyli) kəndində kəndli ailəsində anadan olmuşdur. Atası Həmid Ömər oğlu Yusifov 1943-cü ildə İkinci dünya müharibəsində xəbərsiz itkin düşmüş, o qardaşı Ömər və bacısı Mələklə birlikdə anası Tükəzban Həsən qızının himayəsində böyümüşdür. Ailəlidir. Bir oğlu, bir qızı, iki nəvəsi vardır. 1945–1955-ci illərdə Əli Bayramlı (Aslanbəyli) kənd orta məktəbində oxuyub təhsil almış, 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş və 1960-cı ildə həmin universiteti bitirmişdir. 1961-ci ildən Nizami adına Ədəbiyyat və Dil İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlamışdır. 1962–1965-ci illərdə həmin institutun Qədim və orta əsrlər ədəbiyyatı şöbəsinin aspirantı olmuş, sonra həmin institutun Qədim və orta əsrlər ədəbiyyatı şöbəsində əmək fəaliyyətini davam etdirmişdir. 1967-ci ildə "Nizaminin lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsi almışdır. 1969-cu ildə müsabiqə yolu ilə Kirovabad Dövlət Pedaqoji İnstitutunda baş müəllim vəzifəsini tutmuşdur.
Xəlil İbrahim
Xəlil İbrahim oğlu İbrahimov (1892, Şuşa – 18 mart 1938, Nargin adası, Abşeron rayonu) — "Azərbaycan" qəzetinin rus dilində nəşrinin redaktoru, jurnalist, tənqidçi, teatrşünas və tərcüməçi. == Həyatı == Xəlil İbrahimov 1892-ci ildə Şuşada anadan olmuşdur. İbtidai təhsilini Şuşada rus-tatar məktəbində almışdır. 1907-ci ildə atası vəfat etdikdən sonra ailəsi ilə Bakıya köçmüş, təhsilini Bakıda davam etdirmişdir. X.İbrahimov 1909–1911-ci illərdə təqaüd almadığından Bakıdakı təhsilini də yarımçıq qoymalı olur. Təhsilini dayandırdığı dövrdə Sarıcalıda ev şəraitində Qasım bəy Zakirin nəvələrinə dərs demişdir. Daha sonra Xəlil İbrahim Bakıya qayıdaraq təhsilini davam etdirmiş və məktəbi bitirmişdir.1920–1930-cu illərdə gizli fəaliyyət göstərən "Müsavat"-ın sıralarında Azərbaycan istiqlalının bərpası uğrunda mübarizəsini davam etdirməkdə, Şuşada qiyam hazırlamaqda və 50 nəfərlik qiyamçı dəstəyə başçılıq etməkdə günahlandırılan Xəlil İbrahim 12 noyabr 1937-ci ildə həbs edilir. 1938-ci ildə Azərbaycan SSR Daxili İşlər Komissarlığının 11 mart tarixli qərarı ilə Xəlil İbrahim "xalq düşməni" elan edildi. Əmlakı müsadirə olundu və martın 18-də Nargin adasında güllələndi. == Fəaliyyəti == Xəlil İbrahimov "Kənd həyatından lövhələr" adlı ilk oçerkini Sarıcalıda dərs dediyi dövrdə yazmışdır.
Xəlil İnalcık
Xəlil İnalcık (26 may 1916, Konstantinopol və ya Osmanlı imperiyası – 25 iyul 2016[…], Ankara)— Krım Tatar əsilli Türk tarixçi. Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir.. == Həyatı == Balıkesir Müəllim Məktəbini tamamladı. 1935-ci ildə Ankara Universiteti Dil, Tarix və Coğrafya Fakültəsi Yeni Çağ Tarixi bölümündə yüksek öyrəniminə başladı. 1942-ci ildə Tanzimat ve Bulgar Meselesi adlı doktora tezini verdi. Uzun illər eyni fakültədə Osmanlı və Avropa tarixi üzerinə dərslər verdikten sonra 1972-ci ildə Chicago Üniversitesi Tarix Bölümünə "Osmanlı Tarixi Üniversite Profesörü" olaraq dəvət edildi. 1973-cü ildə kitabı The Ottoman Empire The Classical Age 1300-1600 yayımlandı. Yurt içi ve dışında çeşitli üniversitelerden fahri doktora payeleri aldı. 1993 yılında Bilkent Üniversitesinə dəvet edildi və burada Tarix bölümünü qurdu. Hələ Bilkent Üniversitesi Osmanlı Tarixi Bölümündə yüksek lisans və doktorluq tələbələrinə seminar dərsi verməkdədir.
Xəlil İsmayılov
Xəlil İsmayılov (tam adı: Xəlil İsmayıl oğlu İsmayılov; 1 iyul 1945, Düzrəsullu, Gədəbəy rayonu) — Bakı Dövlət Universitetinin "Kitabxana resursları və informasiya axtarış sistemləri" kafedrasının müəllimi, tarix üzrə elmlər doktoru, professor, Əməkdar mədəniyyət işçisi. Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. == Həyatı == Xəlil İsmayıl oğlu İsmayılov 1945-ci ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuşdur. 1952–1959-cu illərdə Düzrəsullu kəndində 7-illik məktəbində 7-ci sinfi, 1959–1963-cü illərdə Çayrəsullu kənd orta məktəbində 11-ci sinfi bitirib. 1964–1966-cı illərdə hərbi xidmətdə olmuşdur. 1967-ci ildə Bakı şəhərinə gələrək Yeni Bakı Neft Emalı Zavodunda fəhlə kimi işə başlamış, eyni zamanda Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə daxil olmuşdur. 1972-ci ildə BDU-nun Kitabxanaçılıq fakültəsini bitirərək, OADKYC-nin mərkəzi komitəsində təlimatçı, baş təlimatçı, təşkilat şöbə müdiri əvəzi vəzifələrində çalışmışdır. 1974-cü ildə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasına dəvət edilmiş, laborant kimi işə başlamışdır. 1976–1979-cu illərdə kafedranın əyani aspiranturasında təhsil almış və 1979-cu ildən Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasında müəllim, baş müəllim, dossenti vəzifəsində çalışmışdır. 1984-cü ildə Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetində ixtisaslaşdırılmış müdafiə şurasında "namizədlik dissertasiyası müdafiə etmiş, "Pedoqoji elmlər namizədi" alimlik dərəcəsi almışdır.
Abbas Xəlilov
Abbas Sultan oğlu Xəlilov — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini. == Fəaliyyəti == Azərbaycan Prezidenti İlham Əliyevin 30.07.2004-cü il tarixli Sərəncamı ilə baş leytenant Abbas Xəlilov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2007-ci il tarixli Sərəncamı ilə kapitan Abbas Xəlilov "Vətən uğrunda" medalı ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 14 avqust 2009-cu il tarixli Sərəncamı ilə mayor Abbas Xəlilov "İgidliyə görə" medalı ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 15 avqust 2014-cü il tarixli Sərəncamı ilə polkovnik-leytenant Abbas Xəlilov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2015-ci il tarixli Sərəncamı ilə Abbas Xəlilova "general-mayor" hərbi rüstəbi verilib.Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2019-cu il tarixli Sərəncamı ilə Abbas Xəlilova "general-leytenant" hərbi rüstəbi verilib.Azərbaycan Prezidenti İlham Əliyevin 17.08.2020-ci il tarixli Sərəncamı ilə general-mayor Abbas Xəlilov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Abbas Xəlilov Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyul 2021-ci il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi vəzifəsindən azad edilərək Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini vəzifəsinə təyin edilib.
Allahverdi Xəlilov
Allahverdi Sabir oğlu Xəlilov — “Azərbaycan Bayrağı” ordeni və “Hərbi xidmətə görə” medalı laureatı. == Həyatı == Allahverdi Xəlilov 1974-cü il iyulun 30-da indiki Ermənistanın Noyemberyan rayonundakı Ayrım qəsəbəsində anadan olmuşdur. 1991-ci ildə 263 saylı orta məktəbi bitirən Allahverdi Dəmiryolu texnikumuna qəbul olundu. 1992-ci ilin oktyabrında Azərbaycan ordusunda hərbi xidmətə çağırıldı. O, Qubadlı, Zəngilan, Füzuli, Ağdam, Ağdərə, Kəlbəcər, Qazax bölgələrində gedən döyüşlərdə iştirak etmiş, düşmənə arxa çevirməyətək vətənimizin hər qarış torpağı uğrunda cəsarətlə vuruşmuşdur. Tərtər cəbhədinfə gedən qanlı döyüşlərdə iştirak etmiş və qorxmazlığı ilə fərqlənmişdi.18-22 aprel 1994-cü ildə gedən qanlı döyüşlərdə dəfələrlə ölümlə üz-üzə gəlməyinə baxmayaraq, özünü itirməmıiş, neçə düşməni məhv etmiş, ermənilərin hücumunun dəf edilməsində şücaət və qəhrəmanlıq göstərmişdi. Onun xidmət etdiyi manqa düşmənin PDM-2-ni sıradan çıxartmışdı. Əks hücum zərbələrinə tab gətirməyən düşmən geri çəkilmiş və komandamız çoxlu hərbi sursat ələ keçirmişdi.1994-cü ilin aprelin 24-də ermənilər böyük qüvvə ilə növbəti hücuma keçmişdilər. Allahverdi son damla qanına kimi düşmənlə vuruşacağına and içmişdi. Bu qanlı döyüşdə Allahverdi Xəlilov xüsusilə fərqlənmiş, öz mövqeyini tərk etməmiş, qəhrəmancasına həlak olmuşdur.Allahverdi Xəlilov döyüş yoldaşları arasında böyük hörmət və rəğbət qazanmışdı.
Anar Xəlilov
Anar Xəlilov — Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri. == Həyat və yaradıcılığı == Anar Xəlilov 17 iyun 1977-ci ildə Şuşa şəhərində anadan olub. 1982–1993-cü illərdə 1 saylı Şuşa şəhər məktəbində oxumuşdur. 1993–1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetini İstehsalın iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bitirmişdir. 1994–1998-ci illərdə Bakı Şəhər Təmir Tikinti Quraşdırma idarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1998–1999-cu illərdə Moskva şəhərində kiçik biznes fəaliyyəti ilə məşğul olmuşdur. 2000–2001-ci illərdə Çexiya Respublikasının Bruno Texniki Universitetində MBA Proqramı üzrə magistratura təhsili almışdır. 2001-ci ildə Kiçik Həcmli Gəmilərin Dövlət Müfəttişliyində müfəttiş vəzifəsində çalışmışdır. 2002–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Şuşa Rayon Statistika İdarəsində aparıcı iqtisadçı və rəis müavini işləmişdir. 2008-ci ildən həmin müəssisənin rəisidir.
Anası Xəlilova
Anası Xəlilova (21 avqust 1921, Güvəkənd, Ərəş qəzası – 1993, Ağdaş rayonu) — Pambıqçı, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1921-ci ildə Ağdaş rayonunda anadan olub. SSRİ Ali Sovetinin deputatı seçilib. Sosialist Əməyi Qəhrəmanı adına 1966-cı ildə layiq görülüb.
Aqşin Xəlilov
Aqşin Ariz oğlu Xəlilov (16 iyun 1978, Dəvəçi) — azərbaycanlı idmançı, kikboksinqin semi-kontakt növü üzrə dünya çempionu (2006). == Həyatı və fəaliyyəti == Aqşin Ariz oğlu Xəlilov 1978-ci il iyun ayının 16-da Şabran rayonunda anadan olmuşdur. 1985-1995-ci illərdə Bakı şəhəri 246 nömrəli məktəbdə təhsil almışdır. 1995-ci ildə Bakı Dövlət Əmtəəşünaslıq və Kommersiya İnstitutuda, "Əmtəə bazarında kommersiya fəaliyyəti" ixtisası üzrə ali təhsil almış və 1999-cu ildə məzun olmuşdur. 1999—2000-ci illərdə Ordu İdman Klubunda həqiqi hərbi xidmət keçmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali İdarəçilik Akademiyasında ikinci ali təhsilini almağa başlamış, 2013-cü ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Erkən yaşlarından karate-do idman növü ilə peşəkar səviyyədə məşğul olmuşdur. Dəfələrlə karate-do üzrə Azərbaycan çempionu, 2003-cü ildə şotokan karate-do üzrə Avropa çempionu, 2006-cı ildə isə kikboksinqin semi-kontakt növü üzrə dünya çempionu olmuşdur. Azərbaycan Respublikasının idman ustasıdır. 2008-2013 cü illərdə Qəbələ İdman Klubunda lisenziyalaşdırma məsələləri üzrə baş menecer vəzifəsində çalışmışdır.
Aslan Xəlilov
Aslan Xası oğlu Xəlilov (d.14 fevral, 1962, Şamaxı rayonu, Azərbaycan SSR) - azərbaycanlı alim, tarixçi, tarix elmləri doktoru. == Həyatı == Aslan Xəlilov 14 fevral 1962-ci ildə Şamaxı rayonunda anadan olub. 1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmuş, 1985-1988-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsilini davam etdirmişdir. Təhsil aldığı müddətdə "Lenin təqaüdçüsü" olmuşdur. 1989-cu ildən 2003-cü ilədək Bakı Slavyan Universitetinin tarix kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1996-cı ildə Azərbaycan tarixçiliyində ilk dəfə olaraq 31 mart soyqırımı mövzusunda "1917-1920-ci illərdə Zaqafqaziyanın müsəlman əhalisinə qarşı soyqırımı tarixi mənbələrdə" adlı dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Bir monoqrafiyanın və 60-dan çox elmi-publisistik məqalənin müəllifidir. 2003-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2 il müddətinə, 2007-ci ildə daha 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. == Ailəsi == Evlidir. İki övladı var.
Ayaz Xəlilov
Ayaz Qnyaz oğlu Xəlilov (25 yanvar 1998, Alpout, Ucar rayonu – 1 noyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Haqqında == Şəhid Xəlilov Ayaz Qnyaz oğlu 25.01.1998-ci ildə Ucar rayon Alpout kəndində anadan olmuşdur. == Hərbi Xidməti == 01.11.2020-ci il tarixində Suqovuşan uğrunda döyüşlərdə şəhid olmuşdur.
Ağ Xəlili
Ağ Xəlili — üzüm növü. İran mənşəlidir. Dağıstanda, Stavropol diyarında, Özbəkistanda və Türkmənistanda müxtəlif adlarla yayılmışdır. Ancaq heç bir yerdə sortun təmiz əkinləri yoxdur. Sort Azərbaycanda naməlum vaxtdan ən çox Gəncəbasarda becərilmişdir. Hazırda onun əkinləri xeyli azalmışdır. Kolları güclüdür. Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta-iri, konusvari və yaxud silindrik-konusvari, əsasən sıx və orta sıxdır. Salxım saplağı uzundur, oduncaqlaşmır.
Ağa Xəlilov
Ağa Xəlilov İsmayıl oğlu (d. 1920, Tiflis; ö.1992-ci il) – coğrafiya elmlər doktoru. == Həyatı == A.İ.Xəlilov Gürcüstanın Tiflis şəhərində anadan olmuşdur. 1936-cı ildə Tiflis Dəmir yol mühəndisləri institutunu bitirmişdir. 1946–1947-ci illərdə Odessa Dəniz mühəndisləri institutunda, 1954–1956-cı illərdə isə Leninqrada Dəniz Flotiliya Akademiyasında çalışıb. == Elmi fəaliyyəti == 1963-cü ildə elmlər namizədi elmi dərəcəsi almışdır.1979-cü ildə "Müasir şəraitdə Xəzərin qərb sahillərinin formalaşması qanunauyğunluqları və mühafizəsi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.1956–1957-ci illərdə Bakı şəhərində Xəzər Dəniz yolu şöbəsinin rəisi.1957–1959-cu illərdə Dəniz layihə bölməsinin direktoru.1959–1975-ci illərdə Azərbaycan EA Coğrafiya institutunda laboratoriya rəhbəri.1975–1979-cu illərdə Coğrafiya institutunda "Xəzər" elmi mərkəzində laboratoriya müdiri.1979–1984-cü illərdə Azərbaycan EA Geologiya institutunda geofizika elmi mərkəzinin rəhbəri işləmişdir.1984–1985-ci illərdə Azərbaycan EA Kosmik tədqiqatlar elmi mərkəzində baş elmi işçi.1985-ci ildən həmin müəssisədə laboratoriya müdiri işləmişdir.Əmək fəaliyyətinə görə 1958-ci ildə "Şərəf nişanı" ordeninə layiq görülüb. 70-dən çox elmi əsərin müəllifidir.
Ağaoğlan Xəlilov
Ağaoğlan Xəlilov (Xəlilov Ağaoğlan Ağanəbi oğlu; d. 1915 – ö. 2005) — Azərbaycan alimi. "Xəlilov açarı" 1956-cı ildə Ağaoğlan Xəlilov tərəfindən yaradılıb və Azərbaycanın neft mədənlərində uğurla sınaqdan keçirilib.
Aşıq Abbasəli Xəlilov
Aşıq Abbasəli (tam adı:Xəlilov Abbasəli Süleyman oğlu) — aşıq, şair. == Həyatı == Aşıq Abbasəli 31 dekabr 1913-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Şair Məmmədhüseynin nəticəsidir. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmiş, orden və medallarla təltif olunmuşdur. Aşıq Abbasəli müharibədən qayıtdıqdan sonra uzun müddət Gədəbəy rayonunda yaşamışdır. 1953-cü ildə ata-baba yurdu olan Göyçə mahalından həmkəndliləri və qohumları deportasiya olunduqdan sonra 1965-ci ildə Aşıq Abbasəli də Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüşdür. Aşıq Abbasəli 93 il yaşamış və 30 sentyabr 2007-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir. Yeni Daşkənd kənd qəbiristanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Aşıq Abbasəlinin ustadı Göyçə mahalının Yarpızlı kəndindən olan Aşıq İslam olmuşdur. Aşıq Abbasəli qardaşı Aşıq Novruzun ustadı idi.
Aşıq Məhbub Xəlili
Aşıq Məhbub Xəlili — azərbaycanlı aşıq. == Həyatı == Aşıq Məhbub Xəlili 1963-cü ildə Qaradağın Xudafərin məntəqəsinin Oyru kəndində dünyaya gəlib. Öz fitri isteadı və musiqi duyumu ilə bütün saz havalarını öyrənib. Gözəl səsi, çalğısı, rəvan dastan danışığı var, onlarca dastanı sinədən bilir. Məhbub Xəlili həm də ustad aşıqdır, on nəfərdən çox şagirdi var. O, hazırda Tehran şəhərində yaşayır. == Mənbə == Tacir Səmimi. "Qaradağ aşıqları", "Elimiz. Günümüz" qəzeti, 2012.
Bosniyalı Xəlil Paşa
Bosniyalı Xəlil Paşa (ö. 23 dekabr 1603) — III Murad və III Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Əslən boşnaq olub, Əndərunda yetişmişdir. Silahdarlığa qədər yüksəldikdən sonra 1591-ci ildə yeniçəri ağası olaraq saraydan ayrıldı. 1592-ci ilin martında Konya sancaqbəyi və 1593-cü ildə Anadolu bəylərbəyi təyin olundu. Bu vəzifədə ikən Sultan Muradın qızlarından Fatma Sultanla nikahlandı. Toy mərasimi Köhnə sarayda keçirildi. Tarixçi Mustafa Əfəndi və Xoca Sadəttin Əfəndinin qeydlərinə görə, 7 gün davam edən möhtəşəm toy mərasimində əhaliyə ovuc-ovuc qızıl paylandı. Qırmızı tül pərdəli kəcavəylə ərinin sarayına aparılan Fatma Sultana mehr olaraq 300 min qızıl pul hədiyyə verilmişdi. Toy mərasimi səbəbilə divan üzvlərinə 7 gün boyunca davam edən mükəmməl ziyafət verildi.
Bostançı Xəlil Paşa
Bostançı Xəlil Paşa (ö. 1 aprel 1633) — IV Murad səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == == Mənbə == Holt, P. M. (1961) "The beylicate in Ottoman Egypt during the seventeenth century" Bulletin of the School of Oriental and African Studies 24(2): pp.
Buludxan Xəlilov
Buludxan Əziz oğlu Xəlilov (25 iyul 1966, Ellərkənd, Amasiya rayonu – 26 sentyabr 2021, Bakı) — publisist, dilşünas, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1999), professor. B.Xəlilov 2021-ci il sentyabrın 27-də Bakı şəhərində vəfat etmişdir. == Həyatı == Buludxan Xəlilov 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda Amasiya rayonunun Ellərkənd kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1983-1990). Ordu sıralarında Uzaq Şərqdə hərbi xidməti borcunu yerinə yetirmişdir (1985-1987).Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili kafedrasında laborant kimi başlamışdır. 1992-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-cü ilin mart ayından müsabiqə yolu ilə Müasir Azərbaycan dili kafedrasında müəllim, 1996-cı ilin may ayından dosent, 2001-ci ilin iyul ayından professor və­zifəsində çalışıb. Xəlilov 2001-ci ildən 2011-ci ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində yeni yaradılmış Dədə Qorqud elmi-tədqiqat la­bo­ratoriyasına rəhbərlik etmişdir. 2006-cı ildə Filologiya fakültəsinin dekanı seçilmiş, 2011-ci ildə yenidən dekan vəzifəsinə təyin olunmuşdur. 2018-ci ilin dekabr ayından Müasir Azərbaycan dili kafed­rasının müdiri vəzifəsində çalışmışdır.B.Xəlilov 2021-ci il sentyabrın 27-də uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir.Ailəli idi, iki övladı var.
Bəhman Xəlilov
Bəhman Xəlilov - Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, entomologiya üzrə biolo­giya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. == Həyatı == 1930-cu ildə Gəncə şəhərində ana­dan olmuşdur. 2011-ci ildə vəfat etmişdir. === Təhsili === Azərbaycan Dövlət Aqrar Universitetinin (o dövrki AKTİ) məzunu olmuşdur. == Fəaliyyəti == 1973-1983-cü illərdə institutun 11-ci rektoru olmuşdur. AKTİ-nin mə­zunudur. , entomologiya üzrə biolo­giya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. Rektor işlədiyi müddətdə instituta tələbə qəbulu xeyli artırılmış, yeni kompleksin inşası üçün Azərbaycan KP MK, SSRİ Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı qəbul olunmuş və qərara əsasən 1991-ci ilədək bir sıra tikinti işləri aparılmış, 1979-cu ildə AKTİ “Şərəf Nişanı” ordeni ilə təltif olunmuşdur.
Bəhmən Xəlilov
Bəhman Xəlilov - Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, entomologiya üzrə biolo­giya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. == Həyatı == 1930-cu ildə Gəncə şəhərində ana­dan olmuşdur. 2011-ci ildə vəfat etmişdir. === Təhsili === Azərbaycan Dövlət Aqrar Universitetinin (o dövrki AKTİ) məzunu olmuşdur. == Fəaliyyəti == 1973-1983-cü illərdə institutun 11-ci rektoru olmuşdur. AKTİ-nin mə­zunudur. , entomologiya üzrə biolo­giya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. Rektor işlədiyi müddətdə instituta tələbə qəbulu xeyli artırılmış, yeni kompleksin inşası üçün Azərbaycan KP MK, SSRİ Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı qəbul olunmuş və qərara əsasən 1991-ci ilədək bir sıra tikinti işləri aparılmış, 1979-cu ildə AKTİ “Şərəf Nişanı” ordeni ilə təltif olunmuşdur.
Cabbar Xəlilov
Xəlilov Cabbar Əsədulla oğlu (9 may 1928-29 mart 1994) — Azərbaycan arxeoloqu, Qafqazşünas alim, tarix elmləri doktoru, professor, Azərbaycanda çöl arxeologiyasının əsas təşkilatçılarından biri. == Həyatı == C.Ə.Xəlilov 1928-ci il mayın 9-da Quba rayonunda Alpan çayının (Quru çay) sahilində yerləşən Xucbala kəndində anadan olmuşdur. 1941-ci ildə həmin kənddə orta məktəbi bitirmişdir. Onun yeniyetməlik illəri II Dünya müharibəsinin davam etdiyi bir dövrə təsadüf edir. Bu zaman o, ilk əmək fəaliyyətinə başlamışdır. Bu çətin dövrü arxada qoyduqdan sonra 1946-cı ildə Quba Pedaqoji məktəbinə qəbul olunmuş, 1947-ci ildə həmin məktəbdə təhsilini başa vuraraq elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. C.Ə. Xəlilov 1952-ci ildə universitetdə arxeologiya ixtisası üzrə təhsilini başa vurmuş, professor Y.A. Paxomovun rəhbərliyi altında "Skif və sarmatlarda atJarm dəfni və onların Azərbaycanda təsadüf edilmiş qəbirlərlə müqayisəsi" mövzusunda diplom işini müdafiə etmişdir. Onun arxeoloji çöl-tədqiqat işlərinə ilk dəfə cəlb olunması 1950-ci ilə təsadüf edir. Həmin ildə o, müəllimi məşhur arxeoloq S.M. Qazıyevin rəhbərliyi altında Mingəçevir arxeoloji abidələri kompleksində küp və katakomba qəbirlərinin qazıntılarında iştirak etmişdir. Hələ tələbə ikən onda təşkilatçılıq bacarığı üzə çıxmış və universitetdə təhsil almaqla yanaşı 1952-ci ildə o, Azərbaycan tarixi muzeyinin Arxeoloji texnologiya laboratoriyasına muzeyin direktoru S.M. Qazıyev tərəfindən müdir təyin edilmişdir.
Cabir Xəlilov
== Həyatı == Cabir Xəlilov Zahid oğlu 1958-ci il martın 24-də Gəncə şəhərində anadan olmuşdur. 1975-ci ildə Nəsimi rayonu 42 saylı məktəbi, 1980-ci ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1980- 2001-ci illərdə Bakı Dövlət Universitetində müəllim və baş müəllim vəzifələrində çalışmışdır. 1999-cu ildə hüquq elmləri namizədi adını almışdır. 2001-ci ildən hal-hazıra qədər Bakı Dövlət Universitetinin dosentidir. 1997-2007 illərdə Xəzər Universitetində müəllim, Hüquq departamentinin müdiri və dekanı vəzifələrində işləmişdir. 2007-cil ildən hal-hazira qədər isə Xəzər Universitetinin Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin dekanıdır. == Elmi Fəaliyyəti == C.Xəlilovun tədqiqat sahəsi andlı iclasçılar institutunun müqayisəli təhlili və Azərbaycan məhkəmə sistemində tətbiqinə həsr olunmuşdur. C.Xəlilov 1999-cu ildə, Qafqаz regiоnundа yaradılmış və ixtisаslаşdırılmış təhsil qurumu kimi Xəzər Universitetində Hüquq klinikаsının yaradılmasında aparıcı rola malik olmuşdur. O, həmçinin, Amerika Hüquqşünaslar Assosiasiyasının Mərkəzi Avropa və Asiya üzrə Hüquq təşəbbüsünün (ABA CEELI) dəstəyi ilə 2004-cü ildə ilk dəfə Xəzər Universitetində yaradılmış Məhkəmə zalı layihəsinə rəhbərlik etmişdir.
Ceyhun Xəlilov
Ceyhun Azər oğlu Xəlilov (22 sentyabr 2001, Padarqışlaq, Ağsu rayonu – 28 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Xəlilov 22 sentyabr 2001-ci il tarixdə Azərbaycanın Ağsu rayonunun Padarqışlaq kəndində anadan olmuşdur. == Hərbi xidməti == Ceyhun Xəlilov orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Xəlilov növbəti gün Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuşdur. == İrsi == 18 may 2021-ci il tarixində Xəlilovun anadan olduğu Padarqışlaq kəndində onun adına tikilən bulağın açılışı olmuşdur. Açılış mərasimində rayonun rəhbər şəxsləri və kənd sakinləri iştirak etmişdir. Bulağın açılış mərasimdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının I müavini Füzuli Kərimli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin rəisi Aqşin Xancanov və başqaları çıxış etmişdir.
Coşqun Xəlilov
Coşqun Mikayıl oğlu Xəlilov (29 oktyabr 1998, Neftçala rayonu – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Coşqun Xəlilov 1998-ci il oktyabrın 29-da Neftçala rayonunun Xol Qaraqaşlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Coşqun Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Coşqun Xəlilov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Neftçala rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Xəlilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cübran Xəlil Cübran
Cübran Xəlil Cübran (ərəb. جبران خليل جبران‎ Jubrān Khalīl Jubrān; ing. Kahlil Gibran; 6 yanvar 1883[…], Bişari[d], Osmanlı imperiyası – 10 aprel 1931[…], Nyu-York, ABŞ) — Livan yazıçısı. Cübran Xəlil Cübran "Qələmlər cəmiyyətinin" yaradıcısı və sədri, Amerikada yaranmış ərəb ədəbiyyatının ən görkəmli nümayəndəsi olmuşdur. == Həyatı == Onun şöhrəti yalnız Şərq aləmi ilə məhdudlaşmır. Avropada və Amerikada da onu istedadlı yazıçı və mahir rəssam kimi tanıyırlar. Cübran Xəlil Cübran haqqında ən dolğun məlumatı onun yaxın dostu və silahdaşı, "Qələmlər cəmiyyətinin" məsləhətçisi Mixail Nüeymənin "Cübran Xəlil Cübran: Həyatuhu, mautuhu, ədəbuhu va fənnuhu" (Cübran Xəlil Cübran: həyatı, vəfatı, ədəbiyyatı və sənəti) kitabından alırıq. 1934-cü ildə nəşr olunmuş bu əsəri sovet şərqşünası Kraçkovski yeni ərəb ədəbiyyatı tarixinin,ümumiyyətlə, ərəb ədəbiyyatının böyük hadisəsi adlandırmışdır. Bu iki ədib 1916-cı ildə tanış olmuş və 1931-ci ildə Cübranın vəfatına qədər onların arasında səmimi bir münasibət olmuş, qürbət həyatı bu iki yazıçını yaxınlaşdırmışdır. Məhz bu yaxınlıq, Cübranın həyatının incəliklərinə bələd olma Nüeyməyə olduqca hərtərəfli, dəyərli bir əsər yaratmağa imkan vermişdir.
Cəlil Xəlilov
Cəlil Xəlilov (geoloq)

Значение слова в других словарях

балы́к во́лглость вы́нудиться вы́работанный доиска́ть за́ново мга обезлю́деть понеде́льный прожига́тельница тага́нка демоноло́гия киносцена́рий шулята autotelic common pleas gas tail isoclinal match-thread scandal spike buck stillbirth surgical boots transponible коксовый