Rudel

das; -s, - sürü, dəstə; qatar
ruckweise
Ruder
OBASTAN VİKİ
Hans-Ulrix Rudel
Hans-Ulrich Rudel (2 iyul 1916[…] – 18 dekabr 1982[…], Rozenxaym, Bavariya), İkinci Dünya müharibəsi dövründə Alman bombardmançı təyyarə pilotu olmuşdur. 2 iyun 1916-cı ildə Konradsvaldauda anadan olmuş, 4 dekabr 1936-cı ildə isə Almaniya Hərbi Hava Qüvvələrinə daxil olmuşdur. 1938-ci ilin iyun ayında isə zabit və baş kursant kimi Qraz ben/Sturzkampfgeschwader 168-in tərkibinə daxil olmuşdur. Rudel çox çətin olan yeni texnikaları öyrənmiş, məhz buna görə də 1 yanvar 1939-cu ildə döyüş uçuşları üçün yararlı hesab edilərək əməliyyat kəşfiyyatı hazırlığı məqsədilə Hildesheim Kəşfiyyat Uçuşları Məktəbinə göndərilmişdir. Həmin tarixdə ona leytenant hərbi rütbəsi verilmişdir. Təlimini başa çatdırdıqdan sonra Prenzlau de Fernaufklärungsgruppe 121-ə (Uzun Məsafəli Kəşfiyyat Qrupu) təyin olunmuşdur. İkinci dünya müharibəsinin əvvəllərində baş vermiş olan Polşa kampaniyası zamanı o, Breslaudan Polşa üzərində uzun məsafəli kəşfiyyat missiyaları (müşahidəçi kimi) məqsədilə uçmuşdur. Rudel 1939-cu il oktyabr ayının 11-də ikinci səviyyəli Dəmir Xaç medalına layiq görülmüşdür. Oberleutnant (ober-leytenant) rütbəsi ilə Britaniya müharibələrində iştirak etmişdir. Rudel Almaniyanın Sovet İttifaqını işğal planı olan Barbarossa əməliyyatı zamanı — 23 iyun 1941-ci ildə həyata keçirilmiş olan ilk dörd döyüş əməliyyatında iştirak etmişdir.