Rəmzi Əsgərov

Rəmzi ƏsgərovQarabağ müharibəsi şəhidi.[1]

Rəmzi Əsgərov
Əsgərov Rəmzi Əsgər oğlu
ADİU-nun Memorial-Xatirə Kompleksində əks olunmuş şəkli
ADİU-nun Memorial-Xatirə Kompleksində əks olunmuş şəkli
Doğum tarixi
Doğum yeri Laçın, Azərbaycan SSR
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Güləbird, Laçın, Azərbaycan
Vəfat səbəbi şəhidlik
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Xalq Təsərrüfatı İnstitutu

Həyatı[redaktə | mənbəni redaktə et]

Rəmzi Əsgərov, 1967-ci il yanvarın 21-də Laçında anadan olub. Evin üçüncü oğlu idi. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olur. O dövrki qanunlarda əsgərlik yaşı çatan bütün gənclər hərbi xidmətə gördərilirdi. Gənc Rəmzi də ali təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanır. Moskva ətrafındakı hərbi hisələrdən birində qulluq edir. İki illik hərbi xidmətdən sonra yenidən Azərbaycana dönür, ali təhsilini davam etdirir. 1988-ci ilin fevralından başlayan çaxnaşma Qarabağın bütün bölgələri kimi Laçında da özünü göstərdi. Belə bir vəziyyət gənc və inadkar Rəmzini Laçına dönməyə vadar etdi. O, institutun V kursunda oxuyurdu. Təhsilini yarımçıq qoyub Laçına – vətəninin müdafiəsinə yollandı. 1992-ci il mayın 25-də Laçının Güləbird kəndi uğrunda gedən gərgin döyüşlərdə Rəmzi qəhrəmancasına həlak olur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Rəmzi Əsgərov". 2020-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-29.