rəngvuran 2021
rəsm
OBASTAN VİKİ
Rəsədxana
Rəsədxana — (başqa dillərdə Observatorium -lat.: observare = müşahidə etmək) kosmosda ulduzları və digər astronomik cismləri elmi cihazlarla müşahidə etmək üçün xüsusi elmi mərkəzdir. Müşahidəetmə və ölçmə əsasən teleskopların, hal-hazırda isə antennaların köməyi ilə yerinə yetirilir. 1620-ci ilə qədər rəsədxanalarda müşahidə yalnız açıq havada gözlə baxmaqla aparılırdı. Stounhenc (ingl. Stonehenge) və sekstant, kvadrant kimi qurğular qədim rəsədxanaların əsasını təşkil edirdi. Rəsədxana işi ilə məşğul olan sahələr arasında Astrometriya geniş yayılmışdır. 1850-ci ildən isə bu Astroqrafiya və Astrofizika ilə tamamlanmışdır. Ən qədim rəsədxana kimi bizim eradan əvvəl yaradılmış daş tikililər tanınır. Məsələn, İngiltərədə mövcud olan Stounhenc b.e.ə. 3000-ci illiyə təsadüf edir.
Orbital rəsədxana
Orbital rəsədxana — yerin xəyali hərəkət orbitində yerləşən rəsədxana. Bu rəsədxanaların yaradılmasında məqsəd aparılan astronomik tədqiqatların daha da dəqiqləşdirilməsidir. Bir çox dalğa tezlikləri yerin maqnitosferi tərəfindən bloklanır. Bu dalğa tezliklərinin analizi üçün orbital rəsədxanalardan istifadə olunur. Bugünkü gündə ən uğurlu layihələndirilən və faydalı olan orbital rəsədxanalar və onların teleskopları bunlardır: Astron Habbl Radiodiapazonda aparılan müşahidələr tamamilə yeni tip obyektlərin — kvazarlar, pulsarlar, on minlərlə yeni rentgen və radioşüalanma mənbələrinin kəşfinə gətirdi.
AMEA Şamaxı Astrofizika Rəsədxanası
Şamaxı Astrofizika Rəsədxanası və ya qısaca: AMEA ŞAR (tam adı: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) — Azərbaycan SSR Nazirlər Sovetinin 975 saylı qərarı ilə 17 noyabr 1959-cu ildə yaradılmış, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi tərkibində elmi-tədqiqat institutu statusunda fəaliyyət göstərən Rəsədxana. Rəsədxana Böyük Qafqaz dağlarının şimali-şərqində Bakı şəhərindən 150 km məsafədə, Pirqulu dağının şərq hissəsində, dəniz səviyyəsindən 1435–1500 m yüksəklikdə, λ = 48⁰ 35' 04" E, φ = 40⁰ 46' 20" N coğrafi koordinatlarında yerləşir. Burada müşahidə üçün əlverişli aydın gecələrin sayı il ərzində 150–180-ə çatır. == Tarixi == Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün yaradılmış astronomik ekspedisiya hələ 1927-ci ildən fəaliyyətə başlamışdı. Azərbaycanın Dağlıq Qarabağ, Kəlbəcər, Laçın, Şamaxı, Xızı və s. bölgələrinin ayrı-ayrı məntəqələrində gələcəkdə astronomiya rəsədxanası yaradılması üçün əlverişli yerin seçilməsi istiqamətində işlər aparılmışdı. Aparılan tədqiqatlar nəticəsində, 1953-cü ildə Şamaxı rayonunun Pirqulu ərazisində müşahidə bazasının, sonralar isə rəsədxananın tikilməsi nəzərdə tutulmuşdur. Rəsədxana o zamanki Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun tərkibində 1954-cü ildə yaradılmış Astrofizika şöbəsi, sonradan 1956-cı ildə Elmlər Akademiyasının Astrofizika Sektoru kimi fəaliyyət göstərmişdir. 1960-cı ildən müstəqil elmi-tədqiqat institutu statusu ilə Azərbaycan EA strukturuna daxil edilmişdir. Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasında böyük xidmətləri olan akademik H. F. Sultanov 1960–1981-ci illərdə rəsədxananın direktoru vəzifəsində işləmişdir.
Abastumani astrofizika rəsədxanası
Abastumani Astrofizika Rəsədxanası — Gürcüstan Milli Elmlər Akademiyası elmi tədqiqat müəssisəsi. Abastumani qəsəbəsi yaxınlığındakı Kanobili dağındanda yerləşir. Rəsədxana dəniz səviyyəsindən 1650 m yüksəklikdədir. Rəsədxana İli Dövlət Universitetinin tabeçiliyindədir. == Rəsədxananın rəhbərləri == 1932—1992-ci illərdə — Yevqeni Kirilloviç Xaradze. 1992-ci ildən rəsədxananın fəxri direktorudur. 1992 — 1 may 2006-cı il —Rolan İliç Kiladze. 1 may 2006-cı ildən — Georqi Cavaxişvili. == Ümumi məlumat == SSRİ-də ilk yüksək dağ astrofizika rəsədxanası kimi 1932-ci ildə yaradılmışdır. İlk öncə rəsədxana Abastumani qəsəbəsində fəaliyyət göstərmiş.
Avropa Cənub Rəsədxanası
Avropa Cənub Rəsədxanası (ACR; ing. European Southern Observatory, ESO) —yer mərkəzli astronomik tədqiqatlar üçün 16 üzv ölkədən ibarət hökumətlərarası təşkilat. Burada təqribən 730 işçi çalışır və təşkilata üzv olan dövlətlər tərəfindən illik olaraq təxminən 162 milyon avro maddi vəsait ayrılır. Rəsədxanalar Çilinin şimalında yerləşir. ACR-in müşahidə vasitələrilə astronomik kəşflər edilmiş və bir neçə astronomik kataloq hazırlanmışdır. Kəşflər arasında ən uzaq qamma şüası partlayışının kəşfindən tutmuş, Süd yolunun mərkəzində qara dəliyin olmasına dair məlumatlar da yer alır. 2004-cü ildə VLT astronomlara 173 işıq ili uzaqlıqdakı qəhvəyi cırtdanın ətrafında fırlanan ekzoplanetin (2M1207b) ilk təsvirini əldə etməyə imkan verdi. Köhnə ACR 3,6 m teleskopunda quraşdırılmış Yüksək Dəqiqlikli Radial Sürətli Planet Axtarıcı (HARPS) aləti Günəş sistemindən kənarda görünən ən kiçik planetlərdən biri olan Gliese 581c də daxil olmaqla günəşdənkənar planetlərin kəşfinə səbəb oldu. == Tarix == Birgə Avropa rəsədxanasının yaradılması ideyası Hollandiyanın Leyden Rəsədxanasında 1953-cü ilin yazında Valter Baade və Yan Oort tərəfindən irəli sürülmüşdür. Həmin il iyunun 21-də Oort onun yaradılması imkanlarını müzakirə etmək üçün bir qrup astronomu Leydenə topladı.
Batabat Astrofizika Rəsədxanası
Batabat Astrofizika Rəsədxanası — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin strukturuna daxil olan elmi qurum. == Tarixi == Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Batabat ərazisindəki bu rəsədxana 1970-ci ildə Şamaxı Astrofizika Rəsədxanasının Batabat bölməsi kimi yaradılmış və 2003-cü ilə qədər həmin adla fəaliyyət göstərmişdir. AMEA Naxçıvan Bölməsinin təsis olunması haqqında Azərbaycan Respublikası prezidentinin 7 avqust 2002-ci il tarixli sərəncamına uyğun olaraq, Naxçıvan Bölməsinin tərkibində, Şamaxı Astrofizika Rəsədxanasının Şahbuz rayonu ərazisində yerləşmiş Batabat bölməsi və Ordubad rayonu ərazisində yerləşmiş Ağdərə Astronomiya Stansiyasının maddi-texniki bazası əsasında Batabat Astrofizika Rəsədxanası yaradılmışdır. == Haqqında == Batabat Astrofizika Rəsədxanası Naxçıvan şəhərindəki inzibati binadan, Batabat stansiyasından və Ordubad rayonu ərazisindəki Ağdərə stansiyasından ibarətdir. Batabat ərazisindəki ikimərtəbəli yeni inzibati binada fotometriya və kompüter otaqları istifadəyə verilib. Rəsədxanada müşahidələr əsasən gecə saatlarında aparıldığından binada iki yataq otağı ayrılıb. Binanın günbəzində "SEYYS-600" tipli teleskop quraşdırılıb. Almaniya istehsalı olan teleskop Ukraynanın Krım Astrofizika Rəsədxanasında müasir tələblərə uyğun təmir olunaraq rəsədxanaya qaytarılıb. Teleskopun qurulması prosesində yerli mütəxəssislərlə yanaşı, Moskva Dövlət Universiteti Astronomiya İnstitutunun fənn laboratoriyasının əməkdaşları da iştirak ediblər. Rəsədxana dəniz səviyyəsindən 2050 metr yüksəklikdə və 39 dərəcə coğrafi enlikdə yerləşir.
Böyük Rəsədxanalar proqramı
Böyük Rəsədxanalar - NASA-nın dörd kosmik teleskopun buraxılması proqramı, eləcə də onların ümumi adıdır. Böyük rəsədxanalar proqramın əvvəlində ölçü və qiymət baxımından təxminən eyni idi və hamısı astronomiyaya mühüm töhfələr verib. Rəsədxanaların hər biri elektromaqnit spektrinin özünə aid bölgəsini tədqiq etmişdir (və ya tədqiq edir). Hal-hazırda Spitzer öz işini tamamladıqdan sonra dörd teleskopdan ikisi işləyir. == Kosmik teleskop proqramları == === Habbl === Habbl görünən diapazonda və spektrin yaxın ultrabənövşəyi bölgəsində müşahidələr üçün kosmik teleskopdur. 1990-cı ildə istifadəyə verilib. 1997-ci ildə teleskop təkmilləşdirildi və infraqırmızı diapazonun yaxın sahəsinə həssaslıq qazandı. Əvvəlcə teleskopu orbitdən çıxararaq Yerə qayıtmaq planlaşdırılırdı, lakin bunu etməməyə qərar verilir. Teleskopun texniki xidməti 2009-cu ilə qədər davam etdi. O vaxta qədər STS-125 missiyası çərçivəsində teleskopda müəyyən təmir işləri aparılmış, avadanlıqlar dəyişdirilmiş, Geniş Sahə Kamerası 3 (ing.
Böyük rəsədxanalar

Marağa rəsədxanası
Marağa rəsədxanası — Elxan Hülakü xanın əmri himayəsi və alim astronom Nəsirəddin Tusi rəhbərliyi ilə yaradılmış astronomik rəsədxana. İranın Şərqi Azərbaycan ostanındakı Marağa şəhərində yerləşən rəsədxana 1259-cu ildə yaradılmışdır.YUNESKO 2009-cu ili "Marağa Rəsədxanası" ili adlandırıb. Bu tikili 1985-ci ildə İranın milli abidələri siyahısında qeydə alınıb və son illərdə dünya irsində qeydiyyata alınması üçün bu tarixi binanın dirçəldilməsi nəzərdə tutulub. == Tarixi == Keçmiş əsrlərin yadigarı, dünyanın hər zaman diqqət mərkəzində olan Marağa rəsədxanası 1259–1271-ci ildə yaradılmışdır. Rəsədxana Misirdən Çinə qədər geniş bir ərazinin görkəmli alimlərini öz ətrafına toplayaraq, həmin dövrün bütün elmləri ilə məşğul olduğu üçün, bir növ akademiyanı əvəz edirdi. Rəsədxana haqqında məlumat verən əsərlərdə qeyd olunduğuna görə, onun memarı Fəxrələddin Əhməd ibn Osman Mərağeyi olmuşdur. Həmin dövrdə rəsədxanada planetlərin şəkilləri, dairələr, 12 bürcün təsviri, yer üzünün, adalar və dənizlərin xəritəsi, coğrafi en və uzunluq ölçülərinin olduğu müəyyənləşdirilmişdir. Təxminən 52 il fəaliyyət göstərən Marağa rəsədxanası 600 ildən sonra, XIX əsrin ortalarında tədqiq olunmağa başlanılmışdır. Rəsədxanada işləmiş alimlərin sayı haqqında hələlik dəqiq məlumat yoxdur. Lakin "Rövzətüssəfa"nın müəllifi Mirxond, Əbqa / Abaqa xan tərəfindən Xacə Nəsirəddinin şagirdlərindən yüz nəfərinin mükafatlandırılması barədə məlumat verir.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası
Şamaxı Astrofizika Rəsədxanası və ya qısaca: AMEA ŞAR (tam adı: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) — Azərbaycan SSR Nazirlər Sovetinin 975 saylı qərarı ilə 17 noyabr 1959-cu ildə yaradılmış, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi tərkibində elmi-tədqiqat institutu statusunda fəaliyyət göstərən Rəsədxana. Rəsədxana Böyük Qafqaz dağlarının şimali-şərqində Bakı şəhərindən 150 km məsafədə, Pirqulu dağının şərq hissəsində, dəniz səviyyəsindən 1435–1500 m yüksəklikdə, λ = 48⁰ 35' 04" E, φ = 40⁰ 46' 20" N coğrafi koordinatlarında yerləşir. Burada müşahidə üçün əlverişli aydın gecələrin sayı il ərzində 150–180-ə çatır. Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün yaradılmış astronomik ekspedisiya hələ 1927-ci ildən fəaliyyətə başlamışdı. Azərbaycanın Dağlıq Qarabağ, Kəlbəcər, Laçın, Şamaxı, Xızı və s. bölgələrinin ayrı-ayrı məntəqələrində gələcəkdə astronomiya rəsədxanası yaradılması üçün əlverişli yerin seçilməsi istiqamətində işlər aparılmışdı. Aparılan tədqiqatlar nəticəsində, 1953-cü ildə Şamaxı rayonunun Pirqulu ərazisində müşahidə bazasının, sonralar isə rəsədxananın tikilməsi nəzərdə tutulmuşdur. Rəsədxana o zamanki Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun tərkibində 1954-cü ildə yaradılmış Astrofizika şöbəsi, sonradan 1956-cı ildə Elmlər Akademiyasının Astrofizika Sektoru kimi fəaliyyət göstərmişdir. 1960-cı ildən müstəqil elmi-tədqiqat institutu statusu ilə Azərbaycan EA strukturuna daxil edilmişdir. Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasında böyük xidmətləri olan akademik H. F. Sultanov 1960–1981-ci illərdə rəsədxananın direktoru vəzifəsində işləmişdir.
Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

Palomar Rəsədxanası
Palomar Rəsədxanası (ing. Palomar Observatory) — Kaliforniya ştatının San-Dieqo şəhərində yerləşən rəsədxana. Rəsədxana Kaliforniya Texnologiya İnstitutunun tabeliyində fəaliyyət göstərməkdədir. Bundan əlavə, rəsədxana JPL və Kornell Universiteti ilə ortaq tədqiqat fəaliyyəti göstərir. Rəsədxanada 5,1 metr güzgüyə sahib Heyl və 1,2 metr güzgüsü olan Samuel Oşin teleskopu da daxil olmaqla müxtəlif teleskoplar fəaliyyət göstərir. Optik teleskoplarla yanaşı, rəsədxanada 1936-cı ildən qalma 0,4 m güzgüyə sahib infraqırmızı test teleskopu kimi tarixi teleskoplar da vardır. Mayk Braun Çad Truyillo David Rabinoviç Makemake (cırtdan planet) Caltech Astronomy: Palomar Observatory Arxivləşdirilib 2019-12-29 at the Wayback Machine Palomar Skies, news and history written by Palomar public affairs coordinator Scott Kardel The SBO Palomar Sky Survey Prints Palomar Observatory Clear Sky Clock Forecast of observing conditions.
Poznan rəsədxanası
Poznań Rəsədxanası — Poznandakı Adam Miskeviç Universitetinin fizika şöbəsinə məxsus və idarə olunan astronomik rəsədxanadır. Polşanın Poznan şəhərində yerləşir və 1919-cu ildə əsası qoyulub. 1953-cü ilin yanvarında Poznanda kəşf edilən 1572 Posnania (1949 SC) asteroidi şəhərin və kəşf edən rəsədxananın adını aldı. 2000-ci ildə Ondrejovda astronomlar Petr Pravec və Peter Kuşnirak tərəfindən kəşf edilmiş 97786 Oauam asteroidi də rəsədxananın şərəfinə adlandırılmışdır. Rəsmi adlandırma sitatı IAU tərəfindən 16 iyun 2021-ci ildə dərc edilmişdir.
Sincan Rəsədxanası
Sincan Rəsədxanası — 2011-ci ilin yanvarında dəyişdirilmədən əvvəl Urumçi Rəsədxanası olaraq bilinirdi. SR-da hazırkı tədqiqat bir çox astronomiya sahəsini əhatə edir. Radio astronomiya, optik astronomiya və astronomiya tətbiqlərindən, xüsusən də pulsarlardan, ulduz əmələ gəlməsi və təkamülü, qalaktikalar və kosmologiya, yüksək enerjili astrofizika, mikrodalğalı qəbuledici, rəqəmsal texnologiya, GPS və s. SR-nın Radio Astrofizika Laboratoriyası Çin Elmlər Akademiyasındakı radio astronomiya əsas laboratoriyalarının üzvüdür və Sincan Uyğur Muxtar Bölgəsinin Açar Laboratoriyası statusuna da layiq görülmüşdür. SR Nanşen, Kaşqar, Qitai və digər iki müstəqil yerüstü stansiyanı idarə edir. Rəsədxananın imkanlarına Urumçi əyalətinin Qanqu qəsəbəsində yerləşən Nanşan Radio Teleskopu daxildir (43°28′17″ şm. e. 87°10′41″ ş. u.). SR-nın Nanşandakı 25 metrlik teleskop sahəsi çox uzun bazalı interferometriyanın (VLBI) vacib stansiyalarından biridir.
Səmərqənd rəsədxanası
Uluqbəy rəsədxanası, Səmərqənd rəsədxanası — orta əsrlərin ən böyük rəsədxanalarından biri. Səmərqənd şəhəri yaxınlığında Uluqbəy tərəfindən tikilmişdir. Tikilib istifadəyə verilmə tarixi haqqında müxtəlif (1420, 1428/29 və s.) fikirlər var. 1421-1429: Qiyasәddin Cәmşid Kaşani 1429-1436: Qazızadə ər-Rumi; 1436-1449: Əli Quşçu Oktay Talıstanlı. Qədim Şərqin möcüzələri. Bakı: "Adiloğlu", 2007.
Uluq Bəy Rəsədxanası

Uluqbəy rəsədxanası

Uluğbəy rəsədxanası

Şamaxı Astrofizika Rəsədxanası
Şamaxı Astrofizika Rəsədxanası və ya qısaca: AMEA ŞAR (tam adı: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) — Azərbaycan SSR Nazirlər Sovetinin 975 saylı qərarı ilə 17 noyabr 1959-cu ildə yaradılmış, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi tərkibində elmi-tədqiqat institutu statusunda fəaliyyət göstərən Rəsədxana. Rəsədxana Böyük Qafqaz dağlarının şimali-şərqində Bakı şəhərindən 150 km məsafədə, Pirqulu dağının şərq hissəsində, dəniz səviyyəsindən 1435–1500 m yüksəklikdə, λ = 48⁰ 35' 04" E, φ = 40⁰ 46' 20" N coğrafi koordinatlarında yerləşir. Burada müşahidə üçün əlverişli aydın gecələrin sayı il ərzində 150–180-ə çatır. Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün yaradılmış astronomik ekspedisiya hələ 1927-ci ildən fəaliyyətə başlamışdı. Azərbaycanın Dağlıq Qarabağ, Kəlbəcər, Laçın, Şamaxı, Xızı və s. bölgələrinin ayrı-ayrı məntəqələrində gələcəkdə astronomiya rəsədxanası yaradılması üçün əlverişli yerin seçilməsi istiqamətində işlər aparılmışdı. Aparılan tədqiqatlar nəticəsində, 1953-cü ildə Şamaxı rayonunun Pirqulu ərazisində müşahidə bazasının, sonralar isə rəsədxananın tikilməsi nəzərdə tutulmuşdur. Rəsədxana o zamanki Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun tərkibində 1954-cü ildə yaradılmış Astrofizika şöbəsi, sonradan 1956-cı ildə Elmlər Akademiyasının Astrofizika Sektoru kimi fəaliyyət göstərmişdir. 1960-cı ildən müstəqil elmi-tədqiqat institutu statusu ilə Azərbaycan EA strukturuna daxil edilmişdir. Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasında böyük xidmətləri olan akademik H. F. Sultanov 1960–1981-ci illərdə rəsədxananın direktoru vəzifəsində işləmişdir.
Şamaxı rəsədxanası (film, 1973)
Film Azərbaycan alimlərinin, astronomiya sahəsində görkəmli kəşflər etmələrinə, onların həyatına və problemlərinə ithaf olunmuşdur.
Qrinviç rəsədxanası
Qrinviç rəsədxanası (ing. Royal Observatory, Greenwich; ROG) — Londonun cənub-şərqindəki Qrinviç parkında bir təpədə yerləşən rəsədxana. Royal rəsədxana astronomiya və naviqasiya tarixində əhəmiyyətli rol oynamışdır. Habelə 0-cı meridian buradan keçdiyi üçün Ümumdünya vaxtının prekursoru olan Qrinviç orta vaxtına öz adını vermişdir.
Rozhen Rəsədxanası
Rozhen Rəsədxanası (bolq. Национална астрономическа обсерватория - Рожен) — Cənub-Şərqi Avropa və Balkan yarımadasının ən böyük astronomik rəsədxanası. Rozhen Milli Astronomiya Rəsədxanası açılışı rəsmi olaraq 13 mart 1981-ci ildə olub, lakin elmi proqramlar çərçivəsində müntəzəm müşahidə fəaliyyəti 1979-cu ilin sentyabrında başlayıb. Rozhen Rəsədxanası Bolqarıstanın elmi infrastruktura birdəfəlik ən böyük sərmayəsidir (12 milyon LVN-dən çox). Balkanlarda və ümumiyyətlə Cənub-Şərqi Avropanın də ən böyük astronomik rəsədxanasıdır. Bolqarıstan Elmlər Akademiyasının Astronomiya İnstitutu tərəfindən idarə olunur. Rozhen Rəsədxanası 6 teleskopla təchiz olunub: universal 2 metrlik Ritchey-Chretien-Coude (RCC) Carl Zeiss Jena reflektor, 50/70 sm Şmidt, 60 sm Kassegrain, öz-özünə qurulmuş 15 sm günəş koronaqrafı, 30 sm MEADE, 18 sm Meniscas Kassegrain. Rozhen Rəsədxanası geniş spektrli astronomik və astrofiziki tapşırıqlar üzrə müşahidələr təqdim edir - Günəş sistemindən cisimlərin dinamikası və fizikasından tutmuş ekstraqalaktik tədqiqatlara qədər, asteroidlər və kometlər, müxtəlif siniflər və dəyişkənlik növlərinin ulduzlarının spektrləri, ulduz qrupları, yaxınlıqdakı və uzaq qalaktikalar, kvazarlar. Rəsədxananın kodu: 071. Rozhen Milli Astronomiya Rəsədxanası, Astronomiyada Mükəmməllik Mərkəzi, 2009-2010.
Şamaxı rəsədxanası (film)
Film Azərbaycan alimlərinin, astronomiya sahəsində görkəmli kəşflər etmələrinə, onların həyatına və problemlərinə ithaf olunmuşdur.
Uraniborq rəsədxanası
Uraniborq rəsədxanası — 1575-ci ildə Danimarka kralının verdiyi pullarla Hven adasında Tixo Brahe tərəfindən tikilmiş olan rəsədxanadır. Brahe daha sonralar oranı Avropanın ilk elmi-tədqiqat institutuna çevirmişdir.

Значение слова в других словарях