sürprizli
sürrealist
OBASTAN VİKİ
Sürrealizm
Sürrealizm (fr. surrerealisme – realizmin fövqü) – XX əsrin bədii mədəniyyətində avanqard cərəyan. Avropa avanqardının sonuncu cərəyanı olan sürrealizm (1924–1940) simvolizmin, ekspressionizmin və dadaizmin təsiri altında təşəkkül tapmışdır. O, geniş miqyasda beynəlxalq vüsət tapmışdı. Bu cərəyan Ziqmund Freydin konsepsiyası, irrasionalizm və aloqizmə istinad edir və subyektivizmin qatı formalarının tərənnümçüsüdür. Ötən əsrin 20-ci illərində Fransada təşəkkül tapmışdır. Yazıçılardan G. Appoliner ("sürrealizm" terminini ilk dəfə o, işlətmişdir), L. Araqon, P. Elüar, R. Desnos və başqaları bu cərəyanın baniləri hesab olunurlar. Sürrealistlər instinktləri, xəstə əhvali-ruhiyyəni, sayıqlama, fantastik yuxuları, dəhşətli qarabasma və eybəcər röyaları bədii yaradıcılığın başlıca mənbəyi və estetik prinsipi sayırdılar. Sürrealizmə qəribəlik, irrosionallıq, standartlara cavab verməmək xarakterikdir. Bu dövrdə şair və rəssamlar müharibənin dəhşətlərindən təsirlənib şüurdankənar arzular dünyasına yönəlmişdilər.