SƏLƏFİLİK

Məhəmməd peyğəmbər və onun səhabələrinin, eləcə də onların davamçılarının yolu ilə getmək və bu insanları hər şeydə nümunə olaraq qəbul etməkdir. Müsəlmanlar bir çox ölkələri ələ keçirdikdən sonra İslam dünya dininə çevrilməyə başlamışdır. Zaman keçdikcə dinə müxtəlif xalqların adətləri, eləcə də fəlsəfi məktəblər təsir edirdi. Bu da İslamda təriqətçiliyin artmasına yol açmışdır. Digər tərəfdən, sonrakı əsrlərdə ictimai həyat, ölkə quruculuğu, elmlər, təfəkkür getdikcə inkişaf edirdi. Zaman keçdikcə dinin bir çox müddəalarına yeni baxışlar formalaşmağa başlamışdır. Çünki, dəyişən dünyada ortaya çıxan yeni həqiqətlər dində də özünü göstərirdi. Bu şəraitdə Antik Yunan və Roma fəlsəfəsinə maraq artmış, Aristotel, Platon və digər filosofların əsərləri ərəb dilinə tərcümə edilmişdir. Onların metodoloji və fəlsəfi prinsipləri İslam metodologiyasına da daxil edilmişdir. İlkin dini saflığın qorunmasını istəyənlər isə bütün bu proseslərə qarşı çıxmışdırlar. Onlara görə bu meyllər İslamın əsaslarının unudulmasına, dinə bidətlərin gətirilməsinə gətirib çıxarırdı. Beləliklə, hicrətin dördüncü əsrində Məhəmməd peyğəmbərin, eləcə də müsəlmanların ilkin dövrünə qayıtmaq və “sələfi-salihinin” (doğru yolda olan əcdadların) yolunu davam etmək şüarları ilə “sələfilik” adlanan bir ideya ortaya çıxmışdır. İlk sələfilər Əhməd ibn Hənbəlin fiqhi məktəbinin ardıcılları olmuşdurlar. “Sələfisalihinlərin” yoluna qayıtmaq, eləcə də Quran və hədislərə istinad etmək çağırışlarının arxasında heç bir nəzəriyyə olmamışdır. Buna görə də, o zaman ilkin sələfilik inkişaf etmədən ortadan çıxmışdır. Sələfiliyi bir məzhəb kimi formalaşdıran İbn Teymiyyə və onun ardıcılları olmuşdurlar. Onlar dini məsələlərin izahında kəlam (I) metodlarına qarşı çıxmışdırlar. İbn Teymiyyəyə görə dinin bütün müddəaları peyğəmbərin, səhabələrinin, onların ilk ardıcıllarının adətinə uyğun olmalıdır. Sələfilər hesab edir ki, məntiqə və ağılın dəlillərinə istinad etmək vəhyə arxalanan peyğəmbərin və onun ardıcıllarının yolundan çəkilmək deməkdir. Bu isə dinin təhrif olumasına gətirib çıxarır. Beləliklə, məntiq və ağılın dəlilləri sələfilər tərəfindən yalnız vəhyə tabe edilmiş şəkildə qəbul olunmuşdur. Quran və hədislərdə insan tərəfindən çətin anlaşılan məqamlara münasibətdə sələfilər hesab edirlər ki, onlar barəsində müzakirə edilməz və belə mətnlər olduğu kimi qəbul edilməli və onlara iman gətirilməlidir. Sələfilər dünyasını dəyişmiş müqəddəslərə, övliyalara, din adamlarına dualar edilməsini, onların məzarlarının ziyarət edilməsini, onların Allahla insanlar arasında vasitəçi kimi qəbul edilməsini tövhidin pozulması kimi qiymətləndirmişdirlər. Onlar bunu edən müsəlman təriqətlərini pisləmişdirlər. Allahın birliyinin təsdiq edilməsi ilə yanaşı sələfilər hesab edirlər ki, müsəlmanın bütün əməlləri Məhəmməd peyğəmbərin həyatına uyğun olmalıdır. Onlara görə dində heç bir bidətə yol vermək olmaz. Dində hər bir yenilik günahdır və inkar edilməlidir. İbn Teymiyyə və digər sələfilərin təlimi bəzi İslam cərəyanları tərəfindən qəbul edilmişdir. Onun prinsipləri miladi XVIII əsrdə Nəcddə başlanan Məhəmməd ibn Əbdülvəhhabın hərəkatının ideoloji əsasına çevrilmişdir. Ən yeni tarixdə isə sələfi ideyaları ilə çıxış edən bir çox müsəlman qrupları vardır.
SƏLAT
SƏLƏFLƏR
OBASTAN VİKİ
Sələfilik
Sələfiyyə və ya Sələfilik — Lüğətdə- əvvəl gəlmək, keçmək mənasında olan “sələf” (ərəb. سلف‎) sözündən törəyən sələfiyyə, ilk İslam alimləri və keçmiş İslam böyükləri ilə onların yolunu tutanlar mənasına gəlir. Bəzən buna “yaxşı”, ”xeyirli” mənasında “salih” sözünü də əlavə edərək , “sələfi-salihin” ifadəsi ilə İslamın ilk dövrlərindəki İslam alimləri nəzərdə tutulur. Sələfi əqidəsinin yəni İşid qruplaşmasın üzvləri açıq şəkildə hakimiyyətlərini yaymaqdan ötrü baş kəsmək zorakılıq icazəli hesab edirlər.Döyüşdə Şiələrlə mübarizədə məğlub olub qadın paltarı ilə (niqab,burqa) ilə qaçmışdırlar. Bu iddialar sələfi əqidəsi üçün deyil. Bu insanlar həvariclərdir ki, günümüzün bir çox cahil kütləsi Suriyada döyüşən terroristləri sələfilərlə səhv salır. Birincisi bu sələfi əqidəsinə tərsdir ona görə ki, sələfilikdə başçıya qarşı çıxmaq yoxdur. Hətta zülmkar olsa belə bunun əvəzində Allaha pənah apararaq səbir etməyi ən doğru hesab edirlər. Üstəlik də dövlət başçısının rızası olmadan özbaşına ölkədən çıxıb başqa bir ölkədə döyüşə qoşulmaq da qəbuledilməzdir Termin olaraq isə sələfiyyə- inanc mövzularına aid məsələlərdə ayə və hədislərdəki zahiri ifadə ilə kifayətlənib, bunları olduğu kimi qəbul edən fərqli izahlardan uzaq qalaraq təşbih və təcsimə düşməyən qruplar deməkdir. İlk İslam böyükləri səhabə və tabiindən çıxmışdır.
Kürdlərdə sələfilik
Kürdlərdə sələfilik — Kürdüstan regionunda kürdlərin tətbiq etdiyi sələfi hərəkatının tarixi. Kürdüstanda sələfiliyin tarixi həmhüdud deyil və Kürdüstanın hansı hissəsindən asılı olaraq fərqli bir tarixə malikdir. Hökuməti Şimali və Şərqi Suriya Muxtar İdarəsi kimi tanınan Suriya Kürdüstanında hakim PYD İslam Dövlətinin yüksəlişindən sonra sələfiliyə qarşı sərt tədbirlər həyata keçirib. Suriya Kürdüstanından iki kürd sələfi hərəkatı var, məsələn, Salahəddin el-Kürdi Hərəkatı və Kürd İslam Cəbhəsi. Bu qrupların hər ikisi özlərini kürd hərəkatı hesab edir və hər ikisi daim kürdlərin, kürdlərin hüquqlarının və kürd dilinin qorunmasının prioritet olduğunu bəyan edirlər. Lakin onların hər ikisi məhdudiyyətlə üzləşdi və Kürd İslam Cəbhəsi sonradan dağıldı. PYD-nin sərt dünyəvi-liberal siyasətləri kürdlər arasında müəyyən qəzəb doğurdu və Suriya Kürdüstanından olan bir çox mühafizəkar kürdlər Kobaninin mühasirəsi zamanı İŞİD-lə əməkdaşlıq etməklə şöhrət qazandılar, çünki onlar PYD-nin ideologiyasını İŞİD-i daha yaxşı bir alternativ kimi qiymətləndirdilər. Həmçinin Kobani mühasirəsi zamanı iki Çeçen İŞİD yaraqlısı, Səlahuddin Şişani və Musa Əbu Yusuf Şişani, videoda görünüblər ki, onlar İslam Dövlətinin gələcəkdə onların Xorasan vilayətləri Əlcəzair Vilayətinə və ya Qərbi Afrika Vilayəti bənzər Kürdüstan üçün bir vilayət qura biləcəyinə işarə ediblər. Yaraqlılar kürdləri kommunizmdən xilas edəcəklərinə söz verib və bəyan ediblər ki, "biz indi Kobani şəhərindəyik. Gördüyünüz bu bayraqlar kürd xalqını birləşdirməyə çalışdıqları kommunist, ateist, allahsız Kürdüstanı simvollaşdırır.