Sabiilər
Sabiilər — İraqda din.
Həqiqətən, Allah iman gətirənlər (müsəlmanlar), yəhudilər, sabiilər, Xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət günü (haqq ilə batili ayırd edərək) hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir! (Həcc-17)
Sabiilər bir tayfa, qövüm olaraq adları Quranda 3 dəfə çəkilir. Bunlar Bəqərə-62, Maidə-69 və Həcc-17 zikr olunur.
Sabiilər haqqında fikir müxtəlifliyi çoxdur. Kimi onları Hz. İbrahimin (ə), kimi Hz. Yəhyanın (ə) ardıcılları bilmişdir. Hətta onları Davud (ə) və ya Nuhun (ə) ardıcılları hesab edənlər də vardır.