Açıq Cəmiyyət Fondları
Əvvəllər Açıq Cəmiyyət İnstitutu adlanan Açıq Cəmiyyət Fondları (ing. OSF) — biznes maqnatı Corc Soros tərəfindən yaradılmış qrantlar şəbəkəsi. Açıq Cəmiyyət Fondları ədaləti, təhsili, ictimai sağlamlığı və müstəqil medianı inkişaf etdirmək məqsədilə bütün dünyada vətəndaş cəmiyyəti qruplarına maliyyə dəstəyi verir. Qrupun adı Karl Popperin 1945-ci ildə yazdığı "Açıq Cəmiyyət və Onun Düşmənləri" kitabından ilhamlanıb.
2015-ci ildən etibarən OSF-nin Qərbi Afrika üçün Açıq Cəmiyyət Təşəbbüsü və Cənubi Afrika üçün Açıq Cəmiyyət Təşəbbüsü kimi bir qrup ölkə və regional fondları əhatə edən 37 ölkədə filialları var idi; onun qərargahı Nyu Yorkda ing. 224 West 57th Street ünvanındadır. 2018-ci ildə OSF Macarıstan hökuməti tərəfindən fondun fəaliyyətini hədəfləyən qanunvericiliyə cavab olaraq Budapeştdəki Avropa ofisini bağladığını və Berlinə köçdüyünü elan etdi. 2021-ci ilə kimi OSF 1993-cü ildə yarandığı gündən bəri 16 milyard dollardan çox xərclər, əsasən təşkilatın missiyasına uyğun olaraq QHT-lərə verilən qrantlar barədə məlumat verib.
== Tarixi ==
28 may 1984-cü ildə biznes maqnatı Corc Soros öz Fondu (Nyu-York şəhəri) ilə Macarıstan Elmlər Akademiyası arasında Soros Fondunun Budapeştdə təsis sənədi haqqında müqavilə imzaladı. Bunun ardınca Şərq Blokunda ölkələrin real sosializmdən uzaqlaşmasına kömək etmək üçün regionda bir neçə fond yaradıldı.