SADƏCƏ

sif.zərf
1. Sadə.
[Cənnətəli:] Mənim cəmi şeirlərim belə abdar, belə sadəcədir. Çəmənzəminli.
Dumanlı dağlara boylanıb durur; İndidən sadəcə rəsmlər qurur. S.Vurğun.
[Qız] güllü çitdən sadəcə don geymiş, qalın hörüklərinin birini döşündən, o birini arxasından sallamışdı. M.Hüseyn.

2. Ancaq, yalnız. Sadəcə mən gəldim.
– Belə şirniyyat bişirməyə imkanı olmayanlar bayramı sadəcə xuşgəbarla keçirərdilər. H.Sarabski.
O, bu sözlərə sadəcə gülümsünüb, heç bir cavab vermədi. M.Rzaquluzadə.
□ Sadəcə olaraq – “sadəcə” demək olub, mənanı bir qədər gücləndirir. Sadəcə olaraq tərslik eləyir.
SADƏ
SADƏDİL

Значение слова в других словарях