Conatan Safran Foer
Conatan Safran Foer (ing. Jonathan Safran Foer; 21 fevral 1977, Vaşinqton şəhəri) — Yəhudi əsilli ABŞ yazıçısı.
Conatan Safran Foer 1977-ci il, fevralın 21-də Vaşinqtonda dünyaya göz açıb. Şəhərin tanınmış hüquqşünaslarından "American Antitrust İnstitute"-nun prezidenti Albert Foer və polyak əsilli biznes-leydi "Sixth and I Historic Synagogue"-un direktoru Ester Safran Foerin ailəsində doğulmuş Conatan ailənin ikinci oğludur. Conatanın böyük qardaşı Coşua Foer frilans müxbir, kiçik qardaşı Franklin isə "The New Republic" qəzetinin siyasət və mədəniyyət redaktorudur. Özü belə yazır: "Ailəmiz kənardan həmişə "yazıb-oxuyan" kimi görünsə də, valideynlərimin kitablarla arası yaxşı deyildi. Biz də məktəb illərində kitabı əlindən yerə qoymayan uşaqlar olmamışıq. Sadəcə axırda olmaq istədiyimiz yerlərə gəldik. Franklinin tarixə və siyasətə inanılmaz marağı var idi, Coşua isə səyahəti, yeni yerlər kəşf etməyi, təzə insanlar tanımağı sevirdi. Yazıçılıq isə mənim üçün hədəf olmasa da, hər zaman həyatın dörd təkərindən biri idi."
Rəngarəng və həssas uşaqlıq illərindən sonra Foer "Corctaun məktəbi"nə yazılır.