Sahəyə Girmə Məhdudiyyətləri

qiymətlərin və korporasiya fəaliyyətinin tənzimlənməsi ilə bağlı olan, yeni yaranan sahəyə yenicə çıxan müəssisələrin yüksək mənfəətli fəaliyyətini çətinləşdirən hökumət qərarları.
Sahələrarası Ticarət
Sahib
OBASTAN VİKİ
Büdcə məhdudiyyətləri əyrisi
Büdcə məhdudiyyətləri – alıcının verilmiş gəlir səviyyəsində ala biləcəyi əmtəə və xidmətlərin kombinasiyalarını (paketlərini) əks etdirir. İnsanlar həmişə daha çox fayda əldə etmək məqsədi güdür, amma məxaric imkanları gəlirlərlə məhdudlaşdığından, insanlar arzuladıqlarından daha az istehlak edirlər. Əlbəttə insanlar gündəlik həyatlarında minlərlə məhsul arasında seçimlə üzləşirlər. Sadəlik üçün iki əmtəə (X, Y) alan istehlakçının qarşılaşdığı vəziyyəti təhlil edək. Fərz edək ki, istehlakçı ayda 1 000 manat maaş alır və gəlirinin hamısını X və Y əmtəələrinə xərcləyir. X və Y əmtəələrinin bir vahidinin qiyməti müvafiq olaraq 10 və 2 manatdır. Şəkil 1-də istehlakçının ala biləcəyi X və Y əmtəələrinin müxtəlif kombinasiyaları göstərilib. A nöktəsində istehlakçı 100 ədəd x əmtəəsi aldığı halda Y əmtəəsindən ala bilmir. B nöktəsində isə bunun əksidir: Y əmtəəsi 500 ədəd, X əmtəəsi 0 ədəd. C nöktəsi isə bu xəttin ortasında yerləşir və istehlakçı hər bir əmtəənin alınmasına 500 manat xərcləyir: Y- 250, X- 50.