SAİ

ə. səy edən, çalışan, çalışqan.

SAXTƏVÜQAR
SAİB
OBASTAN VİKİ
Zəhra Sai
Zəhra Sai (1980, Təbriz) - İranlı siyasətçi, tədqiqatçı və İran parlamentinin onuncu dövründə Təbrizi təmsil edən nümayəndələrdən biridir.
Satya Sai Baba
Satya Sai Baba (23 noyabr 1926 - 24 aprel 2011) — ardıcılları tərəfindən canlı ilah və avatara kimi qəbul edilən məşhur hindistanlı quru və mənəvi ustad. Adı sanskrit dilində "həqiqi ana və ata" mənasını ifadə edən Satya Sai Baba 1926-cı ildə Hindistanın şimal kəndlərindən birində dünyaya göz açmışdır. O, xatirələrində 14 yaşında komaya düşdüyünü, iki ay güclü ağrılar keçirdiyini, tez-tez huşunu itirdiyini və bu hadisələrdən sonra parapsixoloji qabiliyyətlərinin genişlənərək, inkişaf etdiyini söyləmişdir. Tezliklə o, özünü Şivanın yeni təcəssümü, "müqəddəs hesab olunan və möcüzə göstərən" Şirdi bölgəsinin sakini Sai Babanın (1856-1918) xələfi və Şahtilərdən (Krişnanın təzahür forması) biri kimi yenidən zühur edəcəyini iddia etmişdir. Satya Sai Baba özünü "canlı Tanrı" adlandırdıqdan sonra ailəsini və yaxınlarını tərk etmiş, ardıcıllarının köməyi ilə Puqqaparti kəndində "Daimi sükut iqamətgahı" ("Praşanti Nilayam"), sonradan isə "Satya Sai Baba Foundation" adlı beynəlxalq təşkilatlar yaratmışdır. O, nüfuzunun artması üçün hər hansı xalq və din deyil, bütün bəşəriyyət naminə yer üzərinə zühur etdiyini deyirdi. Onun ideoloji təlimində üzdə sevgi və həqiqət vasitəsilə Tanrıya yol tapmağın mümkünlüyünü insanların qardaşlıq və əməkdaşlıq təşəbbüsü kimi konsepsiyalar əsas yer tutur. 1976-cı ildə Sai Baba öz dini təlimini cəmiyyətə açıq şəkildə bəyan edərək demişdir: "Biz təbiətcə məkan və zaman baxımından məhdudlaşdırılmamışıq. Bizim mövcudluğumuz sərhədsiz, dəyişilməzdir, yalnız səadət və xoşbəxtliyə əsaslanır. Sevgi vasitəsilə insan taleyinin sahibinə, əks təqdirdə isə o, öz hisslərinin əsirinə çevrilir.
Hordeum vulgare var. saidii
Luiza Saidiyeva
Luiza Saidiyeva (17 mart 1994) — Qazaxıstanlı oxatan. Luiza Saidiyeva Qazaxıstannı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Luiza Saidiyeva birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Ukraynanın nümayəndəsi Anastasiya Pavlova ilə üz-üzə gəldi. Həmin görüşdə Luiza Saidiyeva rəqibinə 0:6 hesabı ilə uduzdu.
Melicope saint-johnii
Melicope saint-johnii (lat. Melicope saint-johnii) — sədokimilər fəsiləsinin melicope cinsinə aid bitki növü.
Müstəqillik Sarayı (Saigon)
İstiqlal Sarayı (vyet. Dinh Độc Lập), Yenidən Birleşme Sarayı (vyet. Dinh Thống Nhất) kimi tanınan bu şəhərin əlamətdar bir yeridir Ho Chi Minh City (əvvəlki adı Saigon), Vietnam, keçmiş Norodom Sarayının yerində inşa edilmişdir. Saray memar Ngo Viet Thu tərəfindən dizayn edilmiş və Vyetnam müharibəsi dövründə Cənubi Vyetnam prezidentinin evi və iş yeri olmuşdur. Həm də Saigon 30 aprel 1975-ci ilin yıxılması zamanı Vyetnam müharibəsinin sona çatdığı yer, Şimali Vyetnam Ordusunun bir tankı qapılarını vurduqda oldu. Bu hökumət binasının 19-cu əsrdə Fransanın işğalına uzanan uzun tarixi var. Vyetnam müharibəsi dövründə Cənubi Vyetnamın ilk prezidenti 1963-cü ildə sui-qəsd edildikdən sonra hakimiyyətə gələn hərbi cuntanın başçısı General Nguyen van Thieu kimi ev və komanda mərkəzi vəzifəsi edildi. Müstəqillik Sarayı, Vyetnam Müharibəsinə dramatik bir son verildi tanklar 30 Aprelin 1975-ci il səhərində əsas qapıdan çıxdı. Bu gün Müstəqillik Sarayı, 1970-ci illərdən bəri dəyişməz bir zaman sərfi - Ho Chi Minh City-də görmək və Vyetnamun böyük turunu alaraq tarixi meraklıları üçün böyük bir dayanma. İstiqlal Sarayı Mərkəzi Saigon 1-ci ilində böyük, yaşıl sahəsi tutur.
Məhəmməd Said
Məhəmməd Saed Mərağeyi (fars. محمد ساعد مراغه‌ای‎; 28 aprel 1881, Marağa, Şərqi Azərbaycan ostanı – 2 noyabr 1973, Tehran) — iki dəfə İranın Baş Naziri, səkkiz dəfə Xarici İşlər Naziri, bir dəfə Daxili İşlər naziri, dörd dəfə xarici ölkələrdə səfir, dörd dəfə Senat Məclisi və bir dəfə Məclisin nümayəndəsi olmuşdur. == Həyatı == Məhəmməd Saed (Saed-ül-Vüzarə) Marağada və ya da Tiflisdə anadan olmuşdur. Əslən azərbaycanlı, atası Məhəmmədkazım Qazi idi. Atası və babası Azərbaycanın yüksək səviyyəli münsif və hakimlərindən idi. İsveçrənin Lozann Universitetində təhsil almışdır. Məhəmməd Saidin uşaqlıq və gənclik illəri Zaqafqaziyada keçmiş, diplomatik karyerası burada başlanmışdır. Mart hadisələri zamanı Krasnokrestovskaya küçəsi (Şeyx Şamil) 23 ünvanda yerləşən və 100 nəfərdən çox iranlı təbəələrin və konsulluğun əməkdaşlarının sığınacaq tapdıqları İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən tutulmuşdu. M. S. Marağayi konsulluq binasının azad edilməsinə nail olmuş, daha sonra rus hərbçiləri ilə birgə Bakıda yaşayan və işləyən İran vətəndaşlarının da məruz qaldığı qırğınların qarşısının alınmasında fəal iştirak etmişdir. 1994-cü ildə Tehranda nəşr etdirdiyi "Siyasi xatirələr"ində 1918-ci il mart faciələri günlərində şəhərdəki vəziyyəti təsvir etmiş və göstərmişdir ki, şəhər küçələrindən və həyətlərdən ölülərin və yaralıların yığılması və şəxsiyyətlərinin təyin edilməsi üçün hələ yalnız onun yaratdığı komissiya tərəfindən 5000 nəfərdən artıq iranlı və qeyri-iranlı müsəlmanın qətlə yetirildiyi müəyyən olunmuş, bütün bu cəsədlər müsəlman qaydasında dəfn edilmişdir.
Pentacalia sailapatensis
Pentacalia sailapatensis (lat. Pentacalia sailapatensis) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Qulamhüseyn Saidi
Qulamhüseyn Əliəsgər oğlu Saidi (4 yanvar 1936, Təbriz – 23 noyabr 1985, Paris) — Azərbaycanlı yazıçı. == Həyatı == Qulamhüseyn Əliəsgər oğlu Səidi 4 yanvar 1936-cı ildə Təbriz şəhərində anadan olmuşdur. Ədəbi yaradıcılığa maraq göstərən Q.Səidi 1951-ci ildə həbs olunmuşdur. Lakin fəaliyyətində qanunazidd bir şey olmadığı üçün azad edilmişdir. O, iyirmi yaşında Təbriz Universitetinin Tibb fakültəsinə qəbul olunmuşdur. Tələbə ikən inqilab əhval-ruhiyyəli müəlliflərdən Səməd Behrəngi, Behruz Dehqani, Məftun Əmini, Kazım Səadəti və başqaları ilə dostluq etmişdir. 1961-ci ildə ali təhsilini başa vuraraq psixoloq ixtisasına yiyələnmişdir. Tehranda hərbi xidmətdə olarkən əsgərlərin həyatından bəhs edən üç hekayə yazmışdır. Əsgəri xidmətini başa vurduqdan sonra Tehran şəhərində qalmış, “Dilguşə” adlı tibb mərkəzi açmışdır. Həmin səhiyyə ocağı tədricən Tehranın ədəbi, fəlsəfi və siyasi fikir adamlarının toplantı yerinə çevrilmişdir.
Sahib Sailov
Sailov Sahib Ağagül oğlu (15 may 1932, Salyan rayonu) - Azərbaycan Kommunist Partiyası Şamaxı Rayon, Qasım İsmayılov Rayon və Astara Rayon partiya komitələrinin birinci katibi. == Həyatı == Sahib Sailov 1933-cü ildə doğulmuşdur. 1954-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakultəsini, 1959-cu ildə Moskva Ali Komsomol Məktəbini, 1975-ci ildə isə Sov.İKP MK yanında Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1954-1956-cı illərdə orta məktəbdə müəllim kimi işləmişdir. Tarix elmləri namizədidir. == Siyasi fəaliyyəti == 1950-1964-cü illərdə ilk komsomol təşkilatı katibliyindən Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi vəzifəsinə qədər yol keçmişdir. 1957-ci ildə Salyan Rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur. 1961-1964-cü illərdə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin təlimatçısı, şöbə müdirinin müavini, katibi olmuşdur. 1957-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvüdür. 1964-1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin inspektoru olmuşdur.
Saib Təbrizi
Saib Təbrizi (1592, Təbriz – 1676, İsfahan) — XVII əsrdə yaşamış, mənşəcə Azərbaycan türklərindən olan, Azərbaycan türkcəsi və fars dilində yazıb-yaradan klassik Azərbaycan ədəbiyyatının ən tanınmış nümayəndələrindən biri. == Həyatı == Mirzə Məhəmməd Əli Saib Təbrizi 1601-ci ildə Təbriz şəhərində doğulmuş və ibtidai təhsilini də burada almışdır. Atası Mirzə Əbdürrəhim tacir idi və məşhur təzkirəçi Nəsrabadinin yazdığına görə, dərin etibar qazanmışdı. Ata babası Şəms əd-Din Məhəmməd Təbrizi bütün şərq dünyasında "Qələmi şirin" adı ilə tanınmış çox mahir xəttat idi. XVI əsrin axırlarında, I Şah Təhmasibin zamanında Təbriz osmanlılar tərəfindən işğal olunmuşdu. Şəhər azad edildikdən sonra I Şah Abbas bir çox təbrizliləri İsfahana köçürür. Saibin atası da köçürülənlərin arasında idi. Saib öz təhsilini və poetik fəaliyyətini İsfahanda davam etdirir. O, dövrün görkəmli alimlərindən Kaşi və Şəfaidən dərs alır. Təhsilini bitirəndə artıq onu İsfahanda savadlı ziyalı və istedadlı şair kimi yaxşı tanıyırdılar.
Said Baqiri
Said Baqiri — şair və İran radio və televiziyasının keçmiş aparıcısı. == Həyatı == Said Baqiri 1960-cı ilin avqust ayında Tehranda dünyaya gəlib.O, İran himninin sözlərinin müəllifidir.
Saif Ali Xan
Saif Ali Xan, (ing. Saif Ali Khan, benq. সাইফ আলি খান, urdu سیف علی خان; 16 avqust 1970, Yeni Dehli) — hind kinoaktyoru, prodüser. 1970-ci il 16 avqust tarixində Nyu-Dehli şəhərində anadan olmusdur. == Filmoqrafiya == Nə sən bilirsən, nə də mən (film, 2002) Sabah açılacaq, yoxsa yox?
Saif Əli Xan
Saif Ali Xan, (ing. Saif Ali Khan, benq. সাইফ আলি খান, urdu سیف علی خان; 16 avqust 1970, Yeni Dehli) — hind kinoaktyoru, prodüser. 1970-ci il 16 avqust tarixində Nyu-Dehli şəhərində anadan olmusdur. == Filmoqrafiya == Nə sən bilirsən, nə də mən (film, 2002) Sabah açılacaq, yoxsa yox?
Saiga
Sayğaqlar (lat. Saiga)— Əsl antiloplar alt dəstəsinə daxiı olan bioloji cins. Pleystosen epoxası (2 milyondan 10 min il öncəyə qədər) dövründə Avrasiyanın şimalı, Britaniya adaları qərbi, Kanadanın şimal-qərb bölgəsinin savanna və çöl ərazilərində yayılmışdırlar. Hazırda bir-birindən arslı yayılmış bir nrcə populyasiya şəklində Mərkəzi Asiyanın çöl və yarımsəhra ərazilərində yayılmışlar. Cinsə bir nəsli kəsilmiş və bir müasir növ daxildir: Sayğaq (Saiga tatarica) — hazırda iki yarımnövə aid 5 təcrid olunmuş populyasiya qalmışdır: S. tatarica tatarica — Rusiya və Qazaxıstan ərazisində dörd populyasiya; S. tatarica mongolica — olduqca azsaylı polulyasiya Monqolustanın şimal-qərbində yerləşir; S. tatarica binagadensis † — Orta Pleystosen dönəmində Azərbaycanda iqlimin quraqlaşması ilə əlaqədar nəsli kəsilmişdir. Pleystosen sayğağı (Saiga borealis) † — qədim, hazırda nəslikəsilmiş növ. İki yarımnövə bölünürdülər: S. borealis borealis — Şərqi Sibir və Alyaska S. borealis prisca — Avropa, Ural və Qərbi Sibir == İstinadlar == == Ədəbiyyat == Baryshnikov G. and Tikhonov A. 1994. Notes on skulls of Pleistocene saiga of northern Eurasia. Historical Biology, Volume 8, Issue 1–4, pages 209–234.
Sail
== Birinci nəsil Sail == Sail modeli 2000-ci ilin (2001-ci ildən satışda) sonunda Buick markası adı altında doğuldu. Avtomobil B sinifində Opel Corsanın başqa gövdə növü idi(sedan, universal). SAIC-GM əməkdaşlığında model altenativsiz, 91 at güclü 1.6 l həcmli mühərrik və 5 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edildi. 2005-ci ildə model Chevrolet tərkibinə keçirilərək radiator barmaqlıları, və ön optikası yeniləndi. == İkinci nəsil Sail == İkinci nəsil Chevrolet Sail 2010-cu ildə ilk öncə hetçbek, daha sonra isə sedan olaraq buraxıldı. Yeni model artıq 3 mühərriklə təklif edilirdi: Bunlar 1.2 l, 1.4 l 87 və 103 at gücü benzin, 1.3 l 78 at güclü dizel mühərriklr idi. Sürətlər qutusu isə 5 pilləli mexaniki idi. Əlverişli qiymətinin olması Sail modelinin populyarlaşmasına gətirib çıxartdı. İlk iki nəsli, Çində 1.4 ədəd satılmışdır. Çindən başqa avtomobil Hindistan və Cənubi Amerikada da satılırdı.
Sailor
== Diskoqrafiya ==
Sailor Moon
Seylor Mun və ya Yaponiyada tanınan adı ilə Bishoujo Senshi Sailor Moon (美少女戦士セーラームーン, Bishōjo Senshi Sērā Mūn, azərb. Gözəl qoruyucu Seylor Mun‎) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş şoco manqa seriyası. Manqa seriyası 1991-1997-ci illərdə "Nakayoshi" jurnalında nəşr olunmuşdur. Bu dövrdə 52 fəsli 18 tankobon cildi şəklində çap edilmişdir. Manqa seriyası Seylor Muna çevrilərək Ay şahzadəsinin və Əfsanəvi Gümüş Kristalın (「幻の銀水晶」, Maboroshi no Ginzuishō) axtarışına çıxan 14 yaşlı qız Usaqi Tsukino haqqındadır. Seriya boyunca Seylor Mun Əfsanəvi Gümüş Kristalı qorumaq və Günəş sistemini məhv etmək istəyən düşmənlərin qarşısını almaq üçün yaradılmış Seylor döyüşçüləri (セーラー戦士, Sērā Senshi) komandasına başçılıq edir. Manqa seriyasının 18 cildi əsasında Toei Animation tərəfindən anime hazırlanmışdır. Anime Yaponiyada 5 mövsüm olmaqla 1992-1997-ci illərdə yayımlanmışdır. Bundan başqa, manqa seriyası əsasında 3 animasiya filmi, 3 qısametrajlı animasiya, 1 televiziya verilişi və "Gözəl qoruyucu Seylor Mun" adlı teleserial hazırlanmışdır. Anime hekayəsi 2014-cü ildən göstərilən "Sailor Moon Crystal" animesi ilə yenidən başladılmışdır.
Sailor Moon: La Luna Splende
"Sailor Moon: La Luna Splende" (azərb. Seylor Mun: Parlayan Ay‎) — Yaponiyanın Bandai Namco videooyun şirkətinin 16 mart 2011-ci ildə İtaliyada yayımladığı 2D videooyun. Oyun italyan dilində olan ilk "Seylor Mun" videooyunu xüsusiyyətini daşıyır. == Haqqında == Videooyun 2011-ci ilin 16 martında Nintendo DS platformaları üçün yayımlanmışdır və "Seylor Mun" videooyunlarının son versiyasıdır. Oyun İtaliyada satışa buraxılmış və adını "Seylor Mun" animesinin ikinci mövsümünün italyanca dublajındakı adından almışdır. Adını ikinci mövsümdən alsa da, videooyunun baş düşməni olan Kunsayt sadəcə birinci mövsümdə görünmüşdür. Videooyundakı personajların adları seriyanın italyanca versiyasına uyğunlaşdırılmışdır. "Sailor Moon: La Luna Splende" italyan dilində olan və Nintendo DS platformaları üçün istehsal olunan ilk "Seylor Mun" videooyunudur. == Hekayə == Nina (Naru Osaka) şüursuz şəkildə xəstəxanaya yerləşdirilir, Banni (Usaqi Tsukino) və dostları onun ziyarətinə gəlirlər. Luna onlara deyir ki, Ninaya hansıda bədheybət hücum etmiş ola bilər.
Sailor Moon Crystal
Sailor Moon Crystal və ya Yaponiyada tanınan adı ilə Bishoujo Senshi Sailor Moon Crystal (美少女戦士セーラームーンCrystal(クリスタル), Bishōjo Senshi Sērā Mūn Kurisutaru, azərb. Gözəl döyüşçü Seylor Mun: Kristal‎) — 2014-cü ildən şoco manqa seriyası olan "Seylor Mun" manqasının 20 illik yubileyi münasibətilə yayımlanan ONA seriyası. Toei Animation tərəfindən hazırlanan, Munehisa Sakay və Çiaki Konin rejissoru olduğu anime serialının I və II mövsümləri 5 iyul 2014-cü ildən 18 iyul 2015-ci ilə qədər davam etmiş və ayda 2 dəfə olmaqla 26 seriyası yayımlanmışdır. 4 aprel 2016-cı ildən 27 iyun 2016-cı ildə kimi anime serialının III mövsümü yayımlanmışdır. İlk iki mövsüm bütün dünyada Niconico vasitəsilə göstərilmişdir. 1992-1997-ci illərdə göstərilən "Seylor Mun" animesindən fərqli olaraq bu dəfə hekayə Toei Animation tərəfindən yenidən və daha dəqiq işlənmişdir. Lakin anime serialı 1990-cı illərdəki animeyə bənzər ssenariyə sahibdir. Anime 14 yaşlı Usaqi Tsukino adlı qızın Seylor Mun olmasından, Seylor döyüşçülərini tapmasından (Seylor Merkuri, Seylor Mars, Seylor Yupiter və Seylor Venera) və Əfsanəvi Gümüş Kristalı qorumasından bəhs edir. Anime serialının ilk seriyası Usaqi personajının doğum günü hesab edilən 30 iyun 2014-cü ildə göstərilmişdir. Blu-ray formatında ilk xüsusi buraxılışı 15 oktyabr 2014-cü ildə Yaponiyada yayınlanmışdır.
Sailor Moon Crystal seriyalarının siyahısı
Sailor Moon Crystal — 2014-cü ildən şoco manqa seriyası olan "Seylor Mun" manqasının 20 illik yubileyi münasibətilə yayımlanan ONA seriyası. Toei Animation tərəfindən hazırlanan, Munehisa Sakai və Çiaki Konun rejissoru olduğu anime serialının ilk iki mövsümü 5 iyul 2014-cü ildən 18 iyul 2015-ci ilə kimi Niconico vasitəsilə bütün dünyada yayımlanmışdır və manqanın ilk 26 fəslini əhatə etmişdir. 2015-ci ilin sentyabrında Toei Animation üçüncü mövsümü istehsal etdiyini açıqlamışdır. Anime serialının üçüncü mövsümü "Ölüm həvariləri" adı ilə tanınır və manqadakı "Sonsuzluq" hekayəsinə əsaslanır. Üçüncü mövsümün ilk seriyası 6 mart 2016-cı ildə Tokiodakı "Animate Ikebukuro" mağazasında nümayiş etdirilmişdir. Üçüncü mövsüm 4 aprel 2016-cı ildən 27 iyun 2016-cı ilə kimi Tokyo MX kanalında yayımlanmışdır. == Mövsümlər == == Seriyalar == === I mövsüm: Qaranlıq Krallıq (2014-2015) === === II mövsüm: Qara Ay (2015) === === III mövsüm: Ölüm həvariləri (2016) === == Media == === Yaponiya === King Records animenin DVD və Blu-ray formatında 13 cildini yayımlamışdır.
Sailor Moon SuperS Plus - Ami's First Love
Sailor Moon SuperS Plus - Ami's First Love (美少女戦士セーラームーンSuperS 外伝 亜美ちゃんの初恋, Bishōjo senshi Sērā Mūn SuperS gaiden - Ami-chan no hatsukoi, azərb. Seylor Mun SuperS plus: Aminin ilk sevgisi‎) — "Seylor Mun"un 1995-ci ildə buraxılmış xüsusi seriyası. 23 dekabr 1995-ci ildə "Sailor Moon SuperS" anime filmi ilə birlikdə nümayiş etdirilmişdir. == Məzmun == Seriyada hadisələrin əsas diqqət mərkəzində Seylor Merkuri kimi tanınan Ami Mizunodur. Ami bir gün məktəbə gələndə ona yazılmış bir sevgi məktubu alır və böyük təşvişə düşür. Lakin o dostlarına hazırda məhəbbət haqqında düşünmədiyini bildirir. Ami dostlarına bildirir ki, imtahanlara "Mercury" ləqəbi ilə qatılıb maksimal nəticə göstərib, lakin onunla birlikdə "Mercurius" adlı şagirdin də maksimal nəticə əldə edib. Ami bunu meydan oxuma kimi qəbul edib əvvəlkindən də daha gərgin çalışmağa başlayır. Amini izləyən Bonnon ona hücum edir. Ami Bonnonu "Mercurius" zənn edir və Seylor Merkuriyə çevrilib onu məğlub edir.
Sailor Moon SuperS Shin Shuyaku Soudatsusen
"Sailor Moon SuperS Shin Shuyaku Soudatsusen" (美少女戦士セーラームーンSuperS: 真・主役争奪戦) — 1996-cı ilin 8 martında Angel Studios (indiki Rockstar San Diego) tərəfindən satışa buraxılmış və PlayStation ilə Sega Saturn platformaları üçün nəzərdə tutulmuş 2D "Seylor Mun" videooyunu. Faytinq janrında olan bu oyun ancaq Yaponiyada yayımlanmışdır. Oyunun Sega Saturn platforması üçün versiyası çıxdıqda oyun "Sailor Moon SuperS - Various Emotion" adlandırılmış və fərqli üz qabığından istifadə olunmuşdur. Sega Saturn versiyasında Seylor Çibi Munun görünüşü də fərqlidir. == Hekayə == Oyun iki rejimdə oynanıla bilər: hekayə rejimi və görüş rejimi. Hekayə rejimi təkoyunçulu, görüş rejimi çoxoyunçuludur. Əgər oyunçu hekayə rejimini seçibsə, ancaq bu personajlardan istifadə edə bilər: Seylor Mun, Seylor Merkuri, Seylor Mars, Seylor Yupiter, Seylor Venera və Seylor Çibi Mun. Əgər oyunçu görüş rejimində oynayırsa, bu personajlarla yanaşı Seylor Pluton, Seylor Uran, Seylor Neptun və Seylor Saturndan da istifadə edə bilər. Oyunçu istədiyi Seylor döyüşçünün gücünü artıra, onun gücünə maksimum 20 xal verə bilər. Oyunda 4 çətinlik səviyyəsi var: asan (nakayoşi), normal, çətin, ən çətin (muzukaşi).
Sailor Star Song
"Sailor Star Song" (セーラースターソング, Sērā Sutā Songu, azərb. Seylor Ulduz mahnısı‎) — "Seylor Mun" animesinin 5-ci mövsümündə açılış mahnısı kimi istifadə olunmuş sinql. Sözlərini manqaka Naoko Takeuçi yazmış, musiqisi Söki Araki tərəfindən bəstələnmişdir, Kae Hanazava tərəfindən isə ifa olunmuşdur. Mahnı "Bishōjo senshi Sailor Moon Sailor Stars Music Collection" albomunun bir hissəsidir. == Haqqında == Əvvəlki 4 mövsümdə animenin açılış mahnısı kimi "Moonlight Densetsu" mahnısından istifadə olunsa da, 5-ci mövsümdə bu mahnıya üstünlük verilmişdir. "Seylor Mun" animesinin açılışı ilə yanaşı, sonuncu — 200-cü seriyada Seylor Mun ilə Seylor Qalaksiya arasındakı döyüşdə çalınmışdır. Mahnının ingilis versiyası ilə yanaşı italyan versiyası da mövcuddur və "Petali di Stelle, Petali di Luna" adlanır. Lakin bu versiya animenin italyan versiyasında açılışında deyil (əvəzində "Petali di Stelle per Sailor Moon" mahnısından istifadə olunmuşdur), sadəcə 200-cü seriyada oxunmuşdur. Seylor Mun pərəstişkarları mahnını "Makenai" adlandırmağa üstünlük verirlər. "Makenai" mahnının yapon versiyasında yer alan sözlərdən biridir.
Saimbəyli
Saimbəyli — Adana ilinin ilçəsi. Keçmiş adı Haçin olub. İlçəni Fransız işğalından azad edən Saim bəyin xatirəsinə ilçəyə Saimbəyli adı verilmişdir. Adanaya 157 km məsafədə yerləşir. Saimbəylinin 25 kəndi var. İqtisadi olaraq Kozana bağlıdır. == Əhali == 2018-ci ilin məlumatına görə ilçədə 15.338 nəfər yaşayır.
Saimiri
Sincabaoxşar (lat. Saimiri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin i̇lməquyruqlar fəsiləsinə aid heyvan cinsi.
Samit-sait yazısı
Əbcəd hesabı (fars. حساب جمل‎) – Türk, ərəb və fars ədəbiyyatında bir hadisəni, bir işin tarixini bildirmək üçün işlənən və rəqəmləri hərflərdən ibarət olan hesabdır. Biz orta əsrlərdə müsəlman səyyahların coğrafi kordinatları Əbcəd hesabı ilə verdiyinin şahidi oluruq. Məsələn: Hacı Zeynalabdin Şirvani özünün Riyaz əs-siyahət əsərində Səmərqənd, Konya, Qeysəriyyə və s. şəhərlərin coğrafi kordinatlarını verərkən Əbcəd hesabından istifadə etmişdir.