Sailor Moon SuperS Shin Shuyaku Soudatsusen
"Sailor Moon SuperS Shin Shuyaku Soudatsusen" (美少女戦士セーラームーンSuperS: 真・主役争奪戦) — 1996-cı ilin 8 martında Angel Studios (indiki Rockstar San Diego) tərəfindən satışa buraxılmış və PlayStation ilə Sega Saturn platformaları üçün nəzərdə tutulmuş 2D "Seylor Mun" videooyunu. Faytinq janrında olan bu oyun ancaq Yaponiyada yayımlanmışdır.
Oyunun Sega Saturn platforması üçün versiyası çıxdıqda oyun "Sailor Moon SuperS - Various Emotion" adlandırılmış və fərqli üz qabığından istifadə olunmuşdur. Sega Saturn versiyasında Seylor Çibi Munun görünüşü də fərqlidir.
== Hekayə ==
Oyun iki rejimdə oynanıla bilər: hekayə rejimi və görüş rejimi. Hekayə rejimi təkoyunçulu, görüş rejimi çoxoyunçuludur. Əgər oyunçu hekayə rejimini seçibsə, ancaq bu personajlardan istifadə edə bilər: Seylor Mun, Seylor Merkuri, Seylor Mars, Seylor Yupiter, Seylor Venera və Seylor Çibi Mun. Əgər oyunçu görüş rejimində oynayırsa, bu personajlarla yanaşı Seylor Pluton, Seylor Uran, Seylor Neptun və Seylor Saturndan da istifadə edə bilər.
Oyunçu istədiyi Seylor döyüşçünün gücünü artıra, onun gücünə maksimum 20 xal verə bilər.
Oyunda 4 çətinlik səviyyəsi var: asan (nakayoşi), normal, çətin, ən çətin (muzukaşi).