Sakrament
Sakrament (q.yun. μυστήριον — sirr, lat. sacramentum — and, öhdəlik) — xristianlıqda yeddi əsas ayin.
Əsas Sakramentlər aşağıdakılardır:
1. Vəftiz 2. Rəbbin Süfrəsi (Yevxaristiya) 3. Müqəddəs Yağla məshetmə 4. Evlilik (Kəbin) 5.Zahidlik 6.Xəstələrin yağla məsh edilməsi 7. Tövbə
Vəftiz Xristianlığa giriş ayinidir. Rəbb İsa Məsihin əmrinə görə, Səmavi Padşahlığın Müjdəsini (İncili) eşidən, ona iman edən hər kəs suya salınaraq "Ata, Oğul və Müqəddəs Ruh adı ilə" (Matta 28:16-20) vəftiz edilməlidir.