SALAMAT

sif.zərf [ ər. ]
1. Sağ, diri, xətərsiz-bəlasız, sağ-salamat.
[Qurban:] Sonra yaz ki, mən də, şükür Allaha, sağ və salamatam. A.Şaiq.
[Qəndab:] Məzahiri tapıb salamat olduğunu bildim. B.Bayramov.

□ Salamat çıxmaq – sağ qalmaq, diri qalmaq, ölməmək; salamat qurtarmaq.
[İlyasın dayısı:] Tərlan olmasaydı, mən o axırıncı döyüşdən salamat çıxmayacaqdım. Ə.Məmmədxanlı.

Salamat qalmaq1) ölməmək, sağ qalmaq, yaşamaq, xilas olmaq, xətərdən qurtarmaq.
Bir müddət sonra isə Kərimxanın salamat qalan yoldaşları [Xavərə] əl tutmağa başlamışdı. M.İbrahimov;

2) bütöv qalmaq, sağ qalmaq, toxunulmaz qalmaq; zədəsiz, nöqsansız olmaq, dağılmamaq.
Çox çəkmədi ki, gəlinlər gəlib [şairin] daxmasını suvardılar və kəndin salamat qalmış ( f.sif. ) yeganə çırağını da [şairə] bağışladılar. Ə.Məmmədxanlı.

Salamat qurtarmaq – bax salamat qalmaq 1-ci mənada.
Hələ bu vaxta kimi bir adam onun əlindən salamat qurtarmayıb. Koroğlu”.
Odların içinə düşür, çox zaman; Salamat qurtarır ölməz qəhrəman. M.Rahim.
Uşaq salamat qurtaranda elə bil dünya bizim olub. Mir Cəlal.

2. məc. Sağlam, gümrah.
O, sifəti qaraşın, hündür və salamat bir arvad idi. C.Məmmədquluzadə.

◊ Salamat qalın! – görüşüb ayrılarkən qalan adama (adamlara) deyilən əlvida ifadəsi.
Bəlkə bu yerlərə bir də gəlmədim; Duman, salamat qal, dağ, salamat qal. M.Araz.

Salamat yer qalmamaq – hər yeri, hər tərəfi zədələnmək, yaralanmaq. Şahnigar taqətdən düşmüşdü. Ayaqqabısının dabanı qopmuş, əynindəki paltar didik-didik olmuşdu.
Bədənində salamat yer qalmamışdı. İ.Şıxlı.

Salamat yer qoymamaq – hər yerini, hər tərəfini əzişdirmək, zədələmək, yaralamaq, yaxud dağıtmaq, korlamaq, bərbad hala salmaq. [Məhbusi:] Yavaş, Kərimxan, qardaşım, yavaş.
Bişərəflər məndə salamat yer qoymadılar. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SALAMAT SALAMAT [Səadət xanım:] Əlac nədir.. hər zülmə, cəbrə tab elərəm, ancaq Fəxrəddin salamat qalsın (N.Vəzirov); ƏSƏN (qəd
  • SALAMAT sağlam — qıvraq — gümrah
  • SALAMAT xoşbəxt — firavan
SALAM-KALAM
SALAMATİ
OBASTAN VİKİ
Salamat (Bukan)
Salamat (fars. سلامت‎) - İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 439 nəfər yaşayır (61 ailə).
Salamat Qal (albom)
Salamat Qal – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın yeddinci studiya albomu.
Salamatabad (Bicar)
Salamatabad (fars. سلامت آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 52 nəfər yaşayır (11 ailə). Əhalisini kürdlər təşkil edir.

Digər lüğətlərdə