saldırmaq
salfet
OBASTAN VİKİ
Saleh
Saleh peyğəmbər Səmud qövmündə yaşayırdı, amma onlardan deyildi. Səmud qövmü Nuh peyğəmbərin kötücəsi Səmud ibni Amirin və ya, Səmud ibn Adın övladları hesab olunur. Saleh peyğəmbərin də Səmudun nəslindən olduğu iddia olunur. Səmud qövmü Hicazla Şam arasında yerləşən Həcər adlı bir dövlətdə yaşayırdılar. Səmud qövmünün orada qalıb məskunlaşması barədə aşağıdakı fikirlər mövcuddur: Onlar yəhudilərdən olan bir tayfa idilər və Fələstin deyilən yerə gedib orada məskunlaşmışdılar, Onlar Fərat çayının qərbindən köçüb gələn Əmaqilə adlı tayfadandırlar, Misirin Əmaqilə tayfasından olmuş və Misir sultanı Əhməs tərəfindən qovulublar, Onlar Ad qövmünün qalıqları idi və dövlətləri də o qövmün istismar etdiyi dövlətlərdən idi. Sonuncu fikir Quran ayələrinə daha uyğundur. Quran ayələrindən Səmud qövmünün çox mədəni bir xalq olduğu anlaşılır: "Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız? Bağlar və çeşmələr içində, əkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircəmliklə ömür sürəcəksiniz?) Dağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?" Həmçinin ayələrdən onların əsas məşğuliyyətinin əkinçilik, çeşmələr çəkmək, xurma ağacları yetişdirmək olduğu və güzəranlarının xoş və rahat keçdiyi anlaşılır. Təbərsi Şüəra surəsinin bu ayələrinin təfsirində İbni Abbasdan nəql edir ki, Səmud qövmü yayda və hava mülayim olanda düzənliklərdə özlərinə evlər tikirdilər. Amma, qış gəldikdə isə dağları yarıb evlər yonurdular ki, daha möhkəm və daha isti olsun.
Ləzgi Saleh
Ləzgi Saleh (XVI əsr, Yuxarı Yaraq[d] – XVI əsr) — XVII əsr ləzgi əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Yuxarı Yaraq kəndində anadan olub. == Həyatı == Saleh XVII əsrdə Yuxar-Yaraq kəndində anadan olub. O, ilk təhsilini kənd mədrəsəsində alıb. Saleh daha sonra burada işləməyə başlayıb. == Yaradıcılığı == Salehin məhəbbət lirikasının bir xüsusiyyəti ondan ibarətdir ki, onun şeirlərində aşiqin təsviri, mədhiyyəsi əsas yer tutur. Onlarda lirik qəhrəmanın hissləri gizlidir. Məşuqun vəsf və mədhində əsas təsvir vasitələri şairin ənənəvi şərq poeziyasından, farsçılıqdan və ərəbizmdən götürdüyü müqayisələrdir. Şairin "Çəkərəm tabı" və "Olmuşam müştaq" misraları ikihecalı müqayisə sistemi ilə səciyyələnir. Hər sətirdə iki müqayisə var.
Mədain Saleh
Mədain Saleh(ərəb. مدائن صالح, madāʼin Ṣāliḥ‎), Əl-Hicr və ya Hegra — Səudiyyə Ərəbistanın Əl-Mədinə bölgəsinin Əl-Ula sektorunda yerləşən İslamdan öncə arxeoloji kompleks.
Nabil Saleh
Roman Saleh
Roman Sergeyeviç Saleh (27 fevral 1994) — Azərbaycanı, əvvəl isə Belarusu təmsil edən üzgüçü. Roman Saleh 1994-cü il fevralın 27-də anadan olub. Roman Salehin qardaşı Dmitri Saleh də üzgüçüdür. Roman Saleh və qardaşı Dmitri Saleh qardaşları 2016-cı ildə XI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Sentyabrın 8-də 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turniri baş tutdu. Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Dmitri Saleh 58.82 saniyə nəticə göstərdi və 7 idmançı sırasında 2-ci pillənin sahibi oldu. "C" qrupunda mübarizə aparan Roman Saleh isə 58.40 saiyə nəticə göstərdi və qrupu 7 üzgüçü sırasında 3-cü pillədə başa vurdu. Nəticədə həm Dmitri Saleh, həm də Roman Saleh final mərhələsinə adladı. Final mərhələsində Roman Saleh 58.11 saniyə nəticə göstərdi və dördüncü pillədnin sahibi oldu. Dmitri Saleh isə 58.16 saniyə nəticə göstərdi və turniri beşinci pillədə başa vurdu.
Saleh Ağayev
Saleh Bağırov
Saleh Güllücinski
Saleh Məşədi Teymur oğlu Güllicinski (17 sentyabr 1899, Güllücə, Eçmiədzin qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 3 yanvar 1938, Bakı) — Ermənistan SSR və Azərbaycan SSR dövlət və partiya xadimi, Vedi Hərbi İnqilab Komitəsinin ilk sədri, Azərbaycan K(b)P MK yanında Partiya Məktəbinin rektoru. Saleh Güllücinski 17 sentybar 1899-cu ildə İrəvanın yaxınlığndakı Güllücə kəndində Məşədi Teymur və Leyli xanımın ailəsində doğulub. Onlar 5 övlad böyüdüblər: Saleh, Məmməd, Rübabə, Ləzifə, Şövkət. Ailə o zamanın maarifpərvər, ziyalı ailəsi olduğundan övladlarının hamısına təhsil verib. Saleh Güllicinski erkən yaşında A. S. Puşkin adına İrəvan rus-tatar məktəbini,1911-1915-ci illərdə 17 yaşında İrəvan Müəllimlər Seminariyasını bitirir. 5 mart 1916-cı ildən 6 iyun 1918- ci ilə kimi İrəvan dairə məhkəməsində tərcüməçi kimi işləyir. 1918-ci ildə Qərbi Azərbaycanda qətliamlar törədən daşnaklara qarşı mübarizəyə qoşulur. Ailəsi dəfələrlə qırğınlardan qurtulmaq üçün Türkiyəyə getmək məcburiyyətində qalsada sonradan yenidən geri evlərinə dönürlər. Saleh Güllücinskinin bacısı Rübabə xanımın qızı Rəfiqə xanımın dediklərindən: 1920-ci ildə Ermənistanda Sovet hakimiyyəti qurulan zaman daşnaklara qarşı daha fəal mübarizə aparmaq üçün İrəvanın bir çox gənc ziyalıları kimi Saleh də inqilabi mübarizəyə qoşulur. Əli Əkərəkli, Cahangir Ələkbərbəyov, Abasqulu bəy Şadlinski kimi vətənini sevən insanlarla birlikdə mücadilə edir.
Saleh Hacıyev
Saleh Hacıyev (nazir) — nazir. Saleh Hacıyev (fizik) — fizik.
Saleh Həsənov
Saleh Valeh oğlu Həsənov (1986, Qızılhacılı, Qasım İsmayılov rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. 1986-cı ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub. Şəhid Dilbazi Qasımov adına 1 saylı tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə Pakistan Xüsusi Əməliyyat Məktəbini, 2017–2018-ci illərdə Rusiya Ryazan Hava Desant Məktəbini bitirib. Azərbaycan Ordusunun mayoru Saleh Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, Xocavəndin, Cəbrayılın, həmçinin Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Həsənova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Saleh Kamrani
Saleh Kamrani — Cənubi Azərbaycanlı hüquq müdafiəçisi, vicdan məhbusu, Azərbaycan Mərkəzi Partiyasının və "AzNews TV" televiziyasının təsisçisi. Saleh Kamrani 31 dekabr 1972-ci ildə Şərqi Azərbaycanın Əhər şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Şiraz Universitetinin hüquq fakultəsinə daxil olur. Universitetdə təhsil aldığı dövrdə Türk dili və ədəbiyyatı üzrə professor olan M.Sadiqin iştirakı ilə universitetin yataqxanasında türk dili və ədəbiyyatı kursları keçirməyə başlayıb. Hərbi xidməti başa vurduqdan sonra işləməyə başlayan Saleh Kamrani eyni zamanda Şiraz Universitetində magistr təhsili də almağa başlayır. Bu dövrdə aktiv fəaliyyət göstərən o, "Şiraz Universiteti Türk Dilli Tələbələr Assosiasiyası"-nın və türkcə, farsca çıxan "Savalan" qəzetinin (baş redaktor kimi) yaradılmasından iştirak edir. Daha sonra hüquqşünas kimi azərbaycanlı milli mədəni fəalların, Qulamrza Əmaninin, Abbas Lisaninin, Həmid İmanın, Seyid Cavad Musəvinin, Hidayət Zakirin, Məhərrəm Kamraninin, İbrahim Savalanın, Saleh Molla Abbasinin, Cavad Abbasinin və Abbas Nik Rəvanın hüquqlarının müdafiəsi üçün çalışır. Bundan başqa o, ərəb milli fəal, İran Yazıçılar Assosiasiyasının üzvü Yusif Əzizi Bənitorof və milliyyətcə fars olan Mohsen Sazeqaranın vəkili olaraq onların hüquqlarını məhkəmədə müdafiə edib. Fəaliyyətinə görə dəfələrlə təhdidlər almış güc strukturları tərəfindən təqib olunmuşdur. 2005-ci ildə növbəti milli mədəni fəalın hüquqlarını qorumaq üçün qardaşı ilə birgə Urmiyaya gedir.
Saleh Musayev
Saleh Müslüm
Saleh Müslüm Məhəmməd (kürd. Salih Muslim Mihemed‎; ərəb. صالح مسلم محمد‎‎, translit. Ṣāliḥ Muslim Muḥammad) — Şimali və Şərqi Suriya Muxtar Administrasiyasının (Rojava) əsas partiyası olan Demokratik Birlik Partiyasının (PYD) keçmiş həmsədri. Demokratik Dəyişikliklər üzrə Milli Koordinasiya Komitəsinin koordinator müavini olaraq, Suriyadakı vətəndaş müharibəsi dövründə ən öncül kürd nümayandə olmuşdur. Suriya vətəndaşı olan Saleh Müslüm Məhəmməd 1951-ci ildə Kobani şəhərinə yaxın bir kənddə anadan olmuşdur. O, Suriyada təhsil aldıqdan sonra 1970-ci ildən 1977-ci ilə qədər İstanbul Texniki Universitetinin Kimya Mühəndisliyi fakültəsində təhsil alır. Qısa bir müddət Londonda, 1978–1990 illərdə isə Səudiyyə Ərəbistanında çalışır və 1993-cü ildə Hələbdə mühəndislik ofisi açır. Saleh Müslüm 1998-ci ildə İraqdakı Kürdüstan Demokratik Partiyasının (KDP) Suriya qolu olan Suriya üzrə Kürdüstan Demokratik Partiyasına (KDP-S) qoşulur. O, partiyanın hədəflərini yerinə yetirməməsindən məyus olması səbəbindən 2003-cü ildə partiyanı tərk edir.
Saleh Məcidzadə
Saleh Məhərrəmov
Saleh Heydər oğlu Məhərrəmov (25 sentyabr 1965, Alışar, İliç rayonu) — biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (30.06.2014). Məhərrəmov Saleh Heydər oğlu 25 sentyabr 1965-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1982–1987-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almış, ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1987–1990-cı illərdə aspiranturada oxumuş, 1991-ci ildə Moskvada Ümumittifaq Helmintologiya İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir. 1999–2000-ci illərdə NDU-da Zoologiya kafedrasının, 2000–2013-cü illərdə Təməl tibb fənləri kafedrasının, 2013-cü ildə yenidən Zoologiya kafedrasının müdiri vəzifəsində işləmişdir. 2011-ci ildə AMEA Zoologiya İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 may 2013-cü il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilmişdir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. ABŞ, Türkiyə, Rusiya və Ukraynada rəsmi səfərlərdə olmuş, beynəlxalq simpozium, qurultay və konfranslarda elmi məruzələrlə çıxışlar etmişdir.
Saleh Məmmədov
Saleh Məmmədov (maliyyə naziri) (d. 1956) — Azərbaycan Respublikasının maliyyə naziri (1992–1993). Saleh Məmmədov (inşaatçı-mühəndis) (d. 1958) — Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, Əməkdar Mühəndis. Saleh Məmmədov (baş çavuş) (1995—2020) — II Qarabağ müharibəsi şəhidi.
Saleh Nağıyev
Saleh Nağıyev — coğrafiya elmləri namizədi. 1950-ci il mayın 5-də Gürcüstan SSR Marneuli rayonunun Yuxarı Saral kəndində anadan olub. 1959-1969-cu illərdə Marneuli rayonunun Sulaveri rus orta məktəbində oxuyub. 1969-1973-cü illərdə Lenin adına APİ-ni, 1980-1984-cü illərdə Gertsen adına Leninqrad Dövlət Pedoqoji institunun aspirantura şöbəsini, 1987-ci ildə A.Jdanov adına Leninqrad Dövlət Universitetində coğrafiya elmləri namizədliyini müdafiə edib, 1989-1995-ci illərdə N.Voznesenski adına Leninqrad Dövlət Maliyyə-İqtisad İnstituna daxil olub və 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 1973-1974-cü illərdə Zaqafqaziya Hərbi Dairədə hərbi xidmətdə olub. 1973-1976-cı illərdə Gəncə şəhərində orta məktəbdə müəllim işləyib.1976-1981-ci illərdə Marneuli rayonunun Sulaveri rus orta məktəbində müəllim və direktor müavini işləyib. 1985-1990-cı illərdə Marneuli rayonunun partiya komitəsində təlimatçı, şöbə müdüri, 1990-1998-ci illərdə Marneuli rayonunun Qullar Upravasının sədri, 1998-ci ildən BDU-da işləyir. Ailəlidir iki övladı var. 1987-ci ildə c.e.n. „Пути развител сельского расселения населения юго-востокa ГССР“ (на примере Марнеульского района).
Saleh Nuriyev
Saleh Oxumuş
Saleh Oxumuş (türk. Salih Okumuş; 1968, Rizə, Rizə ili) — Türkiyə ədəbiyyatçısı, araşdırmaçı-yazar, şair, elmlər doktoru, professor Saleh Oxumuş 1968-ci ildə Türkiyənin Rizə ilçəsinin Pazar kəndində doğulmuşdur. 1857-1858-ci illərdə Krım-Rus hərbi sırasında Kefedən Türkiyəyə köç edən Səlimoğlu sülaləsinə mənsubdur. Sülalə Orta Kefelili adıyla da tanınır. Ailə Cumhuriyyətdən sonra Soyad Qanununun çıxmasıyla Oxumuş soyadını alır. Ailədə oxuyub yazan simaların çoxluğu bu soyadı almağa səbəb olur. Ailənin böyüklərindən bəziləri İstanbulda Fatih Mədrəsəsində müdərrislik etmişdir. Babası əski yazını bilən dinə bağlı bir şəxs olmuşdur. Ancaq ölkədə yaşanan qıtlıq və yoxsulluq səbəbindən uşaqlarını oxuda bilməmişdir. Altı qardaşdan ancaq biri təhsil almağa müvəffəq olur.
Saleh Poladı
Saleh Qafarov
Saleh Qazıyev
Saleh Mustafa oğlu Qazıyev (16 sentyabr 1893 – 17 iyul 1971) — Azərbaycan arxeoloqu, tarix elmləri namizədi. Saleh Mustafa oğlu Qazıyev 1893-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Əvvəlcə mollaxanada, sonralar kənddə açılmış "Rövzət–ül–Maarif" adlı məktəbdə oxumuşdur. 1928–1932-ci illərdə Bakı şəhərində pedaqoji institutda, 1935–1938-ci illərdə SSRI Elmlər Akademiyasının Azərbaycan filialının aspiranturasinda oxumuş, 1941-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi adına layiq görülmüşdür. S.Qazıyev həyatının ilk dövrünü xalqın maariflənməsinə həsr etmiş, 1916–1922-ci illərdə Şəki qəzasının Filfilli kəndində, 1925–1928-ci illərdə Nuxa pedaqoji texnikumunda, 1928–1932-ci illərdə Bakı məktəblərində, 1932–1933-cü illərdə Ağdaş pedaqoji texnikumunda müəllimlik etmiş, direktor müavini və direktor olmuş, Nuxa və Ağdaş şəhərlərində maarif şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, 1934–1947-ci illərdə Azərbaycan SSR Tarix Muzeyinin elmi işçisi, 1947–1952-ci illərdə direktoru, 1952–1954-cü illərdə EA Tarix İnstitutunun arxeologiya, sonrakı illərdə isə etnoqrafiya şöbəsinin rəhbəri olmuşdur. S.Qazıyev Mingəçevir arxeoloji ekspedisiyasının (1946–1953-cü illər) başçılıq etmişdir. Sayı 20 mindən çox olan Mingəçevir abidələrinin ilk dəfə arxeoloji təsnifatını və səciyyəsini vermişdir. O 40-dan çox elmi əsərin və məqalənin müəllifidir. Azərbaycanda arxeologiyaya aid ilk sanballı əsər olan "Azərbaycan arxeologiyası"nın müəlliflərindən biri olmuşdur.
Saleh Qocayev
Saleh Balay oğlu Qocayev (12 sentyabr 1899, İlisu, Zaqatala dairəsi – 4 may 1984, Bakı) — azərbaycanlı ixtiraçı alim; texnika elmləri namizədi (1949); Azərbaycan SSR Ali Sovetinin (1–4-cü çağırış) deputatı; Zaqafqaziya Federasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini; Neft İnstitutunun rektoru (1941–1960). Saleh Qocayev 1896-cı ildə İlisu kəndində anadan olmuşdur. Zaqatala sənət məktəbində təhsil almağa başlasa da, valideynləri vəfat etdiyi üçün Bakıya köçür. O, 15 yaşında Bakıda Nobel qardaşlarının zavodunda işləməyə başlayır. 1925-ci ildə Bakıda fəhlə fakültəsini bitirərək Neft İnstitutunun Texnologiya fakültəsinə daxil olmuş, eyni zamanda S.Budyonnı adına zavodda çilingər işləmişdir. Bir müddətdən sonra partiya səfərbərliyi xətti ilə rayonlara göndərilmiş, yalnız 1928-ci ildən dərslərə davam edərək 1932-ci ildə maşınqayırma şöbəsi üzrə mühəndis diplomu almışdır. 1917-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) sıralarına qatılan Saleh Qocayev Balakən Rayonu Fəhlə Gənclər İttifaqının sədr seçilmişdir. O, 1918-ci ildə Bakı Sovetinin deputatı seçilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra həbs olunsa da, həbsxanadan qaçaraq İlisuya getmişdir. O, İlisuda Azərbaycan Kommunist Partiyasının özəyini yaratmışdır.
Saleh Qurbanov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Saleh Rüstəmov
Saleh Rüstəmov (coğrafiyaçı)
Elçin Saleh oğlu Abbasov
Firudin Qəmbər Saleh
Qəmbərov Firidun İslam oğlu (Firudin Qəmbər Saleh; 15 may 1952, Aşağı Şorca, Basarkeçər rayonu) — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin (2006), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2003), "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == Firudin Qəmbər Saleh 1952-ci ildə Ermənistan SSR-in Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub. == Kitabları == Bağışla, Vətən. Bakı: Zaman, 1999, 120 səh. Könül sevgisiz keçinməz. Bakı: Nurlan, 2007, 210 səh. Nurlu kəlamlar. "Şüarə" fəhmilə (rübailər), Bakı: Nurlan, 2009, 115 səh. Allah, Allah... deyir ürək.
Mehdi Seyid Salehi
Mehdi Seyid Salehi (27 iyul 1981, Tehran) — İran futbolçusu, hücumçu. Seyid Salehi 2012-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna qoşulub. O Traktor Sazi gələndən öncə İsfahanın Sipahan klubunda oynamışdır.
Mirzə Saleh Axundov
Axundov Mirzə Saleh Molla Məhəmmədalı oğlu (1870, Quzanlı, Şuşa qəzası – 5 yanvar 1952, Quzanlı, Ağdam rayonu) – həkim, şair, tərcüməçi. Mirzə Saleh Axundov 1870-ci ildə Şuşa qəzasının Quzanlı obasında doğulmuşdu. O, ilk ibtidai təhsilini Axund Molla Hüseynin yanında almışdır. O, burda ərəb əlifasında yazıb-oxumağı, fars və ərəb dillərini öyrənmişdir. Sonra 1884-cü ildə Quzanlı obasına yaxın olan Şuşa qəzasının Hindrax kəndində açılmış kənd natamam orta məktəbində oxumuşdur. Atası Salehi ruhani təhsili almaq üçün Təbrizə göndərmişdir. Lakin Saleh Təbriz ali ruhani məktəbinə daxil olmaq əvəzinə, Tehran şəhərinə gedib, Fransa dövləti tərəfindən açılmış tibb məktəbinin hazırlıq sinfinə daxil olmuşdur. Hazırlıq sinfində dörd il oxuyub, orta təhsilini artırmaqla bərabər, fransız dilinə yiyələnmiş, fars və ərəb dillərində olan biliyini daha da genişləndirmişdir. Sonra fransız tibb məktəbinə daxil olmuş və altı il təhsil alaraq həkimlik peşəsini hərtərəfli öyrənmiş, mütəxəssis həkim diplomuna layiq görülmüşdür. Mirzə Saleh tibb təhsili aldıqdan sonra bir neçə il Tehran və Təbriz şəhər xəstəxanalarında həkim kimi çalışmışdır.
Mirzə Saleh Axundov (II)
Axundov Mirzə Saleh Molla Məhəmmədalı oğlu (1870, Quzanlı, Şuşa qəzası – 5 yanvar 1952, Quzanlı, Ağdam rayonu) – həkim, şair, tərcüməçi. Mirzə Saleh Axundov 1870-ci ildə Şuşa qəzasının Quzanlı obasında doğulmuşdu. O, ilk ibtidai təhsilini Axund Molla Hüseynin yanında almışdır. O, burda ərəb əlifasında yazıb-oxumağı, fars və ərəb dillərini öyrənmişdir. Sonra 1884-cü ildə Quzanlı obasına yaxın olan Şuşa qəzasının Hindrax kəndində açılmış kənd natamam orta məktəbində oxumuşdur. Atası Salehi ruhani təhsili almaq üçün Təbrizə göndərmişdir. Lakin Saleh Təbriz ali ruhani məktəbinə daxil olmaq əvəzinə, Tehran şəhərinə gedib, Fransa dövləti tərəfindən açılmış tibb məktəbinin hazırlıq sinfinə daxil olmuşdur. Hazırlıq sinfində dörd il oxuyub, orta təhsilini artırmaqla bərabər, fransız dilinə yiyələnmiş, fars və ərəb dillərində olan biliyini daha da genişləndirmişdir. Sonra fransız tibb məktəbinə daxil olmuş və altı il təhsil alaraq həkimlik peşəsini hərtərəfli öyrənmiş, mütəxəssis həkim diplomuna layiq görülmüşdür. Mirzə Saleh tibb təhsili aldıqdan sonra bir neçə il Tehran və Təbriz şəhər xəstəxanalarında həkim kimi çalışmışdır.
Mirzə Saleh Təbrizi
Mirzə Saleh Təbrizi (?-?) — XVII əsr Azərbaycan şairi. Azərbaycan dilini ictimai həyatın bütün sahələrində yaymağa, dövlət dili səviyyəsinə qaldırmağa çalışan Şah İsmayıl Xətaidən sonra da Səfəvilər dövlətində türk dili ən yüksək dairələrdə öz nüfuzunu kifayət qədər saxlamışdı. Doğrudur, ardı-arası kəsilməyən Osmanlı-Səfəvi hərbi toqquşmaları nəticəsində Azərbaycan XVII əsrdə Səfəvilər dövlətinin siyasi-iqtisadi mərkəzi rolunu itirmiş, paytaxt I Şah Təhmasib Səfəvinin (1524-1576) dövründə Təbrizdən Qəzvinə, I Şah Abbas Səfəvinin (1587-1629) dövründə isə Qəzvindən İranın daxilində yerləşən İsfahana köçürülmüşdü. Buna baxmayaraq, Azərbaycan türkcəsi Təbrizdə və Qəzvində olduğu kimi, İsfahanda da sarayın və qoşunun işlək dili olaraq qalırdı. 1684-1685-ci illərdə İranda olmuş alman səyyahı Engelbert Kempfer Azərbaycan türkcəsinin Səfəvilər sarayında rəsmi dil olması haqqında məlumat vermişdir. Görkəmli Azərbaycan alimi Turxan Gəncəyi Avropa səyyahları–Petra della Valle, Adam Oleari, Şevalye Jan Şardən, Şanson və Rafael dü Manın əsərlərini, Şah Səfinin (1629-1642) Avstriya-Macarıstan imperatoru II Ferdinanda və Şah Sultan Hüseynin (1696-1722) Saksoniya hersoqu və Polşa kralı Avqusta məktubunu nümunə gətirərək Azərbaycan türkcəsinin İsfahandakı Səfəvi sarayında yüksək mövqeyə malik olduğunu göstərir. Alim 1636-cı ilin noyabrından 1638-ci ilin fevralına qədər İranda yaşamış alman səfiri Adam Olearinin belə bir məlumatından sitat gətirir: “ Türk dili İsfahanda o qədər əhəmiyyətə malikdir ki, orada çox nadir hallarda farsca bir söz eşidirsən”. 1648-ci ildə İsveç səfirinin başçılıq etdiyi İrana gələn heyətin katibi və həkimi olan alman Engelbert Kempferin yazdıqları isə həmin dövrdə sarayda yuxarı təbəqənin nümayəndələri arasında fars dilinin üstünlük təşkil etməsi barədə fikirləri tamamilə alt-üst edir: “Sarayda işlənən türk dili daha çox hakim sülalənin ana dilidir, nəinki sadə camaatın, bu dil saray vasitəsilə əyan-əşraf ailələrində elə geniş yayılmışdır ki, indi imtiyazlı təbəqədən olan hər hansı şəxsin onu bilməməsi utanc gətirən bir haldır”. XVII əsrdə Səfəvilər dövründə ən yüksək vəzifələrə sahib olan, türkcə şeirlər yazan şəxslərin adlarının sadalanması dediklərimizi bir daha təsdiqləyir. I Şah Abbas və II Şah Abbasın ana dilindəki şeirləri artıq məlum faktdır.
Mirzə Saleh xan Asəfəddövlə
Mirzə Saleh xan Hacı Mehdi oğlu Asəfəddövlə (1853, Təbriz – 1929, Təbriz) — Cənubi Azərbaycanın tanınmış şəxslərindən, ictimai-siyasi xadim. Mirzə Saleh xan Asəfəddövlə Hacı Mehdi Kələntərin ailəsində Təbriz şəhərində, Bağmeşə məhəlləsində anadan olmuşdu. Mirzə İbrahim xan Kələntəriin böyük qardaşıdır. O, əvvəlcə Vəziri-Əkrəm ləqəbini daşıyırdı. Hacı Rzaqulu xan Şahsevən vəfat edəndən sonra onun Asəfəddövlə ləqəbini aldı. O, Təbriz, Qəzvin, Gilan və Zəncan əyalətlərinin valisi olmuşdu. Mirzə Saleh xan Asəfəddövlə 1929-cu ildə vəfat edib. Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011.
Molla Məhəmməd Saleh Mazandarani
Molla Məhəmməd Saleh Mazandarani (?-?)—XVII əsr İslam alimi. İslam elm tarixində iz qoymuş alimlərin əksəriyyəti zahidanə həyat tərzi sürmüş, dünyanın rəngarəng nemətlərindən uzaq qaçmağa çalışmışlar. Əksəriyyət etibarilə bu alimlər cəmiyyətin kasıb təbəqəsindən çıxdıqları üçün nə atalarından onlara irs qalmışdı, nə də özləri var-dövlət yığmağa səy göstərirdilər. Xüsusilə, məşhur alimlərdən bir çoxunun tələbəlik dövrü ciddi maddi məhrumiyyətlər içində keçmişdir. Bu gün adlarını ehtiramla çəkdiyimiz bu şəxsiyyətlərin bəziləri hətta təhsil zamanı çıraq və yanacaq almağa belə imkan tapmır, gecələr dərslərini ya Ay işığında, ya da ümumi yerlərdə yandırılan çıraqların yanında oxuyurdular. Alimlərdən birinin dediyi kimi, gərək tələbənin gözü dünyaya qarşı kor olsun, yəni fikrini yalnız oxumağa versin, əyləncə, yeyib-içmək, rahatlıq dalınca qaçmasın. Miladi XVII əsrdə yaşamış məşhur alimlərdən biri də Məhəmməd Saleh Mazandarani idi.O, Mazandaran əyalətinin mərkəzi Sari şəhərinin yaxınlığında anadan olmuşdu. Məhəmməd Saleh Mazandarani gənclik illərində öz şəhərindən İsfahana təhsil almaq üçün gəlmişdi.. Amma o qədər kasıb idi ki, fərli-başlı geyimi də yox idi. Əbanın altından köhnə paltarlarını geyinir, üstdən əbaya möhkəm bürünürdü.
Məhəmməd Saleh (Çaldıran)
Məhəmməd Saleh (fars. محمدصلاح‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 57 nəfər yaşayır (9 ailə).
Məhəmməd Saleh əl-Hüseyni əl Qəzvini
Məhəmməd Saleh əl-Hüseyni əl Qəzvini — (?-?) — Xəttat və həkkak. Təbriz xəttatlıq məktəbinin nümayəndəsi. Adı Ordubad şəhərindəki Malik İbrahim qəbiristanlığında bir başdaşı üzərində qeyd olunmuşdur. Hicri 1202 ildə (miladi 1788 il) vəfat etmiş Mirzə Həşim Mirzə Mömin oğlunun məzar kitabəsini yazan və mərmər lövhəyə ıə həkk edən Məhəmməd Saleh əl-Hüseyni əl-Qəzvini 7əslən Qəzvin şəhərindəndir. Bu kitabə göstərir ki, 18 yüzillikdə Naxçıvanda digər şəhərlərdən də ustalar işləmiş və yaxud da naxçıvanlılar digər şəhərlərdən də gələn öz mərhumları üçün qəbirüstü abidələr hazırlatmışlar.
Məlik Saleh İsmayıl Zəngi
Məlik Saleh İsmayıl Zəngi (d. 1163 – ö. 1181) — 1174-cü ildə atası Nurəddin Mahmud Zənginin ölümündən sonra Hələb və Dəməşq atabəyi. Atası vəfat etdiyində 11 yaşında idi. Bu səbəbdən atasının əmirləri tərəfindən hökumətə gətirildi. Bunlardan Hələb valisi Gümüştəkinin Dəməşq gəlincə uyğuladığı basqıdan rahatsız olan xalq Səlahəddin Əyyubini çağıraraq ona biət etdilər. Səlahəddin Əyyubi, Məlik Saleh İsmayıl Zənginin anası İsmətəddin Xatun ilə evləndi. Məlik Saleh İsmayıl Zəngini Hələb atabəyi kimi tanıdı. Dəməşqi isə öz hegemonluğu altına aldı. Məlik Saleh İsmayıl Zəngi 1181-ci ildə 18 yaşında ikən Hələbdə vəfat etdi.
Orxan Salehov
Ramiz Sadıq Saleh oğlu Bağırov
Ramiz Bağırov (müəllim)
Saleh Hacıyev (dövlət xadimi)
Saleh Hilal oğlu Hacıyev (25 oktyabr 1932, Bərdə rayonu – 7 yanvar 2011) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycanın meliorasiya və su təsərrüfatı naziri (1988–1993), Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri nazirinin müavini (1983–1988), SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR üzrə Baş Meliorasiya Tikintisi İdarəsinin rəisi (1974–1983), Azərbaycan SSR kənd tikintisi naziri (1971–1974), Azərbaycan SSR əməkdar mühəndisi (1981). Saleh Hilal oğlu Hacıyev 1932-ci il oktyabrın 25-də Bərdədə anadan olmuşdur. Atası Hilal Hacıyev 1932-ci ildə repressiyaya məruz qalmış və ailəsi ilə birlikdə Qırğızıstana sürgün edilmişdir. Saleh Hacıyev əmək fəaliyyətinə 1950–1951-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin "Qarabağsutikinti" trestinin 1 nömrəli tikinti idarəsində usta vəzifəsində işləməklə başlamışdır. İstehsalatdan ayrılmadan Fəhlə-Gənclər Məktəbində təhsil almış, buranı bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun Meliorasiya və su qurğuları tikintisi fakültəsinə qəbul olunmuşdur. Burada o, fakültə və institut komsomol komitəsinin katibi olmuşdur. 1957-ci ildə institutu bitirmişdir. Saleh Hacıyev 1957–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Komsomol Komitəsində və Azərbaycan LKGİ-nin Bakı Komitəsində katib, 1960–1961-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin "Göyçaysutikinti" trestinin 3 nömrəli tikinti idarəsində baş iş icraçısı, 1961−1968-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin 12 nömrəli tikinti idarəsində Kürdəmirdə Kür çayı üzərində dükerin tikintisində tikinti rəisi, Lənkəranda 8 nömrəli tikinti idarəsinin rəisi, "Lənkəransutikinti" trestinin müdiri, 1968–1971-ci illərdə "Azərmeliorasiyasutikinti" Baş İdarəsi rəisinin birinci müavini vəzifələrində işləmişdir. Saleh Hacıyev 1971-ci ildə Azərbaycan SSR kənd tikinti naziri naziri təyin edilmiş və bu vəzifədə 1974-cü ilədək çalışmışdır. 1974-cü ildən 1983-cü ilədək SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR üzrə Baş Meliorasiya Tikintisi İdarəsinin ("Azərbaşmeliotikinti") rəisi olmuşdur.
Saleh Hacıyev (fizik)
Saleh Hacıyev — azərbaycanlı fizik. Orta təhsilini Şuşada və Ağdamda alıb. Məktəbi bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Buranı bitirdikdən sonra isə 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə qəbul edilib. 1942-ci ildə ali məktəbin üçüncü kursunda olarkən müharibəyə aparılıb. 3 il 2 aylıq əsgərlik müddətində Qafqazdan Şərqi Prussiyaya qədər geniş bir masştabda döyüşüb. Müharibədən sonra isə universiteti “Qırmızı diplom”la bitirib. Bunun ardınca isə Xarici Dillər İnstitutuna daxil olaraq, Alman dili üzrə ali təhsil alıb. Aspirantura təhsilini isə yenidən Kimya üzrə alıb. Namizədlik işində müdafiə etdiyi mövzu bir müddət sonra Elmlər Akademiyası tərəfindən ləğv edilib.
Saleh Hacıyev (nazir)
Saleh Hilal oğlu Hacıyev (25 oktyabr 1932, Bərdə rayonu – 7 yanvar 2011) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycanın meliorasiya və su təsərrüfatı naziri (1988–1993), Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri nazirinin müavini (1983–1988), SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR üzrə Baş Meliorasiya Tikintisi İdarəsinin rəisi (1974–1983), Azərbaycan SSR kənd tikintisi naziri (1971–1974), Azərbaycan SSR əməkdar mühəndisi (1981). Saleh Hilal oğlu Hacıyev 1932-ci il oktyabrın 25-də Bərdədə anadan olmuşdur. Atası Hilal Hacıyev 1932-ci ildə repressiyaya məruz qalmış və ailəsi ilə birlikdə Qırğızıstana sürgün edilmişdir. Saleh Hacıyev əmək fəaliyyətinə 1950–1951-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin "Qarabağsutikinti" trestinin 1 nömrəli tikinti idarəsində usta vəzifəsində işləməklə başlamışdır. İstehsalatdan ayrılmadan Fəhlə-Gənclər Məktəbində təhsil almış, buranı bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun Meliorasiya və su qurğuları tikintisi fakültəsinə qəbul olunmuşdur. Burada o, fakültə və institut komsomol komitəsinin katibi olmuşdur. 1957-ci ildə institutu bitirmişdir. Saleh Hacıyev 1957–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Komsomol Komitəsində və Azərbaycan LKGİ-nin Bakı Komitəsində katib, 1960–1961-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin "Göyçaysutikinti" trestinin 3 nömrəli tikinti idarəsində baş iş icraçısı, 1961−1968-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin 12 nömrəli tikinti idarəsində Kürdəmirdə Kür çayı üzərində dükerin tikintisində tikinti rəisi, Lənkəranda 8 nömrəli tikinti idarəsinin rəisi, "Lənkəransutikinti" trestinin müdiri, 1968–1971-ci illərdə "Azərmeliorasiyasutikinti" Baş İdarəsi rəisinin birinci müavini vəzifələrində işləmişdir. Saleh Hacıyev 1971-ci ildə Azərbaycan SSR kənd tikinti naziri naziri təyin edilmiş və bu vəzifədə 1974-cü ilədək çalışmışdır. 1974-cü ildən 1983-cü ilədək SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR üzrə Baş Meliorasiya Tikintisi İdarəsinin ("Azərbaşmeliotikinti") rəisi olmuşdur.

Значение слова в других словарях