Sanasiya

kreditləşmə, ynidən təşkiledilmə, buraxılan məhsul növünün dəyişdirilməsi və s. vasitəsilə müəssisələrin, firmaların müflisləşməsinin qarşısının alınması, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması üzrə dövlət və bank tədbirləri sistemi.
“Samuray” İstiqrazı
Sanksiya
OBASTAN VİKİ
Sanasiya
Sanasiya (pl. Sanacja, lat. Sanatio) Polşada ictimai həyatın "əxlaqın yenidən təşkil edilməsi" ilə əlaqədar ortaya çıxan siyasi hərəkatın gündəlik adı, hazırlıq əsnasında və 1926-cı il mayın 19-da dövlət çevrilişi dövründə, Yozef Pilsudski tərəfindən irəli sürüldü. Hərəkat 1935-ci ildə Pilsudski’nin ölümünə qədər birbaşa fəaliyyət göstərmişdir. Parlament ölkədə kiçik bir rol oynayırdı. Siyasi müxalifətə təzyiq olunurdu. Hərəkatın əsasını Polşa siyasətində korrupsiyaya mane olmağa çalışan keçmiş ordu məmurları meydana gətirdi. Sanasiya korrupsiyanın aradan qaldırılması və inflyasiyanın azaldılması ilə bağlı müxtəlif siyasi qüvvələrin koalisiyası idi. 1928-ci ildə siyasi fəallar hökumətlə əməkdaşlıq üçün Qeyripartisan Bloku (BBWR ) yaratdılar. 1926-cı ilin avqust ayında 1921 il Konstitusiyasına əhəmiyyətli düzəlişlər edildi.

Digər lüğətlərdə