SANKSİYA

(latın sanctio-ciddi qərar) 1) beynəlxalq hüququn mühüm institutlarından biri; 2) səlahiyyətli orqan (Məhkəmə, Arbitraj, Prokuror və s.) tərəfindən qəbul edilən rəsmi akt, nizamlayıcı (cəzalandırıcı) təsir vasitəsi; beynəlxalq münasibətlərdə beynəlxalq hüquq normalarını və ya dövlət tərəfindən öz üzərinə götürdüyü öhdəlikləri pozan, icra etməyən və ya nalayiq icra edən dövlət(lər)ə qarşı-digər dövlət(lər) və ya beynəlxalq ictimaiyyət tərəfindən tədbiq edilən: siyasi, iqtisadi (maliyyə), hərbi xarakterli təsir vasitəsi. Bax həmçinin blokada, embarqo; 3) hüquq normasının dispozisiyasının pozulmasına görə, onu pozan tərəfə qarşı tətbiq edilən, hüquqi məsuliyyətin növünü və ölçüsünü müəyyən edən, hüquq normasının struktur elementidir. Bu “hüquq pozuntusuna görə, hüququ pozan tərəfə qarşı, hansı hüquqi cəza tətbiq edilməlidir” sualına cavab verir.
SANASİYA
SEÇKİ HÜQUQU
OBASTAN VİKİ
Sanksiya
Sanksiya — hər hansı bir dövlət qurumu və ya bir qrup dövlət tərəfindən müəyyən səbəblərlə bir digər dövlətə vəya şəxslərə(və ya quruma) tətbiq olunan cəza sistemidir. İqtisadi sanksiyalar — hər hansı bir dövlət tərəfindən müəyyən səbəblərlə bir digər dövlətə tətbiq olunan cəza sistemi.
İqtisadi sanksiyalar
İqtisadi sanksiya — hər hansı bir dövlət qurumu və ya bir qrup dövlət tərəfindən müəyyən səbəblərlə bir digər dövlətə (və ya quruma) tətbiq olunan cəza sistemi. Sanskiyalar iqtisadi əlaqələrin pozulması, tərəfdaşlığın ləğvi, həmin dövlətə yönəlmiş idxal və ixrac məhdudiyyəti formalarında təzahür edir. Sanskiyaların tətbiqi bir neçə səbəbdən ola bilər. Siyasi münaqişə zəminində baş verən sanksiyalar mahiyyət etibarilə daha çox rastlansa da, bu cür cəza sistemlərini hədəfə alınmış dövlətin öz vətəndaşlarına qarşı haqsızlıq etməsi, siyasi məhbuslar hallarının artması zamanı demokratiyanın bərqərar olması naminə atılan addım kimi də qiymətləndirmək olar.

Digər lüğətlərdə