1. Bərk zərbə nəticəsində tərpənmə, lərzəyə gəlmə, yerindən oynama; titrəyiş, zəlzələ. Yer sarsıntısı (zəlzələ).
– …Möhkəm bünövrəsi olan bir binanı hansı sarsıntı uçura bilər?
2. məc. Həyəcan.
Deyirsən, dərd oldu bizə eşqimiz; Sarsıntı, üzüntü yetməzmi artıq?
3. məc. Ağır ruhi əzab, həyəcan, müsibət. Böyük sarsıntıya düçar olmaq.
– Qaraş ruhi sarsıntı içərisində oturub fikrə getmişdi.
Muxtara getdikcə daha artıq sarsıntı üz verirdi.