SARSINTI

is.
1. Bərk zərbə nəticəsində tərpənmə, lərzəyə gəlmə, yerindən oynama; titrəyiş, zəlzələ. Yer sarsıntısı (zəlzələ).
– …Möhkəm bünövrəsi olan bir binanı hansı sarsıntı uçura bilər? S.Rəhimov.

2. məc. Həyəcan.
Deyirsən, dərd oldu bizə eşqimiz; Sarsıntı, üzüntü yetməzmi artıq? B.Vahabzadə.

3. məc. Ağır ruhi əzab, həyəcan, müsibət. Böyük sarsıntıya düçar olmaq.
– Qaraş ruhi sarsıntı içərisində oturub fikrə getmişdi. M.İbrahimov.
Muxtara getdikcə daha artıq sarsıntı üz verirdi. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SARSINTI tərəddüd — qərarsızlıq — qətiyyətsizlik
  • SARSINTI həyəcan — əsmə
  • SARSINTI əsmə — laxlama — tərpənmə — səndələmə
SARSIMAQ
SARSINTILI

Digər lüğətlərdə

акти́вы высле́живать неосведомлённость осироте́ло посо́хнуть сидя́щая у хореографи́ческий жа́дничанье запако́вываться клеймёный потёртый практика́нтский пристрели́ть селенологи́ческий эко́лог поломя cult-figure drawl elevenses outbuild psalmbook thermistor Yemen такт