Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yusts Sirmays
Yusts Sirmays (latış. Justs Sirmais‎; d. 6 fevral 1995, Kekava, Latviya) və ya sadəcə Yusts — Latviya müğənnisi. O, Latviyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Yusts Sirmays 6 fevral 1995-ci ildə Latviyanın Kekava şəhərində anadan olmuşdur. O, 1 nömrəli Riqa Dövlət gimnaziyasında təhsil almışdır. Yusts öz musiqi karyerasını Riqada küçə ifaçısı olaraq başlamışdır. === 2016–hal-hazırda: 2016 Avroviziya Mahnı Müsabiqəsi === 2016-cı ilin yanvar ayında Latviyanın LTV telekanalı Yustsun 2016 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil edilən milli seçim turunun iştirakçılarından biri olduğunu təsdiqləmişdir. Onun yarışmada ifa etdiyi "Heartbeat" mahnısı Latviyaya 2015 Avroviziya Mahnı Müsabiqəsində 6-cı yeri qazandıran Aminata Savadoqo tərəfindən bəstələnmişdir. Seçim turunda həmin mahnı ilə qalib gələn Yusts Latviyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmək hüququ əldə etmişdir.Yusts müsabiqənin 12 may tarixində baş tutan ikinci yarımfinal mərhələsində 1-ci səhnə almışdır.
Xurmayı
Qəhvəyi və ya qonur – rənglərdən biri. == Ümumi məlumat == Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir.Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. == Qəhvəyi rəng və atlar == Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır. Bu atın adı isə dastanda da, araşdırmalarda da "Dürat" olaraq göstərilir.
Şəmayı
Şəmayılar (lat. Chalcalhurnus) — cinsə Xəzər dənizində bir növ Kür şəmayısı və bir yarımnöv - Lənkaran şəmayısı formasında mövcuddur. Kür şəmayısı Xəzər dənizinin əsasən cənubi-qərb hissəsində sahildən 3–5 km aralı, 30 m-dək dərinlikdə yaşayır. Şəmayı keçici balıqdır, noyabrın əvvəllərində kürü tökmək üçün Kür çayına girir. Maraqlıdır ki, suda temperatur aşağı düşdükcə şəmayının çaya girməsi sürətlənir. Belə ki, suda temperatur 12 °C olduqda çaya girmə başlayırsa, 10 °C-də maksimum həddə çatır, 8 °C-də prosses başa çatır.Şəmayı çox da böyük olmayan dadlı balıqdır. Uzunluğu 24-30 sm, kütləsi 125-610qolur.Kür şəmayısi 3-4 yaşında cinsi yetişkənliyə çatır, erkəklər arasında 2 yaşlı yetkin balıqlara da təsadüf olunur.Suyun temperaturu 18-25 °C olduqda Şamayı kuru tökməyə başlayır. Kürülərin inkubasiya dövrü 18,5-21,5 °C temperaturda 70-72 saat çəkir. Kürüdən çıxmış körpələr çayda çox qalmayaraq suyun axarı ilə dənizə aparılır.Şəmayı çox həssas və zərif balıqdır, odur ki, suda temperaturun, oksigenin aşağı düşməsi, mexaniki təsirlər, xüsusilə çirklənmə ona öldürücü təsir edir.Xəzərin Azərbaycan sektorunda şəmayının Lənkəran yarımnövü və Mingəçevir su anbarında şirinsu şəmayısı mövcuddur.Kür şəmayısı qiymətli vətəgə balığıdır. Əvvəlki illərdə hər il 41-348 sentnerə qədər şəmayı ovlanardı.
Şirnalı Talıbov
Şirnalı Aqil oğlu Talıbov (16 sentyabr 1997; Ağcabədi rayonu, Azərbaycan — 22 oktyabr 2020; Qubadli rayonu , Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şirnalı Talıbov 1997-ci il sentyabrın 16-da Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində anadan olub. 2003-cü ildə Rahim İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta məktəbin 1-ci sinfinə gedib. 2014-cü ildə sözügedən məktəbi uğurla başa vurub. 2015-ci ilin oktyabr ayından 2017-ci ilin aprelinə qədər ordu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurandan sonra İkinci Qarabağ müharibəsi başlanana qədər Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzində çalışıb. == Hərbi xidməti == Şirnalı Talıbov 2015-ci ilin oktyabr ayından 2017-ci ilin aprelinə qədər ordu sıralarında hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı döyüşüb. Müharibə başlanandan sonra 29.09.2020-ci il tarixində könüllü olaraq döyüşən ordu sıralarına qatılıb. Füzuli, Cəbrayıl,Qubadlı uğrunda gedən döyüşlərin fəal iştirakçısı olub.
Adi şəmayı
Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ. == Təsviri == Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur. 20 sm uzunluğa (ortalama 12–15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80–100 çəkiyə sahib nümunələrinə də rast gəlinir. Ən sevimli qidası milçək tırtıllarıdır. == Yayılması == Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər. == Həyat tərzi == Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar.
Şimalı Qazaxıstan
Şimali Qazaxıstan (qaz. Солтүстік Қазақстан) — Qazaxıstan Respublikasın tərkibində iqtisadi regionu. O, Şimali Qazaxıstan, Qostanay, Pavlodar, Aqmola vilayətləri və ölkənin paytaxtı olan Astana şəhəridən ibarətdir.Cənub-şərqdə Şərqi Qazaxıstan, cənubda Mərkəzi Qazaxıstan, cənub-qərbdə Qərbi Qazaxıstan regionu, şimalda isə Rusiya Federasiyası ilə həmsərhəddir. == Əhali == Şimali Qazaxıstan ölkənin ən rus dilli regionudur. Bura Orta juz qazaxlarının yaşadıqları ərazidir.
Şimalı Sudan
Sudan (ərəb. السودان; ing. Sudan) və ya rəsmi adı ilə Sudan Respublikası (ərəb. جمهوریة السودان; ing. Republic of the Sudan) — Şimali Afrikada dövlət. Sudan şimaldan Misir, şimal-qərbdən Liviya, qərbdən Çad, cənub-qərbdən Mərkəzi Afrika Respublikası, cənubdan Cənubi Sudan, cənub-şərqdən Efiopiya, şərqdən Eritreya ilə həmsərhəddir. Şimal-şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Xartum, ümumi sahəsi 1,886,068 kvadrat kilometr, əhalisinin sayı 41 milyon nəfərdən çoxdur. Sudan 2011-ci ildə Cənubi Sudan ondan ayrılmasına qədər Afrika qitəsinin və ərəb dünyasının ən böyük ölkəsi olmuşdur. == Tarixi == Sudan 1956-cı il yanvarın 1-də müstəqilliyini elan edib.
Şiralı Səlimov
Şiralı Vüqar oğlu Səlimov (1 yanvar 2000, Sor Sor, Kürdəmir rayonu – 6 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şiralı Səlimov 2000-ci il yanvarın 1-də Kürdəmir rayonunun Sor Sor kəndində Vüqar və Həbibə Səlimovların ailəsində anadan olub. == Hərbi xidməti == Şiralı Səlimov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Şiralı Səlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şiralı Səlimov noyabrın 6-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Kürdəmir rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şialı Səlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şirman binası
Şirman binası (rus. Дом М. В. Ширмана) — Rostov-na-Donu şəhərinin ərazisində, mühəndis Arutyan Xristoforoviç Zakievin layihəsi əsasında 1911-ci ildə inşa edilmiş bina. Bina Voroşilov prospekti, Suvorov küçəsində yerləşir. Şirman binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Gəlirli ev olaraq bina mühəndis Arutyan Xristoforoviç Zakievin layihəsi əsasında 1911-ci ildə inşa edilmişdir. 1920-ci ildə sovet hökuməti qurulduqdan sonra bina milliləşdirildi və "Mətbəə evi" kimi istifadə edilir. Burada Rostov proletar yazıçıların assosasiyası və "Molot qəzeti" işçiləri fəaliyyət göstərmişdir. 1922-ci ildə Rostovda ilk pioner dəstəsi olan "Spartak" qurulmuşdur. 28 noyabr 1926-cı ildə "Mətbəə evində" Vladimir Vladimiroviç Maykovski çıxış etmişdir. Böyük Vətən müharibəsi öncəsi bina SSRİ. təhlükəsizlik orqanlarının balansında olur.
Şirman xulu
Şirman xulu (lat. Ponticola syrman) — xullar fəsiləsinin ponticola cinsinə aid balıq növü. == Yayılması == Mərmərə, Qara, Azov və Xəzər dənizi hövzələrində, limanlarda, bəzi çayların aşağı axarlarında, seyrək hallarda su anbarlarında yayılmışdır.Dənizdə yalnız tapılmışdır, lakin bəzi ərazilərdə haşiyələr daxildir. Abşeronun cənub hissəsində və Küryanı rayonda çoxsaylı, Samurdan Siyəzənə və Şıx sahəsindən Kürün Züd-ost qoltuğuna qədər azsaylıdır. == Morfoloji əlamətləri == Bədəni axımlı, başı uzunsov, lövhəvarıdır. Üstdən yüngülcə basıqdır, ağzı iridir. Yaşlı fərdlərdə qarın sormacında yaxa pərləri kütdür. İkinci bel üzgəcinin hündürlüyü arxa uca doğru artır. Bədənin böyürlərində adətən, şahmat şəklində düzülmüş, iri bozumtul qonur xallar olur. Uzunluğu 20 sm-dən artıq deyil.
Sirmiya
Sirmiya (yun. Σίρμιο; lat. Sirmium), tetrarxiya dövründə imperator Qaleriyin rezidensiyası kimi çıxış edən Roma Pannoniyasında (indiki Serbiya) şəhər. Son antik dövrdə şəhərin əhəmiyyəti o dərəcə yüksək idi ki, Ammian Marsellin şəhəri "şəhərlərin əzəmətli anası" adlandırmışdı. Hal-hazırda şəhərin müasir ərazisində Sremska Mitroviça şəhəri yerləşir. Sirmiyadan həmçinin tarixi Srem oblastının da adı törəyib. I əsrdə romalıların gəlişinə qədər Sirmiyanın yerində illiriyalıların yaşayış məskəni var idi. Prinsipiat dövründə şəhər, daklar və germanlara qarşı hərbi hücumlar üçün tramplin kimi xidmət edirdi. Mark Avreli vaxtının böyük hissəsini burada keçirirdi. Sirmiyada doğulmuş və ya böyümüş şəxslər arasında bir sıra imperatorlar da var: Herenniy Etrusk, Hostilian, Desiy, II Klavdiy, Kvintill, Avrelian, Prob, Maksimian, I Konstansiy və Qrasian.
Sərmayə
== Sərmayə == === Sərmayə və ya kapital və ya anavar === İqtisadiyyat elmində mal çıxarmaq üçün istifadə qurğu, fabrik kimi fiziki vasitələrdir. İqtisadiyyat elmindəki sərmayə anlayışı ilə maliyyə elmindəki sərmayə fərqlidir. Maliyyədə, sərmayə anlayışı, fiziki sərmayə üzərindəki mülkiyyət haqqını ifadə edər. Pula çevrilə bilən bon, səhm kimi dəyərlər də sərmayə olaraq qəbul edilir. == Kapital == 1. gəlir gətirmək qabiliyyəti olan hər şey və ya əmtəə xidmətlərin istehsalı üçün insanların yaratdığı resurslar; 2. istehsal vasitələri formasında hər hansı bir işə qoyulan fəaliyyətdə olan mənbə; 3. izafi dəyər, gətirən dəyər öz-özünə artan dəyərdir; 4. investorun, yaxud digər payçıların, şirkətin, müəssisənin aktivində öhdəliklər çıxılmaqla, pul ifadəsində payı; 5. fiziki və hüquqi şəxsin xalis aktivlərinin məcmusu, yəni öhdəlikləri çıxılmaqla ümumi aktivlərin məcmusu; 6.
Şirvani
Şirvani — təxəllüs. Xaqani Şirvani — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir. Fələki Şirvani — XII əsrin I yarısında yaşamış Azərbaycan şairi, alimi. İzzəddin Şirvani – XII əsr Azərbaycan şairi, Zülfüqar Şirvani (1190-1291) - Azərbaycan şairi, alimi. Fərrux Şirvani —XII əsr Azərbaycan şairi, Zeynəddin Şirvani — XIII əsr memarı Hacı Zeynalabdin Şirvani — Ömər Şirvani — Bədr Şirvani — (1387-1450)—Azərbaycan şairi. Mahmud ibn Məhəmməd Şirvani — XV əsrdə Osmanlı imperatorluğunda yaşamış tarixçi, coğrafiyaşünas, mütərcim və ədib Şükrüllah Şirvani — Fətullah Şirvani — Şirvani (Salmas) — Şirvani Ədilli — Seyid Əzim Şirvani — Əbu Tahir Şirvani — Məhəmməd Yusif Şirvani — XVII əsrin sonunda, XVIII əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur alim, həkim və xəttatlarından biri. Məhcur Şirvani — Azərbaycan şairi XVIII əsrdə yaşamış Şirvan şairlərindəndir. Ağa Məsih Şirvani — XVIII əsr Azərbaycan şairi və maarifpərvəri. Şakir Şirvani — Azərbaycan şairi XVIII əsir Arif Şirvani — Azərbaycanın XVIII əsrdə yaşamış şairlərindən biri. Əbdürrəhim Şirvani — Mənsur Şirvani — Fəthullah Şirvani — Fəthullah b Əbi Yezid b.
Cek Şiray
Cek Şiray (ジャック白井, Cakku Şiray, ing. Jack Shirai; təq. 1900 və ya bilinmir, Hakodate, Hokkaydo prefekturası – 8 iyul 1937, Brunete[d], Madrid regionu[d]) – yaponəsilli amerikalı aktivist və əsgər. O, İspaniya vətəndaş müharibəsində döyüşmüş yeganə yapon olmuşdur. == Həyatı == Cek Şirayın erkən həyatı haqqında məlumatlar azdır. Onun dəqiq doğum tarixi bilinmir. O, çox güman ki, XX əsrin əvvəllərində doğulmuşdur. Yaponiyanın Hakodate şəhərində yerləşən Tobetsu trappist monastırında yetim kimi böyümüşdür. Monastırı tərk etdikdən sonra Yaponiya donanmasına qatılmış, təxminən 1930-cu ildə ABŞ-yə miqrasiya etmişdir. O, əvvəlcə San-Fransiskoda yaşamış, daha sonra qısa müddət Nyu-Yorkdakı yapon restoranlarında aşpaz kimi işləmişdir.
Sırmak
Sırmak (qaz. Сырмақ) — Qazaxıstanda naxışlı keçəli xalça. Sırmak mozaika adlanan texnikadan istifadə etməklə müxtəlif rəngli keçənin ayrı-ayrı hissələrindən hazırlanır. Naxış səthi ilə eyni fonda kəsilir; bu kompozisiya başqa bir keçənin üzərinə qoyulur və yorğanlanır, sonra naxışın konturu boyunca rəngli kordonla tikilir. Sırmak qazax xalq məskəni olan yurdların əsas bəzək əşyalarından biridir.
Çaşıoğlu Elm İstehsalat Firması
Çaşıoğlu Elm İstehsalat Firması — Azərbaycanda nəşriyyat “Çaşıoğlu” şirkəti 1995-ci il tarixdən fəaliyyət göstərir. Fəaliyyəti dövründə yüzlərlə elmi, bədii və tədris vəsaitlərini nəfis tərtibatda çap etmişdir. Şirkət dəfələrlə yerli və beynəlxalq təşkilatların keçirdikləri tenderlərin qalibi olmuşdur. Şirkət istənilən poliqrafiya məhsullarını istehsal etmək imkanına malikdir.
Aphanius sirhani
Aphanius sirhani (lat. Aphanius sirhani) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkidişkimilər dəstəsinin çəkidişlər fəsiləsinin aphanius cinsinə aid heyvan növü.
Arif Şirvani
Arif Şirvani (1786, Lahıc – 1866, İrəvan) — Azərbaycanın XVIII əsrdə yaşamış şairlərindən biri. Mustafa xanın saray şairi. Arif Şirvani əsasən qəzəl və həcvlər yazmışdır. Əsərlərində dövrünün zülm və haqsızlıqlarından, vəfalı sirdaşın yoxluğundan şikayətlənmiş, Şamaxı hakimi Mustafa xanı və onun əyanlarını tənqid etmişdir. Şirvan hakimi Mustafa xanın (1792–1820) sarayında yaşamış, sonralar ondan inciyərək, İrəvan xanı Hüseyn xanın sarayına getmişdir. Kərbəlayi Allahi Arifin ilk kitabın Salman Mümtaz toplayıb nəşr etdirmişdir.
Ağaxan Kirmani
Mirzə Rza Kirmani (1854–12 avqust 1896) — Nəsirəddin şahın qatili. == Həyatı == Mirzə Rza Kirmani Cəmaləddin Əfqaninin inanılmış tərəfdarlarından biri idi. O, son dəfə 1894-cü ildə zindandan xilas olduqdan sonra İstanbula getmək məqsədilə əvvəlcə Gilana gəlmiş, səfər vəsaiti, pulu olmadığından, bir müddət Ənzəlidə qalmağa məcbur olmuşdur. "Hövzeye bidaran"ın başçısı Əminüddövlə Ənzəli poçt idarəsi rəisi vasitəsilə Mirzə Rzaya kifayət qədər pul çatdırdıqdan sonra o, İstanbula gedə bilmişdir. Mirzə Rza bir müddət "İttihade İslam" başçılarının yanında yaşamış, sonra İrana qayıtmaq istəmişdir. İran hökuməti Mirzə Rzanın İrana qayıtmasının qarşısını almaq üçün İstanbul səfirliyinə göstəriş vermişdi. Mirzə Rza isə "İttihade İslam" üzvlərindən Əfzəlülmülk Kirmaninin pasportundan istifadə edərək İstanbuldan Trabzon, Batumi, Bakı yolu ilə Barfruşa (Babol), oradan da Tehrana getmişdir. Bir müddət Şahəbdüləzimdə yarıgizli yaşayan Mirzə Rza Babolda üç tümənə (302) aldığı tapança ilə 1896-cı il may ayının əvvəlində Nəsirəddin şahı öldürmüşdü. Nəsirəddin şahın öldürülməsi Sultan Əbdülhəmidi daha da qorxutmuş, Trabzon zindanında saxlanılan iranlı dustaqları İran hökumətinə təslim etmək əmri vermişdir. Onlar 1896-cı il avqustun 12-də Mirzə Rzanın Tehranda boğazdan asıldığı günün axşamı Təbrizdə Məhəmmədəli mirzənin tərəfindən öldürülmüşdülər.
Bahar Şirvani
Mirzə Nəsrullah Bahar — Şamaxılı şair.Azərbaycan şairlərinin tarixinə az-çox bələdiyyatı olanlara Baharın nami-möhtərəmi və kəlami-dilpəziri məlum olmamış deyil. Necə ki, sabiqdə zikr olundu, Şamaxı şəhəri qəribə dahiyələrə gəhvareyi-tərbiyə olduğundan naşi bədiül-misal alimlər və şairləri və ədibi-fazilləri öz ağuşi-nazbəxşində bəsləyib ərseyi-dünyaya gətirmişdir. Qüdəmalarından ən bərgüzidə olanları Xaqani Şirvani, Sahib Şirvani, Ağaməsih və Nişat Şirvani və qeyriləri olduğu halda, mütəəxxirindən dəxi mərhum Mirzə Bahar Şirvani, Molla Qədir Şirvani, Bixud Şirvani, Seyid Əzim Şirvani və Sabir Şirvani Azərbaycanın ən mötəbər və məşhur şairləri hesab olunur. Mirzə Nəsrullah Bahar artıq tizfəhm, rəvan təbli, istedadlı bir şair imiş ki, kəmalatına layiqincə vaqif olmaq istəyənlər lazımdır ol ədibin türkcə və farsca və hətta fransızca vücuda gətirdiyi asari-nəfisəsini mütaliə edib, onun qüvveyi-fikriyyəsinə və ülüvvi-məratibi-xəyalına bələd olsunlar. == Həyatı == Bahari-namdar hicrətin 1251-ci ilində Şamaxı şəhərində təvəllüd etmişdir. Pədəri-möhtərəmi Hacı Əbülqasım silsileyi-tüccardan nəcib və alitəb bir şəxs imiş. Bahar sinni-tüfuliyyətdə məktəbdə oxuduğu vaxt zəkavət və fətanətilə çoxlarını heyrətə salarmış və uşaqlıqdan şeir və qəzəl deməyə həvəsi varmış. Belə ki, farsca oxuduğu qəzəlləri türk dilinə nəzmə tərcümə edərmiş. Cibilli fitrət və zəkavəti sayəsində Bahar az vaxtda çox məlumata dara olmuşdur. Fars, ərəb və türk dillərini kamalınca təhsil etmişdir.
Bədr Şirvani
Bədr Şirvani (1387, Şamaxı – 26 noyabr 1450) — Azərbaycan şairi. == Həyatı == Bədr Şirvaninin həyatı və tərcümeyi-halını işıqlandıran ən mötəbər mənbə onun öz "Divan"ıdır. Şairin "Divan"ına daxil olan əsərlərdən belə məlum olur ki, o, XIV əsrin sonlarında, yəni, 1387-ci ildə Şirvanda, Şamaxı şəhərində yoxsul ailədə anadan olub. Yaradıcılığı az öyrənilmiş Bədrin dövrümüzədək gəlib çatan divanı qəzəl, qəsidə, rübai, mərasi, müqəttiat, mütəyyibat, məsnəvi, həzliyyat, təvarix, müsəmmət, mütəfərriqat, müəmma kimi janrları əhatə edir. Divan hazırda Özbəkistan EA-nın Əbu Reyhan Birunu adına Şərqşünaslıq institutunda qorunmaqdadır. Onu Bədr Şirvani irsinin öyrənilməsində böyük əməyi olan şərqşünas alim Əbülfəz Rəhimov 1975-ci ildə Moskvada nəşr etdirmişdir. Bədr Şirvaninin ömür yolu 1387-1450-ci illərə təsadüf etdiyindən onun yaradıcılığında əsasən, XV əsrin əvvəllərindən ortalarınadək baş verən tarixi hadisələr əks olunub. Ümumiyyətlə, onun 122 beytdən çox şeiri tarixi hadisələrə həsr edilib. "Divan"da şair tərəfindən verilən maddeyi-tarixlər xüsusi əhəmiyyət kəsb edir. XV əsr Şirvan tarixini və memarlığını araşdıran bir çox alimlər bu mürəkkəb dövrü öyrənərkən Bədr Şirvani yaradıcılığını tutarlı mənbə hesab etmişlər.
Fələki Şirvani
Fələki Şirvani — XII əsrin I yarısında yaşamış Azərbaycan şairi, alimi. == Həyatı == Fələki Şirvani 1108-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. XII əsrin I yarısında yazıb yaratmış Fələki Şirvani həm də dövrünün nüfuzlu münəccimlərindən, məşhur alimlərdən biri olmuşdur. Bir sıra mənbələrə əsasən əsl adı Məhəmməddir. Fələki gəncliyindən nücum elmini öyrənməyə başlamışdır. Fitri istedad və qabiliyyəti sayəsində bu elmi mükəmməl şəkildə öyrənmişdir. Nücum və astronomiya elmlərinə dərindən bələd olan şair İxtisasına uyğun olaraq "Fələki" təxəllüsünü qəbul etmişdir. Bir müddət Şirvanşahlar sarayında yaşamış, Şirvanşah Mənuçöhrə mədhiyyələr həsr etmişdir. Buna baxmayaraq F.Şirvani həbsxanaya salınmış və burada "Həbsiyyə" qəsidəsini yazmışdır. Zindan həyatının səhhətində törətdiyi pozuntuların nəticəsi olaraq Fələki cavan yaşlarında, 1146-cı ildə vəfat etmişdir.
Fərrux Şirvani
Fərrux Şirvani1125-1176 12 əsr Azərbaycan şairi. Şirvan şahı III Mənuçöhrə qəsidələr yazmışdır. Dərin fəlsəfi şeirləri vardır. Bir müddət Azərbaycan Atabəylərinin sarayında fəaliyyət göstərmişdir.
Fətullah Şirvani
Fətullah Şirvani (ərəb. فتح الله الشرواني‎; tam adı Fətullah ibn Əbu Yezid ibn İbrahim əş-Şəbərani əş-Şamaxi əş-Şirvani; 1417, Şamaxı - 1486, Şamaxı) — Şirvanlı astronom, riyaziyyatçı və müəllim. == Həyatı == 1417-ci ildə (I Xəlilullahın hakimiyyət dövrü), Şamaxıda doğulmuşdur. İlk təhsilini atası Əbu Yeziddən (bəzi yerlərdə Molla Şükrullah) almış, sonralar biliyini artırmaq məqsədi ilə Şirazda, Səmərqənddə və Tusda təhsilini davam etdirmiş, dövrünün görkəmli ustadlarından dərs almışdır. Şirazda Sədəddin əl-Təftəzaninin qəbrini ziyarət etmişdi. Tus şəhərində Seyyid Şərif Cürcaninin Nəsrəddin Tusinin astronomiya haqqında yazdığı əsərlərinə rəylərini qeyd etdiyi "Şərh əl-Təhkirə fi-elmi Həya" adlı əsərini Seyyid Əbu Talibdən öyrənmişdir. 1435-ci ildə Səmərqəndə yola düşmüş Qadızadədən dərs almış, astronomiya, dilçilik və riyaziyyat haqqında biliklərə yiyələnmişdir. 13 sentyabr 1440-cı ildə məzun olmuş, 5 il Səmərqənd rəsədxanasında da işləmişdir. == Fəaliyyəti == 1440-cı ildə Şirvana qayıtmış, bəzi mədrəsələrdə dərs vermişdir. Bir müddət sonra Qadızadənin məsləhəti ilə Kastamonuya getmiş və orada müəllimlik etməyə davam etmişdir.
Həsənağa Şirvani
Həsənağa Şirvani (23 aprel 2002, Binə qəsəbəsi, Xəzər rayonu, Azərbaycan — 1 oktyabr 2020, Murovdağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsənağa Bəhruz oğlu Şirvani 23 aprel 2002-ci ildə Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. 2008-2019-cu illərdə şəhid Rəşid Baxışov adına 218№-li tam orta məktəbində təhsil alıb. Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Goranboy rayonu, Murovdağ istiqamətində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə qatılıb. Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 1 oktyabr 2020-ci ildə Murovdağ döyüşlərində şəhid olub. Ölümündən sonra sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Mahmud Şirvani
Mahmud ibn İlyas Şirvani — Azərbaycan xalqının yetirdiyi ən nəhəng təbib-alimlərdən biri. == "Elmi təbabət kitabı" haqqında == XIII əsrdə yaşamış Mahmud ibn İlyasın "Elmi təbabət kitabı" zəmanəmizə qədər gəlib çatmış və XVIII əsrə qədər ondan geniş istifadə edilmişdir. Əsər 1260-cı ildə yazılıb. Əfəndiyevin yazdığına görə, bu, Mahmudun eyniadlı iri həcmli çoxcildlik əsərindən çıxarışdır. Kitab çoxəsrlik Şərq təbabəti təcrübəsinin təhlili və alimin şəxsi elmi və həkimlik praktikası əsasında qələmə alınıb. Əsərin yazılmasında onun müxtəlif ölkələrə çoxsaylı səfərləri zamanı bir çox alimlərlə keçirdiyi görüşlər mühüm rol oynayıb. Belə səfərlərindən birini təsvir edərkən o yazır ki, səyahəti zamanı çox şey "görüb-götürmüş" və vətənə qayıdarkən "doğma ellər haqqında söhbət etmək, Kafi-əd-Dinin vəsiyyətlərini xatırlamaq, bizə həmişə sevinc bəxş edən Şirvan haqda xatirələrə dalmaq" məqsədi ilə "yolüstü Bağdada dönüb," bir böyük həmyerlisi ilə görüşmüşdür. O yazır: "Nə qəribədir, mən ata yurdum Şirvanı bu qədər sevə-sevə Şirazda yaşayıram". Mahmud ibn İlyasın "Elmi təbabət kitabı" nəzəri və təcrübi təbabətə, sadə və mürəkkəb (tərkibi) dərmanlara həsr olunmuş dörd hissədən ibarətdir. Birinci hissə 17, ikinci isə 59 fəslə bölünmüşdür.
Masuyo Şirayşi
Masuyo Şirayşi (d. 24 sentyabr 1963) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Məhcur Şirvani
Məhcur Şirvani (Şamaxı) — Azərbaycan şairi. == Həyatı == XVIII əsrdə yaşamış Şirvan şairlərindəndir. Həyatı haqqında məlumat yoxdur. XVII - XIX əsrlərdə tərtib edilmiş bir çox cünglərdə şairin onlarca qəzəli, müxəmməs və tərkibbəndi, heca vəznli şeirləri saxlanılır.Firidunbəy Köçərli “Azərbaycan ədəbiyyatı materialları” əsərində onun “Gəl, vəqtidir” rədifli tərcibəndini çap etdirib.Ədəbiyyatşünaslıqda “Qisseyi-Şirzad” poemasının Məhcur Şirvaniyə məxsus olması haqqında fikir vardır.
Məhəmməd Şirvani
Şirvani - sufi alimi, mürşid. == Həyatı == Böyük vəlilərdən. Adı Məhəmməd Əli, künyəsi Əbu Hikmət, ləqəbi Muhyiddîn Şemâxî'dir. Şirvanda doğulub. 1335 (H.736) tarixində Gəncə şəhərində vəfat etdi. Məhəmməd Şirvani, Təbrizdə elm təhsil etdi. Daha sonra məmləkəti olan Şirvan'a dönüb ticarətlə məşğul oldu. Vəlilik yoluna girişi belə anladılır: Şirvani həzrətləri əvvəllər ipək alıb satardı. Geylan və Laheycan diyarlarına mal göndərərdi. O diyarda bir şəriki var idi.
Mənsur Şirvani
Mənsur Qulam oğlu Şirvani (5 mart 1919, Bakı – 15 iyun 1980, Bakı) — azərbaycanlı sirk ustası, manipulyator, illüzionist, heyvan təlimçisi. Azərbaycan SSR əməkdar artisti (1967). == Həyatı == Peşəkar Sirk kollektivi Azərbaycanda 1945-ci ildə yaradılmışdir. İlk Sirk proqramlarında X.Abdullayev, M.Şirvani, Yunis və Yusif Ağayevlər, Rza Əlixan, Q.Abdullayev, Sali Suleyman, S.Xanlarova və b. çıxış etmişlər.1948-ci ildən estradada çıxış edib. 1950-ci ildə sirkdə işləməyə gəlib, 1952-ci ildən isə uzun müddət Azərbaycan sirk kollektivində işləyib. Mənsur Şirvani bir sıra orijinal fəndlərin müəllifi və ifaçısıdır (boş masanın üstündə çəpişin peyda olması, açılmış ipək örpəyindən beş canlı tutuquşunun çıxarılması və bir çox başqa şeylər). Şirvani tək işləmirdi onun daimi partnyorları var idi. Bunlar arvadı Leyla Şirvani (1919 d) və qızı Cəmilə Şirvani idi (13.07.1941 d), Azərbaycan SSR əməkdar artisti (1988). 1965-ci ilin yayında Vladimir Durov ağır xəstələnir Mənsur Şirvani manipulyator kimi ilkin təcrübə keçərək V.Q. Durovun attraksionunu qəbul edir.
Nazimülislam Kirmani
Mirzə Məhəmməd bin Əli Nazimülislam Kirmani (1861-1918)—İran tarixçisi. == Həyatı == Mirzə Məhəmməd bin Əli 1861-ci ildə Kirman şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Nazimülislam Kirmani kimi tanınırdı. Tarixçi idi. Tarixçi əsərində şahidi olduğu hadisələrin obyektiv təsvirini verir. O, qeyd edir ki, XX əsrin əvvəllərində bir tərəfdən ölkənin iqtisadi vəziyyətinin ağırlaşması, şah sarayı və hökumətin milli mənafeyə zidd siyasəti, rüşvətxorluq və ədalətsizlik doğuran siyasi qurpuluşun çürüklüyü, digər tərəfdən, İran cəmiyyətinin qabaqcıl dairələrinin milli şüurunun inkişafı İranda sosial ziddiyyətlərin daha da kəskinləşməsinə səbəb olmuşdu. Nazimülislam Kirmani yazır ki, artmaqda olan hərəkatın təzyiqi altında İran şahı xalqın tələblərini yerinə yetirməyə söz verdi. 1906-cı il avqustun 5-də konstitusiya verilməsi haqqında şah fərmanı elan olundu. Nazimülislam Kirmani yazır: "Dünyada İran şahı qədər geniş yetkiləri olan hökmdar sayı çox azdır.
Nişat Şirvani
== Həyatı == Nişat Şirvani Ağaməsihin müasiri imiş. Şirvan şairlərinin mötəbərlərindən birisi hesab olunur, Nişat həqiqət əhli olduğu üçün zahiri zöhdü təqvanı və riyai ibadəti sevməz imiş və şeirlərinin çoxunda xudbin vaizlərə və müdəmməq abidlərə dolaşarmış. Heyfa ki, Nişatın tərcümeyi-halına dair məlumat cəm edə bilmədik. Ağaməsihlə onun həməsr olduğu əşarından görünür. Məlum olduğuna görə, hər iki şair ömürlərinin çoxunu başqa diyar və ölkələrdə səyyahlıqla keçiriblər və səyahət etdikləri vilayətlərin əksəri İran məmləkətində olan vilayətlər olubdur və İran şüəra və ürəfasından təhsili-kəmalat etmişlər. İnsan gərəkdir sirrlərini və fikirlərini sevsin və cani-dil ilə onları ürəyində bəsləyib həddi-kəmala yetirsin və sonra faş etməyi lazım isə, faş eləsin və bundan maəda hər naəhlə və hər bidərdə dərdi-dili izhar etməyin nə faydası? Bir kəs ki, sənin dərd və qəminə şərik olmayacaqdır və sənin xiffət və küdurətini azaltmayacaqdır, ona daha dərdi söyləməkdən nə hasil? Kişi dərdini söyləsə də, gərəkdir dərd əhlinə söyləsin və bilmək istəsin ki, dərd əhli və dusti-həqiqi kimdir. Lazımdır dost adlandırdığı şəxsi yaman günündə, yəni sənə bir yas və müsibət üz verən halda imtahan edəsən. Hər gah dostun yaman günündə dəyanət göstərib öz dostluq və sədaqətində möhkəm və sabitqədəm olsa, o, həqiqi dostdur.
Su şırnağı
Su şırnağı — axın sürəti yüksək olan su fışqırdan cihazdır. Adətən su şırnaqları yüksək həcmli su çıxarır. Bu cihaz yanğınsöndürənlərin işində, böyük nəqliyyat vasitələrinin yuyulmasında və etiraz aksiyalarında aksiya iştirakçılarının dağıdılmasında istifadə edilir.
Xaqani Şirvani
Xaqani Şirvani (təq. 1121, Şirvan, Şirvanşahlar dövləti – təq. 1199, Təbriz, Eldənizlər dövləti[d]) — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir. Xaqani təqribən 1126-cı ildə Şamaxının Məlhəm kəndində anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır.
Rusiya Şimalı Milli Parkı
"Rus Şimalı" — Rusiya ərazisində yerləşən xüsusi qorunan ərazi. İnzibati cəhətdən Voloqod vilayəti, Kirillov rayonu ərazisində yerləşir. Milli park 20 mart 1992-ci ildə Rusiya Federasiyasının № 182 qərarı ilə təsis edilmişdir. Hədəf diyarın gözəl təbiətinin və tarixi-mədəni komplekslərin qorunması olmuşdur. Milli parkın ərazisi 166 400 ha-dır. Ərazisinin 116 100 hektarı meşə sahəsindən ibarətdir. 54,4 % ərazi təsərrüfat əhəmiyyəti daşımıyan torpaqlardan ibarətdir. Park Beloe, Voje və Kubeskoe gölləri həmdəvərində yerləşir. Burada iri göllərdən başqa kiçik gölməçələrdə vardır. Milli park ərazisinə daxil olan su tutarları, çaylar, axalar Xəzər dənizi hövzəsinə daxildir.