Baharın on yeddi anı (film, 1973)
"Baharın on yeddi anı" (rus. Семнадцать мгновений весны) — rejissor Tatyana Lioznovanın çoxseriyalı filmi.
== Məzmun ==
Filmdəki hadisələr İkinci dünya müharibəsində Almaniyanın təslim olmasına az qalmış 1945-ci ilin 12 fevralından 24 martına qədər olan günləri əhatə edir. Filmin baş qəhrəmanı ştandartenfürer Maks Otto fon Ştirlis sovet kəşfiyyatçısıdır və SD mərkəzi aparatında işləyir. Ona Reyxin rəhbərlərindən kimin ABŞ və Böyük Britaniyanın müvəqqəti sülhü ilə bağlı birtərəfli danışıqlar aparmasını tapmaq tapşırığı verilir.
Ştirlisin SD-də olan işi RSXA rəisi Kaltenbrunnerdə şübhə oyadır. O, gestapoya Ştirlisin əlaqələri ilə bağlı sakit və gizli yoxlama aparmağı tapşırır.
Berlin yaxınlığındakı bombardmanda Ştirlisin əlaqələndiriciləri olan ailə – Ervin və Ketrin yaşayan ev dağılır. Ervin həlak olur. Hamilə Ketrin isə huşsuz vəziyyətdə Şarite klinikasına gətirilir.