SAXAROZA

сущ. сахароза (сахар, содержащийся в сахароносных растениях – сахарном тростнике, свекловице и т.д.)
SAXARİN
SAXLADILMA
OBASTAN VİKİ
Saxaroza
Saxaroza (C12H22O11), disaxaridlərin ən mühüm və ən çox yayılmış nümayəndəsi olub əsasən, şəkər çuğundurunun (12–20%) və şəkər qamışının (14–26%) tərkibində olur. Ona görə də onu şəkər çuğundururu və ya qamış şəkəri adlandırırlar. Saxaroza, həmçinin, bir çox meyvə və tərəvəzlərin tərkibinə daxildir. Saxarozanın molekulu α-qlükoza və β-fruktozanın qalıqlarından ibarətdir. Saxarozanın əmələ gəlməsində hər iki monosaxaridin qlikozid-OH qrupları iştirak edir və nəticədə qlükoza və fruktoza bir molekul su ayıraraq bir-birilə oksigen atomu vasitəsilə birləşir. Sənayedə saxaroza şəkər qamışından və şəkər çuğundurundan ayrılır. Bunun üçün çuğundur xüsusi maşında xırda doğranılır və üzərinə qaynar su əlavə edilib qarışdırılır. Bu zaman çuğundurun tərkibindəki saxaroza həll olaraq məhlula keçir. Kənar qatışıqları çökdürmək üçün məhlul əhəng südü ilə işlənilir. Bu prosesdə saxaraza kalsium — hidroksidlə C12H22O11•CaO•2H2O tərkibli kalsium-saxarat əmələ gətirir.

Digər lüğətlərdə