saya almamaq

bax aya salmamaq
saya almaq
saya oturmaq
OBASTAN VİKİ
Saya
Saya (və ya Sayaqan) - türk və altay xalq mədəniyyətində bərəkət mərasimi. Qoruyucu ruhu olan Saya xan adına təşkil edilər. Heyvandarlıqla məşğul olan cəmiyyətlərin bərəkəti artırmaq üçün təşkil etdikləri bir mərasimdir. Oyunu aparan adama "Sayacı" deyilir. Qoyunlar doğmağa başlayanda çobanlar kənd kənd ev ev gəzib saya toplayırlar. Sayacılar keçi dərisinə bürünərlər. Saya adı verilən qoşalar (maniler) oxuyarlar. Saya Xan ilə əlaqəli bir mərasimdir. Bundan başqa otlaq, mera kimi mənaları da vardır. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər.
Saya tikmə
Saya tikmə — bədii tikmələrdə geniş tətbiq edilən texnikalardan biri. Bu növ bədii tikmə üçün adətən parlaq olmayan, pastel çalarlarında, çox zaman qızıl saplarla uzlaşmada rəngli ipək və yun saplardan istifadə olunurdu. Saya bədii tikmə üsulu ilə geyimlərə, divar bəzəklərinə, üz örtüyünə, pərdələrə və s. naxışlar vurulurdu. Saya bədii tikmənin iki növü vardı: ikitərəfli və birtərəfli.
Saya xan
Saya Xan - türk, yakut və altay mifologiyasında sürü ilahı. Çaya Xan və ya Taya Xan olaraq da bilinər. Moğollar Zaya Xan və ya Yaya Xan deyərlər. Sürünü hər cür bəladan və pislikdən qoruyar. Mal və heyvanları gözləyib, güdər. Bu tanrıya bağlı Zayaçılar (Zayaqçılar/Çayaçılar/Çayaxçılar/Tayaçılar) adlı ruhlar olar və yer üzünə bərəkət aparırlar. Adına Saya mərasimi təşkil edilər. Altaylılar və yakutlar (bu gün belə) qurban olaraq kəsdikləri atın dərisini uzun bir sırığa keçirib eynilə at şəklinə salaraq asarlar. Bu qurban mərasiminə Tayılqa/Xayılqa (Tayıq/Tayığ/Tayalqa/Taylaqan) adı verilər. Mərasimi idarə edən yaşlıya isə Tayığçı deyilir.
Saya İçikava
Saya İçikava (市川 紗椰, 14 fevral 1987, Naqoya) – Yaponiya fotomodeli və tarento. 2011-ci ilə kimi orijinal səhnə adı Saya idi. Atası çeroki əsilli amerikalıdır, anası isə yapondur. "Super Continental" agentliyi ilə əməkdaşlıq edir. Saya İçikkava 14 fevral 1987-ci ildə Yaponiyanın Aiçi prefekturasının Naqoya şəhərində doğulmuşdur. 4-13 yaşlarında Detroyt şəhərində yaşamışdır. Kolumbiya, Çikaqo və Nyu-York Universitetlərinə qəbul olmuşdur. Kolumbiya Universitetinə daxil olmağı planlaşdırsa da, fotomodel karyerasına diqqət ayırmaq üçün kolleci bir il gecikdirmişdir. İçikava bir ildən sonra ABŞ-də qayıtmaq istəsə də, karyerasından zövq almış və Yaponiyada qalmaq qərarına gəlmişdir. 2010-cu ildə Vaseda Universitetindən məzun olmuşdur.