1. Bədəninin bütün üzvləri düzgün, sağ-salamat olan, normal işləyən, bədəni hər cəhətcə saz olan (xəstə ziddi). Sağlam gənc. Sağlam qadın. Sağlam bədən.
// Sağlamlıq ifadə edən, sağlam olduğunu göstərən. Sağlam görünüş. Yanağında sağlam bir qırmızılıq görünür.
// məc. Düzgün, ağıllı, qüsursuz, dürüst. Sağlam düşüncə. Sağlam tənqid. Sağlam olmayan fikir. Sağlam tərbiyə.
2. Orqanizm üçün faydalı, xeyirli; təmiz, saf. Sağlam iqlim.
// məc. Normal, lazımi. Sağlam mühit.
3. məc. Möhkəm, sarsılmaz, işə qabil, müqtədir. Sağlam kollektiv.
4. məc. Sağ, zədəsiz, salamat, xarab olmamış (çürük əksi). Sağlam qoza. Sağlam şitil. Sağlam dəri.