Adiantum schaffneri
Zöhrətüklü adiant (lat. Adiantum capillus-veneris) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin pteriskimilər fəsiləsinin adiant cinsinə aid bitki növü.
== Təbabətdə ==
Məhəmməd Möminə (1697) görə adiant həlimi ilə sarğı saç tökülməsinə, qızılcaya və babasilə qarşı xeyirlidir. Xarici vasitə kimi istifadə olunduqda adiant otu keçəlləşmədə və yeni saçın çıxması üçün kömək edir. Adiantın qurumuş "saçı"nın həlimi ishala qarşı xeyirlidir. Bu bitkinin yarpaqlarındın hazırlanan mərhəm irinli yaraları müalicə edir, həşəratlar dişləyərkən xeyirlidir. Həlimini içmək və həmçinin yarpağının tozu ilə inək sümüyünün iliyini qarışdırıb başa kompres qoymaq və məlhəm sürtmək baş ağrısına xeyirlidir. Adiantın yanmış tozu irinli yaralarda və qoturda istitfadə olunur. Adiantın həlimi astmada, ürək döyüntüsü, sinədə ağrılarda, sarılıqda, daşlarda və doğuşdan sonrakı qanaxmada xeyirlidir. Həddindən artıq qəbul etdikdə dalağa ziyan gətirir, bunu mastika ağacının kitrəsi tarazlaşdırır.