Schreiber

der; -s, - 1. yazan, mirzə 2. (Verfasser) müəllif
Schreiben
Schreiberei
OBASTAN VİKİ
Lacerta schreiberi
İberiya kərtənkələsi (lat. Lacerta schreiberi) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Növün latın adı Avtriya zooloqu Eqida Şrayberin şərəfinə (1836–1913) adlandırılıb. İri kərtənkələdir, quyruqsuz uzunluğu 13,5 sm, quyruğunun uzunluğu isə 38 sm təşkil edir. Bu növ parlaq rəngi ilə seçilir. Beli yaşıl olur və üzəri qara noqtələrlə örtülür. Başı və boynu parlaq göy rəngdədir. Dişilər qəhvəyi-yaşıl olur. Qidasının əsasını cücülər, sürünənlər, bala quşlar və meyvələr təşkil edir. Bu növ qida axtararkən aktiv olur.
Miniopterus schreibersii
Adi uzunqanad yarasa (lat. Miniopterus schreibersii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin uzunqanad yarasalar fəsiləsinin uzunqanad yarasa cinsinə aid heyvan növü. Latın adı avstriya zooloqu Karl Anton Fon Şraybersin şərəfinə adlandırılıb. Onlara Avropa və Asiyanın cənubu, Afrika və Avstraliyada rast gəlmək olar. Şri-Lanka, Yava, Sumatra Kalimantan, Sulavesi, Yeni Qvineya, Fillippin adaları, Solomon adaları, Şimali Koreya, Rusiya və Yaponiya kimi ərazilərdə də rast gəlmək olar. Cənubi Qafqazın şərq hissəsində yayılmış Miniopterus schreibersii pallidus növünə aiddir. Bu növ Azərbaycanın əsasən, Kiçik Qafqazın dağları ərazisi boyunca rast gəlinir. Onların 7 məntəqədə populyasiyası aşkarlanmışdır. Dünyada 2200 metr yüksəkliyə malik ərazilərdə rast gəlmək olar. Azərbaycanda aşkarlanan populyasiya əsasən 1000–1600 hündürlükdə yerləşən ərazilərdə yayılmışdır.