Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Axtarma-Paşalı
Axtarma-Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı. == Haqqında == Vulkan palçığı 18 hektar sahəni örtüb, ümumi həcmi 220 min kub metrdir. Tullanan məhsulun orta qalınlığı 1 metr 20 sm-dir. Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlib. Çatlardan biri çox böyükdür. Təxminən 2 km-dən artıq məsafəyə uzanıb. Çatın dərinliyi 2 metrə, eni 30 sm-dən 80 sm-ə qədər çatır. Çat həm şimal-qərb, həm cənub-şərq istiqamətində vulkandan keçir. Hazırda vulkan sakitləşib. Adətən palçıq vulkanları püskürəndə alov müşahidə olunur.
Axtarma-Paşalı palçıq vulkanı

Paşalı Axtarma palçıq vulkanı
Paşalı Axtarması palçıq vulkanı -respublikamızda olan ən iri palçıq vulkanlarından biridir. == Ümumi məlumat == Bu palçıq vulkanında Osmanbozdağ palçıq vulkanı kimi antiklinalın Böyük hərəmi, Kiçik hərəmi və Qalamədin kəsişdiyi düyündə yerləşir. Bu vulkan relyefdə Ləngəbiz silsiləsinin bir qədər alçalmış gədik hissəsinə uyğun gəlir. Şirvan düzündən 300 m, Pirsaatçayın dərəsindən isə 140 m ucalır. Vulkanın krateri dairəvi formaya yaxın olub vallarla haşiyələnmişdir. Bu valların nisbi yüksəkliyi 5-10 m-ə çatır. Paşalı Axtarması palçıq vulkanı da respublikamızın ən iri və uca (299,5m) palçıq vulkanından biri olduğundan o da aşağı Bakı dövründən başlayaraq dəniz altından azad olmağa başlamışdır. Bu palçıq vulkanı zirvəsi səviyyəsində, ondan cənuba və şimala doğru Ləngəbiz silsiləsinin qərb yamacında aşağı Bakı yaşlı dəniz terrasları intişar tapmışdır.
Torpaqlı Axtarma (palçıq vulkanı)
Torpaqlı Axtarma — Abşeronda palçıq vulkanı.Eninə Qaradağ qırışığının orta hissəsində ən böyük nisbi yüksəkliyə malikdir. Vulkan başqa Qaradağ vulkanları içərisində brekçiyalarından təşkil olunmuş bəndvari silsilə şəklində uçanır. Onun qərb yamacı Pilpilə palçıq vulkanına dovru az-çox meyl edir, şərq yamacında isə alçaq silsilələr müşahidə edilir. Vulkan hüdudlarında qaz, su və palçıq ayıran bir neçə qrifon mövcuddur. Pilpilə palçıq vulkanına doüru yatan yamacdakı qrifonlardan aç miqdarda qaç və palçıq ayırır.
Sığınacaq axtaran
Sığınacaq axtaran — öz ölkəsindən qaçıb başqa bir ölkəyə daxil olan və sığınacaq üçün, yəni bu ölkədə beynəlxalq qorunma hüququ üçün müraciət edən şəxs. Sığınacaq axtaran şəxs miqrantın bir növüdür və qaçqın və köçkünlər bu qrupa aid edilə bilər, lakin iqtisadi miqrantlar bura aid edilmir. Miqrantların sığınacaq axtaran olması tələb olunmur. Şəxs başqa ölkədə qalmaq üçün rəsmi müraciət etdiyi andan sığınacaq axtaran şəxs statusu qazanır və həmin müraciət nəticələndiyi vaxta qədər bu status qalır. Əgər şəxsin müraciəti qəbul edilərsə və şəxsə sığınacaq verilərsə, ona "sığınacaq almış şəxs" deyilir. Sığınacaq ölkəsinin miqrasiya məsələləri üzrə səlahiyyətli orqanları sığınacaq verilməsi ilə bağlı əsasların olub-olmadığını müəyyən edirlər. Buna uyğun olaraq, ya sığınacaq axtaran şəxs müdafiə ilə təmin olunur və rəsmi olaraq qaçqın (sığınacaq almış şəxs) kimi tanınır; ya da sığınacaq verməkdən imtina olunur və şəxs ölkəni tərk etməli olan, hətta deportasiya edilə bilən qanunsuz miqranta çevrilir. Əgər şəxsin vəziyyəti 1951-ci il Qaçqınların statusu haqqında Konvensiyada və ya sığınacaq üçün Avropa İttifaqına üzv dövlətlərə müraciət edildiyi halda tətbiq edilən Avropa İnsan Hüquqları Konvensiyası kimi qaçqınların hüquqi statusunu tənzimləyən digər beynəlxalq sənədlərdə qeyd olunan mənada "qaçqın" anlayışının təsir dairəsinə düşərsə, sığınacaq axtaran şəxs qaçqın kimi tanına və ona qaçqın statusu verilə bilər. Bununla belə, qaçqın konvensiyasına üzv dövlətlər sığınacaq axtaranların müdafiəsi ilə əlaqədar məsələləri öz siyasətləri çərçivəsində həll edirlər və barəsində sığınacaq verilməsindən imtina olunan şəxslərin sayı ölkədən ölkəyə və ildən ilə fərqlənir.
Özünə qaytarmaq (proqram)
Özünə qaytarmaq (en. recover)– xətadan sonra dayanıqlı duruma dönmək; məsələn, proqramın xətadan sonra özünə qayıtması, yəni insanın müdaxiləsi olmadan öz-özünə sabitləşməsi və yerinə yetirilməsi. Özünə qaytarma proqramları korlanmış informasiyaları axtarıb tapmağa və onların qurtarılmasına kömək edir. Xətadan sonra verilənlər bazasının özünə qaytarılması zamanı onun əvvəlki stabil durumuna qayıdılır. Düzəldiləbilən xəta (en.recoverable error)– proqramın özünün uğurla düzəldə bildiyi (məsələn, ədədin yerinə hərf daxil edildikdə) xətadır.
Su axtaran (film)
Su axtaran (ing. The Water Diviner; türk. Son Umut) — Senarisi Andrey Anastasios tərəfindən yazılan, rejissorluğu Rassel Krou tərəfindən edilən dram və müharibə janrında çəkilmiş film. Film Avstraliya, Türkiyə və ABŞ tərəfindən 2014-cü ildə birgə istehsal edilmişdir. Filmdə hadisələr 1919-cu ildə Türkiyənin Gelibolu yarımadasında gerçəkləşir. Avstraliyalı fermer Birinci Dünya Müharibəsində həlak olmuş övladlarının meyidlərini vətəninə aparmaq məqsədilə onların axtarışına başlayır. Bunun üçün olduqca uzun məsafə qət edərək Türkiyəyə çatır. Bütün bunlarla yanaşı o, ağlına da gələ bilməyəcəyi yerdə yeni ümid tapır. == Rollarda == Rassel Krou: Connor Olga Kurylenko: Ayşə Dylan Georgiades: Orxan Yılmaz Ərdoğan: Mayor Həsən Cem Yılmaz: Çavuş Camal Jai Courtney: Müstəntiq Cyril Hughes Ryan Corr: Arthur Connor Jacqueline McKenzie: Eliza Connor Isabel Lucas: Natalia Mert Fırat: Leytenant Mil Daniel Wyllie: Kapitan Charles Brindley Damon Herriman: Ata McIntyre Megan Gale: Fatma Deniz Akdeniz: İmam Steve Bastoni: Ömər James Fraser: Eduard Connor Ben O'Toole: Henry Connor Robert Mammone: Mayor Demergelis Mehmet Emin Kabakçı: Whirling Dervish Salih Kalyon: Həkim İbrahim == Faktlar == Film əvvəlcədən Avstraliyada çəkilişləri olacağı bilinirdi. İlk dəfə filmin ssenaristi Andrew Knigt filmin rejissoru Russell Croweye bir sənəd imzalatdırıb.
Qaradağ Axtarması palçıq vulkanı
Qaradağ Axtarması palçıq vulkanı eninə Qaradağ qırışığının şərq hissəsində yerləşib, hündürlüyü Torpaqlı Axtarması palçıq vulkanına nisbətən aşaüıdır. 100–150 m ölçüləri olan krater hüdudlarında 35-ə yaxın müxtəlif ölçülü qrifon olmuşdur. Bu qrifonların hamısı qaç, palçıq və su ayırır. Vulkan örtüyünün sahəsi 300 ha, qalınlıüı 110 m, ümumi həcmi 330 mln. m³ olmuşdur. == Mənbə == Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri- Bakı : Nurlar NPM, 2007.
Torpaqlı Axtarması palçıq vulkanı
Torpaqlı Axtarma — Abşeronda palçıq vulkanı.Eninə Qaradağ qırışığının orta hissəsində ən böyük nisbi yüksəkliyə malikdir. Vulkan başqa Qaradağ vulkanları içərisində brekçiyalarından təşkil olunmuş bəndvari silsilə şəklində uçanır. Onun qərb yamacı Pilpilə palçıq vulkanına dovru az-çox meyl edir, şərq yamacında isə alçaq silsilələr müşahidə edilir. Vulkan hüdudlarında qaz, su və palçıq ayıran bir neçə qrifon mövcuddur. Pilpilə palçıq vulkanına doüru yatan yamacdakı qrifonlardan aç miqdarda qaç və palçıq ayırır.
Axtaran tapar (film, 1969)
Azərbaycan elmi tammetrajlı sənədli filmi rejissor Cavanşir Məmmədov tərəfindən 1969-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə respublikamızda elmin inkişafından, alimlərimizin beynəlxalq əlaqələrindən, elmin müxtəlif sahələrindəki nailiyyətlərindən danışılır. == Məzmun == Kinolentdə respublikamızda elmin inkişafından, alimlərimizin beynəlxalq əlaqələrindən, elmin müxtəlif sahələrindəki nailiyyətlərindən danışılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Nurəddin Babayev Rejissor: Cavanşir Məmmədov Operator: Əlihüseyn Hüseynov Rəssam: Aleksandr Petuxov Bəstəkar: Tofiq Quliyev == İstinadlar == == Mənbə == Oqtay Salamzadə. "Daim sevinirsən". "Kommunist" qəzeti, 9 iyun 1970-ci il; səh. 4. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov.
Axtaran tapar (film, 1980)
Axtaran tapar qısametrajlı bədii-sənədli süjei rejissor Ceyhun Mirzəyev tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Rolları Şamil Süleymanov, Ələsgər Məmmədoğlu, Ömür Nağıyev, Kamil Məhərrəmov və Rafiq Əzimov ifa edirlər. == Məzmun == Filmdə defisit malların əlaltı alveri tənqid edilir.
Su axtaran (film, 2014)