QAYTARMAQ

f.
1. Alınmış, yaxud göndərilmiş bir şeyi geri vermək (göndərmək). Kitabı oxuyub mənə qaytar. Borcunu qaytarmaq.
2. Xahişlə və ya başqa bir yol ilə bir yerə qayıtmağa, yaxud geri dönməyə məcbur etmək; geri döndərmək. Yarı yoldan qaytarmaq.
Hələ uzaq getməmişkən qaytar! – Məşuqə fənəri alıb qulluqçunu qaytardı. S.Rəhimov.

3. Rədd etmək, dəf etmək, başdan sovmaq. Zərbəni qaytarmaq.
□ Söz, cavab qaytarmaq – özündən böyüyün dediklərini və ya göstərişlərini qəbul etməyərək, qabacasına rədd etmək.
[Nənəm mənə deyərdi:] Biz səni dərsə qoyuruq, sən fikir vermirsən, mollanı aldadırsan, ona cavab qaytarırsan. H.Sarabski.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QAYTARMAQ göndərmək
  • QAYTARMAQ döndərmək
QAYTARMA
QAZ₁
OBASTAN VİKİ
Özünə qaytarmaq (proqram)
Özünə qaytarmaq (en. recover)– xətadan sonra dayanıqlı duruma dönmək; məsələn, proqramın xətadan sonra özünə qayıtması, yəni insanın müdaxiləsi olmadan öz-özünə sabitləşməsi və yerinə yetirilməsi. Özünə qaytarma proqramları korlanmış informasiyaları axtarıb tapmağa və onların qurtarılmasına kömək edir. Xətadan sonra verilənlər bazasının özünə qaytarılması zamanı onun əvvəlki stabil durumuna qayıdılır. Düzəldiləbilən xəta (en.recoverable error)– proqramın özünün uğurla düzəldə bildiyi (məsələn, ədədin yerinə hərf daxil edildikdə) xətadır.

Digər lüğətlərdə

ври́о дева́ться перезво́н сократи́ться бортану́ть видеоаппарату́ра зоотоми́я ихтиофа́г кирка окаём пове́рхностно полюбо́вник тракторострое́ние уню́хать рохлый differently interpellator motorial steroid дребезжание кровоточивый лягнуть наковальня оканчивать побои