Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Budaqlanan alqoritmlər
Budaqlanan alqoritmlərin tərkibində bir və ya bir neçə məntiq mərhələsi olur. Bu mərhələdə müəyyən kəmiyyətlərin hər hansı bir şərti ödəyib-ödəmədiyi yoxlanılır və ona uyğun olaraq sonrakı gedişin istiqaməti seçilir. Yəni nəzərdə tutulan şərt ödənilirsə, bir istiqamətə, həmin şərt ödənilmirsə, əks istiqamətə doğru hərəkət edilir. Beləliklə, alqoritmdə budaqlanma baş verir. == Mənbə == AMEA İnformasiya Texnologiyaları İnstitutu, "İnformatika mühazirələri", tex.f.d.
Buzbağlama
Buzbağlama — Yer səthində və əşyalar üzərində həddindən artıq soyumuş yağış, çiskin və sıx duman damcılarının donması nəticəsində əmələ gələn sıx buz təbəqəsi. Buzbağlama təhlükəli hadisə olub düzənlik rayonlar üçün səciyyəvi deyildir. Dağlarda isə o böyük davamiyyətə və intensivliyə malik olduğundan böyük zərər vurur. Məsələn, Mərəzədə 1958-ci ilin yanvarında buzbağlamanın qalınlığı 4 sm, xətlərin hər bir metrində buzun çəkisi 240 qr olmuş və sürəti 10 m/san olan küləklə müşayiət olunmuşdur. Buzun ağırlığı altında elektrik xətlər qırılmış, çoxlu dirək sınmışdır. 1957-ci ilin martında Zərdabda buzun qalınlığı əvvəlki hadisədə olduğundan xeyli az, çəkisi isə 20 dəfə yüngül olmuşdur. Nəticədə meyvə ağaclarının təzə açılmış çiçəkləri tələf olmuşdur. == Azərbaycanda buzbağlama hadisəsi == Azərbaycanda buzbağlama hadisəsi əsasən sentyabrdan may ayına qədər müşahidə edilir. Maksimum təkrarlanma düzənlik rayonlarında dekabr, yanvar və fevral aylarına təsadüf edir. Kür-Araz ovalığında buzbağlama hər 10 ildə 1-3 dəfə təkrarlanır.
Bağlama
Bağlama — ən qədim yükdaşıma qaydalarından biri. == Ümumi məlumat == Keçmişdə əhali istifadə etdiyi əkinçilik, heyvandarlıq və ev peşəsi məhsullarının bir qismini digər zəruri məişət avadanlıqlarına dəyişmək və ya satmaq üçün adətən, həftəbazarına çıxarırdılar. Əldə daşınan belə yükləri bağlama vasitəsilə uzaq məsafələrə aparmaq mümkün idi. Bunun üçün onları 1,5x1 olcudə parcanın arasına qoyur, parcanı diaqonal uzrə “qulaqlarını” çəkərək bir-birinə bağlayır və əllərinə götürürdülər. İçərisinə heyvandarlıq məhsulları yığılmş motal, dağarcıq, eymə, tuluq, qarın, cılğı və s. yükləri daşımaq üçün bu qayda ilə bağlama etmək və belə sarımaq daha sərfəli idi.
Bağlama (ədəbiyyat)
Bağlama — Azərbaycan aşıq şeir şəkillərindən olub, deyişmənin bir qoludur. Deyişmə iki aşığın üzbəüz, sazın müşayiəti ilə sual-cavab şəklində çalıb oxumalarıdır. Deyişmədə aşıq şeirinin bütün şəkillərindən istifadə edilə bilər. Bu aşığın bilik, bacarığından asılıdır. Aşıq deyişmələrinin ən maraqlı mərhələsi, eyni zamanda kulminasiya nöqtəsi qıfılbənd adlanır. Bu şeir şəklinə qıfılbənd, bəzən isə bağlama da deyilir. Elmi araşdırmalarda hər iki addan istifadə edilib. 3, 4, 5 bəndlik şeirdir. Bağlama çox vaxt aşıq deyişmələrində oxunur və ustad aşıqlar özlərinin dərin fəlsəfi məzmunlu bağlaması ilə müqabil tərəfə üstün gəlir, onu "bağlayır". Azərbaycan şifahi xalq ədəbiyyatında Aşıq Ələsgərin bağlamaları məşhurdur.
Qurd ağzı bağlama
Qurd ağzı bağlama — türk xalqlarında mövcud olan inanc. İtmiş mal-qaranı qorumaq məqsədi daşıyır. == İcrası == Türk dünyasının bir çox yerində olduğu kimi Azərbaycanda da qurd ağzı bıçaqla bağlanır. Həm Bayır-bucaq türkmənləri, həm də Zaqafqaziya və İran azərbaycanlıları itmiş heyvanı qorumaq üçün qurdun ağzını mərasim və dualar ilə bağlıyarlar. İtmiş heyvan tapıldıqda qurd acından ölməsin deyə ağzı açılar.Şimali Qafqazda tabasaranlıların inəkləri itəndə molla tərəfindən qurdun ağzı bağlanar. Bu adət Azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqlarda da var.