Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dərgil
May itburnusu (lat. Rosa majalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Azərbaycanın dağ-meşə zonalarında və kolluq yerlərində geniş yayılmışdır. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvələri adətən sentyabr-oktyabr aylarında toplanır və quruducularda 70-80 temperaturda qurudulur. Meyvələrin rəngi çəhrayıdan parlaq-qırmızı rəngə keçəndə onları toplamaq məsləhətdir. May itburnusu meyvəsinin tərkibində C vitamini, karotin, B1, B2, K və P vitaminləri, karotinoidlər, flavonoidlər, 18 %-ə qədər şəkər, 4 % aşı maddəsi, 3,7 % limon və alma turşuları, pektin maddələri, dəmir, manqan, fosfor, kalsium duzları və s. vardır. Ona görə də bu meyvələrdən çox zəngin polivitaminli xammal kimi təbabətdə geniş istifadə olunur. May itburnusunun meyvələrindən dəmləmə, konsentrat, şərbət və mürəbbə şəklində bir sıra xəstəliklərin müalicəsində, məsələn skorbutin, C və P Hipo – və avitaminozların, raxitin, qızılyelin, qanazlığının, vərəmin, sidik və öd yolları xəstəliklərində geniş istifadə edirlər.
Dərəcik (Xudafərin)
Dərəcik (fars. دره جيك‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (31 ailə).
Dərdcə yarımadası
Dərcə yarımadası — Xəzər dənizinin şərq sahillərində Türkmənistanın Balkan vilayəti ərazisində yerləşir. Yarımadanın şimalında Türkmənbaşı körfəzi, cənubunda isə Şimali Çələkən körfəzi vardır. Ən hundür nöqtəsi Cadır dağı 17 m (d.s) və Kocanlıdır ki onunda hündürlüyü. 24 m (d.s) təşkil edir. XX əsrin əvəllərində Önxəzər dəmir yolu inşa edilmişdir. Bir zamanlar ərazidə Uzun-ada stansiyası vardı. Hazırda isə təkcə Molla-Qara stansiyası fəaliyyət göstərir. Ərazi bütünlüklə qumlu səhradan ibarətdir. Bu səbəbdən calılar aləmindən məhrumdur. ada ərazisində yerləşir.
İrəm Dərici
İrəm Dərici (d. 21 mart 1987, İstanbul, Türkiyə) — türkiyəli müğənni, aparıcı və aktrisadır. == Həyatı və karyerası == İrəm Dərici 21 mart 1987-ci ildə İstanbulda anadan olmuşdur. Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyanın Piano bölməsini bitirmişdir. İstanbul Bilgi Universitetinin Sosiologiya bölməsini bitirdikdən sonra, O Ses Türkiye mahnı müsabiqəsinə qatılmışdır."Monopop" adlı qrupla bir müddət səhnə almışdır.2012-ci ildə "Bensiz Yapamazsın" ilk sinqlını, 2013-cü ildə isə "Düşler Ülkesinin Gelgit Akıllısı" sinqılını təqdim edir. 2013-cü ilin sentyabr ayında "2" adlı max-sinqılını təqdim edir. Max-sinqldan "Sevgi Olsun Taştan Olsun", "Zorun Ne Sevgilim" mahnılarına klip çəkdirir. Daha sonra türk müğənni Neşet Ertaşın "Neredesin Sen?" mahnısını yenidən ifa edərək təqdim edir. 2014-cü ildə "Kalbimin Tek Sahibine" sinqılını təqdim edir.Bu mahnı İrəm Dəricinin məşhurluğunu daha da artırır. 2014-cü ildə ikinci max-sinqılı "3"-ü təqdim edir.Max-sinqlda "Bir miyiz?", "Nabza Göre Şerbet" mahnılarına klip çəkdi.
Xudafərin-dərdi dərin (film, 1990)
== Məzmun == Kinolent Azərbaycan memarlığının nadir nümunəsi olan Xudafərin körpülərinə həsr olunmuşdur. Filmdə Azərbaycanı İranla bağlayan bu körpülərin dağılmaq təhlükəsindən danışılır və qeyd olunur ki, vaxtilə bu körpülər sərhəd yaxınlığında ticarətin inkişafına, dostluğun möhkəmlənməsinə xidmət etmişdir. == Film haqqında == Film Azərbaycan Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi Cəmiyyətinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Vaqif Azəryar Ssenari müəllifi: Cəfər Qiyasi Operator: İsrafil Ağazadə (İsrafil Ağayev kimi) Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi Cəmiyyəti == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Erdil Yaşaroğlu
Erdil Yaşaroğlu (1971, Ardeşen[d], Rizə ili) — türkiyəli karikaturaçı. == Həyatı == Ailəsi əslən Rizənin Ardeşen rayonundandır. Hələ 9 yaşında ikən karikatura çəkməyə başlayan Erdil Yaşaroğlunun ilk peşəkar karikaturaları 1989-cu ildə “Günəş” qəzetində dərc olunub.