DƏRDLİ

sif.
1. Dərdi, kədəri olan.
Mehriban dərdli başını məzlumanə bir tərzdə qaldırıb yaşı yanaqlarına doğru axan gözləri ilə baxdıqda Səlimi gördü. S.Hüseyn.
Bizim dərdli Rəna, bir də ki Əsmət; Gəldi aparmağa nakam Güləri. M.Rahim.

// Hüzn gətirən; həzin, kədərli, qüssəli, ələmli, yanıqlı. Aşiqin dərdli mahnıları.
– Mən bilməz idim, bəla imiş eşq; Bir dərdli macəra imiş eşq. Füzuli.
Mən səni görmüşəm on beş il əzəl; Dilində bir qoşma, bir dərdli qəzəl. S.Vurğun.

// İs. mənasında. Dərdli söylədiyini dəli söyləməz. ( Ata. sözü ).
Gecə uzun, ay batmaz; Dərdlilər gecə yatmaz. (Bayatı).

2. Xəstəliyi, illəti olan; əlil, məriz.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏRDLİ DƏRDLİ, QƏMLİ Zor-güclə bir zabil başladı pəsdən; Bu həzin, bu qəmli, bu dərdli səsdən (M.Rahim); DƏRD ƏHLİ Eşqdə bidərdlər eylər təəccüb halıma; Yoxs
  • DƏRDLİ kədərli — qüssəli — qəmli — yanıqlı — həzin

Antonimlər (əks mənalı sözlər)

  • DƏRDLİ DƏRDLİ – ŞƏN Bədbəxt anam! Dərdli gözlərini hər tərəfə çevirib həsrətlə baxdı (A.Şaiq); Bu Vasko da çox gözəl, şən oğlandır (S
DƏRDLƏTMƏK
DƏRDLİ-DƏRDLİ

Digər lüğətlərdə