Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İtələmə
İtələmə — İsaak Nyutonun ikinci və üçüncü qanunları tərəfindən tanınan reaksiya qüvvədir. Bir sistem kütləni bir istiqamətdə hərəkət etdirdikdə ya da təcilləndirəndə, təcillənən qüvvəni bərabər böyüklükdə, ancaq əks istiqamətdə bir qüvvə formalaşdırır. Nümunə olaraq stabil qanadlı hava texnikaları, pərvanə və ya reaktiv mühərriklər havayı uçuş istiqamətinin əksi istiqamətində itələməsi sayəsində irəliyə doğru hərəkətlərini təmin edirlər.
Çiləmə
Çiləmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsasən oyunçuların sayı çox olduğu hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Lakin oyunçular yetərsay olmadıqda uşaqlar bu oyunu dəstələrə bölünmədən, sanama üsulu ilə öz aralarında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bu oyunu iki uşaq aralarında növbə ilə topu çiləməklə oynayırlar. Hələ indiki müasir toplar istehsal olunmadığı bir dövrdə bu məqsədlə at və iri buynuzlu heyvanların xırda tükündən (yunundan) kos (top) hazırlayardılar. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk və ya sanama üsulu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Oyuna başlamazdan əvvəl dəstələr bir-birindən 3-4 metr aralı dayanır. Sanama yolu ilə dəstələrdən biri oyuna başlayır.
Telefon dinləmə
Telefon dinləmə (ing. Telephone tapping) — xəttə xüsusi qurğu qoşmaqla telefon danışıqlarınagizli qulaq asılması; verilənləri əldə etmək, dəyişdirmək və ya daxil etmək üçün məlumat kanalının müəyyən hissəsinə gizli qoşulma.
Titrəmə (üsulu)
Titrəmə (en.dithering), (ru.дрожание) – boz rəngin çalarlarının (monoxrom displey və ya printerdə), yaxud tamamlayıcı rənglərin (rəngli displey və ya printerdə) dəyişilməsi illüziyasını yaratmaq üçün kompüter qrafikasında tətbiq olunan üsul. Bu üsul ona əsaslanır ki, görüntünün hissələrinə bu və ya başqa rəng naxışlarını əmələ gətirən nöqtələr qrupu kimi baxılır. Titrəmə üsulu ilə yaradılmış görüntülər yarımton (HALFTONE) görüntülərə və müəyyən dərəcədə puantilizm (POINTILLISM) texnikası ilə işlənmiş rəsmlərə çox yaxındır; titrəmə, insan gözünün, müxtəlif rəngli ləkələri qaralamaqla onların təsirini ortalaşdırmıq və onları qavranılan bir çalar və ya rənglə qatışdırmaq xassəsindən istifadə edir. Verilmiş sahənin daxilində olan qara və ağ nöqtələrin nisbətindən asılı olaraq ümumi effekt bu və ya başqa boz rəng çalarını verəcək. Analoji olaraq, ağ nöqtələrlə səpələnmiş qırmızı nöqtələr çəhrayı rəngin çalarlarının dəyişilməsi illüziyasını yaradacaq. Titrəmədən kompüter qrafikasında daha yüksək realizm vermək üçün və çözmə imkanı aşağı olduqda əyrilərin və diaqonal xətlərin girintili-çıxıntılı qıraqlarını hamarlamaq (ALIASING) üçün istifadə olunur. == Titrəmə üsulları == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Geridönmələrlə izləmə
Geridönmələrlə izləmə (Backtracking)– ekspert sistemlərində: məsələnin cavabını tapmaq üçün proqramın bütün mümkün alternativ yolları yoxlamasından ibarət həll üsulu. Bu alternativlərə bir ağacın budaqları kimi baxmaq olar: proqram bir budaq boyunca axıradək “gedir” və əgər həll tapılmırsa, geriyə qayıdır və axtarışı başqa budaqda davam etdirir. İzlənmə müqaviməti (Backtracking resistance) – təsadüfi bitlər generatorunun (ing. Random Bit Generator, RBG) çıxış ardıcıllığının gələcəkdə generator sındırıldıqda da iddia olunan təhlükəsizlik səviyyəsində ideal, təsadüfi ardıcıllıqdan fərqlənməyəcək şəkildə qalacağının təminatı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İzləmə sistemi
İzləmə sistemi hərəkətdə olan insanların və obyektlərin müşahidəsi və irəli emal üçün məkan məlumatlarının zamanda düzgün düzülüşünün təchiz olunmasında istifadə olunur. == Virtual məkanda izləmə == Virtual məkan texnologiyasında izləmə sistemi müşahidəçinin koordinatlarını izləyərkən, virtual məkanı insan müşahidəçisi üçün səhnələyən ümümi sistemdir. == İzləmə tətbiqləri == İzləmə sistemləri saysızdır. Bəziləri gecikmə müddəti göstəriciləridir, məlumat, maddə nöqtəni keçdikdən sonra toplanır, məsələn bar kod və ya drossel nöqtəsi va ya qapı.. Digərləri Qlobal Mövqetəyinetmə Sistemi (GPS) kimi bilginin hansı tezlikdə yenilənməsindən asılı olan həqiqi vaxt və ya yaxın həqiqi vaxtdır. Maddələri araşdırmaq və avtomatik eyniləşdirmə üçün insana ehtiyac duyan bar kod sistemləri vardır. Böyük bir kütlə, izləmə dünyaları müxtəlif tətbiqlər üçün ayrılıqda qurğu hissəsi və proqram təminatından təşkil olunmuşdur. Bar kod sistemləri Elektronik Məhsul Sistemlərindən (EPC), GPS sistemi isə aktiv həqiqi vaxt yerləşdirmə sistemindən ayrılır.
Şüa izləmə
Şüa izləmə (ing. ray tracing) — görüntünün renderinq (RENDERİNG) olunmasının iki əsas üsulundan biri. Kompüter qrafikasında: görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritm. Bu atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklərin izlənməsi yoluyla hesablanır. Bundan sonra obyektin atributlarından ekranda görüntünü əmələ gətirən piksellərin rəngini və intensivliyini ölçmək üçün istifadə olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, gürününün elementlərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qorxu və Titrəmə
"Qorxu və Titrəmə" (Danimarka dilində: Frygt og Bæven) — 1843-cü ildə İohannes de Silentio təxəllüsü ilə çap olunan Sören Kyerkeqora aid fəlsəfi bir əsərdir. Ümumilikdə kitabın başlığı Bibliyada keçən bir hissədən götürülüb. Belə ki, kitabın baş qəhrəmanı Tanrının ondan öz sevimli oğlunu qurban olaraq tələb etdiyi Tövratdakı İbrahimdir Bibliyadan götürülmüş həmin ifadə aşağıdaki şəkildə qeyd edilib: “Mənim əzizlərim, həmişə söz dinlədiyiniz kimi, sadəcə mən yanınızda olanda yox, indi, yanınızda olmadığım bir vaxtda da, qorxu və titrəmə ilə xilasınıza yetişmək üçün cəhd edin, çünki Tanrı Öz lütfü ilə sizi, həm istək, həm də əməl sahibi edir.” (Bax: Filippililərə; 2. 12-13) Buna görə də bu əsər Susqun İohanın dialektik lirikası olaraq təqdim edilir. Belə ki, öz məzmununa görə bu kitab sanki iki fərqli hissədən ibrarətdir. Əsərin birinci hissəsi oxucunu mənəvi, hissi, psixoloji cəhətdən Tövratda keçən bu hekayənin cazibəsinə salmaq üçün lirik əhvalda təqdim edilmişdir. Adətən bir musiqi alətində ifa etməzdən əvvəlki kökləmə prosesini xatırladan bu hissədə qeyd edilənlər İbrahimin qurban hadisəsini ilk dəfə uşaqlığında eşidərək təsirlənən və böyüdükcə onun bu əməlindən daha çox təsirlənərək tərəddüdə düşən bir insanın təxəyyülündə canlanır. İkinci hissəsi isə müəllifin əsas götürdüyü təməl kateqoriyaların tədqiqi, etik və dini olan arasındakı münasibət, etik olanın teleolojik təcridi və bir çox başqa məsələlərin dialektik şəkildə fəlsəfi tədqiqatından ibarətdir. Belə bir dialektik nəzər nöqtəsindən ən yüksək zirvədə sözlə ifadə edilə bilməyən, rasionallıqdan uzaq, qaranlıq, absurd bir iman “paradoks”u dayanır. Kyerkeqor bu kitabda insanın Tanrı naminə dünyəvi istəklərdən imtina etməsini (təslimiyyət həmləsini) və sonra Tanrı üçün hər şeyin, hətta insan məntiqində absurd olan şeylərin də həyata keçirilməsinin mümkün olduğunun fərqinə vararaq yenidən həmin dünyəvi ehtiraslara geri qayıtmasını (iman həmləsini) ifadə edən əbədiyyətin ikili həmləsi ətrafında müzakirə aparır.
İtiləmə (film, 2009)
"İtiləmə" (ing. Shank) — 2009-cu ilin, cavan britaniyalı rejissor Saymon Pirsin gənclər arasında zorakılıq və homoseksuallıq haqqında film. == Süjet == Kel adlı 18 yaşlı oğlan gənc bandanın üzvüdür. Özünün boş həyatında narkotik, seks, günahsız insanlara zorakılıqdan başqa heç nə bilmir. Amma onun balaca bir gizli sirri var. Bu sirri banda üzvlərindən ehtiyatla gizlətmək lazımdır: o gizli gay'dir və onun kişilərdən xoşu gəlir. O gizli olaraq bandanın başçısı Connoya aşiqdir, filmin gedişi ilə bilinir ki, o da Kelə biganə deyil. Ancaq açıq şəkildə bu hissləri etiraf etməkdən söhbət belə gedə bilməz: bandada homofobiyaya pərəstiş edilir, elə yaxınlıqda yaşayanlar da «mavisayağı» göründükləri üçün döyülürlər. Başqa bir hücumun qurbanı Olivye adlı fransalı tələbə olur. Hadisələr elə cərəyan edir ki, Keli onun əvvəlki "banda-dostları" izləməyə başlayır və o Olivyenin evində özünə sığınacaq tapır.
Qular fillərə əks olunur
Qular fillərə əks olunur — 1937-ci ildə sürrealist ispan rəssamı Salvador Dali tərəfindən çəkilmiş rəsm əsəri. Xüsusi kolleksiyasındandır. Bu əsər Dalinin Paranoyak-tənqidi dövrünə aiddir. Yağlı boya ilə kətan üzərində işlənmişdir. Əsər Dalinin məşhur ikiqat şəkillərindən birini ehtiva edir. İkiqat şəkillər Dalinin "paranoyak-tənqidi" metodunun əsas hissəsi idi. O, bunu 1935-ci ildə "Düşüncəsizin Fəthi" oçerkində irəli sürmüşdü.
Ən yaxşı filmə görə Oskar mükafatı
Ən yaxşı filmə görə "Oskar" mükafatı – Amerika kino sənəti akademiyasının hər il təqdim etdiyi nüfuzlu mükafat. Aşağıda verilmə anından başlayaraq bu mükafata layiq görülmüş və namizəd olan filmlər göstərilib. == 1920-ci illər == 1927 Qalib — Qanadlar / Wings Namizədlər Reket / The Racket Göyün yeddinci qatı / Seventh Heaven1928/1929 Qalib — Brodvey melodiyası / The Broadway Melody Namizədlər Alibi / Alibi Köhnə Arizonada / In Old Arizona 1929-cu ilin Hollivud revyusu / The Hollywood Revue of 1929 Vətənpərvər / The Patriot == 1930-cu illər == 1930 3-cü Qalib — Qərbi cəbhədə sakitlikdir / All Quiet on the Western Front Namizədlər Böyük ev / The Big House Dizraeli / Disraeli Eşq paradı / The Love Parade Boşanmış / The Divorcee1931 4-cü Qalib — Simarron / Cimarron Namizədlər İst Linn / East Lynne Alverçinin sümsüsü / Trader Horn Ön səhifə / The Front Page Skippi / Skippy1932 5-ci Qalib — Qrand-hotel / Grand Hotel Namizədlər Beşulduzlu final / Five Star Final Səninlə bir saat / One Hour with You Pis qız / Bad Girl Gülümsüyən leytenent / The Smiling Lieutenant Çempion / The Champ Şanxay ekspressi / Shanghai Express Errousmit / Arrowsmith1933 6-cı Qalib — Kavalkada / Cavalcade Namizədlər 42- ci küçə / 42nd Street Bir günlük qız / Lady for a Day Kiçik qadınlar / Little Women Ziddinə təbəssüm / Smilin' Through O düz etməyib / She Done Him Wrong Əlvida, silah / A Farewell to Arms VIII Henrixin şəxsi həyatı / The Private Life of Henry VIII Mən — qaçmış katorqalıyam / I Am a Fugitive from a Chain Gang Ştatın yarmarkaları / State Fair1934 7-ci Qalib — Bir gecədə / It Happened One Night Namizədlər Uimpol-stritdən barretlər / The Barretts of Wimpole Street Ağ parad / The White Parade Budur donanma gəlir / Here Comes the Navy Şən boşanma / The Gay Divorcee Viva Vilya! / Viva Villa! Eşqbazlıq yolu / Flirtation Walk Rotşildlərin evi / The House of Rothschild Həyatın təqlidi / Imitation of Life Kleopatra / Cleopatra Bir sevqi gecəsi / One Night of Love Arıq adam / The Thin Man1935 8-ci Qalib — "Baunti"də qiyam / Mutiny on the Bounty Namizədlər 1936-cı ilin Brodvey melodiyası / Broadway Melody of 1936 Benqal ulanının işləri və günləri / The Lives of a Bengal Lancer Şıltaq Marietta / Naughty Marietta Kapitan Blad / Captain Blood Məlumatverən / The Informer Rədd edilmişlər / Les Misérables Red-Qepli Raqlz / Ruggles of Red Gap Yay gecəsində yuxu / A Midsummer Night’s Dream Silindr / Top Hat Elis Adams / Alice Adams1936 Qalib — Böyük Ziqfild / The Great Ziegfeld Namizədlər Dodsvort / Dodsworth İki şəhərin əhvalatı / A Tale of Two Cities Mister Dids şəhərə köçür / Mr. Deeds Goes to Town Böhtana düşmüş / Libeled Lady Lui Paster haqqında hekayə / The Story of Louis Pasteur Romeo və Cülyeta / Romeo and Juliet San-Fransisko / San Francisco Üç sevimli qız / Three Smart Girls Entoni Edvers / Anthony Adverse1937 Qalib — Emil Zolyanın həyatı / The Life of Emile Zola Namizədlər Köhnə Çikaqoda / In Old Chicago Acı həqiqət / The Awful Truth Səhnəyə qapı / Stage Door Xeyirxah Yer / The Good Earth Ulduz doğuldu / A Star Is Born Cəsur kapitanlar / Captains Courageous İtmiş üfüq / Lost Horizon Dalan / Dead End Yüz kişi və bir qız / One Hundred Men and a Girl1938 Qalib — Özünlə götürə bilmərsən / You Can’t Take it With You Namizədlər Böyük xülya / La Grande illusion Oğlanlar şəhəri / Boys Town İezabel / Jezebel Sınaqçı-təyyarəçi / Test Pilot Piqmalion / Pygmalion Robin Qudun macəraları / The Adventures of Robin Hood Aleksandrın Reqtaym dəstəsi / Alexander’s Ragtime Band İstehkam / The Citadel Dörd qız / Four Daughters1939 Qalib — Küləklə sovrulanlar / Gone with the Wind Namizədlər Oz ölkəsinin cadugəri / The Wizard of Oz İldırımlı aşırım / Wuthering Heights Dilican / Stagecoach Hələlik, mister Çips / Goodbye, Mr. Chips Sevgi məsələsi / Love Affair Mister Smit Vaşinqtona gedir / Mr. Smith Goes to Washington Qaranlıq qələbə / Dark Victory Siçanlar və insanlar haqqında / Of Mice and Men Ninoçka / Ninotchka == 1940-cı illər == 1940 Qalib — Rebekka / Rebecca Namizədlər Böyük diktator / The Great Dictator Bütün bunlar və səma da üstəlik / All This and Heaven Too Qəzab salxımları / The Grapes of Wrath Evə aparan uzun yol / The Long Voyage Home Xarici müxbir / Foreign Correspondent Kitti Foyl / Kitty Foyle Bizim şəhər / Our Town Məktub / The Letter Filadelfiya əhvalatı / The Philadelphia Story1941 Qalib — Mənim vadim yamyaşıl idi / How Green Was My Valley Namizədlər Bu da mister Cordan / Here Comes Mr. Jordan Vətəndaş Keyn / Citizen Kan Şəfəqi saxlayın / Hold Back the Dawn Kiçik tülkülər / The Little Foxes Malta şahini / The Maltese Falcon Cənnətdə bir addım / One Foot in Heaven Şübhə / Suspicion Çavuş York / Sergeant York Tozda güllər / Blossoms in the Dust1942 Qalib — Missis Miniver / Mrs. Miniver Namizədlər Qırx doqquzuncu parallel / Forty-Ninth Parallel Ueyk adası / Wake Island Cəlbedici Embersonlar / The Magnificent Ambersons Zurnaçı / The Pied Piper Yankinin qüruru / The Pride of the Yankees Şəhərin söhbəti / The Talk of the Town Kings Row Təsadüfi biçin / Random Harvest Dudl Dendi yankiləri / Yankee Doodle Dandy1943 Qalib — Kasablanka / Casablanca Namizədlər Hansında biz qulluq edirik / In Which We Serve Yerimiz dar olsa da, təki ürək gen olsun / The More the Merrier Reyndə patrul / Watch on the Rhine Madam Küri / Madame Curie Səma gözləyə bilər / Heaven Can Wait Bernadett nəğməsi / The Song of Bernadette Zəng kimin üçün çalır / For Whom the Bell Tolls Oks-Bouda əhvalat / The Ox-Bow Incident İnsani komediya / The Human Comedy1944 Qalib — Öz yoluyla getmək / Going My Way Namizədlər Qaz işığı / Gaslight İkiqat sığorta / Double Indemnity Sən gedəydən bəri / Since You Went Away Vilson / Wilson1945 Qalib — İtirilmiş həftəsonu / The Lost Weekend Namizədlər Ovsunlanmış / Spellbound Müqəddəs Məryəmin zəngləri / The Bells of St.
Ən yaxşı filmə görə Qızıl Qlobus mükafatı - drama
Digər Qızıl Qlobus mükafatları üçün: Qızıl Qlobus mükafatı Ən yaxşı filmə görə Qızıl Qlobus mükafatı - drama qalibləri və nominantların adları xüsusi rənglərlə verilmişdir.
Adolf Hitlerə qarşı sui-qəsd cəhdlərinin siyahısı
Bu tamamlanmamış olan sənədləşdirilmiş, Hitlerə qarşı hazırlanmış və üstü açılmış sui-qəsd cəhdlərinin siyahısıdır.İşarə edilmiş qeydlərdən savayı bütün sui-qəsd cəhdləri Üçüncü Reyx ərazisində və Üçüncü Reyx vətəndaşları tərəfindən həyata keçirilmişdir. 1933-cü ildən öncə: Gücə sahib olmadan öncə buraya 4 cəhd, həmçinin Kayzerhof mehmanxanasında zəhərləmə cəhdidə daxildir (1930). 1933-cü ildən sonra: 10 cəhd, həmçinin buraya Ştrumabteylunq dəstəsinin naməlum üzvünün Obersalzberqdə və Lütner qrupunun Köniqsberqdə həyata keçirdiyi cəhd daxildir.