Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fərhad Fərhadlı
Fərhad Vüqar oğlu Fərhadlı (azərb. Fərhadlı Fərhad Vüqar oğlu‎) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi == Həyatı == Fərhad Vüqar oğlu Fərhadlı 8 dekabr 1993-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2011-ci ildə Sumqayit şəhər 12№ li orta məktəbi bitirib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin BBA fakultəsinin Menecment ixtisası üzrə təhsil almağa başlamışdır. 2015- ci ildə Universiteti bitirib, 2016-ci ildə Hərbi xidmətə yollanmışdır. Aprel doyüşləri zamanı hərbi xidmətdə olub. 2017-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarə olunması ixtisası üzrə magistr təhsilini almışdır. İş həyatına Gilan Holdinqdə başlayıb, sonra isə Kapital bankda davam etmişdir. == Hərbi xidməti == Fərhad Fərhadlı 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. 20 oktyabr Cəbrayıl uğrunda gedən döyüş zamanı yaralı daşıyan sırada şəhid olur.
Fərhadlı (Kəleybər)
Fərhadlı (fars. فرهادلو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 36 nəfər yaşayır (9 ailə).
Aşıq Maqsud Fəryadi
Aşıq Maqsud Fəryadi (Maqsud Qoca; 1961, Arpaçay ilçəsi, Qars ili) — aşıq, şair. == Həyatı == Aşıq Maqsud Fəryadi 1961-ci ildə Qarsın Arpaçay kəndində dünyaya göz açıb. Azərbaycan əsillidir. 1989-cu ildən İstanbulda yaşayır. 1993-cü ildən Azərbaycanla əlaqələri var. Ustadı Sosgertli Hicrani (1899–1978) olmuşdur.Türkiyənin "Ulusal" kanalında proqram aparıcılığı edən Maqsud Fəryadi eyni zamanda aşıqlıq sənətini yaşadaraq Azərbaycanı layiqincə təmsil edir. == İstinadlar == == Ədəbiyyat == Bekir Karadeniz, Orhan Bahçıvan. "Doğulu Halk Şairleri". KaraMavi, 2009. Birsen Gicili.
Fərzalı
Fərzalı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Etimologiyası == Fərzalı Gədəbəy rayonunun Arabaçı inzibati ərazi vahidində, dağlıq ərazidə yerləşir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Qarabağdan gəlmiş Fərzalı adlı şəxs saldığına görə kənd onun adı ilə adlandırılmışdır. 1917-ci ildə Cavanşir qəzasında Fərzalıbəyli (1933-cü ildə Bərdə rayonunda Fərzalılar), Qazax qəzasında Fərzalı, (1933-cü ildə Şəmkir rayonunda Fərzah Quşçu) kəndləri də qeydə alınmışdır. Oykonim Xələc tayfalarının bir tirəsi olan fərzalıların adını əks etdirir. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 559 nəfər yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Fəryad
Fəryad (ing. "The Scream",norv. "Skrik") — norveçli rəssam Edvard Munk tərəfindən 1893-cü ildə çəkilmişdir və hazırda rəsm Norveç milli qalereyasında sərgilənir. Bu əsər dəli bir insanın hallüsinasiyasıdır sanki. Belə ki, Edvard Munkun “Çığırtı” sı heç də dəhşətin spontan ifadəsi olmayıb, real bir hadisənin tam dəqiqliklə kətan üzərinə köçürülməsidir. == Əsərin təsviri == Əsərdə rəssama yaxşı tanış olan yer, Ekeberq təpələrinə gedən yol təsvir olunub. Kətan üzərinə köçürülən bu mənzərə barədə Munk hələ öz gündəliklərində, 22 yanvar, 1892-ci il tarixində, yazır: “Mən iki yoldaşımla gəzintiyə çıxmışdım. Günəş qüruba doğru yaxınlaşırdı. Məni həzin bir qüssə bürüdü. Birdən səma al-qırmızı rəngə boyandı.
Valeh Bərşadlı
Bərşadlı Valeh Əyyub oğlu (6 iyul 1927, Eyvazlı – 15 may 1999, Bakı) — general, Azərbaycanın müdafiə naziri. == Həyatı == Valeh Bərşadlı 6 iyul 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlmişdir. Bakı Ali Birləşmiş Komandanlıq məktəbini bitirmişdir. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. Müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş baş qərargah rəisi olmuşdur. 1992-ci ildə tutduğu vəzifədən istefa vermişdir. Valeh Bərşadlı 43 il SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, taqım komandirliyindən ən nəhəng ordulardan (Almaniya Demokratik Respublikasında yerləşən sovet qoşun birləşmələrindən) birinin müavinliyinə qədər yüksəlmişdir.1999-cu il, 15 may tarixində vəfat etmiş və məzarı Fəxri Xiyabanda yerləşir. == İstinadlar == == Xarici keçidlər == "Qarabağın görkəmli şəxsiyyətləri:Valeh Bərşadlı (1927-1999)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az.
Fərzalı Abbasov
Abbasov Fərzalı Hətəm oğlu (20 noyabr 1932, Göycəli, Qazax rayonu) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1932-ci ildə Qazax rayonunun Göycəli kəndində anadan olmuşdur. 1952–1964-cü illərdə Ağstafa rayonunda "Nərimanov" və "Lenin" adına kolxozlarda inşaat briqadiri, 1964–1991-ci illərdə Qazax rayonunda S.Vurğun adına sovxozda üzümçülük üzrə briqadir işləmişdir. 1968-ci ildə Qazax Kənd Təsərrüfatı Texnikumunu, 1981-ci ildə isə AzKTİ — nin Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirmişdir. Üzümçülük sahəsində əldə etdiyi nailiyyətlərə görə 1971-ci ildə "Qırmızı əmək bayrağı" ordeni, 1976-cı ildə "Lenin ordeni", 1980-ci ildə "Oraq-Çəkic" medalı və Sosialist Əməyi Qəhrəmanı kimi yüksək mükafatlara layiq görülmüşdür. 1971–1990-cı illərdə Qazax rayon Partiya Komitəsinin Büro üzvü, 1974–85-ci illərdə SSRİ Ali Sovetinə, 1985–90-cı illərdə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. 1975–90-cı illərdə Azərbaycan KP MK-nin üzvü olmuşdur. 1990–1991-ci illərdə Kalininkənd Qəsəbə XDS-nin İcraiyyə Komitəsinin Sədri, 1991-ci ildən hal hazıra kimi Ağstafa RİN-nin Gəycəli kəndə nümayəndəsidir.
Qaçaq Fərzalı
== Həyatı == Fərzalı İmamqulu oğlu təxminən 1878-ci ildə Zəngəzur qəzasının (indiki Zəngilan rayonunun) Qaradərə kəndində — bir adı da Taydolaq Baharlıdır — anadan olub. Çarın kazak dəstələri ilə Araz çayı üzərində atışaraq bir neçə kazakı öldürdükdən sonra dağlara çəkilib qaçaqlığa başlamışdır. Bəhlul Əfəndi, Sultan bəy kimi igidlərlə əl—ələ verərək erməni quldurlarının Zəngəzurda törətdikləri türk-müsəlman qırğınının qarşısını almışdır. Nuru Paşanın ordusunun qarşılanmasında iştirak etmiş, yerli özünümüdafiə dəstələrinin rəhbəri olmuşdur. Məşhur Baharlı tayfasından olan Qaçaq Fərzalı Sovet hökuməti qurulandan sonra da silahı yerə qoymamış, bolşeviklərlə döyüşmüşdür. M.C.Bağırovun Bartaz meşəsində onunla şəxsən görüşməsi və ona vəzifə təklif etməsi də bu el qaçağını şirnikləndirməmişdir. Yalnız el-obasının, kəndinin əhalisinin sürgün olunacağı təhdidindən sonra silahı yerə qoyaraq təslim olmuşdur. 1928-ci ildə Bakıya gətirilərək Nargin adasında güllələndiyi güman olunur. Dörd övladı vardı. (Oğlu Rəhim , qızları Tavar, Naran, Təzəgül ) Yazıçı Azad Qaradərəli “Aşiqlər”, “Zəngəzur qazısı Bəhlul Behcət” kitablarında, “Kuma-Manıç çökəkliyi” romanında Qaçaq Fərzalıdan bəhs etmiş, 2016-cı ildə isə ayrıca “Qaçaq Fərzalı” kitab yazıb nəşr etdirmişdir.
Fəryad (1993)
Fəryad — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi. == Məzmunu == "Ögey ana" filminin baş qəhrəmanı-balaca İsmayıl (Ceyhun Mirzəyev) artıq böyümüş, ailə sahibi olmuşdur. Bu filmdə İsmayıl Hüseynov artıq batalyon komandiridir. O, Vətən torpaqlarının erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür…Film Qarabağ müharibəsinə həsr olunmuşdur. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır. Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir. == Festivallar və mükafatlar == 1) 1994-cü ildə Ssenari müəllifi Vaqif Mustafayevə ssenariyə görə "Tağıyev" Mükafatı verilmişdir.2) 1994-cü ildə Quruluşçu rejissor və aktyor Ceyhun Mirzəyevə (ölümündən sonra) "Bakılı" cəmiyyətinin "Humay" Mükafatı verilmişdir.3) 1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi Quruluşçu rejissor və aktyor Ceyhun Mirzəyevə (ölümündən sonra) ekranda qəhrəmanlıq mövzusunun həllində fədakarlığa və yaradıcılıq axtarışlarına görə Diplom və Priz verilmişdir. == Film haqqında == Film rejissor və aktyor Ceyhun Mirzəyevin kinoda son işidir. Baş rolun ifaçısı Ceyhun Mirzəyev filmi izləyə bilməmişdir. Filmdə güllələnmiş, soyuqdan donmuş xocalılar elə əslində Xocalı sakinləridir.
Fəryad (dəqiqləşdirmə)
Fəryad — norveçli rəssam Edvard Munk tərəfindən 1893-cü ildə çəkilmiş rəsm əsəri.
Fəryad (qəzet)
"Fəryad" — Cənubi Azərbaycanda nəşr olunmuş qəzetlərdən biri. == Tarixi == Qəzet 21 fevral 1907-ci ildə Urmiya şəhərində nəşrə başlamışdır. Mahmud Qənizadə tərəfindən nəşr olunan bu qəzetin məsul redaktoru Həbib Urmulu idi. Cəmi 23 sayı işıq üzü görmüşdür. == Fəaliyyəti == "Fəryad" dövrünün inqilabi-demokratik mətbuatının ön sıralarında gedirdi. Həftəlik çıxan bu qəzetin səhifələrində ədəbi-bədii materiallara geniş yer verilirdi. İlk sayları əsasən fars dilində çıxsa da qəzetin yaradıcı kollektivi onun səhifələrində Azərbaycan həyatını əks etdirməyə çalışırdı. Cənubi Azərbaycandakı kütləvi inqilabi hərəkatdan ilham alan redaksiya heyəti 3-cü sayından etibarən qəzetdə Azərbaycan dilində materiallara geniş yer verməyə başlamışdır. Qəzetin adının aşağısında daim belə müraciətnamə verilirdi: Ömrünü qalma-qalla keçirdin, Ey dost, qalx ki, artıq macal çalmağa. Qəzetdə bədii ədəbiyyata, xüsusilə vətənpərvərlik mövzusunda yazılmış şeirlərə xüsusi yer verilmişdir.
Fəryad Xəlilov
Fəryad Fəxri oğlu Xəlilov (1 noyabr 1999; Hüsülü, Ağcabədi rayonu, Azərbaycan — 27 oktyabr 2020 (dəfn tarixi); Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fəryad Xəlilov 1 noyabr 1999-cu ildə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuşdur. Cavad Həsənov adına Ağcabədi rayon Hüsülü kənd tam orta məktəbində orta təhsil almışdır. Həmçinin, Hüsülü kəndində yerləşən yeddiillik musiqi məktəbinin piano şöbəsində musiqi təhsili almışdır. == Hərbi xidməti == Fəryad Xəlilov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Fəryad Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində vuruşmuşdur. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Fəryad Xəlilov Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 27 oktyabr 2020-ci ildə Ağcabədi Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Fəryal Qadınəfəndi
Fəryal Qadınəfəndi (d. 1845 - ö. 21 fevral 1902) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın xanımı, I Fuadın anası. == Həyatı == Əslən fransız olan Fəryal xanım 1845-ci ildə dünyaya gəldi. Xədiv İsmayıl Paşanın hərəminə necə və nə vaxt girdiyi məlum deyil. Ancaq mənbələrdə xanım yerinə Qadınəfəndi olaraq anılması, onun kəniz və ya cariyə olaraq saraya alındığını sübut edir. Yeganə övladı olan Əhməd Fuad 26 mart 1868-ci ildə Cizə sarayında dünyaya gəldi. Ancaq oğlu hələ 11 yaşında ikən İsmayıl Paşa İstanbuldan göndərilən fərmanla taxtdan endirildi və yerinə xədivin digər xanımından doğulan oğlu Tofiq Paşa Misir xədivliyinə gətirildi. Öncə Neapolda, ardından İstanbulda sürgün həyatı yaşayan İsmayıl Paşanın 1895-ci ildə vəfatı ilə dul qalan Fəryal xanım 21 fevral 1902-ci ildə oğlunun səltənətini görmədən Qahirədəki Safran sarayında vəfat etdi. Cənazəsi Qahirədəki Əl-Rifai məscidinə dəfn edildi.
Fəryad (film, 1993)
Fəryad — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi. == Məzmunu == "Ögey ana" filminin baş qəhrəmanı-balaca İsmayıl (Ceyhun Mirzəyev) artıq böyümüş, ailə sahibi olmuşdur. Bu filmdə İsmayıl Hüseynov artıq batalyon komandiridir. O, Vətən torpaqlarının erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür…Film Qarabağ müharibəsinə həsr olunmuşdur. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır. Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir. == Festivallar və mükafatlar == 1) 1994-cü ildə Ssenari müəllifi Vaqif Mustafayevə ssenariyə görə "Tağıyev" Mükafatı verilmişdir.2) 1994-cü ildə Quruluşçu rejissor və aktyor Ceyhun Mirzəyevə (ölümündən sonra) "Bakılı" cəmiyyətinin "Humay" Mükafatı verilmişdir.3) 1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi Quruluşçu rejissor və aktyor Ceyhun Mirzəyevə (ölümündən sonra) ekranda qəhrəmanlıq mövzusunun həllində fədakarlığa və yaradıcılıq axtarışlarına görə Diplom və Priz verilmişdir. == Film haqqında == Film rejissor və aktyor Ceyhun Mirzəyevin kinoda son işidir. Baş rolun ifaçısı Ceyhun Mirzəyev filmi izləyə bilməmişdir. Filmdə güllələnmiş, soyuqdan donmuş xocalılar elə əslində Xocalı sakinləridir.
Fəryad (film, 1996)
Fəryad — 1996-cı ildə Ues Kreyven tərəfindən çəkilən və Kevin Uilyamson tərəfindən yazılmış Amerika qorxu filmi. Baş rollarda David Arquette, Neve Campbell, Courteney Cox, Matthew Lillard, Rose McGowan, Skeet Ulrich və Drew Barrymore oynamışdır. 1996-cı il 18 dekabr tarixində buraxılan Fəryad filmi, "Ghostface" kimi tanınan sirli bir qatildən bəhs edir. Bu qatil filmdə Kaliforniyanın şəhərindəki lisey şagirdi Sidney Prescottun xarakterini izləyir. Film qorxu və mistika janrında çəkilib və məşhur olub. Fəryad filmi, Uilyamsonun qorxu filmlərinə ehtirası, xüsusilə Halloven tərəfindən təsirləndi. Film Dimension Films tərəfindən çəkilmiş və çəkiliş tamamlanmadan əvvəl Weinstein Brothers tərəfindən geri çəkilmişdir. Buradakı film, Amerikanın Motion Picture Assosiasiyası ilə yerli ssenarilərə səbəb olub. Fəryad filmi, dünya miqyasında 173 milyon dollar qazanaraq, maliyyə və tənqidi bəyənmə qazandı. ABŞ-də dollarlarla ən yüksək gəlirli filmi oldu.
Mirzə Fərzalı bəy Fətəlibəyov
Mirzə Fərzalı bəy Fətəlibəyov (1824-1887) — məmur, çar ordusunun zabiti, Tiflis Aleksandr Müəllimlər institutunun məzunu. == Həyatı == Mirzə Fərzalı bəy Əli bəy oğlu 1824-cü ildə Otuziki mahalının Ətyeməzli obasında anadan olmuşdu. Ibtidai təhsilini molla yanında almışdı. Sonra mükəmməl mədrəsə təhsili görmüşdü. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Mirzə Fərzalı bəy Şuşa Qəza məktəbində oxumuşdu. Burada o, türk, rus və fars dillərini öyrənmişdi. Sonra Tiflis Aleksandr Müəllimlər Institutunu bitirmişdi. Mirzə Fərzalı bəy 19 may 1843-cü ildə II dərəcəli dəftərxana xidmətçisi kimi Şuşa qəza polis şöbəsində xidmətə başlamışdı. 10 noyabr 1848-ci ildə könüllü kimi Qafqaz Atlı alayında xidmət etmişdi.
Zahirəddin Fəryabi
Zahirəddin Fəryabi (1160-1202)—şair. == Həyatı == Sədrülkəmal Əbul Fəzl Zahirəddin Tahir ibn Məhəmməd əl-Fəryabi Əfqanıstanın şimalında olan Fəryab vilayətinin Şirintagab bölgəsində doğulmuşdu. ibtidai təhsilini Fəryabda oxuduqdan sonra Nişapura getdi və oranın hökmdarı olan Tuğanşah bin Müəyyəd Ay Aba ilə yaxın dostluq qurdu. 1186-cı ildə İsfahana gedən Fəryabi şəhərin hakimi olan Sədrüddin Xocəndi ilə tanış olur və ona xidmət ətməyə başlayır. 1189-cu ildə Mazandarana yollanır və oradan da Azərbaycana keçərək Atabəy Nəsrəddin Qızıl Arslan bəyin sarayında çalışmağa başlayır və həyatının sonraki hissəsini orada keçirir. Zahirəddin bəy sarayda yaşadığı müddətdə Qızıl Arslan bəy tərəfindən bir çox mükafata nail olur. Ömrünün son dönəmlərində saray işlərindən uzaqlaşan Fəryabi 1202-ci ildə haqqın rahmətinə qovuşur və Təbriz şəhərinin Sürxab məhəlləsində Xaqaninin türbəsinin yanına dəfn edilir. Eyni zamanda Fəryab şəhərinin Şirintagab bölgəsində də Zəhirəddin bəy adını daşıyan və bölgə xalqı tərəfindən ziyarət edilməkdə olan bir türbə var. O həyatda olduğu müddətdə dünyaya çox sayda qəsidə və qəzəl kimi önəmli ədəbi əsər bəxş etmişdir. Onun ən önəmli əsərlərindən biri də 6000 beytlik divanıdır.
Əsgər Fərhadi
Əsgər Fərhadi (fars. اصغر فرهادی‎, d. 1 yanvar 1972-ci il, Xomeynişəhr, İsfahan, İran) - İranlı senarist və rejissor. Teatr məzunudur.