Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həmrəylik
Solidarnost (pol. Solidarność — "həmrəylik"), tam adı: "Solidarnost" Müstəqil Özünüidarəedən Həmkarlar İttifaqı (pol. Niezależny Samorządny Związek Zawodowy "Solidarność") — 1980-ci illərin avqust-sentyabr aylarında Qdansk tərsanələrində yaradılmış polyak həmkarlar ittifaqlarının birliyi. == Tarixi == Fəaliyyəti 10 noyabr 1980-ci ildə rəsmiləşdirilib. Lakin 1982-ci ilin yanvarında fəaliyyəti qadağan olunub. 1981-ci ilin dekabrından 1988-ci ilin mayınadək gizli fəaliyyət göstərib. 1989-cu ilin aprelindən yenidən rəsmi fəaliyyət göstərməyə başlayıb. Antitotalitar, antikommunist yönümlü kütləvi ictimai hərəkat idi. Birlik ən müxtəlif siyasi qüvvələri birləşdirdirdi - katolik mühafizəkarlardan və sağçı liberallardan ta ultrasolçu sosialistlərə və anarxistlərə qədər. 1989-1990-cı illərdə dinc inqilaba və PXR-də PBFP rejiminin dağıdılmasına nail oldu.
Həmrəylik günü
Dünya Azərbaycanlılarının Həmrəylik Günü — 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü. == Yaranması == Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdir. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar, lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi. Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr ona qara yaxmağa başladılar. Onlar bunu bir qrup ekstremist və cinayətkar ünsürlərin əməli kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışdılar.
Islamda həmrəylik
İslamda həmrəylik - Əqidə və şəriət məsələlərində etiqad edilməsi və qəbul olunması zəruri sayılan mövzulardan başqa digər müxtəlif anlayışları, ümumilikdə isə islam məzhəblərini "vahid İslam ümməti" adı altında bir araya gətirmək, müsəlmanlar arasındakı fikir müxtəlifliyinə səbəb olan məsələlərə obyektiv münasibət bəsləmək, İslamda məzhəblər arasında ortaq məxrəcə gələ bilmək imkanlarını araşdırmaq, fikir müxtəlifliyinin təbii qəbul etmək və qarşı tərəfin fikrinə hörmətlə yanaşmaq prinsiplərin əsas tutan ideyadır. Ideyanın əsas məqsədi məzhəblərarası yaxınlaşmanı təmin etməkdir. == İdeyanın İnkişaf Tarixi == === Qurani-Kərim === Həmrəylik islamın içindən qaynaqlanır. İslamın müqəddəs kitabı Qurani-Kərimdə deyilir: 1) "Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizi müsəlman adlandırdı" (Həcc, 78). 2) "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın" (Əli İmran, 103) 3) "Allaha və Peyğəmbərinə itaət edin, birbirinizlə çəkişməyin, yoxsa zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbir edənlərlədir" (Ənfal,46). === Peyğəmbərin "Üxuvvət" islahatı === İslam dinində din qardaşlığı qan qardaşlığından daha dəyərli hesab olunur. Bu ideoloji yanaşmanın kökündə islamın müqəddəs kitabı olan Qurani-Kərimdən qaynaqlanan "dini qardaşlıq" prinsipi durur. Bu prinsip daxili həmrəyliyi qoruyur. İslamı qəbul etmiş iki şəxs arasındakı etnik, dil və digər fərqlər silinir və onların arasında düşmənçilik yolverilməz hesab olunur.
Kommunal həmrəylik
Kommunal həmrəylik, bir kənd və ya kənd icması (bir cəmiyyət tərəfindən də edilə bilər) içində işlərin könüllü və ya məcburi olaraq həmrəylik göstərərək edilməsidir. Kəndin hər hansı bir probleminin həll edilməsinə qərar verilibsə bu zaman kənddəki hər ev işçi çatışmazlığını ödəməlidir. Əgər pul da toplanacaqsa buna Mərkəz lövhəsi deyilir. Bir çatışmazlıq üçün pul toplanılmasına qərar verilibsə, hər evin ölçüsünə nisbətdə maddi kömək edilməlidir. Kommunal işbirliyi, kəndlərdə və ya kiçik qəsəbələrdə hər kəs tərəfindən qəbul edilmiş yazılmamış qanuna əsaslanan bir həmrəylik təşkilatıdır. Bir bələdiyyənin görməli olub lakin görmədiyi bir çox iş bu şəkildə edilir. Kommunal həmrəyliklə edilən bəzi işlərə nümunə aşağıda göstərilmişdir: Kənddə kanalizasiya sisteminin qurulması Kənddə otlaq sahələrinin təmizlənməsi. Toy və ya yas yerlərinin qurulması. Məktəb tikintisi. Məscid tikintisi.
Milli Həmrəylik Partiyası
Milli Həmrəylik Partiyası və ya qısaca MHP — 1992-ci ildə Demokratik Azərbaycan Dünyası Partiyası adı ilə Məmməd Əlizadə tərəfindən yaradılan, 2020-ci ildə adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirilən, 2023-cü ildə özünü buraxmış siyasi partiya. Sədri Əlisahib Hüseynovdur. == Tarixçə == === Demokratik Azərbaycan Dünyası Partiyası (1992–2020) === 2008-ci ilin sentyabr ayının 23-də Böyük Millət Partiyası DADP-a birləşmiş, BMP sədri Samir Adıgözəlli DADP sədr müavini təyin edilmişdir, lakin 2009-cu ildə partiya daxili münasibətlər gərginləşmiş, Samir Adıgözəlli istefa verərək BMP-ni bərpa edib.2013-cü ildə prezident seçkilərində namizəd qalmaqalı səbəbilə növbədənkənar qurultay keçirilmiş və bu qurultay partiyanı iki qola bölmüşdür : Fatma Əliyeva sədrliyində Əlisahib Hüseynov sədrliyində2014-cü ildə Fatma Əliyevanın sədrlik etdiyi qol dağılmış və üzvləri Əlisahib Hüseynovun sədrlik etdiyi partiyaya birləşmişdir. === Milli Həmrəylik Partiyası (2020–2023) === 23 avqust 2020-ci il tarixində DADP-ın VI (onlayn) qurultayında partiyanın adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirildi. Partiya sədri isə yenidən Əlisahib Hüseynov seçildi.9 iyun 2023-cü il tarixində Milli Həmrəylik Partiyası özünü buraxdığı haqda bəyanat yaymışdır. == Rəhbərlik == Partiyanın qurucusu və ilk sədri Məmməd Əlizadə olmuşdur. Məmməd Əlizadə 22 iyun 2012-ci ildə vəzifəsindən istefa vermiş, sədr səlahiyyətləri isə müvəqqəti olaraq Mirkazım Seyidova həvalə olunmuşdur. Mirkazım Seyidov 15 gün partiyaya sədrlik etmişdir. 2013-cü ildən partiyanın sədri Əlisahib Hüseynovdur. == Seçkilərdə == 2008-ci il prezident seçkilərində partiya namizəd İlham Əliyevi dəstəkləyib.
"Mexaniki və üzvi həmrəylik."
Sosiologiyada " mexaniki həmrəylik " və " orqanik həmrəylik " [1] Émile Durkheim tərəfindən inkişaf etdirilən həmrəylik anlayışlarıdır. Durkheim , "The Division of Labour in Society" (1893) kitabinda cəmiyyətlərin inkişaf nəzəriyyəsinin bir hissəsi kimi "mexaniki" və "üzvi həmrəylik" ifadələrini təqdim etmişdir. Durkheimin sözlərinə görə, ictimai həmrəyliyin növləri mexaniki və üzvi cəmiyyətlər olan cəmiyyət növləri ilə əlaqəlidir. Mexaniki birliyini nümayiş etdirən bir cəmiyyətdə, onun birləşməsi və inteqrasiyası, eyni iş, təhsil və dini təlim və həyat tərzi ilə əlaqəli olan fərdlərin — homojenliyindən gəlir. Mexanika həmrəyliyi normal olaraq "ənənəvi" və kiçik miqyaslı cəmiyyətlərdə fəaliyyət göstərir. [2] Sadə cəmiyyətlərdə (məsələn, qəbilə), həmrəylik adətən ailə şəbəkələrinin qohumluq əlaqələrinə əsaslanır. Üzvi həmrəylik, işin ixtisaslaşmasından və insanlar arasındakı tamamlayıcılıqlardan yaranan bir-birinə olan bağlılığından gəlir — müasir və sənaye cəmiyyətlərində baş verən inkişaf. [2] Bu, daha inkişaf etmiş cəmiyyətlərdə bir-birinə olan asılılıqlara əsaslanan sosial birlikdir. Fərqli vəzifələri yerinə yetirərkən və müxtəlif dəyərlər və maraqlara sahib olsa da, cəmiyyətin sırası və çox həmrəyliyi insanlarin müəyyən vəzifələrini yerinə yetirmək üçün bir-birlərinə güvənməsindən asılıdır. Beləliklə, ictimai həmrəylik daha kompleks cəmiyyətlərdə onun tərkib hissələrinin bir-birindən asılı olması yolu ilə saxlanılır (məsələn, fermerlər fermerin ərzaq istehsal etməyə imkan verən traktoru istehsal edən zavod işçilərini qidalandırmaq üçün ərzaq istehsal edir).
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
Dünya Azərbaycanlılarının Həmrəylik Günü — 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü. == Yaranması == Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdir. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar, lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi. Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr ona qara yaxmağa başladılar. Onlar bunu bir qrup ekstremist və cinayətkar ünsürlərin əməli kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışdılar.
Həmrəylik günü (film, 1976)
== Məzmun == Film Asiya və Afrika ölkələri xalqlarının həmrəyliyinin IV sovet konfransına həsr olunmuşdur. Konfrans Bakıda "Böyük Oktyabr Sosialist İnqilabı və Asiya, Afrika və Latın Amerikası xalqlarının milli-azadlıq hərəkatı" devizi altında keçirilmişdir. Qonaqların qarşılanması, onların şəhərimizin görməli yerləri ilə və ən iri müəssisələrlə tanışlığı, konfransın gedişi filmdə öz əksini tapmışdır. Məişət kondisionerləri zavodunda, V.İ.Lenin adına Azərbaycan boru-prokatı zavodunda, Xalqlar dostluğu parkında, Serebrovski adına NQÇİ-də, konfrans iştirakçılarının Qubaya, Şamaxıya, Gəncəyə və Azərbaycanın digər şəhərlərinə səfəri zaman çəkilmiş kadrlar filmə daxil edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cəmil Fərəcov Ssenari müəllifi: Məmməd İsmayıl Operator: Tofiq Sultanov, Mehman Dadaşov, Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Mexaniki və üzvi həmrəylik
Sosiologiyada " mexaniki həmrəylik " və " orqanik həmrəylik " [1] Émile Durkheim tərəfindən inkişaf etdirilən həmrəylik anlayışlarıdır. Durkheim , "The Division of Labour in Society" (1893) kitabinda cəmiyyətlərin inkişaf nəzəriyyəsinin bir hissəsi kimi "mexaniki" və "üzvi həmrəylik" ifadələrini təqdim etmişdir. Durkheimin sözlərinə görə, ictimai həmrəyliyin növləri mexaniki və üzvi cəmiyyətlər olan cəmiyyət növləri ilə əlaqəlidir. Mexaniki birliyini nümayiş etdirən bir cəmiyyətdə, onun birləşməsi və inteqrasiyası, eyni iş, təhsil və dini təlim və həyat tərzi ilə əlaqəli olan fərdlərin — homojenliyindən gəlir. Mexanika həmrəyliyi normal olaraq "ənənəvi" və kiçik miqyaslı cəmiyyətlərdə fəaliyyət göstərir. [2] Sadə cəmiyyətlərdə (məsələn, qəbilə), həmrəylik adətən ailə şəbəkələrinin qohumluq əlaqələrinə əsaslanır. Üzvi həmrəylik, işin ixtisaslaşmasından və insanlar arasındakı tamamlayıcılıqlardan yaranan bir-birinə olan bağlılığından gəlir — müasir və sənaye cəmiyyətlərində baş verən inkişaf. [2] Bu, daha inkişaf etmiş cəmiyyətlərdə bir-birinə olan asılılıqlara əsaslanan sosial birlikdir. Fərqli vəzifələri yerinə yetirərkən və müxtəlif dəyərlər və maraqlara sahib olsa da, cəmiyyətin sırası və çox həmrəyliyi insanlarin müəyyən vəzifələrini yerinə yetirmək üçün bir-birlərinə güvənməsindən asılıdır. Beləliklə, ictimai həmrəylik daha kompleks cəmiyyətlərdə onun tərkib hissələrinin bir-birindən asılı olması yolu ilə saxlanılır (məsələn, fermerlər fermerin ərzaq istehsal etməyə imkan verən traktoru istehsal edən zavod işçilərini qidalandırmaq üçün ərzaq istehsal edir).
Rusiya Həmrəyliklərinin Xalq Həmkarlar İttifaqı
Rusiya Həmrəyliklərinin Xalq Həmkarlar İttifaqı (RHXHİ; rus. Наро́дно-трудово́й сою́з русских солидаристов) — Rusiya mühacirətinin siyasi təşkilatı. "Posev" adlı nəşriyyatı vardı, "Posev" və "Qrani" jurnallarını, həmçinin "Za Rossiyu" qəzetini nəşr etmişdir. RHXHİ-nin emblemi "ağ, mavi və qırmızı fonda və ya qara-ağ fonda qızıl trident şəklində təsvir edilmiş Kiyev Böyük knyazı Müqəddəs Vladimirin ailə emblemidir". == Siyasi mövqeyi == RHXHİ-yə üzv olmaq üçün 1895-ci ildən sonra doğulmaq zəruri şərt idi. Bu meyar insanların Oktyabr inqilabının başlanmasında birgə məsuliyyət daşımasının qarşısını almaq üçün qoyulmuşdu. İttifaqın üzvləri bolşevik rejimi ilə barışmaq istəyən mühacir təşkilatlarına üzv ola bilməzdilər. RHXHİ-nin ideologiyası XIX əsrin sonunda formalaşan həmrəylik doktrinasına əsaslanırdı. Marksist sinfi mübarizəyə alternativ olaraq, həmrəyliyi və müxtəlif sosial təbəqələrin ümumi idealını təbliğ edirdi. Təşkilatın proqramının əsas elementlərindən biri də qeyri-aqressiv aspektində milliyətçilikdir.
Avropa Həmrəyliyi
Avropa həmrəyliyi ( ukr. Європейська Солідарність; 27 avqust 2014-cü ilədək — Həmrəylik" Partiyası ukr. Партія «Солідарність») — Ukrayna siyasi partiyası.
Vətəndaş Həmrəyliyi (qəzet)
Vətəndaş Həmrəyliyi — Həftəlik ictimai-siyasi qəzet. == Tarixi == 1992-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasının mətbu orqanı kimi yaradılıb "Vətəndaş Həmrəyliyi" qəzeti 1994-cü ildən nəşr edilir. Vətəndaş Həmrəyliyi Partiyasının mətbu orqanıdır. İlk baş redaktoru İbrahim Quliyev olmuşdur. Sonralar Namiq Həsənov, Şahbaz Xuduoğlu, Aydın Canıyev, Himayət, Əvəz Zeynallı redaktor vəzifəsində işləmişlər. 2003-cü ildən yenidən qəzetə İbrahim Quliyev redaktorluq edir. Siyasət, sosial, ədəbiyyat-mədəniyyət kimi şöbələri var. Qəzet Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında yerləşir.
Vətəndaş Həmrəyliyi Partiyası
Vətəndaş Həmrəyliyi Partiyası və ya qısaca VHP — Azərbaycanda 26 sentyabr 1992-ci ildə istiqlalçı millət vəkili , xalq hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlının başçılığı ilə qurulan, Ədliyyə Nazirliyi tərəfindən 3 noyabr 1992-ci il tarixində qeydiyyata alınan siyasi partiya. Azərbaycan Respublikasının Milli Məclisində 3 millət vəkili ilə Yeni Azərbaycan Partiyasından sonra millət vəkili sayına görə 2-ci partiyadır. Partiyanı Azərbaycan Milli Məclisi VI çağırışında 3 millət vəkili — Fəzail İbrahimli, Rafael Hüseynov və Sabir Rüstəmxanlı təmsil edir. Partiya həmçinin Milli Məclisin sədarətində — Fəzail İbrahimli Milli Məclisin sədr müavini olaraq təmsil olunur. Partiyanın 15 dekabr 2006-cı il tarixindən etibarən Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Almas Qəhrəmanlıdır. Partiyanın mətbu orqanı "Vətəndaş Həmrəyliyi" qəzeti, "Bakı Təbriz" jurnalı və "www.vhp.az" internet saytıdır. == Tarixi == Vətəndaş Həmrəyliyi Partiyası 26 sentyabr 1992-ci ildə təsis edilib, 3 noyabr 1992-ci ildə isə rəsmi dövlət qeydiyyatına alınıb. Partiyanın 3 noyabr 1992-ci il tarixində keçirilən təsis qurultayında Nizamnamə, Məramnamə qəbul edilmiş və ilk rəhbərlik seçilmişdir. Vəhdət Partiyasının sədri Tahir Kərimli 6 aprel 2023-cü il tarixində verdiyi müsahibədə 2000-ci illərin əvvələrində Vətəndaş Həmrəyliyi Partiyası ilə Vəhdət Partiyasının birləşməsinin müzakirə olunduğunu, müvafiq komitələrin, komissiyaların yaradıldığını bildirmişdir. Birləşmənin onun öz təşəbbüsü olduğunu və partiyaların Sabir Rüstəmxanlı liderliyində Vəhdət Partiyası adı altında birləşməsi haqqında müzakirələrin gerçəkləşdiyini, lakin Tahir Kərimlinin müavinlərinin bu müzakirələrə qarşı çıxması ilə birləşmənin gerçəkləşmədiyini açıqlamışdır.
İslam Həmrəyliyi Oyunları
İslam Həmrəylik Oyunları — dörd ildən bir keçirilən beynəlxalq idman tədbiri. Burada İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən idmançılar iştirak edir. == Tarix == İlk dəfə bu oyunlar Səudiyyə Ərəbistanında keçirilmişdir və hazırda yarışda İslam Konfransı Təşkilatının 57 üzvüsü iştirak edir. Təşkilata üzv olan ölkələrin qeyri-müsəlman vətəndaşlarına da oyunlarda iştirak etməyə icazə verilir. İkinci İslam Həmrəylik Oyunları planlaşdırılırdı ki, 2009-cu ildə oktyabrda İranda keçirilsin, amma sonra tarixi 2010-cu ilin aprel ayına saldılar, lakin Fars Körfəzinin (Ərəb) adı ilə bağlı İran və ərəb ölkələri arasında fikir ayrılığı səbəbindən ləğv edildi. İran və ərəb dövlətləri arasında olan körfəzin ad verilmə ilə bağlı mübahisələri həmişə ziddiyyətlərə səbəb olmuşdur, ona görə ki, bəzi ərəb ölkələrində "Fars körfəzi" Ərəb körfəzi kimi tanınır.. 3-cü dəfə oyunlar 2013-cü ildə İndoneziyada keçirildi. Yarış dördüncü dəfə 2017-ci ildə Bakıda keçirildi. == İdman növləri == İslam Həmrəyliyi Oyunlarında 18 idman növü təqdim olunur. == Medal sayı == Aşağıda İslam Həmrəyliyi Oyunları turnirlərində medal cədvəli göstərilib.
2005 İslam Həmrəyliyi Oyunları
2005 İslam Həmrəyliyi Oyunları və ya I İslam Həmrəyliyi Oyunları — Səudiyyə Ərəbistanının Məkkə şəhərində baş tutmuş olan idman oyunlarıdır. 8-20 aprel tarixləri ​​arasında baş tutmuş olan oyunlarda 6000-ə idmançı iştirak etmişdir. 55 dövlətin iştirakı ilə bu oyunlar baş tutmuşdur. Əbdülməcid bin Əbdüləziz tərəfindən rəsmi açılışı edilib. Oyunlar Kral Əbdüləziz Stadionunda baş tutmuşdur.
2010 İslam Həmrəyliyi Oyunları
İslam Həmrəyliyi Oyunları — 2010-cu ildə keçiriliməsi nəzərdə tutulan idman oyunları. İdman oyunu baş tutmamış, təxirə salınmışdır. II İslam Həmrəyliyi Oyunlarının 2009-cu ilin oktyabrında Tehranda (İran) keçirilməsi planlaşdırılırdı. Lakin 2009-cu ilin mayında məlum oldu ki, Fars körfəzinin adı ilə bağlı mübahisə yarandığından İran onların keçirilməsini 2010-cu ilin aprel ayına qədər təxirə salmağa məcbur olub. Belə ki, oyunlar barədə çap məhsullarında "Fars körfəzi" sözunun işlədilməsindən sonra, Səudiyyə Ərəbistanı və bir sıra digər ərəb ölkələri bu ifadənin istifadəsinə etiraz ediblər. Onlar bunun əvəzinə “Ərəb körfəzi” və ya sadəcə “Körfəz” ifadəsinin işlədilməsini təkid edirdilər. Tərəflər razılığa gəlmədiyi üçün 2010-cu il yanvarın 17-də II İslam Həmrəyliyi Oyunlarının keçirilməyəcəyi açıqlandı.
2013 İslam Həmrəyliyi Oyunları
İslam Həmrəyliyi Oyunları — 2013-cü ildə İndoneziyada keçirilən idman oyunları. == İştirakçı ölkələr == 2013 İslam Həmrəylik Oyunlarında 41 ölkə iştirak etmişdir.
2017 İslam Həmrəyliyi Oyunları
2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları (qeyri rəsmi adı Bakı 2017 İslam Həmrəyliyi Oyunları) — 2017-ci ilin 12-22 may tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən çoxmillətli, multi-idman turniri idi. Bundan öncə tunir 2005-ci ildə Səudiyyə Ərəbistanında, 2013-də isə İndoneziyada keçirilmişdir. Turnirin sayca ikinci dəfə 2009-cu ilin oktyabr ayında İranda keçirilməyi nəzərdə tutulsa da, sonradan təxirə salındı, daha sonra isə ləğv olundu. == Yer seçiminin keçirilməsi == 2012-ci ilin oktyabr ayında İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilən 18-ci iclası zamanı Azərbaycan Milli Olimpiya Komitəsi İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün öz namizədliyini irəli sürmüşdü. 2013-cü ildə İHİF-in Ciddə şəhərində keçirilən 8-ci Hesabat-seçki Baş Assambleyasında Azərbaycanın ev sahibliyi etməsi təsdiq olundu. == İştirakçı ölkələr == İslam Həmrəyliyi İdman Federasiyasının bütün 56 üzvü Oyunlarda iştirak etmişilər. Küveyt Olimpiya Komitəsinin fəaliyyətininin dayandırılması səbəbindən Küveytli idmançılar oyunlarda İslam Həmrəyliyi Federasiyasının bayrağı altında İHİF-in müstəqil idmançıları kimi iştirak etməsi nəzərdə tutulurdu, amma bu ölkə Liviya və Sudan kimi açılış mərasimindən bir gün əvvəl Oyunlarda iştirakdan imtina etdilər. Aşağıda iştirakçı ölkələrin siyahısı göstərilib, mötərizədə nümayəndə heyətinin sayı göstərilib. == Məkanlar == İslam Həmrəyliyi Oyunları üçün yeni heç bir idman arenası tikilmədi. Yarışlar 16 idman arenasında keçirildi.
2021 İslam Həmrəyliyi Oyunları
2021-ci il İslam Həmrəyliyi Oyunları — İslam Həmrəyliyi İdman Federasiyasının himayəsi altında 2022-ci il avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində keçirilən tədbirdir. Müsabiqənin ilkin olaraq 2021-ci il avqustun 20-dən 29-dək keçirilməsi planlaşdırılırdı. Daha sonra Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının 2020-ci ilin yayından 2021-ci ilə təxirə salınması ilə əlaqədar idman federasiyalarının və idmançıların gərgin iş qrafikinin qarşısını almaq üçün təxirə salınması qərara alınıb. Daha sonra, COVID-19 pandemiyasının baş verməsi ilə əlaqədar oyunlar yenidən 9-18 avqust 2022-ci il tarixinə təxirə salındı.
Azərbaycan İslam Həmrəyliyi Oyunlarında
Azərbaycan İslam Həmrəyliyi Oyunlarında. Azərbaycan birinci dəfə 2005-cu ildə Məkkəda İslam Həmrəyliyi Oyunlarına qatılb. I İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 4 qızıl, 4 gümüş və 7 bürünc medal qazandı. 2013-cü ildə isə İndoneziyanın Palembanq şəhərində baş tutan II İslam Həmrəyliyi Oyunlarında 6 qızıl, 9 gümüş və 9 bürünc medal qazandı. Azərbaycan İslam Həmrəyliyi Oyunlarında ən yaxşı nəticə 2013-cü ilə təsadüf etdi. Azərbaycan həmin il medal sıralanmasında 8-ci yeri tutdu. == Tarixi == === Məkkə—2005 === Əsas məqalə: Azərbaycan 2005 İslam Həmrəyliyi Oyunlarında Azərbaycan === Təhran—2009 === Azərbaycan === Palembanq—2013 === Əsas məqalə:Azərbaycan 2013 İslam Həmrəyliyi Oyunlarında Azərbaycan növbəti dəfə İslam Həmrəyliyi Oyunlarına 2013-cü ildə qatıldı. Azərbaycan 8 il əvvəl Məkkədə baş tutan oyunlarla müqayisədə bu səfər daha az idmançı ilə qatıldı, 53 idmançı 8 idman növündə. Azərbaycan Palembanqdan vətənə 24 medalla döndü. Ağır atletika idman növündə mübarizə aparan 9 idmançıdan 5-i medal qazandı.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
Dünya Azərbaycanlılarının Həmrəylik Günü — 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü. == Yaranması == Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdir. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar, lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi. Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr ona qara yaxmağa başladılar. Onlar bunu bir qrup ekstremist və cinayətkar ünsürlərin əməli kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışdılar.
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü (ing. International Day of Journalists' Solidarity) — Hər il sentyabrın 8-də dünya üzrə qeyd olunan jurnalistlərin, repartyorların və müxbirlərin beynəlxalq həmrəyliyi günü.Jurnalistlərin Beynəlxalq Həmrəylik Günündə bütün dünyada konfranslar, qurultaylar keçirilir, burada müxtəlif ölkələri təmsil edən jurnalistlər toplanır. Bu bayram toplantılarında təcrübə mübadiləsi ilə yanaşı, bəzən hətta təhlükəli olan zəhmətləri müqabilində mükafatlarla təltif edilirlər. 1958-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV Konqresində bununla bağlı qərar qəbul olunub. == Tarixi == Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabr ayının 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə həsr olunub. BMT tərəfindən təsis edilmiş bayram sadəcə peşə bayramı kimi qeyd olunmur, bu gün bütün jurnalistlər özlərini həmrəy və birlik içində hiss edirlər.
İslam Həmrəyliyi Oyunları 2005
2005 İslam Həmrəyliyi Oyunları və ya I İslam Həmrəyliyi Oyunları — Səudiyyə Ərəbistanının Məkkə şəhərində baş tutmuş olan idman oyunlarıdır. 8-20 aprel tarixləri ​​arasında baş tutmuş olan oyunlarda 6000-ə idmançı iştirak etmişdir. 55 dövlətin iştirakı ilə bu oyunlar baş tutmuşdur. Əbdülməcid bin Əbdüləziz tərəfindən rəsmi açılışı edilib. Oyunlar Kral Əbdüləziz Stadionunda baş tutmuşdur.
İslam Həmrəyliyi Oyunları 2010
İslam Həmrəyliyi Oyunları — 2010-cu ildə keçiriliməsi nəzərdə tutulan idman oyunları. İdman oyunu baş tutmamış, təxirə salınmışdır. II İslam Həmrəyliyi Oyunlarının 2009-cu ilin oktyabrında Tehranda (İran) keçirilməsi planlaşdırılırdı. Lakin 2009-cu ilin mayında məlum oldu ki, Fars körfəzinin adı ilə bağlı mübahisə yarandığından İran onların keçirilməsini 2010-cu ilin aprel ayına qədər təxirə salmağa məcbur olub. Belə ki, oyunlar barədə çap məhsullarında "Fars körfəzi" sözunun işlədilməsindən sonra, Səudiyyə Ərəbistanı və bir sıra digər ərəb ölkələri bu ifadənin istifadəsinə etiraz ediblər. Onlar bunun əvəzinə “Ərəb körfəzi” və ya sadəcə “Körfəz” ifadəsinin işlədilməsini təkid edirdilər. Tərəflər razılığa gəlmədiyi üçün 2010-cu il yanvarın 17-də II İslam Həmrəyliyi Oyunlarının keçirilməyəcəyi açıqlandı.
İslam Həmrəyliyi Oyunları 2013
İslam Həmrəyliyi Oyunları — 2013-cü ildə İndoneziyada keçirilən idman oyunları. == İştirakçı ölkələr == 2013 İslam Həmrəylik Oyunlarında 41 ölkə iştirak etmişdir.
İslam Həmrəyliyi Oyunları 2017