Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnanna
İştar (ərəb. عشتار‎ İştar, fars. ایشتار‎ İstar, ivr. ‏עשתרת‏‎ Aştoret, q.yun. Ἀστάρτῃ Astarta; Anunit, Nana, İnana) Akkad mifalogisında bir tanrıça, ilahə. Şumer mifalogiyasındakı İnannadan törəmişdir.. İnanna Utu/Şamaşın əkiz bacısıdır, Nanna/Sinin qızıdır. Enlilin dünyasında ilk doğan qadındır. Ona verilen ilk adlar Şumercə ikən, ikincilər Akkadlar tərəfindən bu tanrılara verilən adlardır. Assur panteonunun üçüncü baş tanrısı İştar (şumerlərin İnannasıdır) ilahəsi olmuşdur.
Anamaq (Mərənd)
Anamaq (fars. انامق‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,494 nəfər yaşayır (389 ailə).
İnama Qayıdış (1992)
== Məzmun == Kinolentdə son 70 ildə dinin qadağan olunması, bunun nəticələri və bu gün yenidən dirçəlməsi haqqında danışılır. == Film haqqında == Film "Turan" Şirkətinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq Məmmədov, Ramiz Əliyev Ssenari müəllifi: Xamiz Muradov Operator: Azər Salayev, Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov == Sponsor == "Turan" Şirkəti == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 377.
İnama qayıdış (film, 1992)

Moskva göz yaşlarına inanmır (film, 1979)
Moskva göz yaşlarına inanmır (rus. Москва слезам не верит) — rejissor Vladimir Menşovun 1979-cu ildə çəkdiyi sovet bədii filmi. 1980-ci ildə SSRİ-dəki kino izləmə üzrə lider (təxminən 90 milyon tamaşaçı). Premyerası 1979-cu ilin sonlarında Moskva "Zvezdniy" kinoteatrında baş tutdu. 11 fevral 1980-ci ildə film ilk dəfə televiziyada nümayiş olundu. 1981-ci ildə "Ən yaxşı xarici dil filmi"" nominasiyası üzrə Oskar mükafatına və SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
İlandağ
İlandağ — Azərbaycan Respublikası, Culfa rayonunda dağdır. Dağın hündürlüyü 2415 metrdir. Vulkan mənşəlidir. Andezit-dasit süxurlarından təşkil olunmuşdur. Yamacları sıldırımlıdır. Kserofit kolluq və dağ-meşə landşaftı var. Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun qurtaracağında, Əlincə çayının sol sahilində, Kırna kəndindən 6 km şərqdə yerləşir. Bünövrəsinin sahəsi 3 kv.km-ə çatan, nisbi hündürlüyü 1000 m olan, əzəmətli, yamacları sıldırımlı, şimal-qərb istiqamətli oval zirvə şəklində ucalan relyef formasıdır. Orta Eosenin Barton mərtəbəsinə aid Orta Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb qanadında izlənilən Xoşkeşin-Düylün sinklinalının nüvə hissəsində yerləşir.
İlandağ (Kəlbəcər)
İlandağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunu ərazisində dağ. Ağcakənd kəndindən cənubda yerləşir. Hündürlüyü 2467 m. Dağlarda tez-tez görünən ilanlara görə dağlar belə adlandırılmışdır. Oronimlərin ilanlı tayfa adı ilə bağlı olması da istisna deyil.
İlandağ (dəqiqləşdirmə)
İlandağ — Culfa rayonu ərazisində dağ. Hündürlüyü 2412 m. İlandağ yaşayış yeri — İlandağ (Kəlbəcər) — Kəlbəcər rayonu ərazisində dağ. Hündürlüyü 2467 m.
İlandağ kitabəsi
İlandağ (Haçadağ) kitabəsi — Müasir Naxçıvan Muxtar Respublikası ərazisində Urartuların iki mixi yazısı, biri yaşayış yerindən 75 km cənub-şərqdə, İlandağda, digəri Fərhad evi adlanan Orta əsr karvansarasının yaxınlığında tapılmışdır. Fərhad evi kitabəsi tamamilə dağılmışdır. İlandağ kitabəsi adlana kitabə Culfa rayonunun Xoşkeşin kəndi yaxınlığında aşkar edilmiş və mixi kitabənin mətni S.Qaşqay tərəfindən tərcümə edilmişdir. == Məzmunu == İlandağ kitabəsi İşpuini və Menuanın adını xatırlayır, e.ə. 820 və 810-cu illərdə onların hərbi hücumları və qələbələrinndən bəhs edir. Bir metr uzunluğunda kitabənin mətnindən ayıdn olur ki, Işpuini və Menua Arsinie ve Ania torpaqlarını tutmuş, Pluadidə İlahə Haldinin şərəfinə kitabə qoymuş və qurban kəsmişlər. AMEA-nın müxbir üzvü, arxeoloq Vəli Baxşəliyevin fikrinəcə kitabənin təntənəli şəkildə yazılmasına baxmayaraq Urartular heç vaxt bu ərazini işğal etməmişlər. Tədqiqatçı fikrini Naxçıvan ərazisində Urartu qalalarının tikilməsi haqqında heç bir epiqrafik və arxeoloji dəlilin tapılmaması ilə izah etmişdir. Kitabədən aydın olur ki, Urartu çarları İşpuini və onun oğlu Meniua bu ərazilərə yürüşlər təşkil etmişlər. Kitabədə onların zəbt etdikləri ölkələr arasında üç şəhər dövlətinin adı çəkilmişdir – Arsine, Arsikua, Ayanianu.
İlandağ (Haçadağ) kitabəsi

İlandağ yaşayış yeri
İlandağ yaşayış yeri — Culfa rayonunun Gal kəndindən şimal-şərqdə, İlandağın şimal yamacında, sıldırım qayalarla əhatə olunmuş orta əsrlərə aid yaşayış yeridir. Yerli əhali arasında bu abidə "Nəbi qalası" adlandırılır. Abidədə 1991-ci ildə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır. Qalanın ətrafı möhrədən tikilmiş divarlarla əhatə edilmişdir. Mədəni təbəqənin qalınlığı 0,5 m – dən 1 m-ə çatır. Yerüstü materiallar əsasən gil qab qırıqlarından (çəhrayı rəngli küpə, kasa tipli qablar) ibarətdir. İlandağ yaşayış yerinin XI – XVIII əsrlərə aid olması güman edilir.