OYANMAQ

f.
1. Yuxudan ayılmaq, gözlərini açmaq.
Sübh tezdən yuxudan oyanan kimi eşitdim, … rəiyyətin birinin evində qilüqal səsi gəlir. C.Məmmədquluzadə.
Nənə dərin yuxusundan; Xeyli vaxtdır oyanmışdır. M.Dilbazi.

2. məc. Canlanmaq, hərəkətə gəlmək. Kənd oyandı.
– Tikintidə artıq həyat oyanırdı. Ə.Sadıq.

// məc. Cana gəlmək, canlanmaq, dirilmək, inkişafa başlamaq.
Hər şeydə fərəh, sevinc, təravət; Artıq oyanıb gülür təbiət. A.Şaiq.
Bəzi yerlərdə torpaq yenicə oyanır, taxıllar boy atmağa başlayırlar. M.İbrahimov.

3. məc. Gözü açılmaq, qəflət yuxusundan ayılmaq, hərəkətə gəlmək. Məzlum siniflər oyandı.
4. məc. Əmələ gəlmək, doğmaq, törəmək.
Birdən-birə məndə bağçaya baxmaq həvəsi oyandı. M.İbrahimov.
Zeynəbin qəlbində qayğı və mərhəmət hissi oyandı. İ.Şıxlı.

5. məc. Özünü tanımaq, özündə kişilik əlamətləri hiss etməyə başlamaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • OYANMAQ oyanmaq bax ayılmaq 1
  • OYANMAQ ayılmaq
  • OYANMAQ canlanmaq

Etimologiya

  • OYANMAQ Özbək dilində bu sözün yerinə uyğon, uyğok kəlmələri işlədilir, uyxu (yuxu), uyumaq sözləri ilə qohumdur
OYANMA
OYATMA

Digər lüğətlərdə

крио́ника пни́стый позуме́нтщик префикса́льный стабу́ниваться ход кожанка малооснова́тельный недоноси́тель одино́чник сы́скивать цементова́ть иверень руля carfare Dolph gossip outdraw salable кондратий маловажный мензула одарённый перемалывать почти