Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kiçikli
Kiçikli — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd.
Sidiklik
Sidiklik və ya qədim türkcə Qovuq (lat. vesica urinaria; yun. cystis) sidik-ifrazat sisteminə aid üzv. Sidik üçün bir anbar funksiyasl daşıyır və özü də kişik çanaqda, kişilərdə qasıq birləşməsi ilə düz bağırsaq arasında və qadınlarda qasıq birləşməsinin arxasında, uşaqlıq və uşaqlıq yolunun önündə yerləşmişdir. Sidikliyin yuxarı doğru baxan zirvəsi - lat. apex vesicae (vertex vesicae BNA), aşağı tərəfə çevrilmiş dibi - lat. fundus vesicae və ortada cismi - lat. corpus vesicae vardır. Sidikliyin iki ın və dal səthi iki sağ və sol kənarları vardır. Ön səthi qasıq birləşməsinə və dal səthi kişilərdə düz bağırsağa, qadınlarda isə uşaqlıq və uşaqlıq yoluna baxır.
Keçikli
Keçikli – Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan şəhər inzibati ərazi dairəsində kənd.2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Keçikli kəndi Əsgülüm dağının yamacındadır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmiş məmmədkərimli tirəsinə mənsub ailələr və Naxçıvanın Husulu kəndindən çıxmış ailələr tərəfindən dağda kecid yerində salınmışdır. Oykonim kecik (kecid) sözündən və -li mənsubluq şəkilçisindən düzəlmişdır. Bəzi tədqiqatçılar isə kəndin adını mənşəcə oğuz tayfalarından olan keçililərin adı ilə bağlayırlar.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Kiçicik (roman)
Kiçicik - Orxan Kamalın yazdığı və 1960-cı ildə çap olunmuş romanıdır. Müəllif romanı elə həmin ildə yazıb. == Məzmun == Yoxsulluğu və məhrumiyyəti ən yaxşı təsvir edən yazıçılardan biri olan Orxan Kamalın “Camaşırçı qızı” hekayələrində tükənməz arzularına baxmayaraq, ümidlərini tükənməz arzuları ilə yaşatmağa çalışaraq, reallığın amansız soyuqluğundan qorunmağa çalışan insanlardan danışır.