KİŞİLİK

is.
1. Qoçaqlıq, igidlik, mərdlik, mətanət, səbat, qeyrət, hünər.
Hücuma başlarkən Bədəlov taqımına demişdi: – Bax, kişilik vaxtıdır, qırdığınızı qırın, olmadı əsir tutun… Ə.Əbülhəsən.
[Fərhad] döyüşçülərlə olduqca müxtəsər danışdı: – Hər kəsdə azərbaycanlı qanı varsa, bu gecə kişilik göstərməlidir. Ə.Vəliyev.

2. Kişiyə xas olan sifətlər, xüsusiyyətlər.
[Hacı:] Mənim kişiliyim qalmayıb. C.Cabbarlı.
[Hacı Kamyabın] kişiliyini yaxşı anlamaq lazım gələrsə, “arvadlar arasında kişi” sözü haqqında fikrini anlamaq gərəkdir… Qantəmir.

// Kişi heysiyyəti, mənliyi, qeyrəti.
Müqim bəyin kişiliyinə toxunan bu atmacadan o, pul kimi qızardı. S.Rəhimov.

// Kişi cinsi qabiliyyəti.
◊ (Heç) kişilik(dən) deyil – kişi adına yaraşmaz, insana yaraşmaz, layiq deyil.
Qəssab Alı fikirləşdi ki, bu belə danışır, bunun kefinə dəyib Eyvazı əlindən almaq heç kişilikdən deyil. Koroğlu”.
[Əmrah:] Eh, nökərçilik də bir kişilik deyil. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KİŞİLİK kişilik bax 1. mənəmlik 1; 2. igidlik; 3. qeyrət 1
  • KİŞİLİK mərdlik — cəsarət — mətanət — qeyrət
  • KİŞİLİK yetkinlik — bitkinlik

Etimologiya

  • KİŞİLİK Türk dillərində kişi sözü ilə bizdə olduğu kimi erkək mənasında deyil, adam, insan anlamında işlədilib (bəzi dillərdə indi də belədir)
KİŞİLİ-ARVADLI
KİŞİSİZ

Digər lüğətlərdə

догру́зка задо́к орогове́ть подзвя́кнуть семафо́рщик сердцеве́дка силоме́рный хны геше́фт ла́ститься отягчи́ться подпре́ть шпиль acquaintance book amount Hagerstown marry perfector policlinic treatment перехватчик умно чалма чушка шагом