Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Naxışlı dırmanantəlxə
Naxışlı dırmanantəlxə(lat. laphe dione) — Suilanıkimilər fəsiləsinə, Dırmanan təlxələr cinsinə aid növ. == Görünüşü == Uzunluğu 1,5 m, quyruğu isə bir qayda olaraq 17–30 sm olur. Boğaz nahiyəsində pulcuqları yumşaqdır. Boğaz nahiyələri bozumtul və ya sarı olur üzəri isə qırmızı naxışlarla örtülü olur. Üzəri bozultul rəngə çalır. Bəzən qara rəngdə olan nümayəndələri də olur. == Yayılması == Onlara Koreya, Monqolustan, Şimali Çin, Orta Asiya (Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan), Qazaxıstan), Rusiya (Sibir, Başqırdıstan, Orenburq vilayəti və Samara vilayəti), Ukrayna, Şimali İran, Əfqanıstan və Cənubi Qafqaz (Gürcüstan) ərazilərində yayılmışlar. Yarımnöv əmələ gətirmir. == Həyat tərzi == Naxışlı təlxələr bir çox şəraitlərə uyğunlaşa bilmişlər.
Əlvan naxışlı Şahtaxtı küpü
Əlvan naxışlı Şahtaxtı küpü — 1936-cı ildə arxeoloq-etnoqraf Ələsgər Ələkbərov tərəfindən Naxçıvanda, Şahtaxtı nekropolundan tapılmış polixrom rəsmli küp. == Tapılması == 1936-cı ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı tərəfindən Naxçıvan MSSR-a ekspedisiya təşkil edilib. Ekspedisiyanın sayca üçüncü tədqiqat apardığı yer Şərurda yerləşən Şahtaxtı kəndi ətrafı olub. Qəbirlər olan sahənin ərazisində Gavurqalanın şimal şərqində arxeoloqlar 2 sıra plitələrlə ( uzunluğu 1 2 metr eni 1 metr) örtülmüş qəbirə rast gəlirlər. Qəbir plitələrlə örtülü olduğu üçün toxunulmaz qalmışdı. Bundan başqa qəbirin ətrafı 7.7 metr diametrdə daşlarla əhatələnib. Qəbirin qərb hissəsində sol yanı üzərində uzadılmış at skeleti onun üzərində isə 30 gil qab tapılıb. 30 qabdan yalnız biri naxışlı olmaqla rəngli idi. == Təsviri == == Tarixi == Sənətşünas Leonid Bretanitski və Boris Veynmarna görə bu küp eramızdan əvvəl II minilliyin ortalarına aiddir. Digər sənətşünas Vladimir Şleev isə küpü eramızdan əvvəl II minilliyin sonlarına aid edir.
Baxışlı
Baxışlı (Xızı) – Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. ‎Baxışlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Qamışlıq pişiyi
Qamışlıq pişiyi (lat. Felis chaus) — pişiklər fəsiləsinin pişik cinsinin növü. Antropogen təsirlər altında sayı azalan həssas növdür. == Qısa təsviri == Xarici görünüşünə görə vaşaqı xatırladır. Pişikkimilərə daxil olan növlər içərisində ən irisidir. Erkəklərin bədəninin uzunluğu 66 - 96 sm, dişilərin bədəninin uzunluğu 59 - 84 sm, quyruğunun uzunluğu 30 sm-ə, çəkisi 16 kq-a qədərdir. Bədəni nisbətən qısa, ayaqları uzun, qulaqlarında kiçik tükcüklər vardır. Xəzinin rəngi birrəngli kürəntəhər-qonurtəhər-boz, ayaqlarında, quyruğunda və sinəsində köndələn tünd zolaqlar var. Quyruğunun uc hissəsi qara rənglidir. Gözünün qüzehli qişası yaşımtıl-sarı rənglidir.
Qamışlıq toyuğu
Qamışlıq vələmirquşu
Qamışlıq vələmirquşu (lat. Emberiza schoeniclus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Azərbaycanda Xəzər yarımnövü yuvalayır. Qış vaxtında isə ona daha 6 yarımnöv qoşulur. Onlardan bəzisi qışlayır, bəzisi isə yalnız uçub keçir. Qamışlıq vələmirquşunun erkəyinin başı və boğazı qara, qanadları və quyruğu qonurdur. Beli kürənimtil-boz, qonur alalıdır. Dişinin və cavanların başı bozumtuldur. Cüt-cüt və sürü ilə gəzir. Növün arealı Avropa və Asiya, qışda isə arealın cənubudur.
Yaxınlıq sensoru
Yaxınlıq sensoru (ing. Proximity sensor) obyektə toxunmadan onun yaxınlaşmağını, mövcudluğunu hiss edən həssas qurğudur. Bir çox istehsal proseslərində istifadə edilir. == Növləri == 3 tipi var: induktiv, maqnetik və tutum. İnduktiv yaxınlıq sensorları - ucunda dolaq yerləşdirilmiş sensolardır. Bu dolaq yüksək tezlikli maqnit sahəsi yaradır. Metal cisim bu maqnit sahəsinə yaxınlaşdıqda metalda induksiya olunan cərəyan sensorda rəqslərin dayanması və ya azalması ilə nəticələnir və termal itkiyə səbəb olur. Bu dəyişiklik həssas dövrə vasitəsilə müəyyən olunur, çıxış dövrəsini aktivləşdirir. Tutum yaxınlıq sensorları - cisim və sensor arasındakı elektrostatik tutumun dəyişməsini müəyyən edir. Sensorun hiss etmə sahəsinə cisim yaxınlaşdıqda dielektrik xassəsi göstərir və beləliklə, tutum dəyişir.
Çıxışlıq hal
İsmin Çıxışlıq Halı: İsmin çıxışlıq halı hərəkətin çıxış, yəni başlanğıc nöqtəsini bildirir. Çıxışlıq hal -dan2 şəkilçisi ilə əmələ gəlir. Kimdən? Nədən? Haradan? suallarından birinə cavab verir. Çıxışlıq halda olan sözlər həm təsirli, həm də təsirsiz fellərlə əlaqəyə girir. Bu halda olan sözlər ismi xəbərlə də əlaqəyə girir. Məsələn : Bizə idarədən məktub var. Çıxışlıq hal mənaca yönlük halın əksini bildirir.
Emosional yaxınlıq
Emosional yaxınlıq — şəxsiyyətlərarası münasibətlərin bir aspekti. Başqa bir insana yaxın hiss etməyi, şəxsi hisslərini açıq şəkildə bölüşməyi və digər insanın bir şəxsiyyət kimi dəyərini dərk etməyi əhatə edir. Emosional yaxınlıq şifahi və şifahi olmayan ünsiyyətdə ifadə edilə bilər. Rahatlıq dərəcəsi, effektivlik və yaxınlığın qarşılıqlı təcrübəsi insanlar arasında emosional yaxınlığı göstərə bilər. İntim ünsiyyət həm ifadə edilə bilər (məsələn, söhbət), həm də nəzərdə tutulan ola bilər (məsələn, parkda skamyada bir-birinin yanında oturan dostlar). Emosional yaxınlıq ilk növbədə yaxınlığın dərəcəsindən, eləcə də münasibətlərin xarakterindən və onun müşahidə olunduğu mədəniyyətdən asılıdır. Emosional yaxınlıq seksual yaxınlıqdan onunla fərqlənir ki, seksual yaxınlıq emosional yaxınlıq ilə və ya emosional yaxınlıq olmadan baş verə bilər. Seksual yaxınlıq emosional yaxınlıqdan onunla fərqlənir ki, ikincisi çox vaxt heç bir seksual kontekst tələb etmir. Duygusal yaxınlıq, iki insan arasında güvən və ünsiyyət səviyyəsinin bir-birinin ən dərin mənliklərini qarşılıqlı şəkildə paylaşmasını təşviq edəcək səviyyədə olduğu zaman baş verən psixoloji hadisədir. İştirakçıların keçmişindən və konvensiyalarından asılı olaraq, emosional yaxınlıq anlaşmaya nail olmaq, qarşılıqlı dəstək təklif etmək və ya icma hissi yaratmaq üçün düşüncələrin, hisslərin və emosiyaların açıqlanmasını əhatə edə bilər.
Allahverdi Baxışlı
Baxışlı (Germi)
Baxışlı (fars. باغشلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 234 nəfər yaşayır (40 ailə).
Baxışlı (Xızı)
Baxışlı — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Baxışlı kəndi Xızı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Baxışlı kənd Soveti yaradılmışdır. == Toponimikası == Kənd müxtəlif illərdə Baxşalı (1933), Baxşılı (1961) variantlarında da qeydə alınmışdır. Baxışlı toponimi etnotoponimdir. Kəndin əvvəlki adı Baxışlı qazmaları olmuşdur. XIX əsrin əvvəllərində Ataçay sahilindəki Zarat kəndinə məxsus qışlaqda həmin kənddən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Deyilənlərə görə, kəndin əsasını baxışlı nəsli qoymuşdur. == Tarixi == Bu kənd ötən əsr ərzındə 3 dəfə yerinin dəyişməsinə məruz qalmışdır. İlk olaraq Baxşılı Tıxlıdan Beşbarmaq (Baş Bərmək) istiqamətində gedən yolun üstündə səfalı bır yerdə yerləşmiş, ətrafinda Zərgərli, Findığan (köhnə, bu kəndin də yeri dəyişmişdir) Gücöyrə kəndlərı olmuşdur. Zəlzələdən sonra baş vermiş sürüşmədən sonra əhali kəndin indiki yeri ilə üzbəüz, Ataçayın o biri sahilində məskunlaşmışdır.
Canlı Naxışlar (1987)
Nağılvari Naxışlar (1972)
== Məzmun == Film Azərbaycan ornamentlərinin yaranması haqqındadır.
Canlı naxışlar (film, 1987)
Nağılvari naxışlar (film, 1972)
== Məzmun == Film Azərbaycan ornamentlərinin yaranması haqqındadır.
Sehrli naxışlar (film, 1984)
== Məzmun == Film haqq-ədalətin gec də olsa öz yerini tapması haqqındadır. == Film haqqında == Applikasiya filmidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ağanağı Axundov Ssenari müəllifi: Vidadi Paşayev Quruluşçu rəssam: Rasim Babayev Operator: Ramiz Ağayev Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Vladimir Savin Cizgi rəssamı: Vaqif Məmmədov, Arifə Hatəmi Fon rəssamı: Hüseyn Cavid İsmayılov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.