Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oyuqlu dağı
Oyuqludağ (Ordubad)
Orucluq
Oruc – Allaha xatir və onun müqəddəs dərgahında savaba nail olmaq üçün müəyyən müddət daxilində yemək və içməkdən imtina etmə. == Etimologiya == "Oruc" sözü "namaz" sözü kimi fars dilindən alınmış روجك rôcik sözünün Türk dilində söylənişidir. Quranda صوم savm və صيام sıyam olaraq göstərilib. == İslam dini == Ramazan ayının orucu hər bir həddi-büluğa çatmış, müsafir və xəstə olmayan müsəlmana vacibdir. Ramazan ayının orucunu tutan müsəlman aşağıdakılara riayət etməlidir: Sübh azanından şam azanına qədər yeyib-içməkdən, cinsi əlaqədən, və buna bənzər işlərdən (onanizm) çəkinməlidir. Başını tam olaraq suya salmamalıdır. Müsafir, yaxud xəstə olan, oruc tuta bilməyən kəslər 1 fəqiri yeməklə doyuzdurmalı, yaxud 1 fəqirə 1 müdd təam (750 q yeməli şeylər, buğda, arpa, düyü, xurma və s.) verməli, Ramazan ayı qurtardıqdan sonra isə münasib günlərdə orucun qəzasını tutmalıdır. Ramazan ayının orucunu tutan kəs bilərəkdək orucunu pozsa, ay qurtarandan sonra boynuna orucun bir gün qəzası ilə bərabər onun kəffarəsi də gəlir. Kəffarə ya bir qul azad etmək, ya 60 gün oruc tutmaq, belə ki onun 30 günü ardıcıl olmalıdır, ya 60 fəqiri doyuzdurmaq, yaxud onların hər birinə 1 müdd təam verməkdən ibarətdir. === Müstəhəb oruc === Müstəhəb oruc tutulduqda isə əgər, məsələn, bir mömin qardaşın səni yeməyə dəvət edirsə, orucunu aça bilərsən və bu halda orucun savabı da sənə yazılır.
Oğurluq
Kleptomaniya və ya Oğurluq xəstəliyi — ehtiyacı olmadığı halda balaca, dəyərsiz əşyaları oğurlamaq istəyinə qarşı qoya bilməmək.​ Bir impuls kontrol pozuntusudur. Şəxsin əslində o malı satın ala biləcək maddi imkana sahib olduğu, ancaq buna baxmayaraq bu davranışı reallaşdırdığı müşahidə edilmişdir. Bu davranış daha əvvəldən düşünülməmiş və planlaşdırılmamış olub, birdən həyata keçirilir. Davranış birindən intiqam alma məqsədiylə edilmir. Fərd bu davranışın səhv və əlverişsiz olduğunun fərqindədir. Kleptomaniklər bu davranışı reallaşdırmaq üçün başqalarından kömək istəmirlər. Tarixdə Fransa kralı IV Henrix və Sardiniya kralı Viktorun bu xüsusiyyətlərə sahib olduğu bilinməkdədir. Narahatlığın uşaqlıq yaşlarında başladığı müşahidə edilir. Fərd bu davranışı reallaşdırmadan əvvəl sıx bir gərginlik hissi keçirir. Bu davranışdan dərhal sonra xoşbəxtlik, rahatlama və böyüklük hissi yaşayır.
Uyuqlu
Uyuqlu — Qubadlı rayonu ərazisində dağ. Azərbaycanla Ermənistan sərhədindədir. Əsli Oyuqludur. Yerli əhali arasında Oyuğun dağı adı ilə tanınır. Oyuq sözü burada “sərhəd nişanı” mənasındadır. XIX əsrdə bu dağda Ermənistanın Gorus rayonundakı Şumux və Azərbaycanın Qubadlı rayonundakı Seytas kəndlərinin sərhədini bildirmək üçün kömür basdırıldığına görə belə adlandırılmışdır.
Oğurluq (cinayət)
Oğurluq, yazılı qanunlar və ya sosial legitimlik səviyyəsində özünə aid olmayan daşınar bir əmlakı ələ keçirmək, ondan istifadə etmək, obyektdən fayda əldə etməkdir. Bütün dinlərin qadağan etdiyi bir hadisədir. İqtisadi dəyəri olan hər hansı bir enerji də daşına bilən sayılır və oğurluğa məruz qala bilər. Danışıq dilində dələduzluqla eyni şəkildə istifadə olunmasına baxmayaraq, saxtakarlıq və oğurluq cinayət qanunlarında ayrıca tənzimlənən cinayətlərdir. Aralarındakı ən vacib fərq, oğurluqda sahibinin özünün razılığı olmadan malın sahibindən götürülməsi, saxtakarlıqda isə mal sahibinin əli ilə və yaxud onun razılığı ilə malını itirməsidir. == Oğurluq == Oğurluq, yazılı qanun və ya sosial legitimlik səviyyəsində mülkiyyəti özünə aid olmayan bir obyektdən istifadə, ondan mənfəət əldə etməkdir. Bundan əlavə, iqtisadi dəyəri olan hər cür enerji də daşına bilən əmlak sayılır və oğurluğa məruz qala bilər. Çoxları tərəfindən fırıldaqçılıqla eyni mənada istifadə olunsa da, oğurluq həm meydana gəlməsi, həm də təsirləri ilə saxtakarlıqdan fərqləndirilməlidir. Hakimin müdaxiləsi ümumiyyətlə qəribə və ya qeyri-adi bir xarakter göstərən oğurluq hadisələri ilə məhdudlaşmalıdır; məsələn, uşaqların cinayətlərdə istifadə edilməsi və ya müəyyən formalara bürünən (məsələn, dükan oğurluğu, qadın keçidlərindən paltar oğurlamaq) və ya bəzi əşyaların bir neçə dəfə oğurlanması halları. Təcavüzkarlıq, ehtiras, qısqanclıq və pis niyyət oğurluqda müntəzəm surətdə müşahidə olunan ümumi emosional əsaslardır.
İtalyansayağı oğurluq (dəqiqləşdirmə)
İtalyansayağı oğurluq (film, 1969) — 1969-cu ildə çəkilmiş kriminal filmi. İtalyansayağı oğurluq (film, 2003) — 2003-cü ildə çəkilmiş döyüş-macəra filmi. İtalyansayağı oğurluq (videooyun, 2001) — Rockstar Games tərəfindən buraxılan İtalyansayağı oğurluğun ilk oyunu.
İtalyansayağı oğurluq (film, 1969)
İtalyansayağı oğurluq (orijinal adı: ing. The Italian Job) — 1969-cu ildə çəkilmiş kriminal film. Film qisas almaq üçün böyük bir soyğun planlaşdıran və Mini Kuperlərdən istifadə edərək qaçmağa çalışan oğrulardan bəhs edir və klassik filmlər arasındadır. Rejissoru Piter Kollinson olan film, Maykl Dilinin prodüserliyi ilə Troy Kennedi Martin tərəfindən süjet xətti yazılmış və baş rolda Maykl Keyn çəkilmişdir. Filmin yeni remeyki 2003-cü ildə çəkilmiş olan İtalyansayağı oğurluq filmidir. Mark Uolberq yeni remeyk filmində Keyn rolunu oynamışdır.
İtalyansayağı oğurluq (film, 2003)
İtalyansayağı oğurluq (orijinal adı: ing. The Italian Job) ― 2003-cü ildə çəkilmiş döyüş-macəra film. Filmin rejissoru F. Qari Qreydir. 1969-cu ildə Peter Collinsonun rejissoru olduğu və baş rolda Maykl Keynin çəkildiyi eyniadlı filmin remeyki olan filmdə Mark Uolberq, Şarliz Teron, Ceyson Statham və Edvard Norton baş rollarda çəkilib. == Süjet xətti == İtaliyanın Venesiya şəhərində aparıcı oğru ləqəbli Con Bridger (Donald Sazerlend) qızını axtarır. O, qızı Stellaya (Şarliz Teron) deyir ki, bu, onun son işidir. Con Bridger oğrudur və bu son oğurluq ilə bu işə son qoymaq fikrindədir. Seyf üzrə mütəxəssis olan Stella oğurluqdan uzaqdır, amma atasını çox sevir, buna baxmayaraq qeyri-qanuni işlərdən uzaqdır. Bir müddət sonra Con Bridger başqa bir köhnə dostu, Çarli Kroker (Mark Whalberg) adlı peşəkar oğru ilə görüşür. Çarli və Con çox köhnə dostdurlar və peşəkar oğrulardırlar.
İtalyansayağı oğurluq (video oyun, 2001)
İtalyansayağı oğurluq — Rockstar Games tərəfindən buraxılan İtalyansayağı oğurluğun ilk oyunudur. 2001-ci ildə Sony PlayStation üçün buraxılan oyun 2002-ci ildə Windows platforması üçün uyğunlaşdırılıb.
İtalyansayağı oğurluq (video oyun, 2003)
İtalyansayağı oğurluq — 1 oktyabr 2002-ci ildə PlayStation 2, Xbox, GameCube və Mobile platformaları üçün bazara çıxarıldığı elan edilmişdir. PlayStation 2 və Xbox üçün 3 yanvar 2003-cü ildə, Mobile üçün 20 fevral 2003-cü ildə və GameCube üçün 29 aprel 2003-cü ildə buraxılmışdır.
Qara Yuluq Osman Bəy
Qara Yuluq Osman Bəy (türk. Kara Yülük Osman Bey; təq. 1350 – 1435, Ərzurum) — Ağqoyunlu tayfa birliyinin qurucusu. == Həyatı == Qara Yuluq Osman bəyin atası Fəxrəddin Qutlu bəy anası isə Dəspinə Xatundur. Onun doğum ili və harada doğulması barədə dəqiq məlumat yoxdur. Lakin vəfat edərkən 80 yaşında olduğunu nəzərə alsaq 1350-1355-ci illərdə dünyaya gəldiyi ehtimal edilir. Osman bəyin əcdadları XIII əsrdən Azərbaycandan Anadoluya köç edərək Ərzincan və Bayburt ətrafında məskunlaşıblar.Babası Turəli bəy 3 dəfə Trabzon-Rum imperatorluğuna hücum etmiş və imperatorun qızını oğlu Qutlu bəy ilə evləndirmişdir. Osman bəy məhz bu evlilikdən dünyaya gəlmişdir. == Hakimiyyətdən öncə == Qara Yuluq Osman bəy hərb səhnəsinə ilk dəfə 1385-ci ildə qaraqoyunlularla döyüş zamanı çıxmışdır. Bu hadisə ilə hərbi bacarıqlarını göstərmiş və sonrakı şəxsi fəaliyyətləri üçün böyük nüfuz qazanmışdı.
Dəspinə xatun (Qara Yuluq Osman)
Despina xatun (yun. Δέσποινα)— Ağqoyunlu xatunu, Trabzon şahzadəsi. Əsl adı bilinmir. Mənbələrdə Despina kimi qeyd olunur. Yunan dilində Despina xatun və ya kraliça mənasına gəlir. == Həyatı == Haqqında çox məlumat yoxdur. Trabzon imperatoru III Aleksiosun və Teodora Kantakuzenin qızıdır. Qara Yuluq Osman bəylə evlənmişdir.
Oyuqdağ
Oyuqdağ — Qobustanın cənub-şərqində dağ. Hündürlüyü 292 m. Oyuqdağ — Quba rayonu ərazisində dağ. Hündürlüyü 2640 m.
Oyuqludağ
Oyuqludağ (Ordubad)
Oyuqludağ (Kəlbəcər)
Oyuqludağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Tutqun və Xaçın çaylarının suayrıcısıdır. Hündürlüyü 2316 metrdir. Dağda təbii oyuqlar-mağaralar olduğu üçün belə adlandırılmışdır.
Oyuqludağ (Ordubad)
Oyuqludağ — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Düylünçayı ilə Gilançayın suayrıcında, Düylün kəndindən 3 km şimal-qərbdədir. Hündürlüyü 1182 m-dir. Konusvarı formadadır. Ordubad rayonu ərazisində dağ (hünd. 1182,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun qurtaracağında zirvə. Baş Dizə kəndindən 3,2 km cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının tağ hissəsində yerfləşir.
Yuğlu-yuy
Yuyçzülyü Muqulyü (çin 郁久閭木骨閭, pinyin Yùjiǔlǘ Mùgǔlǘ; III əsr – IV əsr) — Jujan hökmdarı. == Həyatı == Əvvəllər qul olan Yuyçzülyü Muqulyüyə adını Sienbilər vermişdi. Mənası "taxta sümük Lü" idi. Çox güman əsl adı Lü olmuşdur. O qaçaraq özü kimi qulları toplayaraq dağlarda yaşamağa başladı.
Firuz şah Tuğluq
Firuz şah Tuğluq (1309 – 20 sentyabr 1388 və ya 1388, Caunpur) — 1351-1388-ci illər arasında Dehli sultanlığını idarə edən Tuğluqoğulları sülaləsindən hökmdar. == Həyatı == Tuğluqoğulları sülaləsinin qurucusu Qiyasəddin Tuğluqun qardaşı oğlu, Sipəhsalar Məlik Rəcəbin oğluydu. Məhəmməd bin Tuğluqun hakimiyyəti dönəmində (1325-1351) önəmli dövlət vəzifələrini daşıdı və onun ölümümdən sonra Tattada taxta çıxtı (23 aprel 1351-ci il). Bu sırada kiçik bir uşağı, Məhəmməd bin Tuğluqun oğlu olduğunu irəli sürərək hökmdar elan edən Cahan Əhməd Ayvazı uzaqlaşdırmaq üçün Dehliyə girdi. 1353-cü ildə də Benqalda müstəqilliyini elan edən İlyas Hacıya qarşı bir səfər təşkil etdi, amma nəticə almadı. 1358-ci ildə yenə nəticəsiz bir Benqal səfəri daha apararaq Dehliyə döndü. Dönüşündə Cacnagar (bu gün Orissa) racəsini vergiyə bağladı. 1360-cı ildə Nagarkot qalasını mühasirəyə aldı, amma altı ay sürən mühasirə sonunda qalanı ala bilmədi. Əsgəri sayına görə ən önəmli səfərini Sind hökmdarı Cem Babiniyaya qarşı apardı və uzun sürən çarpışmalardan sonra onu məğlubiyyətə uğratdı (1372). Əsgəri sayına görə bacarıqsız bir hökmdar olan Firuz şah, Dehli sultanlığının siyasi gücünü qoruya bilmədi.
Tuğluq Teymur xan
Tuğluq Teymur xan (1329, İli çayı – 1363, Moğolustan) — Moğolustan və Mavəraünnəhrin 1-ci xanı. == Həyatı == Tuğluq Teymur xan ibn Əmil xoca bin Duva xan bin Barak xan bin Yusun-Duva bin Mutugen bin Cığatay xan bin Çingiz xan. Bu zamanlar monqol xanı Tuğluq Teymur Mavəraünnəhr üzərinə hücum edib bu varlı ölkəni ələ keçirmişdi. O, 25 yaşlı Teymuru Keş vilayətinə hakim təyin etdi. Teymur Qaşqadərya vadisini idarə edir. Teymur və Tuğluq Teymur arasında ziddiyyət başlayır. Teymur onun yanından qaçır, Sistanda baş verən döyüşdə yaralanaraq, ömürlük şikəst qalır. Bundan sonra onu Teymurləng, Avropada isə Tamerlan adlandırdılar. Teymur və qayını Əmir Hüseynin ordusu 1365-ci ildə Tuğluq Teymur tərəfindən məğlub edildi. Tuğluq Səmərqənd üzərinə yeridi.