SOYUQLUQ

is.
1. Soyuq şeyin halı, hərarət olmaması, hərarətsizlik; soyuq. Havanın soyuqluğu. Suyun soyuqluğu. Küləyin soyuqluğu.
– Havanın artar istisi; Daha soyuqluq az olar. A.Səhhət.
Payızın rütubətli havaları başlanmış olduğundan soyuqluq hiss olunurdu. T.Ş.Simurq.
Payızdır… havada soyuqluq da var; Onunçun yarpağı tökür indi o. N.Xəzri.

2. məc. Əvvəlki məhəbbətin, hörmətin, yaxınlığın olmadığı hal, soyuq münasibət; sərinlik. Aralarında soyuqluq var.
– Bu səfər uşaqlar müəllimləri tərəfindən soyuqluq gördülər. Çəmənzəminli.
[Murad Nigarın] rəftar və hərəkətlərində özünə qarşı bir soyuqluq hiss etdi. S.Hüseyn.

□ Soyuqluq göstərmək – soyuq münasibət göstərmək, soyuq qarşılamaq.
3. məc. Başısoyuqluq, səhlənkarlıq.
□ Soyuqluq eləmək – öz işinə soyuq baxmaq, səhlənkarlıq, diqqətsizlik eləmək, fikir verməmək, laqeydlik göstərmək.
[Qaragözov:] Soyuqluq eləməyin, müalicəni yarımçıq qoymayın! Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SOYUQLUQ laqeydlik — başısoyuqluq — səhlənkarlıq
  • SOYUQLUQ sızaqlıq — şaxtalıq — sərinlik

Antonimlər (əks mənalı sözlər)

  • SOYUQLUQ SOYUQLUQ – İSTİLİK ...Qarşıdakı hücuma soyuqluq göstərdi. Hər doğma baxışda bir istilik var (H.Hüseynzadə)
SOYUQLAŞMAQ
SOYULMA

Digər lüğətlərdə

моля́рность отрёпывать покипе́ть семяно́жка согласо́вывать бурли́ть класть в основу подко́вка сознава́ться стартова́ть трёпка шишкова́тый катара air-controlled caustic potash diploid Land Army nifty Rh-positive soppy task force zincous бросить депозит эрудированный