Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qamışlı
AzərbaycandaQamışlı (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Qamışlı (göl) — Kəlbəcər rayonunun Ağdaban kəndi yaxınlığında göl. 1400 m. yüksəklikdə yerləşir.
Qamışlı (Başkeçid)
Qamışlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Ququti kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 40 km cənub-şərqdə, Başkeçid yaylasında yerləşir. Kənd Ermənistanla sərhəd xəttinin 2 kilomertliyindədir. Qonşu kəndləri Səfərli, Qora, Lökcandar və Muğanlı kəndləridir. == Tarixi == 1536-cı ilə aid məxəzlərdə Borçalı bölgəsində Qamışkənd adlı yaşayış məntəqəsi qeyd olunmuşdur. Toponim qızılbaşların Komuşlu tirəsi ilə əlaqədar ola bilər. == Əhalisi == Kənddə 1728-cı ildə 16 ailə, 1870-ci ildə 30 ailədə 508 nəfər, 1926-cı ildə 72 ailədə 509 nəfər azərbaycanlı yaşayırdı.17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 355 nəfər (177 nəfəri kişilər, 178 nəfəri qadınlar) əhalinin 99 %-i etnik azərbaycanlılardan ibarətdir.1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 412 nəfər əhali yaşayır. == Təhsil == Kənddə ilk dünyəvi məktəb 1921-ci ildə yaradılıb. Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir.
Qamışlı (Bicar)
Qamışlı (fars. قمشلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (25 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Qamışlı (Borçalı)
Qamışlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Ququti kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 40 km cənub-şərqdə, Başkeçid yaylasında yerləşir. Kənd Ermənistanla sərhəd xəttinin 2 kilomertliyindədir. Qonşu kəndləri Səfərli, Qora, Lökcandar və Muğanlı kəndləridir. == Tarixi == 1536-cı ilə aid məxəzlərdə Borçalı bölgəsində Qamışkənd adlı yaşayış məntəqəsi qeyd olunmuşdur. Toponim qızılbaşların Komuşlu tirəsi ilə əlaqədar ola bilər. == Əhalisi == Kənddə 1728-cı ildə 16 ailə, 1870-ci ildə 30 ailədə 508 nəfər, 1926-cı ildə 72 ailədə 509 nəfər azərbaycanlı yaşayırdı.17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 355 nəfər (177 nəfəri kişilər, 178 nəfəri qadınlar) əhalinin 99 %-i etnik azərbaycanlılardan ibarətdir.1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 412 nəfər əhali yaşayır. == Təhsil == Kənddə ilk dünyəvi məktəb 1921-ci ildə yaradılıb. Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir.
Qamışlı (Hurand)
Qamışlı (fars. قميشلو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd.
Qamışlı (Kəlbəcər)
Qamışlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qamışlı kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Kənd Qamışlı çayının sahilində, Dağətəyi ərazidədir. Yerli məlumata görə, keçmişdə Qaryagin qəzasinın (indiki Füzuli rayonu) Mərcanli kəndindən Qazixan adlı bir şəxsin burada binəsi olmuşdur. Sonralar onun övladları həmin yerdə daimi məskən salmışlar. Kənddəki nəsillərdən biri indi də qazixanli adlanır. Qamişlı kəndi Qamişlı çayının adi ilə adlanmışdır.Kənd yerləşdiyi ərazinin üst (yuxarı) hissəsində, ətrafında qamış bitən balaca bir göl var. Ona görə də kənd Qamışlı adlanır. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 22 evdə 183 şiə kürd yaşayırdı. == Qamışlı çayı == Kəlbəcər rayonu ərazisində çay.
Qamışlı (Qoşaçay)
Qamışlı (fars. قميش لو‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (18 ailə).
Qamışlı (Socasrud)
Qamışlı (fars. قمشلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (12 ailə).
Qamışlı (Suriya)
Əl–Qamışlı (ərəb. القامشلي‎) — Suriyada şəhər, Əl-Hasəkə mühafazəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 184.231 nəfərdir.
Qamışlı (Sərdarabad)
Qamışlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == 1590-cı ilə aid mənbədə Rəvan əyalətinin Sürməli nahiyəsində Qamışlı kəndi qeyd olunur. 1918-ci ildə kənddən əhali qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Tsartonk adlandırılmışdır. 1728-ci ilə aid mə'lumatda Kamişli kimidir . Həmin mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Kamişlu kəndinin də adı çəkilir . Rayon mərkəzindən 15 km məsafədə, Böyük Qarasu çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində işlənən qamış bitki adına -lı şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Fitotoponimdir.
Qamışlı (Urmiya)
Qamışlı (fars. قمشلو‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 172 nəfər yaşayır (34 ailə).
Qamışlı (Xudabəndə)
Qamışlı (fars. قمشلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 133 nəfər yaşayır (33 ailə).
Qamışlı (göl)
Qamışlı — Kəlbəcər rayonunun Ağdaban kəndi yaxınlığında göl. 1400 m. yüksəklikdə yerləşir. Şirin sulu, axarlı kiçik göldür. Mal-qara suvarmaq üçün istifadə edilir. Adını ətrafındakı qamışlıqdan almışdır.
Qamışlı (Çaroymaq)
Qamışlı (fars. قمشلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 85 nəfər yaşayır (22 ailə).
Xaqani Qayıblı
Qayıblı Xaqani İsmayıl oğlu (1 mart 1964, Zemo Ləmbəli, Kaxetiya) — şair, tərcüməçi, publisist, ictimai xadim, professor, Estoniya prezidentinin şəxsi tərcüməçisi, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, sədr müavini, 2016-cı ildən katibi, Estoniya-Azərbaycan cəmiyyətinin sədri, Tartu Universiteti Türk Dili Mərkəzi müdiri, fəxri Estoniya vətəndaşlığı alan ilk türk, Fin-Uqor dilləri üzrə ilk azərbaycanlı alim. == Həyatı == Xaqani Qayıblı (1991-ci ilə qədər Xaqani Qayıbov, Türk Dünyasında isə Hakani Gayıblı və Hakan Kayısoy kimi də tanınır) 1 mart 1964-ci ildə Gürcüstanda, Aran Borçalıda - Qaraçöp mahalının Ləmbəli kəndində anadan olub. Şəcərəsi Qazax rayonunun Salahlı kəndindən, məşhur Qayıbovlar nəslindəndir. Səkkizillik məktəbi doğma elində, orta ixtisas məktəbini Azərbaycanın Qazax rayonunda fərqlənmə ilə bitirib. 1989-cu ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna, həmin ilin sonunda Azərbaycan Təhsil Nazirliyinin xətti ilə Yazıçılar Birliyi nəzdindəki Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Estoniyaya, Tartu Universitetinə göndərilib. Eyni müddətdə həm filologiya, həm də jurnalistika fakültələrində təhsil alaraq, Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlı tələbədir. 2004-cü ildə ekstern yolu ilə Ankara Universitetini bitirib. 1987-ci ildən Azərbaycan, Türkiyə, Gürcüstan və Estoniya mətbuatında vaxtaşırı şeir və publisistik yazıları ilə çıxış edir. 1997-ci ildən Estoniya prezidentinin şəxsi tərcüməçisidir. 1998-ci ildən Tartu Universiteti Türk Dili Mərkəzi müdiridir.
Qamışlı (Duzluca)
Qamışlı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1901-ci ildən eyni addadır.
Qızılca Qamışlı (Çaroymaq)
Qızılca Qamışlı (fars. قزلجه قمشلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 123 nəfər yaşayır (24 ailə).
Əl-Qamışlı (Suriya)
Əl–Qamışlı (ərəb. القامشلي‎) — Suriyada şəhər, Əl-Hasəkə mühafazəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 184.231 nəfərdir.
Baxışlı
Baxışlı (Xızı) – Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. ‎Baxışlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Camışlı
Camışlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Rayondakı Böyük Camışlı və Kiçik Camışlı kəndlərinin birləşdirilməsi əsasında yaradılmıışdır. Alagöz (Araqadz) rayonu təşkil edilənədək, yəni 15 mart 1972-ci ilə kimi Abaran rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur. Toponim camışlı türk tayfa adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Marışlı
Marışlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə "Mirtağı" məscidi dini icması fəaliyyət göstərir.
Qabıllı
Qabıllı (əvvəlki adı: Qarabullu) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq kənd inzibati ərazi dairəsi tərkibindəki Qarabullu kəndi Qabıllı kəndi adlandırılmışdır.Ərazisində poliqorskit gil yatağı var. == Tarixi == Qabıllı etnogenezi kitabına əsasən, kəndin təməli təqribən 1792-ci ildə qoyulub. Qabıllı kəndi 13 tayfanı özündə birləşdirir: 1. Eyvazalı tayfası 2. Qaraqoyunlu tayfası 3. Qurbanovlar 4. İbrahimovlar 5. Heydər uşağı 6.Əlimərdan 7. Alıverdi tayfası 8.
Qamışlu
Qamışlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == 1590-cı ilə aid mənbədə Rəvan əyalətinin Sürməli nahiyəsində Qamışlı kəndi qeyd olunur. 1918-ci ildə kənddən əhali qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Tsartonk adlandırılmışdır. 1728-ci ilə aid mə'lumatda Kamişli kimidir . Həmin mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Kamişlu kəndinin də adı çəkilir . Rayon mərkəzindən 15 km məsafədə, Böyük Qarasu çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində işlənən qamış bitki adına -lı şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Fitotoponimdir.
Qasımlı
== Kəndlər == === Azərbaycanda === Qasımlı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qasımlı (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Qasımlı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. === Gürcüstanda === Qasımlı (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Qaybalı
Qaybalı — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Qeybalı kəndi Xəlfəli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qeybalı kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Kənd keçmişdə Qeybalıkənd adlanmışdır. Bu ad qismən təhrifə ugramışdır. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycanın Xoy mahalındakı Qeybəyli (Qayıbaylı) kəndindən koçüb gələnlər salmışlar. Bəzi tədqiqatçılar bu toponimi Qeybalı şəxs adi ilə əlaqələndirirlər. == Tarixi == Qaybalı kəndi Əzət bəyim Cavanşirə məxsus olub. == Coğrafiyası və iqlimi == Kənd Xəlfəliçayın (Qarqarçay hövzəsi) sahilində, Qarabağ silsiləsinin yamacında yerləşir.
Qılışlı
Qılınclı (Laçın)
Qıyıqlı
Qıyıqlı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Dəstəfur kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Toponim, çox güman ki, Səlcuq oğuzlarının kıyıq tayfasının adından və mənsubiyyət bildirən "-lı" şəkilçisindən ibarət olub, "kıyık tayfasından olanlar" mənasını bildirir. == Tarixi == Yerli əhalinin məlumatına görə, kənd rayonun Muşavaq kəndindən köçüb gəlmiş Qıyıq Alının nəslinin məskunlaşması nəticəsində yaranmışdır. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Qıyıqlı kənd kitabxana filialı, Qıyıqlı kənd Mədəniyyət Evi fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Qıyıqlı kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Qıyıqlı kənd tibb məntəqəsi yerləşir.
Talışlı
Talışlı — Azərbaycan Respublikasının Lənkəran rayonundan 10 km şimal-qərbdə Haftoni qəsəbə inzibati ərazi vahidində yerləşən kənd. == Tarixi == Haftoni və həmçinin XX əsrin ortalarından yaşayış məntəqələrinə çevrilmiş digər qonşu ərazilər (Ləj, Haftoni, İstisu (Qamo)) Karpoviç adlı, millətcə polyak və yaxud yəhudi olan şəxsə məxsus imiş. Rusiya imperiyasında baş verən 1905-1907-ci il inqilabından sonra ölkədə olan gərginliyi nəzərə alaraq, Karpoviç 1910-cu ildə ona məxsus əraziləri Hacı İsaya satır. Səksəninci illərin axırına qədər rəsmi adının olmamasına (ərazi Haftoni qəsəbəsinə aid olub) baxmayaraq, yerli camaat arasında kəndin iki adı işlənmişdir; "Karpoviç" və "Hacıkənd". == Coğrafiyası və iqlimi == Talışlı Talış dağlarının ətəyində yerləşir.
Tayıflı
Tayıflı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kəndin əsl adı Tayıblıdır. "B" səsinin "f" ilə əvəzlənməsi Azərbaycan dilinin qərb qrupu üçün və eləcə də bir sıra türk dilləri üçün səciyyəvidir. Yaşayış məntəqəsinin adı keçmişdə maldarlıqla məşğul olmuş tayıblı nəslinin adı ilə bağlıdır. Kəndin ərazisi vaxtilə həmin nəslin əkin yeri olmuşdur."Tayıflı" sözü üç hissədən ibarətdir: tay-ıf-lı. "Tay"ın "Azərbaycan dilinin izahlı lüğəti"ndə iki məna daşıdığı bildirilir: 1) bərabər, münasib, 2) qoşa şeylərdən biri – dağın, dərənin, çayın tərəflərindən biri. Kəndin mərkəzindən keçən yol vaxtilə çay olmuş, bu çayın hər iki tayında, tərəfində evlər tikilmiş, kənd salınmışdır. "Tay" həm də ucalığı bildirir. "Altay" sözündə (al-tay, yəni "uca dağ") olduğu kimi. Kənd də çayın yatağına nisbətən sahilindəki ucalıqlarda salınmışdır.
Çayırlı
Çayırlı — Ərzincanın 9 ilçəsindən biri
Şayıflı
Şayıflı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şayıflı kənd inzibati ərazi dairəsində kənd.Şayıflı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini şayıflı (Şayıf şəxs adından) nəslinə mənsub ailələr salmışlar.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Qadirli
Qadirli (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Xaraba-i Qadirli (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Qiyaslı
Qiyaslı — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Cəfər Qiyaslı — Ssenari müəllifi. Kino məsləhətçisi. Filmlərdə iştirak edən.Kəndlər Qiyaslı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Qiyaslı (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Qiyaslı (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Qiyaslı (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Veyisli
Veyisli (əvvəlki adı: Çalaberti) — Azərbaycan Respublikasının Goranboy rayonunun Veyisli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Goranboy rayonunun Çalaberti kəndi Veyisli kəndi, Çalaberti kənd inzibati ərazi vahidi Veyisli kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Veyisli tarixi Çiləbörd mahalının adıyla bağlıdır. Oykonim "çala" (çuxur, dərə) və "bert" (ər. "qala") sözlərindən düzəlib ("-i" mənsubiyyət şəkilçisi), "dərə qalası" deməkdir. 1998-ci ildən kənd Veyisli adı ilə rəsmiləşdirilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1555 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Zarıslı
Zarıslı — Azərbaycan Respublikasının Şuşa rayonunun Zarıslı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Zarıslı kəndi Daşaltı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Zarıslı kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. == Toponimikası == Yaşayış məntəqəsi Azərbaycan şairəsi, xan qızı Xurşidbanu Natəvana (XIX əsr) məxsus kəndlərdən olmuşdur. Kəndin yaxınlığında Zarıs qalasının xarabalığı var. Mənbələrdə XIII əsrdən adı çəkilən Zarıs toponimi güman etmək olar ki, əslində Sarısudur. Monqol dilində s-z əvəzlənməsi mümkündür. Yəqin ki, monqollar bu toponimi Zarıs variantında qeydə almışlar. Kənd adı ərazisindən axan eyniadlı çayın adı ilə bağlıdır.