QAYATƏKİN
QAYƏ
OBASTAN VİKİ
Qaybalı
Qaybalı — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Qeybalı kəndi Xəlfəli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qeybalı kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Kənd keçmişdə Qeybalıkənd adlanmışdır. Bu ad qismən təhrifə ugramışdır. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycanın Xoy mahalındakı Qeybəyli (Qayıbaylı) kəndindən koçüb gələnlər salmışlar. Bəzi tədqiqatçılar bu toponimi Qeybalı şəxs adi ilə əlaqələndirirlər. == Tarixi == Qaybalı kəndi Əzət bəyim Cavanşirə məxsus olub. == Coğrafiyası və iqlimi == Kənd Xəlfəliçayın (Qarqarçay hövzəsi) sahilində, Qarabağ silsiləsinin yamacında yerləşir.

Digər lüğətlərdə