Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (film, 1992)
== Məzmun == Rejissorun bu filmini modern rejissor işi adlandırmaq olar. Film Ruhi Xəstəliklər Xəstəxanasında çəkilmişdir. Müəlliflər burada müalicə olunan ruhi xəstələri dəli kimi deyil, əsl ağıllı insanlar kimi göstərməyə çalışmışlar. == Festivallar və mükafatlar == 1) 1992-ci ildə Aşqabadda I Beynəlxalq "Gümüş Aypara" kinofestivalı Filmə Baş Mükafat və Diplom verilmişdir.2) 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi Ən yaxşı sənədli filmə görə rejissor Yavər Rzayevə Priz və Diplom verilmişdir. Ən yaxşı operator işinə görə Rafiq Quliyevə və İsrafil Ağazadəyə Priz və Diplom verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yavər Rzayev Ssenari müəllifi: Yavər Rzayev Operator: Rafiq Quliyev, İsrafil Ağazadə (İsrafil Ağayev kimi) Bəstəkar: Eldar Mansurov Səs operatoru: Marat İsgəndərov, Teymur Abdullayev Məsləhətçi: Ağabəy Sultanov Prodüser: Cavanşir Kamandar, Anatollu Qasımov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Qeydçi
Qeydçi (ing. registrar) — yeni domen adlarını yaratmaq (qeydə almaq) və mütləq qeydiyyatdan keçməli olan mövcud domen adlarının fəaliyyət müddətini uzatmaq səlahiyyəti olan qurum. Belə domenlərə aşağıdakılar aiddir: sıfrıncı səviyyəli demen (kök domeni); bütün yuxarı səviyyəli (birinci səviyyəli) domenlər; bəzi ikinci səviyyəli domenlər (məsələn, com.ru və ya co.uk).Qalan bütün domenlərdə isə altdomenlər yaratmaq üçün xüsusi səlahiyyət tələb olunmur. Kök domeninin qeydçisi kimi ICANN təşkilatı çıxış edir. Domenlərin əksəriyyəti üçün vahid qeydçi yoxdur. Bir neçə qeydçi olduqda, toqquşmalardan qaçmaq və domen adının bənzərsizliyini təmin etmək üçün onlar vahid verilənlər bazasından istifadə etməlidirlər. .com .net .org .biz .info .name .mobi .asia .aero .tel .travel.jobs zonalarında qeydçi olmaq üçün ICANN-nın akkreditasiyasını almaq lazımdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bank-du-Qeysir
Bank-du-Qeysir (fr. Banc du Geyser) — Hind okeanında yerləşən yaşayışı olmayan kiçik rifdən təşkil olunmuş adalar qrupu. Rifdən təşkil olunmuş quru parçaları Mozambik boğazının şimal-şərqində, Mayyotedən 125 km şimal-şərqdə, Qloryoz adalarından 112 km cənub-qərbdə, Madaqaskardan 200 km şimal-qərbdə yerləşir. Qayalar ümumiyyətlə 1,5–3 m ARASI yüksəklikdədir. Ən böyüyü Cənub qayası 8 metr hündürlüyə sahibdir. Riftin şərq hissəsində çəmən və kiçik çəmənlərlə örtülmüş hündürlüyü 1 ilə 3 m arasında ərazilər vardır Burada yerləşən kiçik qayalıqlar və rifləri çıxmaq şərti ilə uzunluğu 8 km, eni 3 kmdir. Ərazidə çoxlu sayda dəniz quşu vardır. Adalar Fransanın mülkiyyəti olaraq Fransa Dənizaşırı Bölgələr Birliyi Eparse adaları ərazisinə daxildir. Bölgədə yerləşən adalara Madaqaskar və Komor adaları iddia edir. Qeysir rifi ilk dəfə 700-cü illərdə ərəb dənizçiləri tərəfindən aşkarlanmış və 800-cü illərdə isə naviqasiya xəritələrinə salınmışdır.
Zəng detalı qeydi
Zəng detalı qeydi — telefon danışığının və ya həmin qurğu yaxud cihazdan edilən digər telekommunikasiya əməliyyatlarının (məsələn, mətn mesajı) təfərrüatlarını sənədləşdirən telefon stansiyası və ya digər telekommunikasiya avadanlığı tərəfindən yaradılmış məlumat qeydi. Qeydə vaxt, müddət, tamamlanma statusu, mənbə və təyinat nömrəsi kimi müxtəlif məlumatlar yazılır. Bu operatorlar tərəfindən telefon stansiyasında şəhərlərarası zənglər üçün yazılmış və vaxtı təyin edilmiş kağız ödəniş biletlərinin avtomatlaşdırılmış ekvivalentidir. == Məzmunu == Zəng detalı qeydi telekommunikasiya əməliyyatının xüsusi nümunəsi olan verilənlər sahələrini ehtiva edir, lakin həmin əməliyyatın məzmununu ehtiva etmir. Məsələn, xüsusi telefon zəngini təsvir edən zəng təfərrüatlı qeydinə həm zəng edən, həm də qəbul edən tərəfin telefon nömrəsi, zəngin başlama vaxtı və müddəti daxil ola bilər.
Mpumalanqa Blək Eysiz FK
"Mpumalanqa Blək Eysiz" (ing. Mpumalanga Black Aces Football Club) — Cənubi Afrika Respublikasının Mpumalanqa vilayətinin Nelspruit şəhərini təmsil etmiş peşəkar futbol klubu. Premyer Sokker Liqasında çıxış etmişdir. Ev oyunlarını tutumu 40,929 nəfər olan Mbombela Stadionunda keçirirdi. == Tarixi == Klub 1937-ci ildə südçü işçilər tərəfindən yaradılmışdır. == Uğurları == Bob Seyv Super Bovl: 1 1993. BP Top Səkkiz Kuboku: 1 1980.
Genesiz
Genezis (rus. -генезис, ing. -genesis — mənşə) geologiyada müəyyən şəraitdə geoloji proseslərin təsiri ilə hər hansı geoloji törəmənin: faydalı qazıntı yataqlarının, süxurların və b. yaranması. Genezis müəyyən edilməsi geoloji törəmələrin təbiətini dərk etməkdə faydalı qazıntıların axtarışını düzgün istiqamətləndirməkdə geoloji proseslərin ümumi nəzəriyyəsinin işlənilməsində mühüm rol oynayır (mis: filiz əmələgəlmə və b).
Qaydasız döyüş
Qarışıq döyüş sənəti (ing. mixed martial arts, MMA) kimi tanınan döyüş sənəti qədim Yunan erası ərzində ora tutaşmağın və vurmağın kombinasiyaları bacarıqlarını göstərmiş Pankration kimi idman, tanınan qədim Olimpiya döyüşü mövcud idi,onun oxşar müasir forması isə qarışıq döyüş növüləri olmuşdur. Bu idman Qədim Yunanıstanda yarandı və Romalılara sonra ötürüldü. Bu döyüş növü Pride FC və UFC kimi keçirilən beynəlxalq turnirlərdə istifadə olunmağa başladı.
Qaydasız Döyüş (2009)
== Məzmunu == Film müasir, gənc, intellektual nəsillə, pul, var-dövlət, vəzifə hərisliyini həyat amalı seçən nəsil arasında gedən gizli münaqişəyə həsr olunub. Əslində, hər şey aydındır: köhnə maqnatlar öz yerlərini tenderlə qalib gələn gənclərə verməlidirlər. Amma onlar öz gəlir və postlarından asanlıqla əl çəmək istəmirlər, yüksək vəzifə eşelonlarında arxa axtarır, yeri gələndə kriminal hərəkətlərdən çəkinmirlər.Əsas süjet xətti gənc azad sahibkar Kənan Kərimli ilə mafioz qruplaşmanın başçısı Akif Səmədovun mübarizəsi üzərində qurulub. Akif Səmədov Kənanın milli istehsalı genişləndirmək cəhdlərinin qarşısını hər vəchlə almağa çalışır. Quldurluq, oğurluq, insan ölümü, narkotika alveri və bir çox başqa çirkab işlərdə birbaşa əli olan Akif Səmədovun qadın alverində adı hallanması və bu işə digər qadınları da cəlb etməsi onun qaranlıq və pisliklərlə dolu həyatının ən pik nöqtəsi olur. Gənc biznesmen Kənan Kərimli isə polislərlə bərabər mafioz qruplaşmanın başçısı Akif Səmədovla mübarizə aparır. Lakin təəssüflər olsun ki, insanların güvən yeri sayılan polislər arasında da peşəsinə layiq olmayanlar var.
Gediz çayı
Gediz (türk. Gediz Nehri) ― Anadoluda Egey dənizinə axan ikinci ən uzun çay. Kütahya ilindəki Murat dağından başlayan çay qərbə doğru 401 kilometr (249 mil) məsafədə axaraq mənsəbdə delta yaradır və İzmir körfəzinə tökülür. Deltanın ümumi sahəsi təxminən 40 000 hektardır. Gediz deltası 1998-ci ildə Ramsar sahəsi elan edilmişdir və hal-hazırda mühafizə edilir. == Ad == Çayın qədim yunan dilində adı Hermus (Ἕρμος) olmuşdur. Gediz çayının adı Lidiya dilindəki Kadis adından qaynaqlanmış ola bilər/ Gediz eyni zamanda çayın mənbəyi yaxınlığında yeləşən yaşayış məntəqəsinin adıdır. Türkiyədə "Gediz" adı kişi adı olaraq da istifadə edilə bilir. == Qədim coğrafiya == Hermos çayının vadisi qədim Lidiya imperatorluğunun mərkəzi idi və Lidiyanın paytaxtı Sardis vadiyə baxırdı. == Yer == Gediz çayı uzunluğuna görə Türkiyənin Ege Bölgəsində Böyük Menderes çayından sonra ikinci yerdədir.
Qaydasız döyüş (film, 2009)
== Məzmunu == Film müasir, gənc, intellektual nəsillə, pul, var-dövlət, vəzifə hərisliyini həyat amalı seçən nəsil arasında gedən gizli münaqişəyə həsr olunub. Əslində, hər şey aydındır: köhnə maqnatlar öz yerlərini tenderlə qalib gələn gənclərə verməlidirlər. Amma onlar öz gəlir və postlarından asanlıqla əl çəmək istəmirlər, yüksək vəzifə eşelonlarında arxa axtarır, yeri gələndə kriminal hərəkətlərdən çəkinmirlər.Əsas süjet xətti gənc azad sahibkar Kənan Kərimli ilə mafioz qruplaşmanın başçısı Akif Səmədovun mübarizəsi üzərində qurulub. Akif Səmədov Kənanın milli istehsalı genişləndirmək cəhdlərinin qarşısını hər vəchlə almağa çalışır. Quldurluq, oğurluq, insan ölümü, narkotika alveri və bir çox başqa çirkab işlərdə birbaşa əli olan Akif Səmədovun qadın alverində adı hallanması və bu işə digər qadınları da cəlb etməsi onun qaranlıq və pisliklərlə dolu həyatının ən pik nöqtəsi olur. Gənc biznesmen Kənan Kərimli isə polislərlə bərabər mafioz qruplaşmanın başçısı Akif Səmədovla mübarizə aparır. Lakin təəssüflər olsun ki, insanların güvən yeri sayılan polislər arasında da peşəsinə layiq olmayanlar var.
Qaydasız döyüş (teleserial, 2009)

Con Ueyn Geysi
Con Ueyn Geysi (ing. John Wayne Gacy; 17 mart 1942[…], Çikaqo, Çikaqo – 10 may 1994[…]) Demokrat Partiyasının seçim bölgəsindəki bir məsləhətçi, iş adamı və qonşuların şənliklərində klounluğla məşğul olan Amerikanın ən təhlükəli seriyalı qatillərindən biridir. 17 mart 1942-ci ildə Çikaqoda işçi sinfinə mənsub bir ailədə dünyaya gəldi. Xəstəxanada yatan uşağları əyləndirmək üçün kloun qılığına girən hörmətli bir Amerikalı görünüşünün arxasında zoraki bir qatil olduğu öyrənildi. 1978-ci ildə bir cinayətdən yaxalandı və davamı gəldi. Evinin altında 27 qurbanın çürümüş cəsədi tapıldı. 2 cəsədi həyətə basdırmış, 4 cəsədi isə çaya atmışdı. Həbsxanaya girdiyində divarlara kloun rəsimləri çəkmişdi. == Həyatı == === İlk İlləri === Geysi doğulduğu ailənin ortancıl övladı olub, özündən biri 2 yaş böyük, biri 2 yaş kiçik olmaq üzrə 2 bacısı vardı. Terry Sullivan və Peter Maikenin kitabı "Qatil Kloun"a görə Geysi atası ilə bəzi mübahisələri saymasaq normal bir uşağlıq həyatı keçirtmişdir.
Gediz kənd çörəyi
Gediz kənd çörəyi- Uzun müddət söykən/dözə bilən, hətta sərtləşdiyi üçün kənarları tapdalana bilmədiyindən bıçaq ilə qabıqları soyularaq içi istehlak edilən, qabıqları bir neçə ay yığılaraq isladılıb, sobalanaraq "soba qurusu" edilən bu ləzzətli çörəkdə, digər yerli çörəklər kimi yalnız ustalarının könüllərində qeyd altındadır. Kütahya və Uşak ətrafında seçilərək yerli hala gəlmişdir. Ləzzəti və dayanıqlılığı səbəbiylə seçilməsi, məhdud ədəddə istehsalla qarşılana bilməyincə sənaye tipi istehsala keçilmişdir. Bu an az sayda gerçək turş maya istehsal edilməkdə, daha çox turş maya yanında yaş maya qatılaraq edilən çörəklər dəzgahlarda özünə yer tapmaqdadır. Gediz Kənd Çörəyi, Gediz mahalı ətrafında əldə edilən sərt və zülal nisbəti yüksək buğdadan, çörəklik un və tam buğda unu qarışdırılaraq edilməkdədir. Maya olaraq bir əvvəl edilən çörəyin ayrılmış xəmirindən istifadə edilməkdədir. Bir gecə əvvəldən yenə havanın vəziyyətinə uyğun olaraq yazın soyuq, qışın ilıq su və un ilə çoxaldılaraq turşudulan maya, sabahısı gün çörək istehsalında istifadə edilməkdədir. Təəssüf ki, bu yerli çörəyin də standart bir tərif inkişaf etdirilmədiyi üçün ustasının könülünə və elminə görə tamamilə özünə xas bir istehsal söz mövzusudur. Çörəyin bişirilməsi əsnasında yaxşı qabarması məqsədiylə sobanın ağızında ayrıca "Yalaz" adı verilən bir atəş yandırıldığını, xəmirlər isti sobaya atılar atılmaz yandırılan 50-60 sm. diametrindəki bu atəşin həm çörəkləri yaxşıca qabartdığını və həm də digər çörəklərdə görülməyən tünd karamel qabıq toxumasını meydana gətirdiyini ifadə etdilər.